04-02-2021 Peri
Salam men piwiyi dermanla cimizdirdimki biti biresi olsun ama zeherlendi nece saatdan sora piwik oldu qatiq ayran versemde oldu cox pisem ozumu gunahkar billem ozumde olmek istiyirem
Cavab:
Va aleykum Salam. Hər bir halda siz bunu qəsdli şəkildə etməmisiniz. Buna görə sizə günah yazılmır. Həmçinin oxuyun: 
Bilmədən səhv bir əməli etmək günahdırmı?
ardını oxu
04-02-2021
Dua edəndə yöni qivləyə etmək lazımdır?
Cavab:
Salam aleykum. Dua etdikdə qibləyə tərəf yönəlmək vacib deyil. Dua edərkən qibləyə yönəlmək duanın ədəblərindəndir. Daha ətraflı: Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?
ardını oxu
04-02-2021 Məhəmməd
Sevdiyim xanım var ancaq aile lerimiz inadla narazılıq edir bir yerde olmağımıza ne edek ki bizi üçün xeyirli uğurlu olsun?
Cavab:
Salam aleykum. Bu cavabları oxuyun:
Sevib, sevilmək barədə
ardını oxu
04-02-2021
Salam aleykum günahlar etmək meselen 4defe etdimsə vəsəvəsə gəlirki 5defe ele tek rəqəm olsun ve sair bu nedir veya meselen qoy bidefede günah eliyim tövbə edərək o tövbə qəbuldur? Meselen 4defe veya minlərlə günah etmisən Deyisən 1defe de eliyim da vsyo o tövbə qəbuldur?
Cavab:

Va aleykum Salam. Uca Allah Təkdir və təki sevir. Lakin bu, ibadətlərə və mübah əməllərə aiddir. Günahı tək və ya cüt sayda etmək fikri vəsvəsədir. İnsan əcəlinin nə zaman gələcəyini bilməz, odur ki, günah üzərində ölməkdən qorxub tez bir zamanda tövbə etməli və Allaha qayıtmalıdır.

ardını oxu
04-02-2021 SS.
Salam Aleykum. Allah ibadetlerimizi qebul etsin inşAllah. Dünyamız düzelsin. Müharibe bitsin qelebe çalaq inşAllah. Sualım budur.men nişanlımla 3 ildir ki qovuşa bilmirik. İki defe toyumuz texire salınıb. Hemde o xarici ölkededir. Men hansı duanı ede bilerem bunun üçün?
Cavab:

Va aleykum Salam. Amin, Allah qələbəmizi mübarək etsin! Bu cavabları oxuyun: 

ardını oxu
04-02-2021 Sevinc
Salam. Menim 1ildiki sevgilim var . Anama yalan demisemki onla danismiram ama danisram . anam icaze vermir hemin adamın mene yarasmadigini deyir . Ama men Cox sevirem ozude yaxsi adamdı mende oda namaz qilir . Ancaq anam razı olmur men ne edmki razı olsun . Elçi gelmek isteyir yene razı olmur
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Sevib, sevilmək barədə
ardını oxu
04-02-2021 Asiman
Salam Aleykum və rəhmətullah. əsl Mömin insan necə olmalıdır?Möminə nələr etmək icazəlidir?Xahiç edirəm sualımı ətraflı cavablandırasınız.Təşəkkürlər.
Cavab:
Va aleykum Salam. Bu cavabı oxuyun: Mömin insan necə olmalıdır?
ardını oxu
04-02-2021 Reşad
Salam aleykum. Gece namazi sesli qilinir?
Cavab:
Aleykum salam. Gecə namazını həm səsli, həm də səssiz qılmaq icazəlidir. Lakin səsli qılınması daha yaxşıdır. Həmçinin oxuyun:
Gecə namazı necə qılınır?
ardını oxu
04-02-2021 N
SALAM ALEYKUM 1.Kimsenin arxasınca danişmaq hansı hallarda günah sayılır? Allah razı olsun.
Cavab:
Va aleykum Salam. Bəzi hallar istisna olmaqla bir insanın arxasınca onun xoşuna gəlməyəcəyi sözlər demək haramdır. İstisna hallar barədə ətraflı oxuyun:

