Salam aleykum. Qüsl almaq üçün başa üç dəfə su tökmək vacib deyil. Sadəcə, qadınlar cənabət qüslu alarkən saçlarını tam islatmaq istəməsələr, başa 3 dəfə tökmələri kifayət edir. Digər hallarda isə suyu duşla və ya qabla tökməyin fərqi yoxdur.
Və aleykum salam. Sizi təbrik edirik və Allaha dua edirik ki, sizə Onun dini haqqında faydalı elm öyrənməyi və ömrünüzün sonuna kimi bu elmə əməl etməyi nəsib etsin.
Və aleykum salam
Və aleykum salam.
Və aleykum salam. Quranda cahilləri tərk etmək deyildikdə ailəni tərk etmək nəzərdə tutulmur, əksinə, bu, ən böyük günahlardandır. Hər bir müsəlmanın vəzifəsi ilk növbədə öz ailəsini haqqa dəvət etməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər!
Və aleykum salam. Sözsüz ki, ailənin namusunu qorumaq hər bir müsəlmanın vəzifəsidir.
Və aleykum salam. Əgər valideynlərinizlə görüşmək fitnəyə səbəb olmursa və onlar sizin ailə işlərinizə qarışmırlarsa, bu halda ərinizin onlarla tez-tez görüşməyi qadağan etməsi düzgün deyil. Məgər onun öz qızına bu cür qadağan etsəydilər onun xoşuna gələrdimi?
Və aleykum salam.
Və aleykum salam. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.
Və aleykum salam. Sosial şəbəkədə qızlarla danışa bilərsiniz, amma oğlanlar naməhrəm olduqları üçün zərurət halları istisna olmaqla, onlarla istənilən bir mövzuda danışmağınız haramdır.
Salam aleykum. Dənizdə çimmək orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər
Və aleykum salam. Kitab əhli deyildikdə yəhudi və xristianlar nəzərdə tutulur, Uca Allah Quran nazil olmazdan əvvəl onlara Tövratı və İncili göndərmişdir.
Və aleykum salam. Bağışlanmaq üçün səmimi qəlbdən tövbə edərək günaha qayıtmayın. Öz sözlərinizlə dua edə və ya Quran və hədislərdə bildirilən duaları oxuya bilərsiniz. Daha ətraflı:
Tövbə etsəm, Allah bağışlayarmı?
Və aleykum salam. Buna fikir verməyin və gün ərzində Quran oxunmasına qulaq asın. Bu cür filmlərə baxmaqdan isə uzaq olmaq lazımdır.
Aleykum salam. Əgər heyz qanıdırsa, oruc pozulur, əks halda oruca davam edirsiniz. Daha ətraflı: Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?
Və aleykum Salam.
Və aleykum Salam. Bir daha qeyd edirik ki, bu hal vəsvəsə ilə bağlıdır. Siz bir dəfə yuyunun və daha sonra nəyinsə gəlməyinə fikir verməyin, hətta namaz vaxtı bunu hiss etsəniz də.
Salam aleykum. Namazda əllərin bağlanmasının səbəbi Allah Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) bu cür namaz qılması və bizə də belə əmr etməsidir. Daha ətraflı: Namazda əlləri necə tutmaq lazımdır?
Salam aleykum. Bu cavabları oxuyun:
Salam aleykum. Tövbə etdikdən sonra tövbəni pozsanız, yenidən tövbə etmək lazımdır. Daha ətraflı:
Tövbə etsəm, Allah bağışlayarmı?
Salam aleykum. Cinlər insanlar kimi Allahın yaratdığı məxluqlardır. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56).
Salam aleykum. Sünnət namazları qılmamaq günah deyil, amma savabdan məhrum olmaqdır. Ona görə də, uşaqlı qadının vaxtı yoxdursa, yalnız fərz namazları qıla bilər.
Və aleykum salam. Əvvəla istər məsciddə, istərsə də başqa yerlərdə zərurət olmadan şəkil çəkdirməkdən çəkinmək lazımdır. Üstəlik məscidə Allaha ibadət üçün gedirik, şəkil çəkib başqalarına göstərmək üçün yox.
