Va aleykum Salam. Əvvəlcə qeyd edək ki, həddi aşmadan qısqanmaq, ailəsinin qeyrətini çəkmək hər bir müsəlmana vacibdir.
Aleykum salam. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur.
Aleykum salam. Əgər ananızın oruc tutmaq imkanı yoxdursa, onda onun əvəzinə tuta bilərsiniz. Oruc tutmağa nəzir edən insan orucu tuta bilmədikdə imkanı varsa kəffarə olaraq nəzir etdiyi günün sayı qədər kasıbların qarnını doyuzdursun.
Aleykum salam. Biz sizə nəsihət edirik ki, bu məsələyə ciddi yanaşasınız. Boşanma məsələsi çox ciddi bir məsələdir. Ona görə də siz ona bildirin ki, boşanmaqla oynamaq olmaz. O, qəti qərara gəlsin və bir daha buna yol verməsin. İnşallah nigahınız yerindədir.
Aleykum salam. Cənazə namazının sözlərini bilməyiniz daha yaxşı olardı. Lakin bilməsəniz də iştirak etdiyinizə görə inşallah savab qazanırsınız. Çünki hədisə deyildiyi kimi: "Əməllər niyyətlərə görədir...".
Salam aleykum. Yoldaşınızın qüsl almamasına görə sizə heç bir günah yazılmır və ibadətinizə də heç bir mənfi təsir göstərmir.
Aleykum salam. Bu məqaləni oxuyun: "Dəccaldan qorunmağın yolları"
Aleykum salam.
Azanın sözləri:
Allahu əkbər - (4 dəfə), (Allah ən böyükdür).
Aleykum salam. Bu surələrin yazılışını zikr kitablarından öyrənin.
Aleykum salam.
əl Fatihə surəsi:
Aleykum salam. Video kameraya düşən görüntülər ruhlarla deyil, cinlərlə bağlıdır. Çünki ruh dünyadan köçdükdə bir daha dünyaya qayıtmır. Həmçinin, ruhu bu dünyada görmək qeyri-mümkündür.
Aleykum salam. Niyyətiniz gözəl olsa da, bu günahı etməyə heç bir əsas vermir.
Va aleykum Salam. Evdə it saxlamağın qadağan olunması ilə bağlı hədislər vardır.
Aleykum salam. Bu məqaləni oxuyun: Əli ibn Əbu Talib
Aleykum salam. Biz bu sualı cavablandırmışdıq. Boynunuzda qüsl varsa, kitabdan və ya telefondan Quran oxuya bilmərsiniz. Siz mütləq qüsl alıb oxumalısınız.
Və aleykum Salam. Bunu hesablamaq üçün məğrib namazının girdiyi vaxtdan sübh namazına qədər olan vaxtı üç hissəyə bölün. Üç hissədən sonuncu hissə gecənin son üçdə biri adlanır və bu vaxt gecə namazı üçün ən fəzilətli vaxtıdır.
Aleykum salam. Belə demək olmaz. Belə demək səhv və təhlükəli bir fikirdir. Bu cür sözlərdən bacardıqca çəkinmək lazımdır.
Aleykum salam. Xeyir, İblis Dəccal deyildir. İblis cin nəslindən, Dəccal isə Adəmin nəslindəndir. Daha ətraflı məlumat üçün bu məqaləni oxuyun: Dəccaldan qorunmağın yolları
Aleykum salam. Nə qədər ki, qız atasının evindən gəlin köçməyibsə, kəbinli və nişanlı olsa belə ərə getmiş sayılmır.
Aleykum salam. Əgər Hərra dedikdə Hira dağını nəzərdə tutursunuzsa, Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) vəhy Hira dağında mağaranın içində nazil edilmişdir. Hira dağı (indi Cəbəlun-Nur adlanır) Məkkə şəhərinin yaxınlığında yerləşir.
Aleykum salam. İslam özündən öncəki günahları silir. Allah Təala islamdan öncə edilən əməlləri İslama gəldikdən sonra xeyirlə əvəz edir: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər.
Aleykuma salam. Namazda oxunan surələrdə hərf səhvinə görə səhv səcdəsi etmək lazım deyildir. İnşallah bu cür səhvlər namaza xələl gətirmir.
Aleykuma salam. Əslində siz Alalh tərəfindən bir növ xeyir içindəsiniz, ona görə ki siz xeyir və şərin nə olduğunu anlayırsınız. Bunu anlamaq isə hər kəsə nəsib olmur. İnsanın vaxtının qədirini bilməsi və onu Allahın rizası üçün sərf etməsi Allaha və Axirət gününə olan imanından irəli gəlir.
Və aleykum Salam. Siz yalnız fərzi qılmaqla vacib olanı yerinə yetirmiş olursunuz. Lakin əgər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutmusunuzsa, Peyğәmbәrimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sübh namazının sünnətini demək olar ki, heç vaxt tərk etməmişdi.
