Əssələmu aleykum. Səməni və ondan hazırlanan halva İslamın qadağan etdiyi "Növruz" bayramının atributlarından biridir. Odur ki Novruzu qeyd etmək məqsədilə bu halvanı bişirmək qadağandır. Əgər məqsəd bu bayramı qeyd etmək deyilsə, digər vaxtlarda bu halvanı bişirmək icazəlidir.
Və aleykum Salam. Cənabət qüslü əsnasında övrət yerini yumaq qüslə aid olduğu üçün buna görə qüsldən sonra əlavə dəstəmaz almağa ehtiyac yoxdur. Əgər qüsl alıb bitirdikdən sonra dəstəmazı pozan hər hansı bir amil baş verərsə, bu halda dəstəmaz alınır. Ətraflı oxuyun:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, İbn Kəsirin (Allah ona rəhmət etsin) "Əzəmətli Quranın Təfsiri" kitabını oxumağınız doğru seçimdir. Əlavə kitablar barədə bu linkdən oxuya bilərsiniz:
Və aleykum Salam. Müsəlmanlara hər hansı onlayn alış-veriş platformasından halal mallar almaq icazəlidir. Həmçinin oxuyun:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Sualdan görünür ki, siz müəyyən sənədləri süni intelekt vasitəsilə tərcümə edirsiniz və buna görə sizə yüz dollar məbləğində zəhmət haqqı verirlər. Tərcümə süni intelekt vasitəsilə olsa da, bu pul halal sayılır. Çünki sizin də müəyyən qədər əziyyətiniz olur.
Və aleykum Salam. Bu cavabları oxuyun:
Va aleykum Salam. Əgər bir insan pişiyin quşa və ya quş yuvasına hücum etdiyini görürsə ona mane olmalı, əvəzində isə imkan daxilində pişiyi başqa yeməklə yedizdirməlidir. Belə etməklə siz həm pişiyə, həm də quşa yaxşılıq etmiş olarsınız.
Və aleykum Salam. Namazda əsas olan hərflərin məxrəcini düzgün tələffüz etməkdir. Hər bir insan bacardığını yerinə yetirməlidir. Uca Allah heç kəsə onun gücü çatmayanı yükləməz. Sizin düşdüyünüz hal şeytanın vəsvəsəsidir.
Əssələmu aleykum. İçki süfrənsini yığışdırmaq orucu pozmur. Ətraflı oxuyun:
Və aleykum Salam. Üzün nurlanması üçün xüsusi bir dua yoxdur. Müsəlman ümumi olaraq Uca Allahdan nur istəməlidir. Bir hədisdə rəvayət edilir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dua edərdi: "Allahım, qəlbimə nur saç! Gözümə nur saç və qulağıma nur saç!
Və aleykum Salam. Əgər taxdığınız boyunbağıda hər hansı bir bürcün şəkli varsa, bürclərə inanmasanız belə, bu boyunabağını taxmaq doğru deyil. Çünki belə etməklə siz özünüzü bürclərə inanan insanlara bənzətmiş olursunuz. Həmçinin oxuyun:
Və aleykum Salam. Yeni doğulan oğlan uşağının saçını qırxıb saçının ağırlığında (gümüş dəyərində) pul sədəqə vermək müstəhəb əməldir, vacib deyil. Amma bu yeni doğulan qız uşaqlarına aid deyil. Ətraflı oxuyun:
Əssələmu aleykum. Bu cavabı oxuyun:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, naməhrəm kişi və qadın qohum olsalar belə, əllə görüşə bilməzlər. Bu barədə ətraflı oxuyun:
Və aleykum Salam. Həddi-büluğa çatmış hər bir qıza hicab bağlamaq vacibdir və bu vacibi heç kimin sözünə görə tərk etmək olmaz. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradan Allaha) asi olmaqda məxluqa itaət edilməz".
Əssələmu aleykum. Qadının paltarı topuqdan aşağı olması daha yaxşıdır. Paltarın topuqdan yuxarı olmasının vacib olması kişilərə aiddir. Ətraflı oxuyun:
Əssələmu aleykum. Bəli, kərtənkələni öldürmək icazəlidir. Ətraflı oxuyun:
Və aleykum Salam.
1) Qurban niyyət edilmiş bir heyvanı başqasına qurban kəsmək üçün satmaq icazəlidir.
