Aleykum salam. Dırnaq uzatmaq bəyənilmir. Heyz vaxtı lak istifadə etmək isə olar. Daha ətraflı:
Dırnaqları uzatmaq olarmı?
Salam aleykum. Xeyr, duanın qaydaları və ədəbləri dua etmək üçün vacib şərtlər deyil, amma duaların tez qəbul olunması üçün səbəblərdir. Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Salam aleykum. Cavabı buradan oxuyun:
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Namaz qılmaq qaydası - VİDEO
Aleykum salam. Əzbərləyənə qədər duaları vərəqə baxıb oxumaq olar. Quran və sünnədə bildirilmiş duaları ərəb dilində etmək daha yaxşıdır, digər duaları isə öz dilimizdə edə bilərsiniz.
Salam aleykum. Peyğəmbər (sallallahu aleyhi və səlləm) köpək dişləri olan vəhşi heyvanların və caynaqlı quşların yeyilməsini qadağan etmişdir. (Muslim, 1934). Bir çox alimlər kirpi ətinin yeyilməsini haram görüblər.
Aleykum salam. İmkan ola-ola əhdi yerinə yetirməmək yaxşı hal deyil. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın". (əl-Buxari, 6696).
Salam aleykum. Şəriətimizdə İsa peyğəmbər (aleyhi-s-sələm) və onun dünyaya gəlməsi haqqında ətraflı xəbər verilsə də, doğum tarixi haqqında dəqiq məlumatlar bildirilməyib.
Salam aleykum. Bunlar şeytanın vəsvəsəsi bağlıdır. Burada yazılanları edin: Cadu, sehr və vəsvəsədən necə qorunmaq olar?
Aleykum salam. Müsəlman qazancının, yeməyinin, içməyinin halal olmasına xüsusi diqqət yetirməli və bu məsələdə də şəriət əhkamlarına riayət etməlidir.
Salam aleykum. Cavabı buradan oxuyun: İmtahanda uğurlu nəticə əldə etmək üçün hansı duanı oxumaq lazımdır?
Aleykum salam. Bu cavabı oxuyun: Dua oxuyub savabını kiməsə hədiyyə etmək olarmı?
Aleykum salam. Bu cavabı oxuyun: Küsmək barəsində
Aleykum salam. Rəvayətlərə görə peyğəmbər (salləllahu aleyhi və səlləm) təşəhhüdü deyərkən sonuna qədər hərdən şəhadət barmağını yüngülcə tərpədərdi, hərdən də tərpətməzdi.
Aleykum salam. Müsəlman qadına əsas vacib olan hicab bağlaması, əllər və üz istisna olmaqla bədənin qalan hissələrinin örtülü olmasıdır. Həmçinin paltar dar, şəffaf, çox diqqət cəlb edən olmamalıdır. Çarşab isə vacib deyil, amma daha yaxşı örtdüyü üçün qadınlar ondan istifadə edirlər.
Aleykum salam. Bu cavabları oxuyun:
Masturbasiyanı necə tərgitmək olar?
Günahdan əl çəkə bilməyəndə nə etmək lazımdır?
Aleykum salam. Allahın izni ilə gələcəkdə bu kitabları sayta yerləşdirmək planımız var. Hal-hazırda internetdə bu kitablar pdf formatında mövcuddur, axtarıb tapa bilərsiniz.
Və aleykum Salam. Məzi -- şəhvət hissi başlayarkən mənidən (spermadan) əvvəl ifraz olunan, yapışqan duru maddədir. Səhl ibn Huneyf (Allah ondan razı olsun) demişdir: "Mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim.
Salam aleykum. Məscidə getmək kişilərə vacib buyurulmuşdur, qadınlar isə istəsələr gedə bilərlər. Bu, Allahın onlar üçün yaratdığı asanlıqdır.
Aleykum salam.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Ümumən müsibət və xəstəliklərə səbr edənlər, Allaha şükr edənlər Allahın izni ilə Cənnətə daxil ola bilərlər. Amma sudoroqa xəstəliyindən ölənin, taun xəstəliyindən ölənlər kimi Cənnətə daxil olacağı hədislərdə açıq-aydın bildirilməmişdir.
Aleykum salam. Xəstə insan fərz namazlarını bacardığı şəkildə, şəriətin ona verdiyi asanlıqlardan istifadə edərək qılmalıdır. Heç bir halda namazları qəsdən buraxmaq olmaz.
Aleykum salam. Xeyr, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu cür deməyib və bu bidət (dində yenilik) əməllərdən hesab olunur.
Aleykum salam. Tərkibində maye şəklində alkoqol olanları çıxmaq şərtilə qeyri ət məshullarının hamısını yemək olar. Ət məhsullarından isə yalnız kitab əhlinin (yəhudi və xristian) kəsdiklərini yemək olar, digər kafirlərin hazırladıqları ət məhsullarının yeyilməsi qadağandır.
Aleykum salam. Qadınlar bir-birilərinə məhrəm olduğu üçün öz aralarında hicabsız gəzə bilərlər. Həmçinin oxuyun: Məhrəmlər haqqında
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Qadın Cənnətdə əri ilə birlikdə olacaq. Əgər əri Cəhənnəm əhli olarsa, bu halda qadın Cənnətə düşmüş kişilərin biri ilə evlənir.