Qeybət etmək haqqında
ardını oxu
04-02-2021 Miyasa
Dinimizde uşaq doğulduqdan sonra edilen ferz ve sünne emelleri hansılardır?
ardını oxu
04-02-2021
Salam. Men günah olduğunu bile bile günahımdan el çeke bilmirem. Defelerle tövbe etmişem, Allaha söz vermişem ama yene tövbemi pozmuşam yene o günahı etmişem. Özüme 1 2 defe güc gele bildim sonra bacarmadım tövbemi pozdum. Tövbe etsem Allah meni bağışlayarmı ? Nece etmeliyem bilmirem?
ardını oxu
04-02-2021 .
Salam aleykum. Mene cins piwik hediyye edibler. Piwiyimin uwaglari olarsa onlari sata bilerem? Hem baxa bilmerem o qeder piwiye.
Cavab:

Va aleykum Salam. Pişiyin satılması qadağandır. Əbu Zubeyr rəvayət edir ki, Cabirdən (Allah ondan razı olsun) itin və pişiyin qiyməti (yəni satışı) haqda soruşdum. O belə buyurdu: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu qadağan etmişdir".

ardını oxu
04-02-2021 Murad
Salam Aleykum mən yuxuda peyğəmbər(s.a.s)-i gördüm o mənə əhli sünnə məhsəbinin hak olduğunu dedi peyğəmbəri(s.a.s) yuxuda gördumsə deməli odu onu bilirəm ona aid hediside bilirem bəs onun yuxuda dediyləridə düzgündürmü
Cavab:
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) adını yazdıqda, salavatı qısa şəkildə (s.a.s) yazmaq düzgün deyil. Çalışın salavatı tam olaraq yazın.
ardını oxu
04-02-2021 Kemale
Salam menim size hec bir sualım yoxdur sadece size teşkkür etmek ve birde halallıq almaq isdyire haqqınızı mene halal edin çünki burda gördüklerim başqa insanlarında öyrenmesi üçün götürüb instagram hesablmda paylaşıram haqqınız halal edin
Cavab:
Va aleykum Salam. Saytda olan məlumatları paylaşmaqda heç bir problem yoxdur və halallıq almağa ehtiyac yoxdu. Buyurun!
ardını oxu
04-02-2021 Namelum
Niwan uzuyuynen namaz qilmaq olarmi
Cavab:

Salam aleykum. Qadının üzərində hər hansı bəzək əşyası olması namaza təsir etmir. Üzüklə, o cümlədən nişan üzüyü ilə naməhrəm olmayan yerdə namaz qılmaq olar. 

ardını oxu
04-02-2021 Fərid Dəmirov
Salam İslamda Cin Deyə Bir Gözəgörünməz Məxluq Varmıdır ???
Cavab:
Va aleykum Salam. Bəli, yer üzündə insanlarla yanaşı cinlər də yaşayır və onların öz aləmləri var. Lakin biz onları görmürük, onlar isə bizləri görürlər. Uca Allah buyurur: "Ey Adəm oğulları!
ardını oxu
04-02-2021 Allah qulu
Salam sünni və şiə haqqında məlumat verə bilərdiz zəhmət olmasa
Cavab:
 Va aleykum Salam. Bu cavabları oxuyun: 
Sünni doğrudur, yoxsa şiə?
ardını oxu
04-02-2021
Salam,men bir sual vermek isdeyirem.Men yuxuda şehvet hiss edirem ve serait olmadığı ucun men qusul almadan,destemaz almadan subh namazımı qildim,indi men qusul alın tezden subh namazim qezasin qildim?
Cavab:
Va aleykum Salam.
ardını oxu
04-02-2021 İrşad
Salam men namaz qılmaq isteyirem.16 yaşım var evde qoymullar men ne etmeliyem?
Cavab:
Va aleykum Salam. Bu sualların cavablarını oxuyun:
Anam namaz qılmağa qoymur, nə edim?
ardını oxu
04-02-2021 Fərid
Salamun aleykum,menim sualim budur ki,men pollusiya olandan sonra ayağ yolunda sabunla yuyuram cinsi orqanimi ve alt paltarimi deyisirem bele etsem olarmi?
Cavab:
Va aleykum Salam. Pollusiya (yuxuda spermanın çıxması) halı baş verərsə, yuyunub, paltarı dəyişməklə bərabər namaz qılmaq üçün qüsl almaq lazımdır. Əgər su olmadığı üçün və ya xəstəlik səbəbindən qüsl almaq mümkün olmasa, təyəmmüm ala bilərsiniz. Daha ətraflı:
ardını oxu
04-02-2021 Abu Şuayb
Salam dəstamazsiz quran oxumaq olar?
Cavab:
Va aleykum Salam. Bu cavabı oxuyun: Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?
ardını oxu
04-02-2021
Salam. Bir sualm var. Mən yuxuda boşalram sübh Namaznı qıla bilmədim günah oldumu mənə. Sağolun
Cavab:

Va aleykum Salam. Yuxuda qeyri-ixtiyari olaraq cənabət halına düşmək günah sayılmır, lakin yuxudan duran kimi qüsl alıb namazı qılmaq lazımdır. Əgər qüsl almaq üçün su olmasa və ya xəstə olsanız, təyəmmüm alıb namazı qılmalısınız.

ardını oxu
04-02-2021 Elnur
Selamu aleykum.Teheccüd namazını 5 yarısı və ya 5 de qılmaq olar?
Cavab:
Va aleykum Salam. Təhəccüd və ya gecə namazı gecənin yarısı keçəndən sonra Sübh namazı girənə qədər qılınır. Daha ətraflı:
Gecənin üçdə ikisi və ya üçdə biri deyiləndə hansı vaxt nəzərdə tutulur?
ardını oxu
04-02-2021 Aysel
Salam men ruqya eletdirmek istiyirem cox xahis etsem mene komek ede bilersiz?
Cavab:
Salam aleykum. Ruqya, Quran ayələri və müəyyən zikrləri oxumaqla olur. Ruqyanı həm insan özü oxumaqla edə bilər, həm də başqası tərəfindən oxunmaqla etmək olar. Lakin, insanın özü oxuması daha təsirlidir. Bu cavabları oxuyun:
ardını oxu
04-02-2021
Salam birinci erimden buşanmışam ama kebinimi qaytarmıyıb ikinci defe aile qurdum ikinci ailemle kebin ede bileremmi.bunu qeyd edimki birinci erimden 10 ildi ayrilmışam.ikinci ile aile qurmaq olarmı kebin düşürmü mene?
Cavab:
Va aleykum Salam. Qarşılıqlı şəkildə boşandıqda, kəbin kağızı qüvvədən düşür və heç bir əhəmiyyət daşımır. Ona görə 10 il bundan əvvəl boşanan insan başqası ilə evlənə bilər. Siz də istədiyiniz adamla evlənə bilərsiniz.
ardını oxu
04-02-2021 ç
Salam Aleykum bir sualım var namaz qılan biri bile bile Allaha şirk qoşub ve sonradan çox peşman olub ne ede biler
Cavab:
ardını oxu
04-02-2021
Salam Aleykum.Men Shieyem,ailemde ve etrafimdakilerde Shiyedi.Birgun valideynlerimden sorushdumki olar Sunni olum,cox pis hirslendiler ve mene pis reaksiya gosterdiler.Onnan sonra qorxdum nese demeye.Men helede Shiye namazi qiliram ama aglim Sunni namazi qilmaqdadi ve valideynlerim buna icaze vermir
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Valideynlərim sünni namazını qılmağa qoymur, nə edim?
ardını oxu
04-02-2021 Allahı sevən
Salam aleykum. Bir sualım var sizə. Mən oğlanam Namaz qılıram. Səhər Namazından qabaq qızla cinsi əlaqədə olduğum yuxu gördüm öz özünə boşaldım. Çox peşmanam. Buna görə günah qazanırammı. Birdəki Namazmıda qıla bilmirəm. Qüslum pozulurmu. Xaiş cavb verin. Təşəkkülər
Cavab:
Aleykum salam.
ardını oxu
04-02-2021
Salam Aleykum, evvela Allah sizden razi olsun cox faydali,genis melumatli sehifeniz var.Qardas men sizden porno bagimliliqi haqqinda yardim istemisdim bundan nece qurtulmaq olar yol gostermenizi istemisdim yalniz menim bu sualimi cavablandirmadiniz.Allah rizasi ucun bu baqimliliqdan nece qurtulmaq m
ardını oxu
04-02-2021
Nişanlı olub başqasını sevmək günahdı?birde kebinli bir başqasını seve biler
Cavab:
Salam aleykum. Kəbinli qadın artıq evli sayılır və evli qadının başqasını sevməsi günahdır. Daha ətraflı:
Nigahın qaydaları 
ardını oxu
04-02-2021 ,,,
http://zikr.az/node/3893 Salam Aleykum Ruqyə (Quranla müalicə paylasimindaki dualari oxudum ozumu cox pis hiss ettim nefes yolumda sanki nese yarandi her nefes alanda batma oldu beynimde donma hiss ettim dualari oxumaga gucum catmadi stulu tutub oxumusam ayaqlarima da qan getmirdi oxuyub gurtardiqda
Cavab:
Aleykum salam. Qeyd etdiyiniz hallar gözdəymə, sehr və ya cadu əlaməti ola bilər. Quran ayələrini və zikrləri oxumağı davam edin. Uca Allahın ayələri şəfadır və Allahın izni ilə bu sizin sağalmağınıza və ya sehr varsa təmizlənməsinə səbəb olacaq. Həmçinin oxuyun:
ardını oxu
04-02-2021 əli
sehv yazilmis dini kelmeni atmaq gunahdirmi
Cavab:
Salam aleykum. Əgər orada ayə, hədis və ya dinə aid bir yazı varsa, həmin kağızı ayaq altına və zibilliyə düşməməsi üçün yandırmaq daha məqsədəuyğundur. 
