04-02-2021 Aysel
Salam men ruqya eletdirmek istiyirem cox xahis etsem mene komek ede bilersiz?
Cavab:
Salam aleykum. Ruqya, Quran ayələri və müəyyən zikrləri oxumaqla olur. Ruqyanı həm insan özü oxumaqla edə bilər, həm də başqası tərəfindən oxunmaqla etmək olar. Lakin, insanın özü oxuması daha təsirlidir. Bu cavabları oxuyun:
ardını oxu
04-02-2021
Salam birinci erimden buşanmışam ama kebinimi qaytarmıyıb ikinci defe aile qurdum ikinci ailemle kebin ede bileremmi.bunu qeyd edimki birinci erimden 10 ildi ayrilmışam.ikinci ile aile qurmaq olarmı kebin düşürmü mene?
Cavab:
Va aleykum Salam. Qarşılıqlı şəkildə boşandıqda, kəbin kağızı qüvvədən düşür və heç bir əhəmiyyət daşımır. Ona görə 10 il bundan əvvəl boşanan insan başqası ilə evlənə bilər. Siz də istədiyiniz adamla evlənə bilərsiniz.
ardını oxu
04-02-2021 ç
Salam Aleykum bir sualım var namaz qılan biri bile bile Allaha şirk qoşub ve sonradan çox peşman olub ne ede biler
Cavab:
ardını oxu
04-02-2021
Salam Aleykum.Men Shieyem,ailemde ve etrafimdakilerde Shiyedi.Birgun valideynlerimden sorushdumki olar Sunni olum,cox pis hirslendiler ve mene pis reaksiya gosterdiler.Onnan sonra qorxdum nese demeye.Men helede Shiye namazi qiliram ama aglim Sunni namazi qilmaqdadi ve valideynlerim buna icaze vermir
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Valideynlərim sünni namazını qılmağa qoymur, nə edim?
ardını oxu
04-02-2021 Allahı sevən
Salam aleykum. Bir sualım var sizə. Mən oğlanam Namaz qılıram. Səhər Namazından qabaq qızla cinsi əlaqədə olduğum yuxu gördüm öz özünə boşaldım. Çox peşmanam. Buna görə günah qazanırammı. Birdəki Namazmıda qıla bilmirəm. Qüslum pozulurmu. Xaiş cavb verin. Təşəkkülər
Cavab:
Aleykum salam.
ardını oxu
04-02-2021
Salam Aleykum, evvela Allah sizden razi olsun cox faydali,genis melumatli sehifeniz var.Qardas men sizden porno bagimliliqi haqqinda yardim istemisdim bundan nece qurtulmaq olar yol gostermenizi istemisdim yalniz menim bu sualimi cavablandirmadiniz.Allah rizasi ucun bu baqimliliqdan nece qurtulmaq m
ardını oxu
04-02-2021
Nişanlı olub başqasını sevmək günahdı?birde kebinli bir başqasını seve biler
Cavab:
Salam aleykum. Kəbinli qadın artıq evli sayılır və evli qadının başqasını sevməsi günahdır. Daha ətraflı:
Nigahın qaydaları 
ardını oxu
04-02-2021 ,,,
http://zikr.az/node/3893 Salam Aleykum Ruqyə (Quranla müalicə paylasimindaki dualari oxudum ozumu cox pis hiss ettim nefes yolumda sanki nese yarandi her nefes alanda batma oldu beynimde donma hiss ettim dualari oxumaga gucum catmadi stulu tutub oxumusam ayaqlarima da qan getmirdi oxuyub gurtardiqda
Cavab:
Aleykum salam. Qeyd etdiyiniz hallar gözdəymə, sehr və ya cadu əlaməti ola bilər. Quran ayələrini və zikrləri oxumağı davam edin. Uca Allahın ayələri şəfadır və Allahın izni ilə bu sizin sağalmağınıza və ya sehr varsa təmizlənməsinə səbəb olacaq. Həmçinin oxuyun:
ardını oxu
04-02-2021 əli
sehv yazilmis dini kelmeni atmaq gunahdirmi
Cavab:
Salam aleykum. Əgər orada ayə, hədis və ya dinə aid bir yazı varsa, həmin kağızı ayaq altına və zibilliyə düşməməsi üçün yandırmaq daha məqsədəuyğundur. 
ardını oxu
04-02-2021 Samama
Salam aleykum. men ailemcun sevdiylerimcun namazda iken secdede dua ede bileremmi? men 4 aydirki namaza baslamisam namazda secde halinda dua edirdim ailemcun sevdiylerimcun. ama mene dedilerki sen secde halinda dua edende namazi bolursen batil olur namazin bu duzdurmu? coxsagolun