Aleykuma salam. İnsan ölən kimi cənnətə və ya cəhənnəmə düşmür, insan öləndə qiyamətə qədər bərzəx (ruhlar aləmi) deyilən yerdə həyat sürür. Əgər mömin olubsa, orada nemət içində olur. Yox, əgər kafir olubsa, orada əzab çəkir.
Və aleykum Salam. Üç gündən artıq küsülü qalıb bir-birindən salamı kəsmək qadağan edilmişdir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: "Bir müsəlmanın müsəlman qardaşı ilə üç gündən çox küsülü qalması halal deyil. Üç gün tamam olanda gedib salam verməlidir.
Aleykum salam. Sualınızın cavabını bu linkdən oxuya bilərsiniz: "Sübh namazı necə qılınır?"
Aleykum salam.
Aleykum salam. Ağlı başında olan və həddi büluğa çatmış hər bir imkanı olan müsəlmana ömründə bir dəfə Kəbəni (Allahın evini) həcc etmək fərzdir (vacibdir). Həcc etmək İslamın beş əsasından biri hesab olunur.
Aleykum salam. Qaşları aldırmaq günahdır. Lakin əgər həddən artıq çoxdursa və görünüşə xələl gətirirsə, bu halda qaşları bir az götürərək düzəltməyə icazə verilir.
Aleykum salam. Namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur.
Aleykum salam. İmanda şübhəyə düşürsünüzsə, ilk növbədə bu şübhə nə ilə bağlıdırsa, həmin məsələyə aid elminizi artırın.
Aleykum salam. Sübh namazından sonra və məğrib (günbatan) namazından yarım saat əvvəl səhər-axşam zikrləri edərkən Peyğəmbərə (salləllahu aleyhi və alə əlihi səlləm) on dəfə salavat gətirmək yaxşıdır.
Aleykum salam. Cinlər tüstüsüz oddan yaradılmışlar. Cinlər də insanlar kimi yer kürəsində yaşayırlar. İnsanların heyvanlarının təzəkləri cinlərin heyvanlarının qidasıdır. Cinlərin də insanlar kimi ailələri, cəmiyyətləri vardır. Onlar da insanlar kimi törəyib çoxalırlar.
Aleykum salam. Hicab bağlamaq hər bir müsəlman qadına vacibdir. Yəni, hicab bağlamaq qadının təkcə hansısa ölkəyə getməsi ilə əlaqədar olmamalıdır. Bu onun daimi halı olmalıdır. Allah Təala buyurur: "Ey Peyğəmbər!
Aleykum salam. Saytdakı namaz təlimi Qurana və Peyğəmbərin (salləlahu aleyhi və səlləm) səhih hədislərinə uyğun şəkildə tərtib edilmişdir.
Aleykum salam. Belə bir dua növü yoxdur. Lakin siz öz sözlərinizlə bu mənada dua edə bilərsiniz: "Ey Allahım! Mənə həm bu dünyada həm də axirətdə xeyirli olan bir insan nəsib et".
Aleykum salam. Uca Allah buyurur: "Sən hənif (tək Allaha ibadət edən) olaraq üzünü dinə tərəf çevir! Allahın insanları yaratdığı fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir". (ər-Rum, 30).
Aleykum salam. Sualınız nədən ibarət olduğunu yazmadınız.
Aleykum salam. Qüslsuz Quran oxumaq olmaz.
Aleykum salam. BİU-nə qəbul olmaq haqda məlumat almaq üçün TQDK-nə müraciət edin.
Aleykum salam. Sualınızın cavabını buradan oxuyun: Dinimizə görə qadını döymək günahdırmı?
Aleykum salam. Bunun üçün xüsusi bir dua yoxdur.
Aleykum salam. Əlhəmdulilləh yaxşıyıq. Allah razı olsun. Maykada və ya hər hansı bir geyimdə dəstəmaz almaq olar. Təhəccüd namazı, yəni gecə namazı işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır.
Aleykum salam. Fələk - göy, asiman, dövr edən orbit mənalarını ifadə edir. Allah Təala Ya sin surəsində səma cisimlərindən danışarkən belə buyurur:
Aleykum salam. Yaxşı insan olmaq Uca Allahın buyurduqlarını yerinə yetirmək və qadağan etdiyi şeylərdən çəkinmək lazımdır. Bunun üçün Allahdan doğru yola yönəlmək, yaxşı işlər görmək, faydalı elm öyrənmək diləyin. Allah Təala bizə öz kitabında yaxşı insanların xüsusiyyətlərini bildirmişdir.
Aleykum salam. Pis yuxular görməmək üçün yatarkən Uca Allahı zikr etmək lazımdır. Əgər yatan zaman Uca Allahı zikr etsəniz, bu hal inşallah sizdə baş verməyəcəkdir.