ardını oxu
04-02-2021 Samama
Salam aleykum. men ailemcun sevdiylerimcun namazda iken secdede dua ede bileremmi? men 4 aydirki namaza baslamisam namazda secde halinda dua edirdim ailemcun sevdiylerimcun. ama mene dedilerki sen secde halinda dua edende namazi bolursen batil olur namazin bu duzdurmu? coxsagolun
Cavab:
Va aleykum Salam. Səcdədə dua etmək icazəlidir və bu, yaxşı əməllərdən sayılır. Əksinə səcdə halında dua etmək duanın qəbul olunan yerlərindən biridir.
ardını oxu
04-02-2021 Nərgiz
Salam.Namaz qılan bir qadının birini sevmesi heqiqeten sevmesi dinde günahdırmı? Cavablasaz sevinerem
Cavab:
Aleykum salam. Həddi aşıb şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. 
ardını oxu
04-02-2021
Salam aleykum . Mənim yoldaşım 7 aydırki Rusiyada işləyir yolların bağlanmasına göre hələki gələ bilmir.Deyirlərki kəbininizi yenidən etməsiz.. Bilmək istəyir kəbinimiz pozulurmu? Cəzakallahu xayran
Cavab:
Va aleykum Salam. Bu, yalnış fikirdir. Kəbini yalnız kişinin öz xanımını boşaması poza bilər. Kişinin öz zövcəsindən uzun müddət ayrı qalması ilə kəbin pozulmur. Daha ətraflı: 
Nikah bağlamağın qaydaları 
ardını oxu
04-02-2021
Salamaleykum.Men döyüşe gedə bilmirem ve onlar üçün nese etmek iseyirem.En azından duam ile onlara yardımcı olmaq isteyirem.Bele bir süre,aye ve dua varmı ?
Cavab:
Va aleykum Salam. Uca Allahdan ordumuza, əsgərlərimizə yardım etməsini diləyirik. Allah ordumuzu həmişə müzəffər etsin! Bunları oxuyun:
ardını oxu
04-02-2021
Qüsl alarken niyeti dilde demek qusulu pozurmu?Birdeki men qusul alanda bismillahla baslayib el uz burun agiz qulaqimi yuyuram.Sondada cenabet qusulu aldigimi niyet edirem bu duzgundurmu?Bununla bagli hedislerde ne ise deyilibmi?
Cavab:
Salam aleykum. Niyyəti qüslə başlamazdan əvvəl qəlbdən keçirmək lazımdır. Niyyəti dil ilə demək qüslu pozmasa da, bidət sayılır. Daha ətraflı:
ardını oxu
04-02-2021
Esl müselman namazı hansıdır
Cavab:
Salam aleykum. Ən doğru namaz Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qıldığı namazdır. Daha ətraflı: 
Namaz qılmağın qaydası - VİDEO
ardını oxu
04-02-2021
Namaz qılan oğlan sevdiyi qızla danışa bilərmi?
ardını oxu
04-02-2021
Salam.Dırnağa gellak etdirib onunla destemaz alıb namaz qılmaq olarmı?Çoxusu deyir ki dırnağa gel tebeqesi çekende lap dibden çekilmir ve bele veziyyetde alınan destemaz düzgündür.Bu ne derecede doğrudur?
Cavab:
Va aleykum Salam. Dəstəmazın düzgün olmasının şərtlərindən biri də dəstəmaz əzalarının hər yerinə suyun çatmasıdır. Bildiyimiz jkimi gel-lak suyun dırnağa çatmasına mane olur. Dırnağın dibinə su dəymiş olsa da üstünə su dəymir. Həmçinin bu cavabları oxuyun: 
ardını oxu
04-02-2021 A.
Salam tam olaraq tövbe etmenin ardicilligi necedir? Zina ucun tövbe etdikde ne demeliyem?
ardını oxu
04-02-2021 naz
Salam. Taha surəsinin ərəbcə oxunuşunu yazabilərsiniz? Heç yerdə Azərbaycan dilində oxunuşu yoxdur, ancaq tərcüməsi var. Sağolun.
Cavab:
Va aleykum Salam. Təəssüf ki, bu mümkün deyil, çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var və bir çox ərəb hərflərinin azərbaycan dilində qarşılığı yoxdur. Siz çalışın ki, ərəb əlifbasını öyrənəsiniz.
ardını oxu
04-02-2021 hevvac25ax
eyer menim erim oglum varsa men erimin pulu ile atama ya gaynatama guran oxutdura bileremmi.yoxsa evin kiwisi etmelidir bunu
Cavab:
Salam aleykum. Quran ölülərə oxumaq üçün nazil olmamışdır. Ölülər üçün yalnız dua edilir. Həmçinin ölənin adından sədəqə verə bilərsiniz, ölən insanın adından həcc və ümrə ziyarəti edə bilərsiniz. Ətraflı bu cavabları oxuyun: 
ardını oxu
04-02-2021 əli
salam menim 16 yasim var mene gunah yazilir?
Cavab:

Va aleykum Salam. Bəli, sizə günah yazılır. Həmçinin Uca Allahın buyurduğu vacibləri (namaz, oruc, və s.) yerinə yetirmək sizə vacibdir. Çünki 16 yaşınsakı insan artıq həddi-büluğa çatmış olur.

ardını oxu
04-02-2021 Ləman
Salam Aleykum bir sualım olacaq sizə inşəAllah sualımı düzgün çatdırmış olaram əgər şiə namazı qılan xanım sonradan sünnə namazı qılmaq istəsə və həmin xanım (üzr istəyirəm) heyz qüslunu şiələrin aldığı kimi alıbsa sünnə namazı qılmamışdan qabaq sünnələrin aldığı kimi qüsl alıb elə başlamalıdır nama
Cavab:

Va aleykum Salam. Qüsl alarkən əsas olan qəlbdə niyyət və bütün bədənə, eləcə də saçların dibinə su çatdırmaqdır. Əgər qüsl alarkən bu vacib olan əməlləri etmisinizsə, bu qüsl düzgün qüsl sayılır.

ardını oxu
04-02-2021 əli
salam mən siqaretə tovbə etdim və dəfələrlə onu pozdum. indi yenə tovbə etmisəm amma pozmamısam dayanada bilmirəm siqaretsiz əgər mən siqaret cekib tovbəmi pozsam yeniden tovbə etməsəm Allah günahımı bagıslayar. və yaxud ne edimki bagislasın. yeniden tovbə etməliyəm
Cavab:
ardını oxu
04-02-2021 Əli
Essalamu Aleykum. Men namaza 2ay evvel başlamışam. İndi derslerim başlayır. Namazı çatdırıb qıla bilmesem bir müddet saxlayıb sonra yeniden başlaya bilerem?
Cavab:
Salam aleykum. Namazı saxlamaq böyük günahlardandır. Dərslərlə əlaqəli çətinlik yarandıqda namazlarınızı şəriətə uyğun şəkildə cəm edə bilərsiniz. Ətraflı bu cavabları oxuyun:
ardını oxu
04-02-2021 Gizli
Tövbe hansı sehvlere aiddir?
Cavab:
Salam aleykum. Tövbə həm kiçik, həm də böyük günahlara görə edilə bilər. Lakin kiçik günahları bəzi saleh əməllər silsə də, böyük günahları yalnız tövbə silə bilər. Daha ətraflı:
ardını oxu
04-02-2021 Elvin
Salam Aleykum əvvəla Allaha sizdən razı olsun ki bu qaranlıq suallara cavab verirsiniz. Mənim sualım belədir , deyirler ki Ömər peyğəmbərin nəvəsini öldürüb bu nə dərcədə doğrudur. Zəhmət olmasa bu haqda məlumat verərdiniz
Cavab:
Va aleykum Salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) nəvəsi Hz. Hüseyn (Allah ondan razı olsun) şəhid olanda İslamın ikinci xəlifəsi artıq 30 ilə yaxın idi ki, şəhid edilərək öldürülmüşdü. Sadəcə Hz. Hüseyni (Allah ondan razı olsun) qətl edənlər arasında Ömər adlı bir nəfər olub.
ardını oxu

Pages