Cavab:
Va aleykum Salam. Səcdədə dua etmək icazəlidir və bu, yaxşı əməllərdən sayılır. Əksinə səcdə halında dua etmək duanın qəbul olunan yerlərindən biridir.
ardını oxu
04-02-2021 Nərgiz
Salam.Namaz qılan bir qadının birini sevmesi heqiqeten sevmesi dinde günahdırmı? Cavablasaz sevinerem
Cavab:
Aleykum salam. Həddi aşıb şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. 
ardını oxu
04-02-2021
Salam aleykum . Mənim yoldaşım 7 aydırki Rusiyada işləyir yolların bağlanmasına göre hələki gələ bilmir.Deyirlərki kəbininizi yenidən etməsiz.. Bilmək istəyir kəbinimiz pozulurmu? Cəzakallahu xayran
Cavab:
Va aleykum Salam. Bu, yalnış fikirdir. Kəbini yalnız kişinin öz xanımını boşaması poza bilər. Kişinin öz zövcəsindən uzun müddət ayrı qalması ilə kəbin pozulmur. Daha ətraflı: 
Nikah bağlamağın qaydaları 
ardını oxu
04-02-2021
Salamaleykum.Men döyüşe gedə bilmirem ve onlar üçün nese etmek iseyirem.En azından duam ile onlara yardımcı olmaq isteyirem.Bele bir süre,aye ve dua varmı ?
Cavab:
Va aleykum Salam. Uca Allahdan ordumuza, əsgərlərimizə yardım etməsini diləyirik. Allah ordumuzu həmişə müzəffər etsin! Bunları oxuyun:
ardını oxu
04-02-2021
Qüsl alarken niyeti dilde demek qusulu pozurmu?Birdeki men qusul alanda bismillahla baslayib el uz burun agiz qulaqimi yuyuram.Sondada cenabet qusulu aldigimi niyet edirem bu duzgundurmu?Bununla bagli hedislerde ne ise deyilibmi?
Cavab:
Salam aleykum. Niyyəti qüslə başlamazdan əvvəl qəlbdən keçirmək lazımdır. Niyyəti dil ilə demək qüslu pozmasa da, bidət sayılır. Daha ətraflı:
ardını oxu
04-02-2021
Esl müselman namazı hansıdır
Cavab:
Salam aleykum. Ən doğru namaz Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qıldığı namazdır. Daha ətraflı: 
Namaz qılmağın qaydası - VİDEO
ardını oxu
04-02-2021
Namaz qılan oğlan sevdiyi qızla danışa bilərmi?
ardını oxu
04-02-2021
Salam.Dırnağa gellak etdirib onunla destemaz alıb namaz qılmaq olarmı?Çoxusu deyir ki dırnağa gel tebeqesi çekende lap dibden çekilmir ve bele veziyyetde alınan destemaz düzgündür.Bu ne derecede doğrudur?
Cavab:
Va aleykum Salam. Dəstəmazın düzgün olmasının şərtlərindən biri də dəstəmaz əzalarının hər yerinə suyun çatmasıdır. Bildiyimiz jkimi gel-lak suyun dırnağa çatmasına mane olur. Dırnağın dibinə su dəymiş olsa da üstünə su dəymir. Həmçinin bu cavabları oxuyun: 
ardını oxu
04-02-2021 A.
Salam tam olaraq tövbe etmenin ardicilligi necedir? Zina ucun tövbe etdikde ne demeliyem?
ardını oxu
04-02-2021 naz
Salam. Taha surəsinin ərəbcə oxunuşunu yazabilərsiniz? Heç yerdə Azərbaycan dilində oxunuşu yoxdur, ancaq tərcüməsi var. Sağolun.
Cavab:
Va aleykum Salam. Təəssüf ki, bu mümkün deyil, çünki Azərbaycan dili ilə ərəb dilində olan hərflər arasında böyük fərq var və bir çox ərəb hərflərinin azərbaycan dilində qarşılığı yoxdur. Siz çalışın ki, ərəb əlifbasını öyrənəsiniz.
ardını oxu
04-02-2021 hevvac25ax
eyer menim erim oglum varsa men erimin pulu ile atama ya gaynatama guran oxutdura bileremmi.yoxsa evin kiwisi etmelidir bunu
Cavab:
Salam aleykum. Quran ölülərə oxumaq üçün nazil olmamışdır. Ölülər üçün yalnız dua edilir. Həmçinin ölənin adından sədəqə verə bilərsiniz, ölən insanın adından həcc və ümrə ziyarəti edə bilərsiniz. Ətraflı bu cavabları oxuyun: 
ardını oxu
04-02-2021 əli
salam menim 16 yasim var mene gunah yazilir?
Cavab:

Va aleykum Salam. Bəli, sizə günah yazılır. Həmçinin Uca Allahın buyurduğu vacibləri (namaz, oruc, və s.) yerinə yetirmək sizə vacibdir. Çünki 16 yaşınsakı insan artıq həddi-büluğa çatmış olur.

ardını oxu
04-02-2021 Ləman
Salam Aleykum bir sualım olacaq sizə inşəAllah sualımı düzgün çatdırmış olaram əgər şiə namazı qılan xanım sonradan sünnə namazı qılmaq istəsə və həmin xanım (üzr istəyirəm) heyz qüslunu şiələrin aldığı kimi alıbsa sünnə namazı qılmamışdan qabaq sünnələrin aldığı kimi qüsl alıb elə başlamalıdır nama
Cavab:

Va aleykum Salam. Qüsl alarkən əsas olan qəlbdə niyyət və bütün bədənə, eləcə də saçların dibinə su çatdırmaqdır. Əgər qüsl alarkən bu vacib olan əməlləri etmisinizsə, bu qüsl düzgün qüsl sayılır.

ardını oxu
04-02-2021 əli
salam mən siqaretə tovbə etdim və dəfələrlə onu pozdum. indi yenə tovbə etmisəm amma pozmamısam dayanada bilmirəm siqaretsiz əgər mən siqaret cekib tovbəmi pozsam yeniden tovbə etməsəm Allah günahımı bagıslayar. və yaxud ne edimki bagislasın. yeniden tovbə etməliyəm
Cavab:
ardını oxu
04-02-2021 Əli
Essalamu Aleykum. Men namaza 2ay evvel başlamışam. İndi derslerim başlayır. Namazı çatdırıb qıla bilmesem bir müddet saxlayıb sonra yeniden başlaya bilerem?
Cavab:
Salam aleykum. Namazı saxlamaq böyük günahlardandır. Dərslərlə əlaqəli çətinlik yarandıqda namazlarınızı şəriətə uyğun şəkildə cəm edə bilərsiniz. Ətraflı bu cavabları oxuyun:
ardını oxu
04-02-2021 Gizli
Tövbe hansı sehvlere aiddir?
Cavab:
Salam aleykum. Tövbə həm kiçik, həm də böyük günahlara görə edilə bilər. Lakin kiçik günahları bəzi saleh əməllər silsə də, böyük günahları yalnız tövbə silə bilər. Daha ətraflı:
ardını oxu
04-02-2021 Elvin
Salam Aleykum əvvəla Allaha sizdən razı olsun ki bu qaranlıq suallara cavab verirsiniz. Mənim sualım belədir , deyirler ki Ömər peyğəmbərin nəvəsini öldürüb bu nə dərcədə doğrudur. Zəhmət olmasa bu haqda məlumat verərdiniz
Cavab:
Va aleykum Salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) nəvəsi Hz. Hüseyn (Allah ondan razı olsun) şəhid olanda İslamın ikinci xəlifəsi artıq 30 ilə yaxın idi ki, şəhid edilərək öldürülmüşdü. Sadəcə Hz. Hüseyni (Allah ondan razı olsun) qətl edənlər arasında Ömər adlı bir nəfər olub.
ardını oxu
04-02-2021 Çingiz
Salam Aleykum.Bir şirket baresinde soruşmaq istiyirem, şirket şebeke biznesi formasında işleyir, şirkete qoşulmaq üçün evvelce şirketde hisse(sehm) alırsan.
Cavab:
Aleykum salam. Bu sualların cavablarını oxuyun:
Şəbəkə marketinqi haramdır yoxsa halal?
ardını oxu
04-02-2021 Nurlan
As-selamu Aleykum ve Rehmetullahi ve Berekatuhu. Men saat 11de rayondan cixdim ve zohr namazim sefere duwdu, amma esrin vaxtina geldim catdim. Zohr namazini sefer namazi kimi 2 ruket qilib ardinca esr namazini oz qaydasinda qilmaliyam?
Cavab:
Va aleykum Salam. Səfərdən qayıtdıqdan sonra həm Zöhr, həm də Əsr namazını dörd rükət qılmalısınız. Çünki artıq səfərdə deyilsiniz. Daha ətraflı: Səfər namazı necə qılınır?
ardını oxu
04-02-2021
Salam Aleykum. Namaz qilarken QURANI KERIM i mohurun yanina yere qoyub namaz qilmaq gunahdirmi?
Cavab:
Va aleykum Salam. Quran Allahın Kitabıdır və hörmət olunmalıdır. Odur ki Quranı hündür yürə qoymaq daha yaxşıdır. Uca Allah buyurur: "Bax belə! Hər kim Alla­hın ayin­lə­rinə hörmət etsə, bil­sin ki, bu, qəlblə­rin təqvasın­dandır".
ardını oxu
04-02-2021 Naməlum
Salam . Hamam oyağında güzgü olmalıdır çimən zaman ?
Cavab:
Va aleykum Salam. Hamamda güzgünün olması icazəlidir. Dinimizdə bunu qadağan edən bir dəlil yoxdur. Həmçinin oxuyun: Güzgü istifadə etmək olarmı?
ardını oxu
04-02-2021 Aaa..
Salam uzr istiyirem sualima gore qadin adet halinda qebr ustune gede bilermi?INDIDE TESEKUR EDIREM
Cavab:
Va aleykum Salam. Heyz halında olan qadın qəbristanlığa gedə bilər. Daha ətraflı: 
Qadın heyzli olarsa nələri edə bilməz?
ardını oxu
04-02-2021
Salam. RadiAllahu anhu yoxsa eleyhisselam deyilmelidi ?
Cavab:
Va aleykum Salam. "Radıyallahu anhu" - səhabələrə deyilir. Mənası "Allah ondan razı olsun" deməkdir. "Aleyhis-sələm" isə mələklərə və Muhəmməd peyğəmbərdən - sallallahu aleyhi və səlləm - başqa digər peyğəmbərlərin adı çəkiləndə deyilir. Mənası "ona salam olsun" deməkdir.
ardını oxu
04-02-2021 Züleyxa
Salam.
Cavab:

Va aleykum Salam. Namazın son rükətində "Əttəhiyyətu" duasından sonra "Allahummə salli" və "Allahummə Bəərik" dualarını demək vacibdir. Əgər dediyiniz kimidirsə, rəfiqəniz yanlışlığa yol verir.

ardını oxu
04-02-2021 Azer
Vitr namazı sesli qılınır yoxsa sessiz?
Cavab:
Salam aleykum. Vitr namazını həm səsli, həm də səssiz qılmaq olar. Lakin səsli qılınması daha yaxşıdır. Həmçinin oxuyun: Vitr namazı necə qılınır?
ardını oxu
04-02-2021
Salam.Namaz qılarken bezen herf sehvlerine yol verirem bu günahdırmı?
Cavab:
Və aleykum Salam. Bilmədən namazda hərf səhvlərinə yol vermək namaza xələl gətirmir. Lakin insan öz namazını daha təkmilləşdirib, namazın sözlərini daha da yaxşı öyrənməlidir. Həmçinin bu cavabları oxuyun:
ardını oxu
04-02-2021
Dua ederken ağlayıram və aniden uzumde tebessum yaranır bu neye isaredir ?
Cavab:
Salam aleykum. Dua edərkən Allah üçün ağlamaq duanın səmimi qəlbdən edilməsinin əlamətidir və bu hal, duanın qəbul olması səbəblərindəndir. Təbəssüm isə duanızın qəbul olunmasına olan ümidinizdən irəli gəlir. Daha ətraflı:
ardını oxu
04-02-2021 dilarə
Mən namaz qılıram əlimdən gəldiyi qədər ibadət etməyə çalışıram. Kişi əmilərim var, onları görəndə necə edim ki görüşməyim, xətirlərinə dəymədən necə edim bunu yazın zəhmət olmasa. Belə birşey dən ötrü günah qazanmaq istəmirəm.
Cavab:
Salam aleykum. Əmi və dayı qadın üçün məhrəmdir. Ona görə onların yanında hicabı aça bilər və əl ilə görüşə bilərsiniz. Daha ətraflı:
ardını oxu
04-02-2021 Allah bəndəsi
Salam.Mən sünni namazı qılıram. Ancaq istədiyim oğlan və anası şiə namazı qılır. Biz evlənə bilərikmi? Evlənsək günah olmaz? Əvvəlcədən tşklər.
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun: 

