Va aleykum Salam. Əgər insan xəstəlik səbəbindən sidiyini saxlaya bilmirsə bu halda o, hər namaz vaxtı üçün dəstəmaz alır və bundan sonra növbəti namazın vaxtı girənə qədər paltarına və ya yatağına bulaşmış sidik onun üçün üzürlü sayılır, bu halda dua edib namaz qıla bilər. Həmçinin oxuyun:
Va aleykum Salam. Nikah bağlanarkən qızın vəlisinin, evlənən oğlanın və iki şahidin məclisdə iştirak etməsi vəlinin və evlənən oğlanın razılığına dəlalət edir. Doğru olan rəyə görə, vəlinin "verdim", evlənən oğlanın isə "qəbul etdim" deməsi şərt deyil.
Va aleykum Salam.
Va aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Allaha yalandan and içmək böyük günahdır və kəffarəsi yoxdur. Buna görə səmimi tövbə etmək və xeyirli əməlləri çoxaltmaq lazımdır. Hansısa işi edəcəyinə and içib sonra onu edə bilməyən isə kəffarə verməlidir. Daha ətraflı:
Va aleykum Salam. Alimlər "ən-Nur" adının Uca Allahın adlarından biri olub-olmaması məsələsində fikir ayrılığındadırlar, lakin doğru olan budur ki, ən-Nur Uca Allahın adlarından deyil, sifətlərindəndir. Uca Allah buyurur: "Allah göylərin və yerin nurudur.
Və aleykum salam.
Va aleykum Salam. Uca Allahdan sizə şəfa diləyirik! Uca Allah itirdiyinizi daha xeyirlisi ilə əvəz etsin! Panik atak, yəni panika halına düşmək şeytanın vəsvəsələrinin səbəbidir. Bu psixiki xəstəliyə yalnız Uca Allaha sığınmaq və çoxlu zikr etməklə qalıb gəlmək mümkündür.
Va aleykum Salam. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərdə qadağan etdiyi şeylər həm haram, həm də məkruh mənasında ola bilər.
əs-Sələmu aleykum. Heyvana əziyyət verməmək şərti ilə onu axtalamaq (qısırlaşdırmaq) icazəlidir.
Va aleykum Salam. Namazları tərk etmək həlak edən günahdır. Dərslərlə əlaqəli çətinlik yarandıqda namazlarınızı şəriətə uyğun şəkildə cəm edə bilərsiniz. Ətraflı bu cavabları oxuyun:
Va aleykum Salam. Bu şəkildə niyyət etmək nəzir sayılır. Şəriətə görə Allaha yaxınlaşdıran ibadətlərlə (oruc, namaz, sədəqə, qurban və.s buna bənzər əməllərlə) niyyət, şəriət dilində desək nəzir etmək olar. Nəzir edilən ibadətlər niyyət edildiyi kimi yerinə yetirilməlidir.
Va aleykum Salam. Namaz elə bir ibadətdir ki, ağıl başda olduğu müddətdə, istənilən halda və vəziyyətdə bu ibadəti yerinə yetirmək vacibdir. Əgər qüsl almaq mümkün deyilsə və ya xəstəlik səbəbindən qüsl almaq sağlamlığa zərər verə bilərsə, bu halda təyəmmüm edib namazları qılmaq lazımdır.
Va aleykum Salam. Bir qadının uşağa süd anası sayılması üçün onu beş dəfə doyana qədər əmizdirməlidir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bir iki dəfə süd vermək və ya süd sormaq haram etmir".
Va aleykum Salam. Ümumiyyətlə İslam dinində ibadətlərin necəliyinin səbəbi barədə sual vermək düzgün deyil. Çünki ibadətlər Uca Allah tərəfindən buyurulmuşdur və bu ibadətlərin necəliyinin hikmətini yalnız O bilir.
Va aleykum Salam. Əqiq qurbanını uşaq dünyaya gəlməsinin yeddinci günü kəsmək müstəhəbdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Doğulmuş hər bir uşaq öz "əqiqinin" girovudur.