Aleykum salam. Ümumiyyətlə qətl törətmək ən böyük günahlardan sayılır. Amma öldürülən şəxsin aqibəti müxtəlif cür ola bilər. Bu barədə Allah Rəsulundan (Allahın ona vəailəsinə salavatı və salamı olsun) müxtəlif hədislər var:
Aleykum salam. Bundan çəkinmək lazımdır, dua etdikdən sonra əlləri üzə çəkmək kiçik bidət (dində yenilik) əməllərdəndir. Amma dua edərkən əlləri qaldırmaq duanın ədəblərindəndir.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu va məğfiratuhu.
Bismilləəhi-r-Rahməəni-r-Rahiim.
Aleykum salam. Allaha dua edirik ki, sizə kömək olsun və sizin üçün asanlaşdırsın. Xatırladaq ki, namaz qılmaq Allahın əmridir, bunun üçün kiminsə icazəsi lazım deyil. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz".
Salam aleykum. Qız uşaqları namazı heyz (aybaşı) olmağa başladıqları vaxtdan etibarən qılmalıdırlar. Qılmadığınız illər üçün səmimi tövbə edərək Allahdan bağışlanma diləyin, namazların qəzaları isə qılınmır. Daha ətraflı:
Salam aleykum. Allaha dua edirik ki, namaz və digər yaxşı əməlləriniz sayəsində sizi Cənnətə daxil etsin. Nəzərə alın ki, namaz qılmaq üçün haradansa qayıtmaq və ya xüsusi şəraitin yaranmasını gözləmək olmaz.
Aleykum salam. Uca Allah buyurur: "Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cinlərin evə girməsi üçün həmin evin hündürlüyünün fərqi yoxdur. Onlardan qorunmaq üçün evə girərkən və çıxarkən zikrləri və digər zikrləri oxumaq lazımdır. Ayətul-kursini də divara asmaq yox, oxumaq lazımdır. Həmçinin oxuyun:
Salam aleykum. Bu cür cadu etməyin mümkün olub-olmaması dəqiq bilinmir. Amma ümumən, cadu olunmuş insana şeytanlar vəsvəsə verərək günah işlərə sövq edirlər. Ağlı başında olan hər bir insan etdiyi günahlara görə cavabdehdir.
Aleykum salam. Hamamla ayaqyolu bir yerdədirsə, orada qüsl və dəstəmaz almaq olar. Bu barədə alimlər demişlər: "Hamamda olanda həmin kəs öz qəlbində "Bismilləh" deməli və bunu uca səslə söyləməməlidir.
Aleykum salam. Bunların səbəbi imanın zəifləməsidir, imanı artırmaq lazımdır. Daha ətraflı:
İmanı artırmaq üçün nə etmək lazımdır?
Salam aleykum. Xeyir, doğru deyil. Qeyd etdiyiniz dua səcdədən qalxdıqda yox, səcdədə olarkən oxunur. Həmçinin oxuyun: Namaz qılmaq qaydası - VİDEO
Aleykum salam. Yalnız cümə günləri namaz qılmaq və ya ümumiyyətlə namaz qılmamaq böyük günahdır. Həmin insana Uca Allahın gündə 5 dəfə namaz qılmaq əmri çatdırılmalı, nəsihət olunmalıdır.
Aleykum salam. Günahın böyüklüyündən asılı olmayaraq Uca Allah tövbə edən hər kəsi bağışlayır. Daha ətraflı: Tövbə etsəm, Allah bağışlayarmı?
Aleykum salam. Cavabı buradan oxuyun: Cinli insanın əlamətləri hansılardır?
Aleykum salam. Ümumiyyətlə, istənilən orucu tutarkən sübh namazının vaxtının girməsinə qədər sahur yeməyini yeyib qurtarmaq, məğrib namazının vaxtı girdikdə isə iftar etmək lazımdır. Gündəlik namaz vaxtlarına saytımızın ana səhifəsində baxa bilərsiniz.
Salam aleykum. Əgər kəsilən kəbin şəriətə müvafiq şəkildə həyata keçirilibsə, kəbin kağızının olmaması kəbini batil etmir. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Salam aleykum. Əgər kişi öz həyat yoldaşına bir ifadə ilə üç dəfə dalbadal talaq (boşanma), yaxud bir məqamda üç dəfə talaq verərsə, bu, bir sayılır.
Salam aleykum. Qız qaçırtmaq və ya qızın kiməsə qoşulub qaçması haramdır. Halallıq kəbinlə hasil olur. Kəbində isə ən əsas şərtlərdən biri valideynlərin razılığıdır. Daha ətraflı: Qoşulub qaçmaq barədə
Salam aleykum. Xeyr, daha ətraflı: Şiə və sünni nədir və bunların hansı düzgündür?
Salam aleykum. Xeyr, günahlar yalnız Allaha etiraf edilməli, tövbə edərək bağışlanma dilənməlidir. İnsanlardan isə günahı gizlətmək lazımdır. Daha ətraflı:
Günahları başqalarına demək olarmı?
Salam aleykum. Allaha dua etmək üçün ziyarətgaha getmək lazım deyil. Uca Allah buyurur: "Biz ona (insana) şah damarından da yaxınıq." (Qaf surəsi, 16)