Sünni ilə şiə evlənə bilərmi?
ardını oxu
04-02-2021 Elmir
Salam alekum döymə vurmaq gunahdirmı?
Cavab:
ardını oxu
04-02-2021 Cicek
Dini kebinsiz namaz qilmaq olarmi?
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Kəbinsiz namaz qılmaq olar?
ardını oxu
04-02-2021 anonim
Salam.Müsəlman bir xanım ürək həkimi işləyə bilərmi?
Cavab:
Va aleykum Salam. Bəli, müəyyən şərtlər daxilində qadın ürək həkimi işləyə bilər. Siz həkimlik işi ilə həm insanlara yardım edərək savab qazana, həm də ruzi əldə edə bilərsiniz. Daha ətraflı: Qadının işləməsi icazəlidirmi?
ardını oxu
04-02-2021
Heyz qülulu sözləri
Cavab:
Salam aleykum. Hər hansı növ qüslu alarkən qüslə başlayanda "Bismilləh" (Allahın adı ilə) deyilir. Qüsl əsnasında isə heç nə demək lazım deyil. Niyyətin yeri isə qəlbdir və onu dilə gətirmək düzgün deyil. Daha ətraflı:
ardını oxu
04-02-2021
Salam.mənə deyirlərki bir həftə ərzində udar olacaq.ailən dağılacaq.uşaqlarım var çox narahatam.falçı bunu həqiqətən bilibmi deyir?
Cavab:
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, Uca Allahdan başqa heç kəs gələcəyi bilmir. Uca Allah bu xüsusda buyurur: "De: "Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz.
ardını oxu
04-02-2021 Lamiyə
Əssələmu aleykum va rahmətullahi va bərakətuh. Həzrəti Fatimənin vəfatı barədə məlumat verə bilərsinizmi? Allah razı olsun.
Cavab:
ardını oxu
04-02-2021 telman
Men haram pul qazaniram. evde hami namaz qilir menden basqa. Onlar menim qazancimdan yeyirler bu gunahlar kime yazilir?
Cavab:

Salam aleykum. Haram yolla pul qazanan insan yalnız özü günah qazanır. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz.

ardını oxu
04-02-2021
salM siğe etdiyden sonra cinsi elaqe günahdı zina sayılır ve eyer günahdırsa nece tövbe etmek olar többe etsem günahm bağışlanarmı sevdiyim insanla siğe etmişem
Cavab:

Va aleykum Salam. İslam dinində siğə deyilən müvəqqəti nikah növü yoxdur və bu növ nikah böyük günahlardan olan zina sayılır. Nikahın Allah qatında düzgün olmasının şərtlərindən biri budur ki, nikah qısa müddətli yox, daimi olmalıdır.

ardını oxu
04-02-2021
Qadin Qurani Kerime Eli Ile Toxunsa Gunah Olarmi?
Cavab:
Salam aleykum. Heyz (aybaşı), nifas (doğuşdan sonra 40 günə qədər davam edən qanaxma) və cənabət (cinsi əlaqədən sonra qüsl alana qədər) halları istisna olmaqla Qurana toxunmaq icazəlidir.  Həmçinin oxuyun:

ardını oxu
28-01-2021
Əvvəlcə sağol deyirəm ki sizə bizi narahat edən suallara cavab verirsiz. Sualım isə belədir,bir insan tövbə filan şeyi eləməyəcəyəm deyəndə həqiqətən tövbə etmiş olurmu? Yoxsa tövbənin başqa şərtləridə var? Əsəbi olan zaman ağızdan çıxan tövbə sözü sayılır? İnsan buna görə öhdəlik daşıyır mı?
Cavab:
Və aleykum Salam. Tövbə - günahı tərk edib Allaha dönməklə, etdiyin günaha görə peşmançılıq hissi keçirməklə və bir daha bu günaha qayıtmamağa qərar verməklə olur.
ardını oxu
28-01-2021
salam aleykum subh namazının sünnəti nə deməkdir və qəzası necə qılınır?
Cavab:
Aleykum salam. Sünnət namazları vacib olmayan müstəhəb namazlardır. Hər fərz namazları ilə yanaşı sünnət namazları var. Bu namazlar Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğu şəkildə fərz namazlarından əvvəl və ya sonra qılınır.
ardını oxu

Pages