Va aleykum Salam. Dinimizə görə çıldağa getmək düzgün deyil. Qorxan insanı bu şəkildə müalicə nə dini, nə də tibbi cəhətdən öz təsdiqini tapmamışdır.
Va aleykum Salam. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlara öz evindən başqa evlərdə paltarını soyunmağı və ya çimməyi qadağan edərək demişdir: "Hər hansı bir qadın paltatını öz evindən başqa bir yerdə soyunarsa, özüylə Allah arasında olan örtüyü yırtmış olar".
Va aleykum Salam. Ərinizin sizə belə münasibət göstərməsi günahdır. Uca Allah iki və daha artıq zövcəsi olan kişilərə qadınları arasında ədalətli davranmağı əmr edərək buyurur: "Birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın.
Va aleykum Salam. Pirdən gətirilən torpaq başqa yerdə olan torpaq kimi adi torpaqdır. Sadəcə bəzi insanlar insanların dini cəhətdən elmsiz olmalarından istifadə edərək müxtəlif xurafat fikirlər yayırlar. Ətraflı oxuyun:
Va aleykum Salam. Uşaqlar üçün sizə "Peyğəmbərlər hekayəsi" və "Gənc müsəlmanlar üçün 40 hekayə" kitablarını tövsiyə edə bilərik. Əgər uşaq yeniyetmədirsə ona "İmanın əsasları" kitabından başlamağı tövsiyə edirik.
Va aleykum Salam. Məscid - daimi olaraq beş vaxt namaz qılınması üçün ayrılmış yerlərdir. Məscidlər insanlara namaz qılmaq üçün vəqf edilmiş yerlərdir. Vəqf – bir şeyin əslini (özünü) saxlayıb, mənfəətini Allah yolunda xərcləməyə deyilir.
Va aleykum Salam. Məcid sözünün mənası "şan-şöhrətli" deməkdir. Bu adı uşağa qoymaq icazəlidir, lakin "Abdul-Məcid" qoymaq daha yaxşıdır. Həmçinin oxuyun: Uşağa ad qoymaq barədə
Va aleykum Salam. Mütəşabih sözü "mənası aydın olmayan" deməkdir. Uca Allah buyurur: "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir.
Va aleykmu Salam. Üzrlü səbəbdən Ramazan orucunu tuta bilməyən şəxs hər güna görə bir kasıbı yedizdirməlidir. Kasıb yedizdirmək həm yemək verməklə, həm də ərzaq alıb verməklə yerinə yetirilir.
Va aleykum Salam. Allah üçün sevmək və Allah üçün nifrət etmək imanın ən yüksək mərtəbəsidir. Əbu Umamə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Kim Allah üçün sevərsə, Allah üçün nifrət edərsə, Allah üçün verərsə və Allah üç
Va aleykum Salam. Spirtli içki ilə əlaqəli heç bir iş yoxdursa (almaq, daşımaq, stola aparmaq, süzmək və s.), restoranda ofisiant işləmək icazəlidir.
Va aleykum Salam. Ümumiyyətlə xəstəliklər Uca Allahın qədəri ilə baş verir və bu xəstəlikləri söymək Uca Allahın qədərinə qarşı çıxmaqdır. Bəzi alimlər bildirmişlər ki, Uca Allahın göndərdiyi xəstəliyi söymək bu xəstəliyi göndərəni söymək kimidir. Odur ki xəstəliyi söyən tövbə etməlidir.
Va aleykum Salam. Qonaq ev sahibindən daha çox Quran ayəsi bilsə belə, ev sahibi imam olmağa daha layiqdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bir qövmə aralarında Quranı ən çox bilən imamlıq etsin.
Va aleykum Salam. Oğurluq edən şəxs bu əməldən tövbə etməlidir. Peşmançılıq tövbənin əlamətidir. Əgər oğurluq edilən şəxs dünyasını dəyişmişsə oğru götürdüyü pulu onun varislərinə qaytarmalıdır.
