14-09-2016 R.e
Salam aleykum siqe hakda hansi surede ve necesiz ayelerde bildirilib?
Cavab:

Və aleykum salam. Siğə haramdır və bu haqda Quranda heç nə yoxdur. Daha ətraflı: Siğə haqqında 

ardını oxu
14-09-2016 Fatime
Selamun aleykum. Qedr gecesinde hansi namazlar qilinir.
Cavab:

Və aleykum Salam. Qədr gecəsində Ramazanın digər gecələrindəki kimi İşa namazından sonra təravih namazı qılınır. Daha ətraflı:  Təravih namazı necə qılınır? 

ardını oxu
14-09-2016 Arzu
Salam Aleykum. Corek yere duwende opub alina qoymaq, supurgeye deydikde tupurmek duzgundurmu? Sufre gec yigiwdirilanda gunahdi, melekler sufreni elleti ile tutur deyirler. Duzdur?
Cavab:

Və aleykum salam. Çörəyi və digər nemətlər yerə düşəndə öpmək yox, sadəcə yerdən götürmək lazımdır. Sadaladığınız digər şeylər isə hamısı xurafatdır və onlara inanmaq günahdır. Daha ətraflı: Bəd əlamətlərə inanma! 

ardını oxu
14-09-2016
Orucun qezasi Ramazan bayramindan sonra derhal tutulmali yoxsa novbeti Ramazan ayina qeder istenilen ayda tuta bilerikmi? Evvelceden tesekkur edirem cox sag olun.
Cavab:

Salam aleykum. Xəstəlik və ya səfər kimi üzrlü hal yoxdursa, Qəzaları mümkün qədər tez, imkan olan kimi tutmağa çalışmaq lazımdır.

ardını oxu
14-09-2016
Salam aleykum! Namaz zamani tekbir unudulubsa ve ya deyib deyilmediyini tam xatirlamirsa o zaman namaz batil olurmu ve secdeyi sehvi varmi?
Cavab:
Və aleykum salam. Namaza başlama təkbiri unudulubsa, bir rükət əlavə qılınmalı və sonda səhv səcdəsi edilməlidir. Digər təkbirlər unudulubsa, yalnız səhv səcdəsi kifayət edir.
ardını oxu
14-09-2016 Leman
Salam.Menim 23yawim var.Nece defe Quran acdirmiwam mene deyibler senin yolunu baqlayiblar cox guclu eyni sozu hami deyir.Yolumun acilmasi ucun mene bir molla dedi 3gun sacini dari bankaya qoy yandir kulunu getir Quran ayesi oxuyacam acilacaq.Bu sizce duzgundur? Xaiw edirem cavab yazasiniz.
Cavab:

Və aleykum Salam. Bu cür şeylər xurafatdır və günahdır, Quran kitabı oxuyaraq ibrət almaq üçün göndərilmişdir. Həmçinin oxuyun: Dualarım qəbul olmur, nə edim? 

ardını oxu
13-09-2016 Salman
Salam aleykum hz Fatimanin qebri niye bilinmir?
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun: Fatimə niyə gecə dəfn edilib? 

ardını oxu
13-09-2016 FATIME
salam namazi azan verilen kimi qilmaliyiq?
Cavab:

Və aleykum salam. Azan verildikdə onun sözlərini təkrarlamaq lazımdır. Daha sonra istəsəniz azanla iqamə arasında 2 rükət sünnət namazı qıla bilərsiniz, bundan sonra iqamə oxuyaraq namazı qıla bilərsiniz.

ardını oxu
13-09-2016
Salam Aleykum.Allahın rəhməti bərəkəti hidayəti üzərinizə olsun.inşAllah.sizə bir sualım var.Hz Osmanı öldürməyə gələnlərdən biri kimin oğlu olub.Hz Osmanın saqqalından tutub və Hz Osman ona baxaraq deyibki heç olmasa sən eləmə sənnən qiyamətdə qarşılaşmıyım.və oda ağlıyaraq buraxıb gedib.xahiş edir
Cavab:

Və aleykum Salam. Osmanı öldürməyə gələn xəvariclərdən biri də Əbu Bəkrin (Allah ondan razı olsun) oğlu olub. Daha sonra Osmanın tərəfdarları onu yaxalayaraq öldürmüşlər.

ardını oxu
13-09-2016
Salam. Men yuxumda her gun pis seyler gorurem yada gorduyumu zenn edirem ama elaqe filan gormurem bezende xatirlamiram. Sonrada qusul alim almayim deye tereddut edirem. Bilmek isteyerdim bu vesveselerden nece qurtulum.
Cavab:

Və aleykum salam. Oyaq vaxtı gözünüzü haramdan çəkin, yatmazdan qabaq zikrləri oxuyun. Namazları vaxtında qılın, gün ərzində Quran oxunmasına qulaq asın. Yatarkən məni ifraz olunubsa, qüsl almaq lazımdır. Həmçinin oxuyun:

ardını oxu
13-09-2016
Neye gore heyz halinda olan zaman qilinmamiw namazin qezasi olmur,amma tutulmayan orucun qezasi olur?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Heyz halında namaz qılmaq olarmı? 
ardını oxu
13-09-2016
Usaq vaxti basa dusmeden etdiyim gunahlar indi gunah sayilir?
Cavab:

Salam aleykum. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan (yuxuda olan) oyanana (ayılana) qədər və uşaq həddi büluğa çatana qədər". (Hədis səhihdir. Səhihu-ll-Cəmi əs-Sağir: 3513.

ardını oxu
13-09-2016
Essalamu aleykum.Qedr gecelerinde rehmete gedenler ucun hansi namazlar qilinir ve nece qilinir.Cox sagolun.
Cavab:

Və aleykum Salam. Namaz Allah üçün qılınır, namazda səcdələrdə ölənlərin bağışlanması üçün dua edə bilərsiniz. Daha ətraflı:

Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər? 

ardını oxu
05-09-2016
Salam. Men uzun bır sefere Hazırlawıram. Ve tez tez bu haqda duwunurem. Onda da 1 defe asqırıram. Eslınde de men sebre ınanıram Umumıyyetle asqırmaq haqda melumat vererdınızde. (Tek ve cut sebr)
Cavab:

Və aleykum Salam. Bu cür şeylərə inanmaq günahdır. Daha ətraflı: Bəd əlamətlərə inanma! 

ardını oxu
05-09-2016 namaz qiladan
namazi neter qilinir
Cavab:

Salam aleykum. Namaz qılmaq qaydasını buradan öyrənə bilərsiniz:  Namaz qılmaq qaydası - VİDEO 

ardını oxu
05-09-2016
Namaz qılan adam hər gün qüsl almalıdır?
Cavab:

Salam aleykum. Hər gün qüsl almağa ehtiyac yoxdur, yalnız müəyyən hallar baş verdikdə qüsl alınmalıdır. Daha ətraflı:

ardını oxu
05-09-2016 али
Kişi arvadından doymasa başqasıyla necə sigə edə bilər
Cavab:

Və aleykum Salam. Siğə etmək haramdır. Daha ətraflı: Siğə haqqında

ardını oxu
05-09-2016
Aileme paxilliq eden yaxin qohumum var. Onun pis nefsini uzerimizde hiss edirem. Sanki bir pislik agirliq goturur evime. Ne edim? Onun werinden bohtanindan nece qurtulmaq olmaq
Cavab:

Salam aleykum. Burada yazılanları edin: Cadudan necə qorunmaq olar? 

ardını oxu
05-09-2016 Sevinc
Salam.Musiqiye qulaq asmaq gunahdirmi?Urekde oxumaq gunah deil ama sesli oxumaq gunahdi deyirler bu fikir duzdurmu?
Cavab:

Və aleykum Salam. Musiqiyə qulaq asmaqdan çəkinmək lazımdır. Ürəkdən keçən şeylərə görə isə günah yazılmır, amma etməsəniz daha yaxşıdır. Daha ətraflı:

Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?

ardını oxu
05-09-2016 bb
Salam Aleykum Men ibadətə yeni başlamişam özüm rayonda qaliram Ayda on gün rayondan şəhərə səfərə gedirəm işimlə bagli orda imkan tapib namazlari birləşdirib qisaldib qiliram doqrudurmu???
Cavab:

Və aleykum Salam . 

ardını oxu
05-09-2016 Arzu
Saytda qadinlarin verdiyi suallara qadinlar cavab verir?
Cavab:

Xeyr, bütün suallara kişi elm tələbələri cavab verir.

ardını oxu
05-09-2016
Salam aleykum. Oruclu olanda sud vermek olarmi?
Cavab:

Va aleykum Salam. Oruc tutan qadının süd verməsi onun orucunu pozmur. Daha ətraflı: Orucu pozan amillər hansılardır? 

ardını oxu
05-09-2016 asiya
orucluq ayinda iftari halva bisirib oruc tutanlara paylamaqla evez etmek olar
Cavab:

Və aleykum Salam. Oruc tutanlara yemək vermək böyük savabdır, amma sağlamlığı imkan verən hər kəs oruc tutmalıdır və bu əməl orucu əvəz etmir.

ardını oxu
05-09-2016
Manda olur namaz qilarken, hetta dua etdiyim zaman bele, ureyimde mana pisliyi kecen insani soyurem bu neden ireli galir? Bununla nece mubarize aparim?
Cavab:
ardını oxu
04-09-2016 Elvin
salam aleykum.bidetci imamin arxasinda namaz qilmaq olar.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Günahkar imamın arxasında namaz qılmaq olarmı? 

ardını oxu
04-09-2016
Salam men siye namazi qiliram hemd ixlas suresi oxuyura qilanda bu duzgun namazdimi? Basi aciq gezmek gunahdimi? Kebinsiz namaz q ilmaq olarmi?subh namazina dura bilmemek gunahdirmi?
Cavab:

Və aleykum salam.

ardını oxu
03-09-2016 Gulya
Salam. Bilmek isterdim namazi vaxtinan biraz tez qilmag olar? 5-10deq tez.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Namazı vaxtından öncə qılmaq olarmı? 

ardını oxu
03-09-2016
Salam Aleykum.Teyyare qezasinda olenler sehit sayilir?
Cavab:

Və aleykum Salam. Bəli, təyyarə qəzasında ölənlər şəhid sayıla bilər. Daha ətraflı: Şəhidliyin növləri 

ardını oxu
03-09-2016 Rena
Salam qilcalarim sinib men nece namaz qila bilerem?qusul desnamazda ala bilmirem.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:  Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 

ardını oxu
03-09-2016
salam yoldasim basimi basglamagimi istedi men ise qebul etmedim o meni coxda mecbur etmedi men gunah qazandimmi
Cavab:

Və aleykum Salam. Hicab bağlamaq Allahın əmridir, bunu etməyənlər böyük günah qazanır. Daha ətraflı: Hicab - azadlıqdır! 

ardını oxu
03-09-2016 Abdulla
salam. bu mal ve qoyunda hansi hisseler haramdi ve halaldi
Cavab:

Və aleykum salam. Əti halal olan heyvanların hansısa hissəsinin haram olması ilə bağlı heç bir dəlil yoxdur, ona görə də bu heyvanların hər yerini yemək olar.

ardını oxu
03-09-2016
Hezreti eli harada dunyaya gelib?
Cavab:

Bu cavabları oxuyun:  


Əli ibn Əbu Talib 

ardını oxu
03-09-2016 S
Salam biz eger aganin qebrine ziyaretine gedkrikse bu gunahdirmibu o demekdiki allaha şerik qoşuruq
Cavab:

Və aleykum salam. Pirlərə getmək qadağandır. Daha ətraflı: Pirlərə getmək olarmı?

ardını oxu
03-09-2016
Salam imanzade allahin evi sayilirmi ve ora nezir demek duzgundur cox xayis edirem menimde suallarimi cavablandurin sagolun
Cavab:

Və aleykum Salam. Pirlər, qəbir üzərində tikilmiş məscidlər, ziyarətgahlar Allahın evi sayılmır və ora getməkdən çəkinmək lazımdır, çünki həmin yerlərdə bəzi insanlar Allaha şərik qoşaraq qəbirdən yardım istəyir, Allahdan başqası üçün qurban kəsir və s. şirk əməllər edirlər.

ardını oxu
03-09-2016
Salam destemaz almaq sunni 've sielerde ayri ayridir? tutaq ki sunni destemazi alib sie namazi qilmaq olar xais edirem cavab vererdiz birde destemaz alarken agiza buruna su cekilmelidirmi ayaqlar yas olsa olar?
Cavab:

Və aleykum salam. Namaz və dəstəmaz yalnız Peyğəmbərin (salləllahu aleyhi və səlləm) öyrətdiyi kimi olmalıdır. Daha ətraflı:

Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO 

ardını oxu
03-09-2016
Dunen qurana baxizdirdim her sheyi duz dedi birde dediki, bir birinizi seven insanla mumkunsuzsu evlilik,sizce Quranda eyni dediyi kimi olur ya deishile biler nese?
Cavab:

V aaleykum Salam. Quran oxuyub ibrət almaq üçündür, fala baxmaq üçün yox. Bunu edənlər böyük günah qazanırlar. Daha ətraflı: Quran açdırmaqla gələcəyi bilmək olarmı? 

ardını oxu
03-09-2016 Resad
Salam aleykum oruclu olan sexse Allah qebul elesin demek olarmi?
Cavab:

Və aleykum Salam. Oruc tutan adama "Allah qəbul etsin" demək olar.

ardını oxu
03-09-2016
Salamu eleykum Menim yoldawim.aya 1500 azn mas alir bilmek isderdim onun zekati nece azin vermeliyik? Umumiyyetle zekat ilde birdefe verilir yoxsa ayliq .birde eger o mawdan artirib ilik saxlamaq olmirsa yene zekat duwur .xais zekat hakda melumat vererdiz .Salamu eleykum.
Cavab:

Və aleykum Salam. Xərclənmədən bir il qalan pulun miqdarı 85 qr qızıl dəyərindən çoxdursa, ildə bir dəfə onun 2,5%-i qədər zəkat verilir. Daha ətraflı: ZƏKAT

ardını oxu
03-09-2016
Salam men 9aydrki nisanlyam axir 3ayda nisanlm tamamile deysb mene qarsi.uzagi 10gun xos dansr barsiriq sonra yene dalasr menle ayrlmaq istyrem deyr meni vurur hetda soyur mene.bele davam edr 3aydki bu neden ola biler?
Cavab:

Və aleykum salam. Vəziyyəti bilmədən bunu demək mümkün deyil. Cadu edildiyindən şübhələnirsinizsə, bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar  

ardını oxu
27-08-2016
Salam aleykum. Rayonlar üçün namaz vaxtlarını haradan öyrənə bilərəm?
Cavab:

Və aleykum salam. Artıq zikr.az ana səhifəsində Azərbaycanın bütün rayonları üçün namaz vaxtlarına baxa bilərsiniz.

ardını oxu
27-08-2016 Eldar
assalam aleykum.Allah elminize bereket versin.Sualim seferle bağlıdı.Mən 15-gün dənizdə neftçi işləyirəm.Hər ayın 1-i gedirəm 16-sı qayıdıram.Mənim iş yerində hər bir şəraitim var və heç bir problemim yoxdu.Namazlarımı bütöv qılmaq üçün vaxtımda var.İşlədiyim yerdən evimə olan məsafə150 km-dir.Bu və
Cavab:

Və aleykum salam. Getdiyiniz müddət qısa olduğu üçün, şərait olsa da səfər namazları qılmalısınız.

ardını oxu
27-08-2016 Lala
Salam.Mən özüm cümə günü doğulmuşam.Cümə günü İslamda müqəddəs yer tutur.Bilmək istərdim ki,cümə günü doğulmağın hər hansı bir özəlliyi varmı?İndidən təşəkkürlər.
Cavab:

Və aleykum salam. Cümə günü həftənin günləri içərisində digər günlərdən üstün tutulmuşdur.

ardını oxu
27-08-2016
Salam aleykum..bilmey isteyirem menim heyat yoldasim sehid olub..bizim dini kebinimizde var..yoldasim sehid olduqdan sora bizim kebinimiz men vefat edene qeder davam edeceymi? 2 sualim:yoldasim menim ve diger qohumlarin yuxusuna gelib men olmemisem Aglamayin deyir.
Cavab:

Və aleykum salam. Allaha dua edirik ki, sizin ərinizi və müharibədə şəhid olmuş bütün müsəlmanları bağışlasın, Cənnətdə ailəsi ilə birlikdə ən yüksək məqama çatdırsın. Uca Allah buyurur: "Allah yolunda öldürülənləri əsla ölmüş sanma.

ardını oxu
27-08-2016
Salam mənim bir sualım olacaqdı qızla əl ələ tutmaq dini cəhətdən düzgündürmü?əgər düzgün deyilsə nə vaxt tutmaq olar.sualımı cavablandırdığınız üçün indidən çoxsağolun
Cavab:

Və aleykum salam. Oğlanla qız yalnız şəriətə uyğun kəbin kəsdirərək evləndikdən sonra əl-ələ tuta bilərlər. Daha ətraflı: Sevgililər əl-ələ tuta bilərlərmi?

ardını oxu
27-08-2016 sonadan
Məşəddən gələn üzülkə ayaq yoluna girmək gunahdırmı?
Cavab:

Salam aleykum. Ümumən üzüklə ayaqyoluna girmək olar, bir şərtlə ki, onun üzərində Allahın adları və ya Quran ayələri yazılmış olmasın. Məşəddən gələn üzüyü isə taxmaqdan çəkinmək lazımdır.

ardını oxu
27-08-2016
Salam aleykum. Xahiw edirəm məni maraqlandiran bu suallara cavab verəsiniz: 1) "Rabbəna və ləkəl həmd deyəndə əllərin vəziyyəti necə olmalidir? Məkkədə qilinan camaat namazlarinda goruruk ki, bezileri ellerini baglayir, bezileri yanina salir.
Cavab:

Və aleykum salam

ardını oxu
27-08-2016 Ayna
Salam namaz qılınan yerde pive içilmesi düzgündür?
Cavab:

Və aleykum salam. İstər namaz qılınan, istərsə də digər yerlərdə içki içmək böyük günahdır. Namaz qılan adamlar içki içənlərə nəsihət etməlidirlər ki, Allahdan qorxsunlar və günahdan çəkinsinlər.

ardını oxu
27-08-2016
Salam yoldawim qazanc daliycan cox ora bura qacir amma hecne elde ede bilmir hec ireli gede bilmiriy bu neden ola biler
Cavab:

Və aleykum salam. İndiki dövrdə ruzi qazanmaq hamı üçün çətinləşib. Müəyyən dövrlərdə Uca Allah öz hikməti ilə insanların ruzisini azaldır və ya çoxaldır, amma O, heç bir qulunu ruzisiz qoymur. Siz Allaha dua edərək çalışmağa davam edin və ruhdan düşməyin. Daha ətraflı:

ardını oxu
27-08-2016 xeyal
namazda niye eliyyen veliyullah deyilir
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Kəlimeyi-şəhadət necə deyilməlidir?

ardını oxu

Pages