21-05-2016
Salam aleykum. Men Allaha ne vaxt ki, ixlasli oluram. Urekden inanaraq dua edirem. Emellerimi boyuk imanla yerine yetirirem, qelbime ele bir vesvese daxil olur ki, her sheyi alt ust edir. Boyuk shubhe dushur ichime. Ele bir shubhe ki, ebeden cehennemlik eder insani.
Cavab:
Va aleykum Salam. Bu şeytan vəsvəsəsidir və ona fikir vermək lazım deyil. Bu vəsvəsələrə diqqət yetirəndə daha da artır. Çoxlu dua edin, Qurani kərimin mənaca tərcüməsini, hədisləri oxuyun və eliminizi artırın. Bu hallar hətta səhabələrdə olub.
ardını oxu
21-05-2016
Salam men size bir sual vermel isteyirem bir oglan meni sevirdi.Amma sonra ailem vermedi o da birden bire menden el cekdi meni sevmediyin dedi.Amma tekrar onunla barismaq isteyirem.Ona yazdim yalvardim barismadi.Mene komek edin
Cavab:
Və aleykum Salam. Ailənizi razı salmamış evlənmək qadağandır. Allaha çox dua edin, çünki insanların qəlbləri Allahın əlindədir. Həmçinin bu işin sizin üçün xeyirli olub-olmaması üçün istixarə namazı da qıla bilərsiniz. Daha ətraflı:
ardını oxu
21-05-2016
Salam qüsl alan zaman təkcə cinssi orqanı yumaq kifayətdirmi ?
Cavab:
Və aleykum Salam. Qüsl almaq üçün təkcə cinsi orqanı yumaq kifayət deyil. Cinsi orqanı yuduqdan sonra qüsl almaq lazımdır. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
ardını oxu
21-05-2016
Salam.Sizə bəzi suallarım var.Cavablandırsanız şad olaram.1)Evli qadının yoldaşı icazə verməsə o namaz qıla bilməzmi?2) Üzr istəyirəm qadınlar heyz zamanı salavat verə və bəzi duaları oxuya bilərmi? 3) Namazın sonunda yəni bitirdikdən sonra səcdədə Ayetel kürsünü oxuya bilərmi?
Cavab:
Və aleykum Salam.

1. Bu cavabı oxuyun: Ərim və qaynanam namaz qılmağa qoymurlar... 

2. Bu cavabı oxuyun: Qadın heyz halında nələri edə bilməz?
ardını oxu
21-05-2016
Sunniler Mehemmed peygenberden basqa peygenbere inanmir?mene deyiblerki sunniler imamlara inanmir ve tekce Mehemmed peygenbere inanir bu dogrudur?
Cavab:
Salam aleykum. Bunlar hamısı iftiradır. Əhli-Sünnə vəl-Cəmaa Muhəmməd peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də daxil olmaqla ona qədər Allahın hər bir peyğəmbərinə inanırlar. Peyğəmbərlərin birinə inanıb digərini inkar etmək küfrdür.
ardını oxu
20-05-2016 TTM
Salam.diyilene gore namaz qizlara 9yasdan dusur ve men namazi 30yasimda baslamisam qilmaga.bilmek isterdim 22il qilmadigim namazlarin qezasini nece qilmaliyam. Tesekkur edirem
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Keçmiş illərin qəza namazları qılınmalıdır?
ardını oxu
20-05-2016 Vagif
Uzanaraq dua oxumaq gunahdir?
Cavab:
Salam aleykum. Uzanaraq dua etməyə qadağa yoxdur. Lakin, duanın ədəblərinə riayət etmək daha yaxşı olar. Daha ətraflı: Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?
ardını oxu
20-05-2016 ayten
salam heyz qusulu anandan sonra qurani kerim oxumaq olar
Cavab:
Və aleykum Salam. Bəli, qüsl aldıqdan sonra Quran oxumaq olar. Daha ətraflı: Kağızdan ayə və ya dua oxumaq olarmı?
ardını oxu
20-05-2016 Ayse
Şie yoxsa sünni namazını qılmaq daha dogrudur?her kes bır soz deyır bılmırsen kıme ınanasan
Cavab:
ardını oxu
20-05-2016
Salam.Oğlumun adı Xaliddi.Esiddiyime gore o adi düzgün deyil qoymaq.MEN NƏ EDIM?
Cavab:
Və aleykum Salam. Bu adı qoymaqda problem yoxdur.
ardını oxu
20-05-2016 Nuray
Evli kisi namehrem qadina deye bilerki niye bezenirsen
Cavab:

Salam aleykum. Zəruri ehtiyac olmadan naməhrəm qadınlarla danışmaq qadağandır. Amma qadınların da naməhrəmlər olan yerə bəzənərək getməsi qadağandır.  Həmçinin, oxuyun: Naməhrəm şəxslərin ünsiyyətdə olması günahdırmı?

ardını oxu
19-05-2016 İ
Salamu aleykum.Quranda Allah neçə ayədə insanın ağlını işlətməsi ilə bağlı ayələr var.Misal üçün Yunus surəsi 100cü ayədə Allah ağlını işlətməyənin üstünə pislik yağdırır deyə ifadələr var.Lakin hədislərə baxdığımız zaman ağıl işlətməklə bağlı hədislər daha doğrusu rəvayətlər tapılmır.xahiş edirəm b
Cavab:

Və aleykum Salam. Uca Allah ağıllarını işlətmədiyinə görə kafirləri qınayır, çünki onlar Allahın Ucalığını fikirləşmirlər. Quranda bu mövzulu ayələr çoxdur. Hədislərdə də həmçinin. Elm baədə olan hədislər buna sübutdur.

ardını oxu
19-05-2016 Gunel
Men bir neferle sevgili idim 25 yazim var indi ayriyiqq nece edim ne dusi suresin oxusam mene qayidar? Her gunde Allaha dua edirem
Cavab:

Salam aleykum. Kişinin qadını və qadının da kişini sevməsi qəlb məsləsidir. Siz Uca Allaha dua edin ki, sizə xeyirli olanı nəsib etsin! Bundan əlavə istixarə də edə bilərsiniz. Daha ətraflı: 

ardını oxu
19-05-2016 G
Bilmek isterdim esler qabag iller qabag olen insanlar qiyamet gununu gozleyiller?
Cavab:

Salam aleykum. Qəbir həyatında vaxtın necə olması barəsində dəqiq bir məlumat yoxdur. Lakin, əzaba düçar olan Firon haqda Uca Allah buyurur: "Onları səhər və axşamüstü oda salırlar.

ardını oxu
19-05-2016 Gulya
Salam. Bir sualim var. Qebir ezabi nece gun olur? Qebir ezabi nece olur? Birde olumden cox qorxuram, her an elebiliremki sabah ya bursugun olecem qebr ezabi cekecem. Cox qorxuram olmekden.
Cavab:
Və aleykum Salam. Qəbir əzabı hər adama olmur. Bu əzab kafirlərə və günahkar müsəlmanlara olur. Onun neçə gün olmasını isə demək mümkün deyil. Bu müddət Qiyamətə qədər davam edə bilər. Həmçinin, qəbir əzabı müxtəlif günahlara görə müxtəlif cür ola bilər. Daha ətraflı:
ardını oxu
19-05-2016
namazi qildiqdan sonra diger namaza nece deqiqe ara vermeliyem?
Cavab:
Salam aleykum. Bir namazı qıldıqdan sonra o biri namazın vaxtı girəndən sonra qılmaq lazımdır. Səbəbsiz yerə namazları birləşdirmək olmaz. Daha ətraflı:

Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
ardını oxu
19-05-2016 Ramal
Salam size bir sualim varTOVBEsuresinin111ayesinin menasin aciqliya bilersiz yeni bu aye imamlara isaredi
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir.

