Aleykum salam. Heç bir səbəbə görə namazı tərk etmək olmaz, bu ən böyük günahlardandır. Xəstə vaxtı necə namaz qılmaq barədə daha ətraflı bu linkdən oxuyun:
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Aleykum salam. Bu cavabları oxuyun:
İnsan nə üçün yaradılıb?
Mömin necə olmalıdır və hər insan mömin ola bilərmi?
Aleykum salam. Bu cavabı oxuyun: Cinsi əlaqlə hansı şəkildə olmalıdır?
Aleykum salam. Bu cavabı oxuyun: Birinci zövcənin razılığı olmadan, kişi ikinci zövcəni ala bilərmi?
Salam aleykum. Ümumiyyətlə cənabət qüslundan başqa təmizlik və sərinlənmək məqsədi ilə yuyunmaq dəstəmazı əvəz etmir. Mütləqdir ki, ya çimməmişdən öncə ya da çiməndən sonra dəstəmaz alınsın.
Aleykum salam. Ramazan ayında toy etmək olar, bu haqda şəriətdə heç bir qadağa yoxdur. Ramazan ayında gündüz vaxtı, oruclu olarkən yeyib-içmək və cinsi əlaqə qadağandır, iftardan sonra isə bunları etmək olar.
Aleykum salam. Qanlı paltarı istəsəniz yandıra bilərsiniz, burada heç bir uğursuzluq yoxdur. Daha ətraflı: Bəd əlamətlərə inanma!
Salam aleykum. Bunun üçün xüsusi dua yoxdur, öz sözlərinizlə dua edə bilərsiniz, həmçinin istixarə namazı qıla bilərsiniz. Daha ətraflı:
İstixarə namazı haqqında
Aleykum salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizin ən xeyirliniz Quranı öyrənib, sonra da onu insanlara öyrədəndir". (Səhih əl-Buxari və Səhih Muslim)
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir şeyin uğursuz olmasına inanmaq Uca Allaha şərik qoşmaqdır". (İmam Əhməd, 1/389). Tövhidi öyrənin və ailə üzvlərinizi gözəl əxlaqla və səbrlə dəvət edin. Daha ətraflı:
Aleykum salam. Vaginal şam istifadə etmək orucu pozan hallara aid deyil. Daha ətraflı: Orucu pozan amillər
Aleykum salam. Suallar çox olduğundan, hər suala təxminən 1 aya cavab verilir. Bu müddətin qısaldılması üzərində işləyirik. Hazırda təkrar verilən suallara avtomatik olaraq cavabların göstərilməsi proqramının təkmilləşdirilməsi üzərində işlər gedir.
Aleykum salam. Oruclu halda idman etmək olar. Daha ətraflı:
Oruclu ikən idman etmək və çimmək
Orucu pozan amillər
Aleykum salam. Bu məqaləni oxuyun: Şəhidliyin növləri
Aleykum salam. Ayələrdə söhbət hurinin yoldaşından yox, dünyada mömin kimi yaşamış, sonra da Cənnətə düşmüş insanın yoldaşından gedir. Dünyada hurilər olmayıb, onlar Cənnət üçün yaradılmışlar.
Salam aleykum. Bu cavabları oxuyun:
İstixarə namazı necə qılınır?
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Aleykum salam.
Aleykum salam. Məhərrəm və Səfər aylarında toy etmək olar. Əhli-beyti sevmək vacib olsa da, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ölüyə 3 gündən artıq yas saxlamağı qadağan etmişdir.
Aleykum salam. Uca Allahın doxsan doqquz (99) adı var. Bu haqda Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: "Allahın yüzdən biri əskik - doxsan doqquz adı vardır. O, Təkdir və tək olanı sevir. Kim Onun adlarını sayarsa, Cənnətə girər".
Aleykum salam. Bunlar fərqli şeylərdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) İslamı qəbul edənlərə şəhadət kəliməsini dedizdirirdi.
Aleykum salam. Bəli, cadu həqiqtən var və ondan qorunmağın yollarını da şəriətimiz bizə göstərib. Daha ətraflı: Cadu və cinlər həqiqətdirmi?
Aleykum salam. Namazı vaxtın əvvəlində qılmaq ən fəzilətli əməllərdən olsa da, imkan olmadıqda vaxtı çıxana qədər qıla bilərsiniz. Bu səbəbdən evə gəlib çatdıqda əsr namazının vaxtı çıxmırsa, evdə qılın.
Aleykum salam. Cavabı buradan oxuyun: Səhər və axşam zikrlərini nə vaxt oxumaq lazımdır?
Salam aleykum. Bilməlisiniz ki, səhih hədis kitablarına uydurma məlumatlar daxil edilmir. Daha ətraflı:
Ömərin Fatiməni qapının arasında qoyaraq öldürməsi iddiası doğrudurmu?
