28-03-2015
salam bakida gunde 5 defe azan verilen mescidler varmi? mende mescidde camaat namazi qilmaq isteyirem?hansi mescidde sunne namazi qilinir?
Cavab:

Aleykum salam. Gündə 5 dəfə azan verilən məscidlərə misal olaraq Təzə bazar yaxınlığındakı Göy məscidi, Elmlər akademiyası metrosu yaxınlığındakı İlahiyyat məscidini, Qaraçuxur qəsəbəsindəki məscidi və s. göstərmək olar.

ardını oxu
28-03-2015
As salam aleykum va rahmətullahi va bərakətuh.İn see Allah universiteti bitirdikden sonra Allah qismet etse Ummu al Quraba adina Mekkede universitetde oxumaq isteyirem.Ve universitetim 5 il cekir yeni bitirdikden sonra texmini 23-24 yaşım olacaq, ve men bilmek isterdimki,Mekkeye mehremsiz gedib oxuy
Cavab:

Aleykumu-s-salam və rahmatullahi və barakatuh. Umm əl-Qura universitetində oxumaq üçün məhrəmlə getmək vacibdir. Ətraflı məlumatı universitetin saytından öyrənə bilərsiniz: https://uqu.edu.sa/english

ardını oxu
27-03-2015
Qadinlar tualete getdikden sonra nem salfetle siline bilermi? nem salfetle silinsin ve destemaz alsin/bu mumkundurmu?
Cavab:

Aleykum salam. Su varsa, ayaqyolunda su ilə yuyunmaq lazımdır. Su olmayanda salfetdən istifadə etmək olar.

ardını oxu
27-03-2015 Asmer
salam aleykum. Menim qeza oruclarim var. beleki men 9 yasindan bu gune qeder olan qeza oruclarimi tutmaq isteyirem. amma medemde qastrit var ona gore tuta bilmirem. Maddi imkanim da yoxdur ki, evezinde yoxsul doyuzduram. Ozum de cox imkansizam. Nece ede bilerem ki, bu dunyada qeza orucum qalmasin.
Cavab:

Aleykum salam. İmkan daxilində keçmiş illərin oruclarını tutmaq daha yaxşıdır. Xəstəliyə gəldikdə isə, müalicə olunub daha sonra qəza orucunu tutmaq olar. Daha ətraflı: Xəstəlik səbəbi ilə oruc tutmamaq haqqında

ardını oxu
27-03-2015 rovsen
evvela salam men qibleni nece teyin ede bilerem uzu gunesedurmaliyam yoxsa nece xaish edirem etrafli basa salardiniz
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Qibləni necə təyin etmək olar?

ardını oxu
27-03-2015 LALƏ
namazı necə qıllar .namazın vaxtları
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Namaz qılmaq qaydası - VİDEO

Namaz vaxtlarına saytın ana səhifəsindən baxa bilərsiniz.

ardını oxu
27-03-2015 Anonim
- Əs Saləmu Aleykum va Rahmətullahi va Bərəkətuhu. Mən ərəb dilində oxuya bilmirəm, yəni Quran oxuya bilmirəm. Mənə nə nəsihət edərsiniz? " Müəllimi kitab olanın müəllimi şeytandır. " sözünə əsasən mən kitablardan ərən hərflərini öyrənməyim yoxsa?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Çalışın müəllim yanında öyrənin, bu mümkün olmasa, kitablardan və ya videolardan öyrənin və ara-sıra təcvid bilənlərlə görüşün, onların yanında oxuyaraq səhvlərinizi düzəldin.

ardını oxu
27-03-2015 Məhərrəm
Salam,destamaz alarkən əllərə və üzə neçə dəfə su dəyməlidir?
ardını oxu
27-03-2015
Salam namaza basladiqda sübhaneke euzü besmele ile Fatiha suresi oxuduqdan sonra Ayetel kursi oxumaq olarmi?
Cavab:
ardını oxu
27-03-2015
Salam. Men bir ay deyil ki, 1 yaş 20 günlk uşağını itirmiş atayam. Cavablarınızı oxumuşam və əlavə olaraq bu barədə bir neçe suala da cavab tapmaq istərdim. Uşaq üçün saglığında nese etmək qismət olmadı, amma indi onun ruhunun daima şad olması üçün neyi etmək Uca Allaha da xoş geder.
Cavab:

Aleykum salam. Uca Allaha dua edirik ki, sizə onun əvəzində gözəl, saleh övladlar versin. Bunun üçün xüsusi bir əməl yoxdur. Sadəcə olaraq əgər əqiq qurbanını kəsməmisinizsə, imkan daxilində əqiq qurbanını kəsmək daha yaxşı olardı.

ardını oxu
27-03-2015
Salam Aleykum.Meni bir sUal maraqlandirir...Sudurqa keciren adamlarda Euzibilleh olur??? Bele deyirler he??? Bir insan var taniyiram o tez tez sudurqa kecirir ozude cox esebidi her weyden soz cixarir...Bele Insanlari. Ruqiyya etmekle sagaltmaq olarmi?
Cavab:

Aleykum salam. Mütəxəssislərin təcrübəsinə əsasən ruqyə bu cür xəstələrə faydalı olmuşdur. Həmçinin oxuyun:

Allahın kəlamı ilə müalicə

Cadudan necə qorunmaq olar?

ardını oxu
27-03-2015 ToNiK
Imam durmadan yəni,yerini almadan iqamə vermək olar?????????
Cavab:

Salam aleykum. Bəli, imam yerini almadan iqamə verməkdə heç bir qəbahət yoxdur.

ardını oxu
27-03-2015
Salam aleykum.Peygember sallallahu aleyhi va sellemin sunneleri icinde bir kitab yerlesdirerdizde.
Cavab:

Aleykum salam. Hal-hazırda bunun üzərində işləyirik. Allahın izni ilə yaxın vaxtlarda saytımıza "Quran və səhih hədislərə əsaslandırılmış İslam fiqhi" kitabını oxuya biləcəksiniz.

ardını oxu
27-03-2015
Salam aleykum bizim bir tutqusumuz var danisan novlerdendi amma danisa bilmir men yuxuda tutqusunun danisdigin gormusem.Bagisliyin belke biraz size elaqesiz gele biler menim bacimin oglu danismir 6yasi var yungul autizim xesteliyi var ve men buna gore cox narahat oluram ve men calisiram ona ucun al
Cavab:

Aleykum salam. Bir daha istifadəçilərə bildirmək istərdik ki, biz yuxu yozmağı bacarmırıq. Yuxuları mütləq yozmaq və onlara görə hərəkət etmək şəriətdə buyurlmayıb.

ardını oxu
27-03-2015
Salam qardaşlar. Dəstəmaz alərkən istər istəməz sidik paltara bulaşa bilər. Yaxud sonradan kanaldan gələ bilər. Biz bunu hiss etmirik və görmürük. Dəstəmaz alərkən üzümüzü yuyarkən hər hansı hissəyə su dəyməsə dəstəmaz pozulur? Mən nəcə bilim ki, su dəyməyən yer qalmadı.
Cavab:

Aleykum salam. Bunlar şeytanın vəsvəsələridir. Müsəlman şeytanın vəsvəsələrinə fikir verməməlidir, çünki bu halda vəsvəsə daha da çoxalır. Şeytan dəstəmaz almağı çətin göstərərək insanı namazdan yayındırmağa çalışdırır. Həmçinin oxuyun:

ardını oxu
26-03-2015 gunay
Es salamin aleykum men cox tez tez soyuqlayıram deye qışda torpaqla desdamaz alıram hemcininde qüsluda bu düzgün olarmı?
Cavab:

Aleykum salam. Xeyr, daimi olaraq dəstəmaz əvəzinə təyəmmüm almaq olmaz. Daha ətraflı:

Hər gün təyəmmüm almaq olarmı?

ardını oxu
26-03-2015 Ali
Buxari ne derecede duzgundu ve ya muslim. Bunlar hedislerdiler yoxsa revayetler?
Cavab:

Salam aleykum. Bəli, bu hədis kitabları səhihdir və bütün mötəbər islam alimləri tərəfindən qəbul edilmişdir. Daha ətraflı:

Yalnız Quranla kifayətlənərək hədisləri qəbul etməmək olarmı?

ardını oxu
26-03-2015 Anonim (Muslim)
- Əs Saləmu Aleykum va Rahmətullah. Salam alarkən "Aleykumus-Saləm" deyilir yoxsa, " Aleykum Əs Saləm". ALLAH Razı Olsun! Cəzəkk ALLAHU xayran. İn şə ALLAH, sualı tez cavablandırarsınız.
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Əvvəlcə qeyd edək ki, sözün əsl deyilişi "saləm" yox, "sələəm" kimidir.

"saləm" (صلم) sözünün mənası "kəsmək", "qoparmaq", "zədələmək" və s. deməkdir.

ardını oxu
26-03-2015 Bəkir
Salam mən bir qız istəyirəm.İstədiyim qızla da daim bir olmaq istəyirəm.Ancaq sevgim zina etmək məqsədilə deyil.Mən özüm də,istədiyim qız da dinlə maraqlananıq,istədiyim hicablı xanımdır.Mən sadəcə saf niyyətlə sevib,gələcəkdə qismət olsa da evlənmək istəyirəm.Burada günah qazanıram?
Cavab:

Aleykum salam. Sizin hansı niyyətlə sevməyinizdən asılı olmayaraq, o qız sizin üçün naməhrəmdir. Naməhrəmlərlə görüşmək və tək qalmaq isə günahdır. Əgər evlənmə niyyətiniz varsa, elçi göndərin.

ardını oxu
26-03-2015 Faiq
Salam aleykum,qardaş sizə belə bir sualım var: Mən dinə gəlməzdən əvvəl söyüş söyərdim.Amma indi dinlə məşğul oluram,namaz da qılıram.Buna baxmayaraq indi də bəzən söyüş söydüyüm olur.Ancaq söyüş söyərkən qəlbən demirəm,sadəcə bir vaxtlar söydüyüm üçün dilimdə ilişib qalıb.Sadəcə dildə ifadə edirəm.
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanı söymək günah, onunla vuruşmaq isə küfrdür". (əl-Buxari, 64; Muslim, 48; ət-Tirmizi, 2635; ən-Nəsai, 4120). Söyüş söyməyi tərgitməyə çalışmalısınız. Bunun üçün Uca Allahı çox zikr edin.

ardını oxu
26-03-2015 Ayan
Salam 1.zehni qüvvetlendirmek ücün hansı duaları oxumaq olar. 2 caresiz qaldığımızda edilen dua. 3 namazda ikən danısmadan hmm demek namazı pozar
Cavab:

Aleykum salam. Zehni gücləndirmək üçün bəzi səbəblər:

ardını oxu
26-03-2015
Salam aleykum. Qamet Suleymanov bir dersinde demisdiki oqlan elci geldikde qiz basini aca biler yeni evde nece herlenirse elede oqlanin qarsisina cixa biler.bunu aciqliyardizda birdeki eyer qiza cox elci geldise onda qiz butun hamisinin yaninda acmalidi basini?
Cavab:

Aleykum salam. Müsəlman qadın ona elçi gəlmiş kişinin yanında baş örtüsünü aça bilər. Yəni evdə adəti üzrə necə gəzirsə, o halda da məhrəmi ilə birlikdə elçi düşən oğlanın qarşısına çıxa bilər. Həmçinin bəzənməməli və zinət əşyalarından da istifadə etməməlidir.

ardını oxu
26-03-2015
Ilk defe namaza baslayarken nece qusl almaq lazimdir hansi sozder deyilmelidir
Cavab:

Salam aleykum. Adi qüsl kimi alınır. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
26-03-2015 leyli
selamu aleykum.men ozumu her zaman tenha hiss edirem.cox fikirlesirem.ele fikirlesirem ki hami mene nifret edir.amma menden heckese pislik kecmir.herden ozume teskinlik veriremki 'allah' yanimdadir.goresen bu hissden nece xilas olum xahis edirem mene meselehet verin
ardını oxu
26-03-2015 Faiq
Salam.belə bir cümlə vardır ki,cümə namazı vaxtı qazanılan pul haramdır.Bu,doğrudur?
Cavab:

Aleykum salam. Bəli, cümə namazı vaxtı (azan veriləndən namaz qurtarana qədər) qazanılan pul haramdır. Bu yalnız cümə namazına gəlməsi vacib olmayan insanlara (qadınlar, uşaqlar) aid deyil. Uca Allah buyurur: "Ey iman gətirənlər!

ardını oxu
26-03-2015
salam eleykum berakallah ve teqva ne demekdir?
Cavab:

Aleykum salam. "Bəərakəllah" - Allah mübarək, xeyirli-bə­rəkətli etsin deməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ifadəni dualarında tez-tez istifadə edərdi.

ardını oxu
26-03-2015
Salam.Men namaz qılıram,amma cox vaxt vaxtında catdıra bilmediyim ücün qeza edirem.Amma hemin gün başqa saatda namazlarımı qılıram.Qeza etmek günahdırmı?yuxuya gedende destamaz pozulurmu?
Cavab:

Aleykum salam. Namazları tez-tez qəza etmək günahdır və imanın zəifləməsindən xəbər verir.

ardını oxu
26-03-2015
Salam aleykum, zehmet olmasa ferz namazlarının sunnetlerini yaza bilersiz inden allah razı olsun.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Sünnət namazlarına dair hansı hədislər var?

ardını oxu
26-03-2015 Selma
Salam. Men bir yere qonaq getmisdim. Evde it saxlayirdilar. 1 hefte orda qaldim. Cox calisdim ozumu qoruyum, amma murdar oldum. It meni ve oglumu yalayirdi. Indi gelmisem eve ele biliremki eve giren kimi butun ev murdar olacaq. Indi bilmirem nece pak olum.buna gore hansisa qusl novu varmi?
Cavab:

Və aleykum Salam. Şəriətdə itin ağzı dəymiş qabdan istifadə etmək üçün təmizlənmə qaydası bildirilmişdir.

ardını oxu
23-03-2015 aygul
namazn qlnacagi saatlari deqiq bilmek istyrem
Cavab:

Salam aleykum. Saytımızın ana səhifəsində yerləşən namaz təqviminə baxın.

ardını oxu
23-03-2015 aysehezmli
hicabli qadinin toya getmesi,oynamasi gunahdirmi ve adi insaninda toya getmesi gunahdirmi?
Cavab:

Salam aleykum. Bu toydan asılıdır. Qadınlar qadın məclisində öz aralarında dəf ilə çalıb oyanaya bilərlər. Bundan artığı isə qadağandır. Daha ətraflı: 

Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?

ardını oxu
23-03-2015
Salam. Birinə "Əminəm ki Allah səndən razıdır" demək orucu batil edər? Bu Allahın adından yalan nisbət vermək sayılır?
Cavab:

Aleykum salam. Bu ifadəni işlətmək qadağan olsa da, orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər

ardını oxu
23-03-2015
Salamaleykum seferde olarken mescidde namazlari birle$dirib qila bilerikmi.
Cavab:

Aleykum salam. Bəli, səfərdə olarkən namazları birləşdirib qıla bilərsiniz. Daha ətraflı: Səfər namazı necə qılınır?