Əssələmu aleykum. Bəli, Fəcr (Sübh) namazında səcdədə azərbaycan dilində dua etmək icazəlidir. Ətraflı oxuyun:
Əssələmu aleykum. Bir insan pis söz danışmayacağına and içibsə, o hər dəfə pis söz danışdığına görə deyil, yalnız birinci dəfə pis söz danışdığına görə kəffarə verməlidir. Ətraflı oxuyun:
Və aleykum Salam. Günah bir əmələ yardım etmək özü də günahdır. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun.
Və aleykum Salam.
1) Bu cavabı oxuyun:
Əssələmu aleykum. Bu cavabı oxuyun:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Və aleykum Salam. Kəbin kəsdirmək üçün məscid imamlarına müraciət etmək lazımdır. Həmçinin oxuyun:
Kəbin kəsdirmək üçün nə etmək lazımdır?
Əssələmu aleykum. Dua edərkən pişiyin gəlib ayağa dolanması insan üçün xüsusi bir əlamət deyil. Həmçinin oxuyun:
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?
Və aleykum Salam. Yuxuda şəhvət hissi keçirən qadın oyandıqdan sonra axıntı görməzsə, qüsl almaq vacib olmur. Ətraflı oxuyun:
Və aleykum Salam. Uca Allah əl-Ənam surəsi 38-ci ayədə belə buyurur: "Yer üzündə gəzən heyvanların və göydə uçan ikiqanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq.
Və aleykum Salam. Bəli, aldığınız qüsl doğrudur. Boynunda bir neçə vacib qüsl olan hər biri üçün ayrıca qüsl ala da bilər, və ya hamısına niyyət edib bir qüsl də ala bilər. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu halda namazın vaxtı çıxmış olsa belə qüsl edib sonra namazı qılmalısınız. Ətraflı oxuyun:
Va aleykum Salam. Bu cavabları oxuyun:
Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu.
1) Qurani-Kərimi xətm etmək savabdır, fərq etməz istər bir ay müddətinə olsun, istər daha artıq. Gecikdirdiyinizə görə savabından heç nə əskilmir. Həmçinin oxuyun:
Və aleykum Salam. Bu cavabı oxuyun:
Və aleykum Salam. Əgər ayrılarkən oğlan qıza "səni boşadım" və ya bu mənada bir söz demişsə, onların nikahı pozulmuş sayılır və barışdıqda yenidən nikah kəsdirməlidirlər. Əgər heç bir şey demədən ayrılmışlarsa, əvvəlki nikahları qüvvədə qalır. Ətraflı oxuyun:
Və aleykum Salam. Bu cavabı oxuyun:
Və aleykum Salam.
1) Gün ərzində yüz dəfə deyilən zikrləri Sübh namazından sonra Məğrib namazına qədər günün istənilən vaxtında demək olar. Lakin bu qəbil zikrləri günün əvvəlində Zöhr namazına qədər demək daha fəzilətlidir. Həmçinin oxuyun:
Və aleykum Salam. Əsas fəaliyyəti halal olan şirkətlərin səhmlərini alıb onlara sərmayə qoymaq icazəlidir. Məsələn, nəqliyyat və yükdaşıma şirkətləri, geyim fabrikləri, ofis ləvazimatları və mebel istehsalı müəssisələri, tibbi avadanlıqlar və daşınmaz əmlak şirkətləri və s.
Və aleykum Salam. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.
Və aleykum Salam.
Və aleykum Salam. Doğru olan budur ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Aişə (Allah ondan razı olsun) ilə 9 yaşında evlənmişdir. Ətraflı oxuyun:
Və aleykum Salam. İçində "Allah" kəlməsi yazılan kitabları və ya vərəqləri, fərq etməz, istər ərəb dilində olsun, istər başqa dildə, natəmiz yerlərə atmaq olmaz. Uca Allah buyurur: "Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır" (əl-Həcc, 32).
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, istər namazda olsun, istər namazdan kənar, insanın özündən asılı olmayaraq ağlına gələn pis fikirlərə görə insan günah qazanmır. Bu şeytanın vəsvəsəsidir.
Əssələmu aleykum. Qüsl alarkən "Bismilləh" demək vacib olsa da, onu unutmaq qüslü batil etmir. Əgər sırğa boşdursa və altına su keçirsə, bu halda onu tərpətmək vacib deyil.