18-11-2016
Salam mescide gedib ruzu duasi yazdirmaq olarmi yani gunah deyilki.
Cavab:
Və aleykum Salam. Ruzi duası yazdırmaq yox, Uca Allaha dua edərək ruzi istəmək lazımdır. Dərmanı içməyib cibdə gəzdirməyin faydası olmadığı kimi, duanı da oxumayıb üzərində gəzdirməyin və ya evdən asmağın faydası yoxdur.
ardını oxu
18-11-2016
Salam.Men bezen subh vaxti yuxu tutur yatiram namazin vaxti kecir sorada qezadini qilmiramki namazi vaxtinda qilarlar bu ne derecede dogrudur
Cavab:

Və aleykum Salam. Bu səhv fikirdir və böyük günahdır, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın! Bunun kəffarəsi yalnız budur". (Muslim, 1103). Daha ətraflı:

ardını oxu
18-11-2016
Evli kisi ikinci aile qura bilermi?
Cavab:
Salam aleykum. Evli kişi ikinci dəfə ailə qura bilər, amma ikinci qadını boşamaq niyyəti ilə almamalı, həmçinin qadınların hər ikisi ilə eyni dərəcədə ədalətlə davranmalı, malını xərcləməli, vaxtını bölməli və digər bütün ailə haqlarını yerinə yetirməlidir.
ardını oxu
18-11-2016 Ləman
Salam mən 2 il idi hicab taxırdım açdım.çətin gəldi mənə.usaqlar balacadı məktəbə aparıb gətirmək və paltar ala bilmirdim baha idi hicab paltarları.indi isə dua etməyə qorxuram.bir yerdə oxudumki hucab açan qadını Allah lənətləyir və duaları qəbul olmur.mən çox qorxuram elə bilirəm bu günaha görə ba
Cavab:

Və aleykum Salam. Bütün bunlar şeytandan gələn vəsvəsələrdir və imanın zəif olması ilə bağlıdır. Gecikmədən tövbə edib yenidən hicabınızı bağlayın və vəsvəsələrə fikir verməyin.

ardını oxu
18-11-2016 Günahkar
Salam aleykum.mən namaz qılıram.ailəliyəm.qaynanamgillə bir qalırıq şəraitimiz yoxdu.yəni soyuq aylarda qusl dəsdəmaz almaq mənə olduqca çətin olur.həmdə evdə məndən başqa namaz qılan olmadıgı üçün qusl almaga çəkinirəm hər gün.namazı tərk etmək isdəyirəm.şəraitim normal olan vaxt yenidən başlayacam
Cavab:

Və aleykum Salam. Qüsl və ya dəstəmaz almağa imkanınız yoxdursa, təyəmmüm alıb namaz qıla bilərsiniz. Namazı bilərəkdən tərk etmək ən böyük günahlardandır.

ardını oxu
18-11-2016 salam
salam aleykum bir usaq nece yasindan namaz ve quran oxumalidir
Cavab:
Və aleykum Salam. Həddi buluğa çatan və ağılı başında olan hər bir müsəlmana namaz qılmaq vacibdir. Daha ətraflı:
Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
ardını oxu
18-11-2016 nergiz
porn saytlara baxmaq olar
Cavab:

Salam aleykum.

ardını oxu
18-11-2016
Salam! Dirnaqlari heftenin hansi gunleri kessek yaxsidir. Ve dirnaq kesilen vaxti, her hansi dua oxumaq lazimdirmi?
Cavab:

Və aleykum Salam. Ənəs ibn Malik (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Bizə bığlarımızı qısaltmaq, dırnaqlarımızı tutmaq, qoltuğun altındakı tükləri təmizləmək və övrət yerində çıxan tükləri qırxmaq üçün qırx gündən artıq olmayan vaxt təyin olunmuşdur".

ardını oxu
18-11-2016 Aytac
Salam, imam Əlinin xanım Fatimənin ölümündən 7 gün sonra evlendiyi deyilir. Bu doğrudur mu? Əgər elədirsə buna səbəb nə idi?
Cavab:

Və aleykum Salam. Bəli, bu haqda rəvayətlər var. Əli ibn Əbu Talibin Fatimənin (Allah onlardan razı olsun) ölümündən qısa müddət sonra evlənməsi təəccüblü hal deyil. Əvvəla, İslamda yas üç gün saxlanılır, həmçinin, Əlinin (Allah ondan razı olsun) kiçik yaşlı uşaqları anasız qalmışdı və s.

ardını oxu
18-11-2016
Salam aleykum. İmam Əli Fatimə ilə evli olduğu halda ona ikinci dəfə evlənmək niyə qadağan idi? Axı İslamda çoxevlilik icazəlidir...
Cavab:

Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Fatimənin sağlığında Əliyə (Allah onlardan razı olsun) ikinci evliliyi qadağan etmişdir. əsinin müxtəlif səbəblərini bildirmişlər:

ardını oxu
17-11-2016 Ali
Salam. Məlumdur ki, Məhəmməd peyğəmbərə (sas) ilk vəhy Hira mağarasında Cəbrayil aleyhissələm vasitəsilə nazil edilmişdir və bu hadisə digər insanların gözündən uzaq, gizli olmuşdur.
Cavab:

Və aleykum Salam. Neçə dəfə görüş olması bilinmir. Mələkləri insan gözü ilə görmək olmur. Yalnız Allah istədiyi vaxt onlar insanlara görünürlər. Daha ətraflı: 

ardını oxu
17-11-2016
Assalamu Aleykum 1. Nişanlı olduqda dini nigah olmadan tək qalmaq əl ələ tutmağın zinaya aparan yol olduğunu demisiniz. nişanlı olub qadının ata anasının razılığı ola ola gedib bacaran biri vasitəsilə oğlan və qız nigah kəsdirə bilərmi yoxsa valideynlərin orda olmağı şərtdirmi.
Cavab:
Və aleykum Salam.
ardını oxu
17-11-2016 Kamil Huseynov
uwaqin qorhusunu nece goturmek olar 10 ayliq oqlan uwaqi
Cavab:
Salam aleykum. Ətraflı məlumatı aşağıdakı cavablardan oxuya bilərsiniz: 
Uşaqları qorumaq üçün oxunan dua 
ardını oxu
17-11-2016 mira
Men ele duwunuremki bextim baqlanib.bunun cadu ile elaqesi ola bilermi..bumdan qurtulmaq caresi varmi
Cavab:
Salam aleykum. Hər şeyi cadu ilə əlaqələndirmək düzgün deyil. Allaha çox dua edin. Daha ətraflı:
Cadudan necə qorunmaq olar?
ardını oxu
17-11-2016 Aytac
salam qusul alanda hec vaxt sirgani cixartmamisam amma indi bir saytda oxudum ki mutleq cixardilmali imis,indi bilmek isteyirem ki menim quslum sayilmir?sirga balacadi usaqliq sirgamdi yani;birde muxteli saytlarda qusul almaq ferqli sekilde verilir men ise bele aliram bas ,boyun,sag ve sol yani esas
Cavab:

Və aleykum Salam. Xeyr, sırğanı çıxarmağa ehtiyac yoxdur. Sadəcə həmin yerə su dəyməsi üçün sırğanızı əlinizlə tərpətəsəniz kifayət edir.

ardını oxu
17-11-2016 Xədicə
Valdeynə hörmət barədə eşitmək istərdik
Cavab:

Salam aleykum. Bu cavabları oxuyun: Ata-ananı incitməyin günahı barədə

ardını oxu
17-11-2016 Zaur
Salam. Zəhmət olmasa deyərdiniz, sübh namazına 30 dəqiqə qalmış məğrib namazı kimi 3 rükət gecə namazı qılmaq olarmı? Allah Sizə kömək olsun.
Cavab:

Və aleykum Salam. Ümumən gecə namazı İşa namazından sonra Sübh namazınadək istənilən vaxt qılına bilər. Ancaq, bu namazı gecənin son üçdəbir hissəsində qılmaq daha üstündür.

ardını oxu
17-11-2016 Naile
salam. men 7ay idi Namaz qilirdim son bir heftedi qila bilmire. biraz sexsi heyatimda problemler var., yaxsi deilem. inwALllax heftenin evvelinnen qilacam yene. belkede imanin zeiflemesinden ireli gelir bilmirem.
Cavab:

Və aleykum Salam. Müəyyən problemi bəhanə gətirərək namazı bilə-bilə tərk etmək böyük günahlardan sayılır və kəffarəsi də yoxdur.

ardını oxu
17-11-2016 Ferid
Salam. Bilmek isterdimki gozde eynekle namaz qilmaq olarmi? Cox sagolunn.
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz halda namaz qılmağa bir qadağa yoxdur. Həmçinin, oxuyun:


Namazı batil edən hallar hansılardır?

ardını oxu
17-11-2016
Salam əleykum,şəfa üçün,xəstəlikləri,göz dəyməni,sehri təmizləmək üçün hazır yeməyə Fatihə,ayətəl kürsü,bəqərə,ixlas,fələq,nas sürəsi deyib üfürmək olarmı ki bütün ailə yeyib bundan faydalansın?
Cavab:

Və aleykum Salam. Quran ümumilikdə bütün möminlər üçün bir şəfadır. Necə ki, Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar". (əl-İsra, 82).

ardını oxu
17-11-2016 Zohrab
Salamun Aleykum.Namaz qilmayan adamin duasi qebul olurmu?
Cavab:
Və aleykum Salam. Namaz qılmayan insanın duası qəbul oluna bilər, lakin namaz qılmamaq ən böyük günah və Allaha asilik olduğuna görə duaların qəbul olmasına maneə yarada bilər. Həmçinin, namazın içində edilən dualar daha tez qəbul olunur.
ardını oxu
17-11-2016 ya ALLAH
Salam Aleykum men ALLAHimnan bir duam var yeni bir isteyim var ve secde halinda iken de dua edirem yagiw yaqarken de edirem oruclu olduqum halda da edirem subh namazin da bele edirem ama 3 ildir ki duam qebul olmur ola biler ki Allahim meni istemir ona gore duami qebul edmir ?
Cavab:

Və aleykum Salam. Əvvəla, onu deyək ki, Allahdan qeyrisinə and vermək, yaxud and içmək olmaz. Siz tələsməyin və dua etməyə davam edin. Bilin ki, dua etdiyiniz üçün savab qazanırsınız.

ardını oxu
17-11-2016
Dua ilə qarşındakı insanın dil ağzını necə bağlamaq olar?
Cavab:
Salam aleykum. Qeyd etdiyiniz hal sehrin (cadu, tilsim) növlərindən biri olub, küfr kimi böyük günahlardan hesab olunur. Daha ətraflı: 
Sehr nədir?
ardını oxu
17-11-2016 Leyla
Salam Aleykum bilik sahibleri.evvelki sualimi cavablandirdiginiz ucun tesekkur edirem.indi sualim yeni dogulmus korpem var.kopden hedsiz eziyyet cekir.nece kop dermani deyisdim razyana suyud suyu verirem masaj edirem komeyi olmur.bu gun mene meslehet bildiler nane aragindan bir damci suya qatib her
Cavab:

Va aleykum Salam. Əgər dediyiniz məhlulun tərkibində çoxlu miqdarda spirt varsa, bunu müalicə vasitəsi kimi qəbul etmək olmaz. Daha ətraflı:

Müalicə məqsədilə içki içmək haqqında

ardını oxu
17-11-2016
Ərli qadın yoldaşından gizli başqa kişi ilə telefonda danışıb görüşübsə əri bundan xəbər tutub deyəndə bu nömrə kimindir deyəndəki əcəb eliyib danışmışam. Onda kişi bunu boşaması günahdır yoxsa necə? Xahiş edirəm cavablandırasız.
Cavab:
Salam aleykum. İstər ərli, istərsə də ərsiz qadının heç bir ciddi zərurət olmadan naməhrəm kişilərlə danışması, yazışması günahdır. Habelə qadının ərinə qeyd etdiyiniz şəkildə cavab qaytarması özü bir günahdır.
ardını oxu
17-11-2016
Salam.Men Allaha dua edirem.Dualarimda Allahin boyukluyunu bildirirem.Sukur edirem.Gunahlarima tovbe edirem.Bagislanma dileyirem.Hemise dua edeceymi bildirirem.Sonra ise isteklerimi bildirirem.Amma mene ele gelirki men duzgun dua etmirem.Yeni nese artiqdi.Amma umudumu uzmurem.Cunki uca Yaradan rehm
Cavab:

Və aleykum Salam. Ümumən sizin bu dediklərinizdə nəsə səhv və ya artıq bir əməl yoxdur. Lakin, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dediyi qaydada dua etsəniz daha yaxşı olar.

ardını oxu
17-11-2016 .
salam. guzguye balca salfanin icnde 8noxut 2taxtaya oxsar bir esya ve 1terfi qurumus bir terfi tuklu heyvan dersine benzey esya 3bir yerde aslmsdi menasi ne ola biler ne cadusdu xais edrem cavab yazin.
Cavab:

Və aleykum Salam. Bu, cadunun əlamətlərinə oxşayır. Caduda isə məna axtarmaq yox, ondan Uca Allaha sığınmaq lazımdır. Daha ətraflı: ​​​​​​​Cadudan necə qorunmaq olar? 

ardını oxu
17-11-2016 Aygun
Destemaz ayesi hansidir?
Cavab:
Salam aleykum. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun...". (əl-Maidə, 6). Həmçinin oxuyun:
ardını oxu
17-11-2016
Allahin salami olsun.olum qorxusunu nece terk ede bilerem?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Ölüm qorxusundan qurtulmaq üçün nə edim?

ardını oxu
17-11-2016 Rüstəm
Allahın Salamı olsun sizlərə. Sual1)Mən şiə namazı qılıram,əlbəttə hər qılınan namaz doğru sayılar təki Allaha ibadət edəsən,mənim ürəyimdə şübhə var sünni namazl da qılmışam camaat ilə və bir ara qılmışam özüm.Doğrusun sünni namazında görürəm,və içində şübhə var.Bunu necə aeadan qaldıra bilərəm,nə
Cavab:

Va aleykum Salam.

ardını oxu
17-11-2016
Kəbinin pozulması üçün nə etmək lazımdır. Əgər iki ildən çox ailə bir yerdə yaşamırsa
Cavab:

Salam aleykum. Əgər qarşılıqlı şəkildə ayrılmısınızsa, bu zaman kəbin kağızı öz qüvvəsini itirir. Amma bu hal baş verməyibsə və qadın tərəfdən boşanma tələb olunursa, burada kişinin razılığı olmalıdır.

ardını oxu
17-11-2016 samir
salamualeykum bildiyime gore destemaz alanda agizi ve burunu eyni vaxtda yumaq lazimdir, bu mene cetin gelir men 3 defe agzimi yuyandan sonra 3 defe burnumu yuyuram. burda bir problem, bidet varmi?
Cavab:

Və aleykum Salam. Bu bidət sayılmır. Hər iki üsul səhihdir. Həmçinin, oxuyun: Düzgün dəstəmaz necə alınır?

ardını oxu
17-11-2016 nuranə
Salam 1)Cavablarda vardı,qüsl alarkən ürəyində çinmək yox qüsl almaq niyyətini tututsan.Biz çimərkən sabundan və başqa təmizləyici vasitələrdən istifadə edirik.Amma qüsldə bunlardan istifadə olunmur.Onda nicə edək əvvəl qüsl alıb sonra çimək?? 2.Spirtli içki haramdır.Bes araq çəkib özü içmiyib sats
Cavab:

Və aleykum Salam.

1. Əvvəl istədiyiniz şəkildə çimin, sonra qüsl alın, çünki qüsl ibadətdir, çimmək deyil. Qüslda adi halda çimməkdən fərqli olaraq niyyət var.

ardını oxu
13-11-2016 Elbrus
Salam evvelce vereceyiniz cavab gore tewwekuredirem.sualim uzu uste yatmaq olar yeni arxani Allaha teref cevirib yatmaq olar. Men ne vaxtdi ele yatmiram. Xais cvb yazin.birde sagolun.
Cavab:

Və aleykum Salam. Bu şəkildə yatmaq qadağandır. Daha ətraflı: Üzü üstə yatmaqla bağlı hədisi tam şəkildə yaza bilərsinizmi?

ardını oxu
13-11-2016 Ümid Əkbərli
Salam mən 3-4 dəfə namazi atib icki icmişem.
Cavab:

Və aleykum Salam. Namazın qəbul olunmayacağı ilə bağlı fikirlər və qeyd etdiyiniz hallar - şeytan vəsvəsəsi ilə bağlıdır. Belə hallara fikir verməyərək namazlara davam edin və imanınızı artırın. Həmçinin oxuyun:

ardını oxu
13-11-2016 xeyal
Sunnu namazi nece yaranib hansi duzgundur sie yoxsa sunnu men sunnu namazi qilirdim sonra mescidde mene dedilerki yalnis namaz qilirsan sie namazi qilmalaisan sunnu namazini vahabiler qilir bilmek istiyorem bu ne derecede dogrudur mene desilerki bir defe peygemberimiz sehrada namaz qilarken kulek es
Cavab:
Salam aleykum. Bu cəfəngiyatdır. Bu dediklərinizin heç bir əsli yoxdur. Sizə bunları deyənlər mötəbər kitablardan dəlillər gətirməlidirlər. Əks təqdirdə onların sözü götürülmür.
ardını oxu
13-11-2016 Perviz
salam eleykum men niyet etmiwdimki iwim duzelsin qurban kesecem ama burda momin insanlar var mene deyirlerki qurban bayrami gunu niyet edilmiw qurban kesmey gunahdi,olmaz.bu ne derecede duzgundu?zehmet olmasa deyerdiz
Cavab:

Və aleykum Salam. Nəzir edilmiş qurbanı Qurban bayramında kəsilən qurbanla qarışdırmaq olmaz. Lakin, həmin gün nəzir qurbanını nəzir niyyətilə kəsmək olar. Lakin, bu qurban İsmayıl qurbanı sayılmayacaq.

ardını oxu
13-11-2016 Əli
Dünyada kafirlər müsəlmanlara zülm edirlər, haqsızlıq edirlər. Biz 1 milyarddan çox müsəlman ola-ola onlara öz gücümüzü niyə göstərmirik? Yəni, necə biz kafirlərə indiki vaxtda qalib gələk?
Cavab:
Salam aleykum. Sayın çox olması hələ güclü olmaq demək deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Vaxt gələcək insanlar bir qabdan (yaxud sinidən) yemək yedikləri kimi, digər ümmətlər də sizin üzərinizdə meydan oxuyacaqlar".
ardını oxu
13-11-2016
Salam aleykum,men bir sual vermek isteyirem.men subh namazina oyaq qalsam olar? qalxa bilmirem cunki .. cox saqolun
Cavab:
Və aleykum Salam. Ümumən sübhə qədər oyaq qala bilərsiniz. Ancaq bunu davamlı şəkildə etmək həm çox çətin, həm də bir növ insanın özünə zülm etməsidir. Çünki, Uca Allah gecəni insan üçün istirahət vaxtı kimi yaradıb. Necə ki, Uca Allah buyurur: "Yuxunuzu da istirahət etdik.
ardını oxu
13-11-2016
Salamu eleykum Evli bir xanim destemaz aldiqdan sonra heyat yoldasina ve ya ona mehrem olan bir insana toxunarsa onu operse desdamaz pozularmi?birde qadindan onden cixan yel desdamaz pozarmi.Allah razi olsun .
Cavab:

Və aleykum Salam. Aişə (Allah ondan razı olsun) demişdiir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) onu öpdü və dəstəmaz almadı". (Əbu Dəvud, 178; İmam Əhməd, 25767). Daha ətraflı:

Dəstəmazı pozan amillər

ardını oxu
13-11-2016
Salam, hərbi xidmətə (əsgərliyə) getməmək günahdır ?
Cavab:
Və aleykum Salam. Bəli, heç bir üzürlü və zəruri səbəb olmadan hərbi xidmətdən yayınmaq günahdır. Hərbiçilər vətəni, müsəlmanları qorumaqla savabı çox böyük olan işlərdən birini görürlər.
ardını oxu
13-11-2016 Aytac
Salam, mələklərə salam göndərməyin nə kimi bir faydası var? Və bu salam necə göndərilir?
Cavab:

Və aleykum Salam. Quran və Sünnədə mələklərə salam və ya salavat göndərmək yoxdur. Yalnız onların adı çəkiləndə onlara "əleyhis-Səlam" - "Allahın ona salamı olsun" deyilir.

ardını oxu
13-11-2016 Aytenziba
Salam aleykum. Bir yere gedende sefer namazi ne qeder muddeti qilinir. Men 5 gun qiliram rayona gedende .ama 2-3 hefte qaliram nece etmeliyem
Cavab:

Və aleykum Salam. Qaldığınız yerdən başqa yerə, məsələn, rayona gedəndə səfər namazı qılınır. Lakin, əgər siz gedəcəyiniz rayonda bir neçə ay qalacaqsınız və qayıdacağınız vaxtı bilirsinizsə, yeriniz rahatlaşandan sonra namazlarınızı tam qılmalısınız.

ardını oxu
13-11-2016 Cansu
salam baxiwliyin sizin naraxat eyliyiren men azansiz namaz gilamiram olarmi namaz gila gila azana gulax asim
Cavab:

Və aleykum Salam. Azan namazdan qabaq müsəlmanları namaza çağırmaq üçün verilir. Lakin, namaz qıla-qıla azana qulaq asmaq düzgün hal deyil. Belə ki, müsəlman namaz qıldıqda müti olmalıdır. Namazda azana qulaq asmaq isə fikri namazdan yayındırır və mütiliyə ziddiyyət təşkil edir.

ardını oxu
13-11-2016
gundelik ureyimizde ve ya filimizda Allahi nece zikr edey en feziletli sozleri yazardiniz.birde niyyetin yerine yetirmesi ucun en feziletli dualar.meslehet vererdinizde zehmet olmasa.twk.
Cavab:
Salam aleykum. Ən fəzilətli dualar - Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi dualardır. Daha ətraflı: 
Quran və Sünnədən seçilmiş dualar
ardını oxu
13-11-2016
Salam,1.eger bir insan omur boyu namaz qilib ama neyise sehv etdiyine gore namazi batil olubsa o qildigi namazlara gore hec bir savab yazilmir?axi o butun omur boyu Allah yolnda nese edib?2.soyuw soymek gnahdi seslendrmeden ureyinde kimese soyursense budagunahdi?3.tovbe ednde Allah butun gunahlri ba
Cavab:

Və aleykum Salam.

ardını oxu
13-11-2016
Salam Aleykum.Azan sesini telefondan dinlemek ve ya zumzume etmek haramdirmi?
Cavab:

Və aleykum Salam. Azan səsini telefondan dinləmək və azan oxumaqda problem yoxdur. Lakin, züm-zümə edərək musiqi oxumaq düzgün hal deyil. İbnul-Əsir (Allah ona rəhmət etsin) deyir: "Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər".

ardını oxu
13-11-2016 ABU ÖMƏR
As Salam Aleykum Ve Rahmatullahi Ve Berakatuh Evde Atam Cox Sixir Mecide Qoymur Namaza Getmeye Qoymur Vurur edir Evi Hicret Ede Bilerem?
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətu. Valideynin sizi məscidə qoymaması başa düşüləndir. Çünki, valideynlər elə bilirlər ki, məscidə getsən pis insanlara qoşulacaqsan. Günümüzdə baş verən hadisələr valideynlərimizi bu addımı atmağa vadar edir.

ardını oxu
13-11-2016 Elmir
salam barmaq keslibse mohkem destemaz alandan sonra yenede qan cixirsa namaz qilmaq olarmi ve yaxud neynemek olar cox sagolun
Cavab:

Və aleykum Salam. Barmaqdan gələn qanın qarşısını tibbi vasitələrlə alın. Qanın axması isə dəstəmazı və namazı pozmur. Əgər paltarda qan ləkəsi varsa, bunu bacardığınız qədər təmizləyin. Lakin, təmizləyə bilmədiyiniz ləkələrin sizin namaza təsiri yoxdur.

ardını oxu

Pages