ardını oxu
18-05-2016
salam aleykum.Evlilik yildonumunu qeyd etmek olar, il donumunde esine hediyye almaq olar,ve ya ilk bir ayinda.Cariye,keniz ne demekdir.Sinmis kenari bir az qirilmis qablari istifade etmek olar
Cavab:
Və aleykum Salam. İldönümləri, ildönümdə hədiyyələşmək, evliliyin ilk bir ayında hədyyələşmək dinimizdə əsası olmayan, əksinə xristianlıqdan bizə keçən adətlərdəndir.
ardını oxu
18-05-2016 bahar
salam aleykum 22yasim var usagliqdan bir sey var mende nevaxdki ALLAH'a dua etsem tez bir zamanda duami qebul edir ve ne vaxdki kimse xetirime deyse onu ALLAH'a tapsiriram hemen adamda belaya dusur dua ettikde destemaz almiram ve sadece ellerimi qaldirib dua edrem iki uc gun kecmir duam ge
Cavab:

Və aleykum Salam. Kiminsə Allahın sevimli qulu olmasını demək olmaz, çünki bu qeybi məsələdir. Amma Uca Allah onun sevgisinə səbəb olacaq əməlləri bizə bildirmişdir. Daha ətraflı: Allah kimləri sevir? 

ardını oxu
18-05-2016
Sukurler Olsun Allaha!Allahdan ne dileyiremse men qismet edir.bu ne demekdir?Men Allahin sevimli quluyam?
Cavab:

Salam aleykum. Kiminsə Allahın sevimli qulu olmasını demək olmaz, çünki bu qeybi məsələdir. Amma Uca Allah onun sevgisinə səbəb olacaq əməlləri bizə bildirmişdir. Daha ətraflı: Allah kimləri sevir? 

ardını oxu
18-05-2016 Rüfət
Salam sizə bir neçə sualım olacaq: 1) Allahı zikr edərkən və Allaha dua edərkən üzü qibləyə çevirməmək günah sayılır ? 2) Allahı zikr və Allaha dua etməzdən əvvəl mütləq dəstəmaz və qüsl almalıyıq ? 3) Axirət günündə cənnətin yoxsa cəhənnəmin əhalisi çoxluq təşkil edəcək ?
Cavab:
Və aleykum Salam.

1-2. Zikr və dua edərkən qibləyə çevrilmək, dəstəmaz və ya qüsl almaq vacib deyil, lakin bunlar duanın ədəblərindəndir. Daha ətraflı: Duanın ədəbləri
ardını oxu
18-05-2016
Salam Alekum. Tövbəni pozmaq üçün hansısa dua oxumaq lazımdı?
Cavab:

Aleykum salam. Əgər hansısa günaha tövbə etmisinizsə, tövbəni pozduqda yenidən günah qazanırsınız. Ona görə də tövbəni pozmaq yox, günahdan çəkinməyə çalışmaq lazımdır. İstəmədən tövbəni pozduqda isə yenidən tövbə edilməlidir.

ardını oxu
17-05-2016 Irade
Men evde hec bir duani oxuya bilmireem namaz qila bilmireem o zaman udar gelir aileme artiq bezmiwem sirri hec kim aca bilmir
Cavab:

Salam aleykum. Bilmək lazımdır ki, dua yalnız Allaha aid edilir və dua edərkən Allahla öz aranızda kimisə vasitəçi tutmaq lazım deyil. Böyük ehtimalla sizin ailəyə cadu edilib.

ardını oxu
17-05-2016 Elcin
Yaxin adamim rəhmətə gedib 40 saxlayiram men hansi emeller etmeliyem ki saxladigim 40 batil olmasin
Cavab:

Salam aleykum. Dünyasını dəyişən insan üçün qırx gün yas saxlamaq dinimizdə əsli olmayan əməllərdəndir. Həmçinin, oxuyun: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?

ardını oxu
17-05-2016
1.Salam Aleykum Quran surelerine qulaq asarken aglamaq yalniw birweydirmi? 2.Namazda,quran ve hedis ewidende yada oxuyanda aglayiriqsa bunun qelben geldiyini nece hiss ede bilerik(bezen mene ele gelir ki,saxta ve kecicidir goz yawim.Bu seytanin vesvesesi ola bilermi?)
Cavab:

Və aleykum Salam. Allah üçün ağlamaq savabı böyük olan əməllərdəndir. Daha ətraflı: Dua edərkən gözlərin yaşarması barədə

ardını oxu
17-05-2016
Salam.mende nese edirem ozum ozumde suphe yaradiramki duz etmedim.meselen bugun zikr edirem sabah etmeyende elebilirem gunah edirem..bunlar nedendi ..tskler
Cavab:
Və aleykum Salam. Zikrlər, əlavə namazlar və digər vacib olmayan əməllər könüllü edilən əməllərdir. Onları etməyəndə günah olmur. Lakin, imkan daxilində onları icra etməmək yavaş-yavaş imanınızın zəifləməyinə səbəbdir.
ardını oxu
17-05-2016
Salamu eleykum.Uca Rebbimin menden razi olub ve ya olmadiqini bilmek olar bu dunyada?Peygemberimiz sallallahu Eleyhi vesellem efendimizden hadis var bu hakda?Allah razi olsun sizlerden.
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həqiqətən, Allah bir qulu sevdikdə Cəbraili çağırıb ona deyir: "Həqiqətən, Mən filan qulumu sevirəm, sən də onu sev!" Cəbrail (aleyhis-sələm) də onu sevir.
ardını oxu
17-05-2016
Salam aleykum. Hansi el ile zikr etmek efzeldi? Sag yoxsa? yoxsa iki elle? 2)Namazda secdede edilen duani hamisi secdelerde 3 defe edib axirinci secdede 7 defe demek bidetdirmi?
Cavab:
Və aleykum Salam. Həm sağ, həm də sol əllə zikr etmək olar. Lakin sağ əllə zikr etmək daha yaxşıdır. Abdullah ibn Amr deyir: "Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) sağ əli ilə təsbih (zikr) edərkən gördüm". (Əbu Davud, 1502).
ardını oxu
17-05-2016
Salam aleykum.size bele bir sualim var.evlerde olan rusca adi domovoy olan mexluq nedir.bezi evlerde ozunu biruze verir.geceler ses gelir.yorgani insanin ustunden cekir.en coxda deyiller uwaqlarin gozune gorunur.internetdede bu haqda melumat yazilib.men bunu din uzre ne mena verdiyini bilmek isteyir
Cavab:
Və aleykum Salam. Bunlar hamısı cinlərdir. Sadəcə müxtəlif millətlərdə cinlərə müxtəlif ad qoyublar. Ruslar evdə olan cinlərə domovoy, meşədə olanlara lesıy və s. deyirlər.
ardını oxu
17-05-2016 Gulya
Salam. Bir sualim var size. Men mohursuz amma shiye namazi olan sozlerle namaz qilsam olar? Amma mohurnen yox. Cunki sunni namazi bilmirem nece gilinir. Tanislarim hamsi shiye namazi gilir, mende hele oyrendim iki ildi hele giliram, lakin mohursuz gilmag isteirem herdefe deirem birden gunah olar.
Cavab:

Və aleykum Salam. Namazın qılınma qaydasını Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərdə öyrədib və bu namaz da bir cürdür. Ona görə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qıldığı kimi namaz qılmaq lazımdır.

ardını oxu
17-05-2016 Ramin
qusulum olo olo ayaq ustu tualete getsem cenabet qusulu vacib sayilirmi?cimesisdim ayaq ustu getdim cenabet alib namaza gedirdim ki dediler destemaz almaq vacibdir
Cavab:
Salam aleykum. Ayaq üstə ayaqyoluna getmək qüslu pozmur. Sadəcə təmizlik cəhətdən sidiyin sıçramamasından ötrü oturaraq ayaqyoluna getmək lazımdır. Həmçinin, qüsl alandan sonra ayaqyoluna getsəniz dəstəmazınız pozulmuş sayılır və belə vəziyyətdə namaz qılmaq olmaz.
ardını oxu
17-05-2016 fidan
salam sualim beledir cin,seytan,ruh bunlari basa dusduk bes hal nedir?? ne ucun var? sagolun
Cavab:

Və aleykum Salam. Hal dediyiniz şey elə cinin el içində bir adıdır. Müxtəlif millətlərdə cinlərə onları ayrı-ayrı məxluqlar sayaraq müxtəlif adlar verirlər.

ardını oxu
17-05-2016 Sakit dadasov
Salamun Eleykum bilmek isteyirem ki Sistani aqa hecbir zeruret ve teqiyye olmadan vehdete gore ehli sunnete iqtida etmek caizdirmi ve namazi tezelenmesi barede hokmu nedir?
Cavab:

Və aleykum Salam. Təqiyyə etmək haramdır və münafiqlərin xüsusiyyətlərindəndir. Çünki, münafiqlər üzdə özlərini müsəlman kimi göstərsələr də, daxildə İslamı inkar edirlər. Əhli-Sünnə camaat namazı qılanda hər hansı başqa firqə onlara qoşula bilər və namazı təzələməyə ehtiyac yoxdur.  

ardını oxu
17-05-2016
salam atam ruhi xeste oldugu ucun evlenende tekce anamdan icaze alsam olarmi?
Cavab:

Və aleykum Salam. Əgər atanız ruhi xəstədirsə, onda ata tərəfdən kişi olan bir nəfərə vəlilik təyin edilməlidir. Bu da olmasa ana tərəfdən dayı və digər kişi olan bir nəfər şəxs vəlilik etməlidir.

ardını oxu
15-05-2016 gunel
Salam. Erim icaze vermir namaz qilim. Dusur mene qilmaq?
Cavab:
Və aleykum Salam. Namaz hamıya vacibdi və əriniz sizə namaz qılmağı qadağan edə bilməz. Bu cavabı oxuyun: Ərim və qaynanam namaz qılmağa qoymurlar...
ardını oxu
15-05-2016 ///////
salamaleykum ramazan bayrami ne vaxtdir?
Cavab:

Və aleykum Salam. 2016-cı ildə Ramazan ayı təqribən 6 iyunda girir, bayram isə təqribən iyul ayının 5-də olacaq.

ardını oxu
15-05-2016
Salam Receb ayinin hansi gunleri oruc tutmaq daha savabdir?
ardını oxu
15-05-2016
salam. Namaz qılan insan zina etdikdə namazı batil sayılır?
Cavab:
Və aleykum Salam. Zina etmək namazı batil etməsə də, insanı həlak edən böyük günahlardan sayılır. Namaz qılmağa davam edib, tövbə etmək və bu çirkin əməldən çəkinmək lazımdır. Daha ətraflı:
ardını oxu
15-05-2016
Salam..sayitda olan desdemaz almaq qaydasi videosunu tam baxa bilmirem..bilmirem niye..qisa bitir.bawa nece mest edilir onu deqiq bilmek isterdim..tez cvlandirsaz sevinerdim..evvelceden twk
Cavab:
ardını oxu
15-05-2016
Salam eleykum.Menim bele bir sualim vardiki hansini kimese deye bilmirem.Men 17yasim olarken bakireliyimle vidalasdim sevdiyim birisi idi.4il qorusurduk mueyyen sebeblere qore ayrildik.Indi menim sevdiyim biri var onunla cinsi elaqede oldum yalniz o ele sanirki men bakire idim ondan evvel,kebin kesd
Cavab:
Və aleykum Salam. Ailə qurmadan cinsi əlaqədə olmaq zina sayılır və həlakedici günahdır. Buna səmimi qəlbdən tövbə etməyənlərə şiddətli əzab verilə bilər. Ona görə də, siz bu günahdan tövbə edib namaza başlayın və Allahdan bağışlanma diləyin.
ardını oxu
15-05-2016 Teymur
Mənim 12 yaşım var.Sizce menim mahnıya qulaq asmağım dinde günahdırmı?
Cavab:

Salam aleykum. Əsli qadağan olan şeylərdən uşaq vaxtından çəkinmək lazımdır. Əks halda onu tərgitmək çətin olur. Həmçinin, oxuyun: Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?