ardını oxu
23-03-2015 Cavidan
Salam aleykum.sige haqqinda bir cox weyalere gezir..sigeye quranda aye oldugunu bilirem,lakin bir nece insanlar hetta etrafimda olan insanlarin 70 80 % -i sigeye demey olar ki,inanmir..mende bir necedefe sual altinda qalmiwam..sige meselesi haqqinda oyrenmey isdeyirem..Allah razi olsun
Cavab:

Aleykum salam. Siğə haramdır. Daha ətraflı: Siğə haqqında

ardını oxu
23-03-2015
Salam aleykum.Bezi kitablarda filankes tabiinlerden biri idi yazilir. Tabiin ne demekdir?ve sehabe ile eshabin ferqi nededir? Salam aleykum va rahmətullahi va bərakətuh
Cavab:
Aleykum salam. Tabein - səhabələrin ardıcılları, yəni onlardan sonra gələn nəslin nümayəndələrinə deyilir. Peyğəmbəri görüb, ona iman gətirənlərə isə səhabə deyilir. Buradan da aydın olur ki, səhabə peyğəmbəri görənə, tabiin isə səhabəni görənlərə deyilir.
ardını oxu
23-03-2015
Salam Aleykimum.zikr kitabinda yazilanlari oxuyuram orda gunde seher axwam meselen 100 defe estagfirullahe ve etubi ileyhi demwlisen ...men bunu qisa formada deyirem..meselen estagfirullah...Bele qisa formada demek olarmi???
Cavab:

Aleykum salam. Bəli, hər iki formada deyə bilərsiniz. Daha ətraflı: Səhər və axşam zikrləri

ardını oxu
23-03-2015
Salam qirmizi parcaya bükülüb tikilen kicik das parcasinin menasi nedir?evden tapmisam
Cavab:

Aleykum salam. Doğrusunu Allah bilir, əgər cadu əlamətləri hiss etsəniz, burada yazılanları edin: Cadudan necə qorunmaq olar?

ardını oxu
23-03-2015 xalide
SALAM.MENim 2ovladim var.qizimin 2,oglumunsa 1yasi var.men namaz qilanda aglayirlar.yoldasimgil deyirki usaq aglayirsa senin namazin ALLAHA lazim deyil.mende namazsiz rahat yasaya bilmirem.mene meslehet verin.
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır". (əl-Munafiqun, 9).

ardını oxu
23-03-2015 AISE
ESSELAMUN ALEYKUM.men ailleliyem 2korpe ovladim var.yoldasim islemir,hemdeki,is tapa bilmir.qaynanamin pensiyasi ile dolaniriq demek olarki heco da halal deyil yalanci xestelikle pensiya alir.yoldasim topaz oynuyur.cox vaxt uduzur.neqeder ona izah ediremse meni anlamaq istemir.deyir halal hecne yoxd
Cavab:

Aleykum salam. Bu cür oyunlar qumardır və böyük günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.

ardını oxu
22-03-2015 ulviyye
Salam.Men bugun imsaqimi gec bitirdim.Indi teqvime baxiramki 6.05 de azandi.Mense 6.25de yedim qutardim.Oruc sayilmiram indi.pozum orucumu?Allah razi olsun.evvelceden sagolun.
Cavab:

Aleykum salam. Bilmədən yeməyi vaxtından gec qurtarmaq orucu pozmur.

ardını oxu
22-03-2015
yatan zaman onu guzguye baxmaqa mecbur edir , sinifde olan zaman qulaqa ses gelmeler
Cavab:

Salam aleykum. Sualınız tam aydın olmadı, əgər yatanda güzgüyə baxmaq haqqında fikirlər gəlirsə, bu şeytanın vəsvəsəsidir. Vəsvəsəyə isə fikir vermək və ona əməl etmək lazım deyil, çünki ardınca getdikcə, vəsvəsə daha da çoxalır.

ardını oxu
22-03-2015
ELHAMDULILLAH NAMAZ QILIRAM.ama hicab hele taxmiram.artiq cox isteyirem hicabi REBBIMnesib etsin.qorxuram etdiyimiz gunahlardan.subheler qorxular icimi yiyir.ama REBBIME guvenirem sadece qorxuram.mene meslehet verin.ALLAH SIZDEN RAZI OLSUN
Cavab:

Salam aleykum. Allaha həmd olsun ki, onun əmrlərini yerinə yetirməyə səy göstərirsiniz. Allahın vacib buyurduğu şeyləri yerinə yetirmək istəyənlərə Allah özü kömək olur. Şübhə və qorxular isə şeytanın vəsvəsələridir. Allahın izni ilə hicab bağladıqdan sonra bunlar keçib gedəcək.

ardını oxu
22-03-2015
Salam aleykum. şiələrin bəzi səhabələr haqda fikrini bilirəm , yəni pis fikirdədirlər. Amma nə sünni nə də digər mənbələrdən bunlara aydınlığ gətirəcək birşey tapa bilməmişəm. Daha doğrusu bunlara cavab verə biləcək adam tanımıram.
Cavab:

Aleykum salam. Hər müsəlman ona fayda verəcək işlərlə məşğul olmalı, axirətdə ona ziyan verəcək şeyləri tərk etməlidir. Bu mövzuya girməsəniz, qiyamət günü sizə veriləcək suallar içərisində səhabələrin arasında baş vermiş ixtilaflar olmayacaq.

ardını oxu
21-03-2015 mmm
Salam! mən zöhür namazı vaxt işdə oluram. Şərait yoxdur namaz qılam. Evə gedəndə qəzasını qılıram . Bu günahdı? Bir də Əsr namazina evə çotiram , birinci əsr namazini qılıb sonra isə Zöhur namazinin qəzasini qılıram. Xahiş edirəm mənə cavab yazin düzgün qaydani
Cavab:

Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır". (əl-Munafiqun, 9).

ardını oxu
20-03-2015
hansi peygemberin ahil yasda ovladi olub
Cavab:

Salam aleykum. Uca Allah buyurur: "Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib demişdi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim!

ardını oxu
20-03-2015
Salam aleykum.Men bu il kollece girdim,imtahanida oz biliyimnen verdim.Yalniz girdiyim yer odenishlidir,hemchinin imtahana gore bizden pul isteyirler,bu da tebii ki,rushvetdir.Imtahani vere bilmeyeceyimize gore pul odedik.Bu gunahdirmi?buna gore narahatam,odemesek de olmur,shikayetinde yeri yoxdur.
Cavab:

Aleykum salam.

ardını oxu
20-03-2015
As salam aleykum va rahmətullahi va bərakətuh.Eyer bir insanin burnu 3cu ve yaxud 4cu sinifden sonra bir yere deyerek qirilibsa, hemin insan boyudukde burnu iri olubsa ve hami onun burnu ile mezelenirse bu insan ne etmelidi?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cavabı buradan oxuyun: Estetik cərrahiyyə əməliyyatı günah sayılırmı?

ardını oxu
20-03-2015 Ruqiyye
Esselemu aleykum ve Rehmetullahi ve bereketuhu.
Cavab:

Və aleykumus-Sələm va rahmətullahi va bərakətuhu.

ardını oxu
20-03-2015 Yusuf Selefi
Salam aleykum. İn şe ALLAH sualım tenbellik baresindedir. İnsanın boş vaxtı olanda ve yaxud günahlar çox edende artıq tenbellik emele gelir saleh emellere qarşı.. Bu düzdürmü? Bu tenbellikden qurtulmağın yolu nedir? Saleh emel etmeye çalışsamda halsızlıq tenbellik imkan vermir.
Cavab:

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Ümmətim üçün ən çox qorxduğum şeylər: "qarın böyüklüyü (qarın bağlamaq), çox yatmaq, tənbəllik və yəqinliyin azlığıdır". (əs-Suyuti: "Fəthu-l-Kəbir", 1/58). Tənbəllikdən qurtulmaq üçün aşağıdakıları etmək lazımdır:

ardını oxu

Pages