Va aleykum Salam. Bu cavabları oxuyun:
Va aleykum Salam. Əvvəla bunu bilmək lazımdır ki, namaz həddi-büluğa çatmış və ağlı başında olan hər bir müsəlmana vacibdir. Namazı tərk etmək isə ən böyük günahlardan biridir. Namazı tərk etmək zinadan, oğurluqdan, içki içməkdən də böyük günah sayılır. Odur ki, tövbə edib namaza başlayın.
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, ərinizdən boşanmamış başqa bir kişi ilə kəbin kəsdirməyiniz doğru deyil və bu evlilik düzgün sayılmır. Çünki evli qadın başqa bir kişi ilə kəbin kəsdirməsi üçün ərindən tam boşanmalı, sonra isə üç heyz müddəti gözləməlidir.
Əssələmu aleykum. İnsanın bu dünyada keçirdiyi hər bir dəqiqə onun ömründən gedir. Sadəcə, Qiyamət günü insanın Allaha ibadətdə keçirdiyi ömür hissəsi ona fayda verəcək. Ona fayda verən yalnız Allaha xatir sərf etdiyi əməllər olacaq.
Əssələmu aleykum. Namazın qılınma qaydası və digər ibadətlər ətraflı şəkildə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərində bildirilmişdir.
Va aleykum Salam.
1) Dua edərkən qəlbinizə gələn fikirlər şeytanın vəsvəsəsidir. Belə vəsvəsələrə fikir verməyin, dua etməkdə davam edin. Ətraflı oxuyun:
Va aleykum Salam. Əgər yalan danışdığınız insandan ümumi olaraq halallıq almısınızsa, ona yalan danışdığınızı bildirməyiniz vacib deyil. Həmçinin oxuyun:
Va aleykum Salam. Sözsüz ki, namaz barədə "əyilib-qalxmaq" ifadəsini işlətmək düzgün deyil. Namaz bir ibadətdir və sadəcə hərəkətlərdən ibarət deyil. Hər bir halda əməllər niyyətlərə görədir. Əgər məqsədi namazı ələ salmaq olmayıbsa, bu halda belə deməyi onu dindən çıxarmır.
Va aleykum Salam. Uca Allah səmimi tövbə edən qulların günahlarını bağışlayır. Uca Allah barədə gözəl zəndə olun və Ondan günahlarınızı həm bu dünyada, həm də Axirətdə örtməsini diləyin.
Əssələmu aleykum. Siz heç bir zülmün cəzasız qalmayacağını xatırlayaraq zalımları Allaha həvalə edin. Zülmə məruz qalanlar Qiyamət günü onlara zülm edənlərdən öz haqlarını alacaqlar. Belə ki, Qiyamət günü zalım insan zülm etdiyi insana öz savabından verməyə məcbur olacaq.
Va aleykum Salam. Qeyd etdiyiniz hədisin mətni belədir: Rəvayət edilir ki, Əbu Səid (Allah ondan razı olsun) demişdir: "Biz Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə ramazan ayının orta on gününü (məsciddə etikaf etdik).
Va aleykum Salam.
Va aleykum Salam. Sizin üzərinizə düşən yalnız onlara gözəl şəkildə bu əməlin günah olduğunu bildirməkdir. Bunu etməklə siz artıq üzərinizə düşəni etmiş olursunuz.
Va aleykum salam.
1) Əvvəl qıldığınız namazları qəza etməyə ehtiyac yoxdur. Ətraflı oxuyun:
Salam aleykum. Bir adama "Sən Allah belə et" küfr mənasında deyilmir, "Səni Allaha and verirəm, belə et" mənasına deyilir. Lakin dini cəhətdən məlumatsız insanların düzgün başa düşməməsi ehtimalı olduğuna görə bu kimi ifadələrdən çəkinmək lazımdır.