ardını oxu
15-05-2016
Anam bizim üçün kitab açdırıb deyiblər yoldaşının ruzisini duailə bağlatdırıblar mən nə edim bilmirəm?
Cavab:
Salam aleykum. Falçıya getmək və bu məqsədlə Quran açdırmaq böyük günahdır. Daha ətraflı:

Quran açdırmaqla gələcəyi bilmək olarmı?
ardını oxu
15-05-2016 ruslan
Cinsi orqan nece temizlenir? Salam menim 14 yasim var.Internetden oxuduguma gore cinsi orqan tukleri temizlenmelidir.Lakin bunu bilmediyim ucun internetden bunun nece edildiyine baxmisam.Bu haramdir?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq". (əl-Buxari; Muslim).

ardını oxu
14-05-2016
Salam aleykum... ayag uste dura bilmirem yeni hem basim.. demek olarki hrr yerim agriyir.. o yuzden namazimi muveqqwti terk elemisem sagalana qeder.. olar bele??
Cavab:
Və aleykum Salam. Allah şəfa versin, xəstə olduqda oturaraq və ya uzanaraq namaz qılmaq olar. Amma heç bir halda namazı tərk etmək olmaz. Bu cavabları oxuyun:

Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
ardını oxu
14-05-2016
Salam gelecek qismetimi yuxuda gormek ucun ne etmeliyem
Cavab:

Və aleykum Salam. Gələcəyi bilmək qeyb elmidir və yalnız Allaha aiddir. Siz isə yalnız Allaha dua və ibadət edərək, hər şeyin yaxşı olmasını istəyə bilərsiniz. Həmçinin oxuyun: Yuxu haqqında

ardını oxu
14-05-2016 Azad
Təyəmmüm nə vaxt pozulur
ardını oxu
14-05-2016 Mehriban
Salam men Namaz qiliram be Qursni-Kerim oxuyuram Bo's vaxtlarimda saqqiz çeyneye be semeçka(tum) çirtlaya bilerem bu günahdir?
Cavab:

Və aleykum Salam. Nə saqqız çeynəmək, nə də tum çırtlamaq qadağan olunan şeylərdən deyil. Lakin, bu kimi şeylərə vərdiş etmək, aludə olmaq sağlamlığa zərərdir.

ardını oxu
14-05-2016 Peri
Salam! Mene qifil cadusu edibler. Nece illerdir ki artiq men ugursuzluq icindeyem hec bir isim alinmir. Eve bag;anib qalmiwam curuyurem evde> Mene bir yol gosterin bundan nece qurtula bilerem? Cox xahis edirem meslehet edin mene(((
Cavab:
Və aleykum Salam. Allah kömək olsun. Burada yazılanları edin:

Cadudan necə qorunmaq olar?

Dualarım qəbul olmur, nə edim?
ardını oxu
14-05-2016
Men bir insanla 2 5birlikde olmuşam Meni canindan cox sevirdi Men bilirem bu gunaxdi Ama indi o meni atib namaza başliyib ve indi ayilibki bu gunaxdi mene deyirki sen mene haramsan men cox pisem hesteliy tapmiwam ana elediyim hecneyi halal etmirem O ise deyirki sen kimsenki?
Cavab:

Salam aleykum. Ailədən kənar əlaqə haramdır. Əgər bir-birinizi sevirsinizsə, elçi göndərib evlənmək lazımdır. Həmçinin oxuyun:

Zina və ondan necə qorunmaq haqqında

ardını oxu
14-05-2016 Nezrin
Salam aleykum. Teze gelin gedende, deyirler ki, 40 lıdır. Qabagına hec kım gelmesın, ya da kımse onun qabagına çiy et getırmesın. 40 a düşür. Usagı zadı olmur.hetta 40 lı çağaya da aid edırler bunu? Bele bır sey var şerietde?
Cavab:

Və aleykum Salam. Bunlar xurafatdandır və dini əsası yoxdur. Bu inanclar bəd əlamətlərə inanmaqdır. Daha ətraflı: Bəd əlamətlərə inanma!

ardını oxu

Pages