Salam aleykum. Əvvəla müsəlman söhbətə başlayarkən salam verməlidir, ola bilsin unutmusunuz. Başqalarının qəlbindəki məhəbbəti ölçə bilməyiniz çox maraqlıdır.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
Və aleykum Salam. Duanın qəbul olunmasına səbəblərdən biri də dua edərkən fikri toplamaq, Allaha ürəkdən yalvarmaqdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bilin ki, Allah qafil qəlbdən çıxan duanı qəbul etməz" (Tirmizi, 3707). Daha ətraflı:
Aleykum salam. Belə kitabları qətiyyən oxumaq olmaz, çünki onlar insanın dində azmasına, şeytanın şübhə və vəsvəsələrinə səbəb ola bilər. Həmin kitabları yalnız alimlər və elmdə qüvvətli olanlar tənqid, müsəlmanları çəkindirmək və oradakı şübhələrə cavab vermək məqsədi ilə oxuyurlar.
Aleykum salam. 1-ci cümlədə qeyd etdiyiniz ifadələrlə dua etmək olmaz, çünki bu cür ifadələrlə dua etmək Uca Allaha qarşı ədəbsizlik sayılır. Ancaq "Ey gizlindən xəbərdar olan, səsləri eşidən Allah..." kimi ifadələrlə dua etmək olar.
Aleykum salam. Dua edərkən qeyd etdiyiniz kimi demək günah deyil. Dua edərkən qəbul olmasına ümidli olmaq, duanın ədəblərindən sayılır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir ki, qoy (hər kəs Allaha dua etdikdə) qətiyyətlə dua etsin. Çünki heç kəs Onu nəyəsə vadar edə bilməz.
Aleykum salam. Qeyd etdiyiniz ayədə Uca Allah belə buyurur: "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır.
Aleykum salam. Zikr ibadətin bir növüdür, bütün ibadətlər isə Allah üçün edilir. Daha ətraflı Zikr nədir? məqaləsindən oxuyun.
Aleykum salam. Bu cavabları oxuyun:
Sevgilimdən ayrılmışam, ona yenidən qovuşmaq üçün nə edim?
İstixarə namazı haqqında
Aleykum salam. Sağlamlığa zərər verməmək şərtilə ər-arvad cütlüyü cinsi həvəsi artıran vasitələrdən istifadə edə bilərlər. Təbii vasitələr daha zərərsizdir. Bu vasitər barədə həm İslam alimləri, həm də tibb alimləri ətraflı məlumatlar vermişlər.
Aleykum salam. Bu cavabı oxuyun: Namazın sözləri və tərcüməsi
Aleykum salam. Cavabları buradan oxuyun:
Təravih namazı necə qılınır?
Heyz olan qadınlar oruc tutmadığı günlərin qəzasını ramazandan sonra tutmalıdırlarmı?
Salam aleykum. Bəli, gecə namazı qılmağınızı gizlədə bilərsiniz. Qeyd edək ki, namazı möhürlə qılmaq düzgün deyil, çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) namazı möhürsüz qılmışdır. Həmçinin oxuyun: Möhür haqqında
Salam aleykum. Fala baxdırmaq, Quran açdırmaq, falçıdan kömək ummaq və s. ən böyük günahlardandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi).
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
Aleykum salam. Zövcələrindən hansı cənnətə düşərsə, onunla da evlənəcək. Əgər zövcələrinin hamısı düşərsə, hamısı ilə birlikdə olacaq. Həmçinin oxuyun:
Axirətdə insan öz həyat yoldaşı ilə birlikdə olacaq?
Aleykum salam. İş yerində namaz qılmağa ciddi maneə yoxdursa, dəstəmaz alarkən başqalarından utanmaq lazım deyil. Utanmağa daha çox layiq olan Allahdır, Onun üçün olan əməlləri dəqiq yerinə yetirməyə çalışmaq lazımdır.
Aleykum salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bir qulun uşağı öldüyü zaman Allah Təala mələklərinə "Qulumun uşağının ruhunu aldınızmı?" deyə buyurar. Mələklər: "Bəli" deyərlər. Allah Təala: "Qulumun könül meyvəsini qopardınızmı?" buyurar.
Salam aleykum. Əgər istixarə duasını əzbər bilirsinizsə, namazın sonunda, salamlardan əvvəl istixarə duasını oxumaq olar. Əgər əzbər bilmirsinizsə, salam verdikdən sonra kitabdan oxuya bilərsiniz.
Aleykum salam. Çatlamış və ya kənarı qırılmış qablardan istifadə etmək bəyənilmir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Qabın qırıq (çatlaq) tərəfindən su içməyin və suya üfürməyin!. (Muslim).
Salam aleykum. Məğrib, İşa və digər namazların adları ərəb mənşəli sözlərdir. Sizin qeyd etdiyiniz adlar isə fars sözləridir.
Aleykum salam. Xeyr, bu cür arzu etmək günah deyil. Bilməlisiniz ki, dünyada heç kəs Allahı görə bilməz, Cənnətdə isə möminlər Allahı görəcəklər. Ona görə də Cənnətə düşmək üçün Allaha şərik qoşmamaq, başda namaz olmaqla çoxlu xeyirli əməllər etmək lazımdır.
Aleykum salam. Sağlamlığa zərər vermədən lazer epilyasiyası vasitəsi ilə qaşlar istisna olmaq şərti ilə digər tükləri aldırmaq icazəlidir. Həmçinin oxuyunı:
Üz və qaş tüklərini aldırmaq olarmı?
Aleykum salam. Kişilər uzun saç saxlaya bilərlər. Amma bunun sünnə olduğunu demək, yəni bunu edənin savab qazandığını demək yanlışdır.