Və aleykum Salam. Rəsulallah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın”. (əl-Buxari, 6696). Ona görə də, boşanmaya baxmayaraq qurbanı kəsmək lazımdır.
Və aleykum Salam. Atanın iştirakı olmadan kəsilən kəbin batildir. Bir aydan sonra yaxınlıq olmadıqda kəbinin batil olması fikri isə düz deyil. Yəni, yaxınlıq olmasa da kəbin sayılır.
Va aleykum Salam. Namaz qılmamaq və ya qılıb tərk etmək böyük günahdır. Amma Uca Allah ürəkdən tövbə edib yenidən namaza başlayanları bağışlayacağını bizə bildirmişdir.
Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?
Və aleykum Salam. Dinimizdə kiminsə yerinə qəza namazlarını qılmaq kimi şəri bir hökm yoxdur. Lakin vəfat etmiş yaxının əvəzinə sədəqə vermək, oruc tutmaq, həcc etmək və s. icazəlidir. Həmçinin oxuyun:
Salam aleykum. Heç şübhəsiz ki, haqq yol, Quran və Sünnəyə (peyğəmbərimizin yolu) əsaslanan yoldur. Ona görə də ailə üzvləri bir-birini şirkdən (Allaha şərik qoşmaq), bidətdən (dinə sonradan salınan yeniliklər) çəkindirməli və gözəl şəkildə haqq olan yola dəvət etməlidirlər.
Va aleykum Salam. Əgər bilmədən sədəqəlik mallardan nəsə sizin malınıza qarışıbsa, bu üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).
Və aleykum Salam. Bu deyim dinlə əlaqəsi olmayan və dini biliyi olmayan insanların işlətdiyi sözlərdəndir. Müsəlman həmişə Allaha şükür etməlidir.
Və aleykum Salam. Kimin Cəhənnəmə düşəcəyini yalnız Allah bilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Davud, 4380).
1. Bu cavabı oxuyun: Xuşu nədir və necə əldə edilir?
Və aleykum Salam.
Salam aleykum. Əgər qarşılıqlı şəkildə boşanmısınızsa, bu artıq talaq sayılır. Daha ətraflı: İslam fiqhi - Talaq (boşanma) fəsli
Və aleykum Salam. Bəli, namazda səcdədə istədiyiniz duaları öz dilinizdə edə bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Muslim, 782).
Və aleykum Salam. Əri zina edən qadının boşanması icazəlidir və bu, boşanma üçün ciddi səbəbdir. Amma qadın boşandıqdan sonra özünün və uşaqlarının nə edəcəyini düşünməlidir. Cəmiyyətimizdə boşanmış qadınların yalnız bir qismi yenidən ailə qura bilir.
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası
Namazı xəstəlik səbəbindən tərk etdiyim üçün günah qazanırammı?
Tez-tez qüsl ala bilməyəndə nə etmək lazımdır?
Və aleykum Salam. Bəli, azan və iqamə yalnız fərz və Cümə namazları üçün verilir. Daha ətraflı: Namazdan əvvəl azan və iqamə oxumaq vacibdirmi?
1. Hər bir günahdan sonra tövbə etmək lazımdır: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). Daha ətarflı:
Və aleykum Salam. Allah sizə də bərəkət versin! Ciddi üzürlü bir səbəb olmadan cümə namazını tərk etmək böyük günahlardan sayılır. Daha ətraflı:
Cümə namazına gedə bilmədim, nə edim?
Və aleykum Salam.
Salam aleykum.
Va aleykum salam.
Və aleykum Salam. Əlbəttə, Rəbbimiz bəndələrinə qarşı çox mərhəmətli və bağışlayandır. Odur ki, dərhal yubanmadan tövbə etmək və bir daha həmin əmələ qayıtmamağa çalışmaq lazımdır. Həmçinin, oxuyun:
Salam aleykum. İslamda Quran ilə və ya digər şeylərlə fala baxmaq, baxdırmaq, falçının yanına getmək qadağandır və ən böyük günahlardandır. Quranda bizim şəxsi həyatımız haqda bir şey yazılmayıb.
Salam aleykum. İslamda Məkkə (Kəbə, Allahın evi), Mədinə (Peyğəmbər məscidi) və Yerusalim (Məscidul-Əqsa) kimi üç mübarək məkan vardır ki, yalnız o yerləri ziyarət etməyə icazə verilir.
Və aleykum Salam. İslamda "imam ehsanı" və ya hər hansı ölən adam üçün xüsusi günlərdə ehsan olaraq Qurban kəsib paylamaq kimi bir əməl yoxdur. Uca Allaha yaxınlaşdıran bütün əməllər yalnız Allah rizası üçün və şəriətə müvafiq şəkildə olandır. Qurban kəsmək və ehsan da bu əməllərdəndir.
Va aleykum Salam. Əgər "Tanrı" dedikdə Allah nəzərdə tutulursa, demək olar. Amma tanrı dedikdə, qədim zamanlarda Allahdan başqa ibadət olunan ilahlar nəzərdə tutulursa, bu qadağandır.
1-2. Qüsulsuz adama əl dəydikdə dəstəmaz və qüsl pozulmur. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Və aleykum Salam.
1. Boşanma ciddi məsələlərdən sayıldığına görə kişi ağzından çıxan sözlərə fikir verməlidir. Bu məsələdə zarafatla deyilən söz də talaq sayıla bilər. Daha ətraflı:
Və aleykum Salam. Bunun fərqi yoxdur, istər kinayə ilə desin, istər "səni boşayıram desin" bu talaq sayılır.
Və aleykum Salam. Əksər hallarda satıcının dərman alan müştərinin niyyətindən xəbəri olmur. Bu cür dərmanlar və ya tibbi vasitələr ailəli insanlara da lazım olur. Buna görə də həmin insanın bu kimi şeyləri harama istifadə edəcəyini dəqiq bilmirsinizsə, onları satmaq icazəlidir.
Və aleykum Salam. Bu cavabı oxuyun: İslam Fiqhi: İtmiş qoyun və dəvə
Və aleykum Salam. İstedadınızı cansız əşyaların şəkillərini çəkməyə və ya dizayn sahəsinə yönəldə biləriniz. Daha ətraflı: Şəkil çəkdirmək olarmı?
Və aleykum Salam. Əlin övrət yerinə toxunması dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər
Və aleykum Salam. Xeyr, hər dəfə yumağa ehtiyac yoxdur. Həmin yerin üzərinə ovucunuzla bir balaca su tökməyiniz kifayətdir. Daha ətraflı:
Məzi ifraz olunan paltarda namaz qılmaq olarmı?