Və aleykum salam. Allaha həmd olsun ki, sizi namaz qılmağa müvəffəq edib. Vitr namazının qılınması vacib deyil, amma peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) təkid etdiyi, savabı çox olan nafilə (əlavə) namazlardandır.
Və aleykum salam. Dırnağa lak vurmaq haram deyil. Amma dəstəmaz alanda əllərin hər yerinə su dəyməsi vacib olduğu üçün lak silinməlidir. Heyz halında namaz qılınmadığı üçün dırnaq laklı qala bilər.
Və aleykum salam. Sizi təbrik edirik və Allaha dua edirik ki, günahlarınızı bağışlasın, dünyada və axirətdə sizə gözəl nemətlər versin. Qüsl yalnız başqa dində olub İslama girdikdə, heyz (aybaşı), nifas (doğuşdan sonra qanaxma) və cinsi əlaqədən (və ya əlaqə olmadan boşalma) sonra alınır.
Və aleykum salam.
Dəstəmazı istənilən vaxt ala bilərsiniz, bunun azan verilməsi ilə əlaqəsi yoxdur.
Bu cavabı oxuyun: Zərurətdə namazı birləşdirmək olarmı?
Aleykum salam. Bu cavabı oxuyun: Nəyə görə qəbir üstə şam yandırmaq olmaz?
Salam aleykum. Hər bir müsəlman başqa müsəlmanlar üçün dua etməlidir. Uca Allah buyurur: "Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz!
Və aleykum salam. Siz həmin qadınla mütləq şəriətə uyğun kəbin kəsdirməli və ya tövbə edərək ondan uzaqlaşmalısınız, əks halda bu ən böyük günahlardan biri olan və axirət əzabına aparan zina sayılır.
Və aleykum salam. Dünyada dinlər çoxdur, amma onları üç yerə bölmək olar:
Salam aleykum. İstənilən halda, həmçinin ailə qurmaq səbəbi ilə namaza fasilə vermək ən böyük günahlardandır. Uca Allah hər bir vəziyyətdə asan yol göstərmişdir. Qüsl ala bilməyən təyəmmüm alıb namaz qılır. Ayaq üstə dura bilməyən oturaraq, onu da bacarmayan uzanaraq namaz qıla bilər.
Və aleykum salam. Salavat demək Peyğəmbərə (salləllahu aleyhi və səlləm) xeyir-dua, tərif demək, Allahdan ona bərəkət istəməkdir. Hansısa şeyi yuyarkən salavat demək isə dinimizdə yoxdur, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə etməyi buyurmayıb.
Və aleykum Salam. Bəli, Fatihə surəsindən sonra bir neçə surə oxuya bilərsiniz. Həmçinin, oxuyun: Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?
Və aleykum salam.
Və aleykum salam.
Salam aleykum. Çox qısa olub kişiyə bənzəməmək şərtilə qadının özünün və başqa qadınların saçını kəsə bilər. Daha ətraflı: Qadının saçı ən azı hara qədər olmalıdır?
Və aleykum salam.
Və aleykum salam. Bəli, siz yetkinlik yaşına çatmasanız da namaz qıla bilərsiniz və buna görə böyük savab qazanırsınız. Yetkinlik yaşına çatdıqdan sonra isə namaz qılmaq hər kəsə vacibdir və qılmayan böyük günah qazanır. Həmçinin, oxuyun:
Və aleykum salam. Quran oxumaq ən çox savab qazandıran əməllərdəndir, amma bu savabı başqalarına hədiyyə etmək haqqında dinimizdə heç nə yoxdur. Atanız üçün Allahdan bağışlanma diləyə bilərsiniz, onun qohumlarına yaxşılıq edə bilərsiniz və digər xeyirli əməllər edə bilərsiniz. Daha ətraflı:
Aleykum salam. Kəbin olmadan görüşmək, təklikdə qalmaq və ya əl-ələ tutmaq günahdır, ailə qurduqdan sonra bu günahlar bağışlanmır. Günahlar yalnız peşman olaraq səmimi tövbə etdikdən sonra bağışlanır. Tövbəni pozduqda yenidən tövbə etmək lazımdır. Daha ətraflı:
Aleykum salam. Bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?
Aleykum salam. Bu cavabı oxuyun: Qulağıma azan səsi gəlməyi nədəndir?