Aleykum salam. Özünə seyid deyərək camaatdan pul tələb edənlərə aldanaraq pul vermək, onları müqəddəsləşdirmək qadağandır. Həmçinin, Allahın izni olmadan heç kəs başqasına zərər vura bilməz: "Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz.
Aleykum salam. Xeyr, bilməyərəkdən qibləni səhv təyin etmək namazı batil etmir. Daha ətraflı: Qibləni səhv təyin edərək namaz qılmışam, namazlarım batildirmi?
Aleykum salam. Kişələrə qızıldan başqa istənilən metaldan üzük taxmaq icazəlidir. Gümüş üzük taxmaq isə sünnədir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gümüş üzük taxmışdır. (əl-Buxari "Libas", 45). Daha ətraflı:
Aleykum salam. İnsanın rahatlıq tapmaması və daim qəlbinin sıxılması imanın zəifliyindən irəli gəlir.
Aleykum salam. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar.) Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (əl-Bəqərə, 184).
Aleykum salam. Quranda hansısa cinin adı çəkilmir, amma ümumən cinlər haqqında məlumat verilir, həmçinin Quranda Cin surəsi də var.
Aleykum salam.
Aleykum salam. Bu cavabı oxuyun: Ən böyük günah edəni Allah bağışlayarmı?
Aleykum salam. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) vaxtında qılına bilməyən namazın imkan olan kimi qəzasını qılmağı buyurmuşdur. Daha ətraflı:
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Aleykum salam. Biz də Allahdan sizə şəfa verməsini diləyirik.
Aleykum salam. Əlhəmdulilləh, namaza başlamanız münasibətilə sizi təbrik edirik və Allaha dua edirik ki, sizi din üzərində sabit etsin. Bu cavabları oxuyun:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Və aleykum Salam. Bu cür şeylər müsəlmanlar arasında kafirlərdən gələn əxlaqsız filmlərin nəticəsində yayılmışdır. Şəriətdə bunu birbaşa qadağan edən göstəriş yoxdur. Bəzi alimlər bunu ədəbə və yaradılışa zidd saymışlar. Tibbi mənbələrdə sağlamlığa zərərlərin olması qeyd edilmişdir.
Aleykum salam. Həmin insan özünə müsəlman deyirsə, bəli, salamlaşmaq lazımdır. Daha ətraflı:
Cahilliyin üzrlü olması
Namaz qılmayan müsəlmandırmı?
Aleykum salam. Sizə və saytın bütün istifadəçilərinə təşəkkür edir və Uca Allaha dua edirik ki, Qiyamət günü Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) hovuzunun başında görüşməyi hamımıza nəsib etsin. Ümumən, müsəlmanların bir-birini çox tərifləməsi bəyənilmir.
Aleykum salam. Bu cavabı oxuyun: Qadınların işləməsi icazəlidirmi?
Aleykum salam. Ramazan bayramı günü oruc tutulmadığından, ərlə arvad cinsi əlaqədə ola bilərlər.
Aleykum salam. Fitnə çıxacağından qorxursunuzsa, sadəcə halallıq istəyə bilərsiniz. Daha ətraflı: Qeybət haqqında
Aleykum salam.
Və aleykum salam. Qadın heyzdən təmizlənib heyz qüslü almayana qədər ərinin onunla yaxınlıq etməsi haramdır. Uca Allah bu xüsusda buyurur: "Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır.
Aleykum salam. Həcc ziyarəti yalnız Zilhiccə ayında yerinə yetirilir. Uca Allah buyurur: "Sayı müəyyən olan günlərdə (zil-hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin! Kim iki gün ərzində (ziyarətini) (tamamlayıb) geri qayıtsa, ona heç bir günah olmaz.
Salam aleykum. Cavabı buradan oxuyun:
Qəbirləri ziyarət edərkən oxunan dua
Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?
Aleykum salam. Oruclu halda tüpürmək günah sayılmır. Əgər orucun pozulmasından qorxaraq tüpürürsünüzsə, buna ehtiyac yoxdur. Tüpürcəyi və ya bəlğəmi udmaq orucu pozmur.
Aleykum salam. Sualların ətraflı cavabını buradan oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?
Həmçinin oxuyun:
Namazı batil edən hallar
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sübh namazının vaxtı, sübh vaxtından (dan yeri söküləndən) günəş çıxmağa başlayana qədərdir". (Muslim; Əbu Davud; ən-Nəsai).
Aleykum salam. Bu, ən böyük günahlardandır. Daha ətraflı:
Quranla istixarə etmək barədə
Quran açdırmaqla gələcəyi bilmək olarmı?
Aleykum salam. Bu cavabları oxuyun:
Kişilər üçün cənnətdə hurilər olacaqsa, bəs qadınlar üçün kimlər olacaq?
Cənnət əhlinin vəsfi
Aleykum salam. Axirətdə soruşulacaq böyük günahlardan biri bidətdir. Bidət -- dində peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) etmədiyi yenilikləri etməyə deyilir. Namazı peyğəmbər kimi qılmamaq da bidət sayılır.
Aleykum salam. Bu cavabı oxuyun: Şəhvani xəyallar günahdırmı?
Aleykum salam. Əlbəttə, dəstəmazı Allah rəsulunun (Allahın ona salavatı və salamı olsun) buyurduğu kimi almaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!
Aleykum salam. Bəli, Uca Allah buyurur: "Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin". (Hud, 52).
Aleykum salam. Üzərində Quran ayələri, "Allah" sözü, Allahın digər adları və s. yazılan boyunbağını natəmiz yerlərə daxil olduqda çıxarıb kənara qoymaq lazımdır.
Salam aleykum. Uşaqlara Həzrət adını qoymaq olar. Qeyd edək ki, "həzrət" - ərəb dilindəki "hədara" felindən törəmiş kəlmədir, "hazır olmaq", "gəlmək" və s. mənalarda istifadə olunur.
Aleykum salam. Dənizin kənarında oturub dincəlməkdə heç bir günah yoxdur, amma insanların bədənlərini açdığı, naməhrəm kişilərlə qadınların qarışdığı yerlərə getmək qadağandır. Bu cür yerlərdən kənarda otura bilərsiniz.
Aleykum salam. Alimlər uşaqlara Mələk, Məleykə və digər adların qoyulmasının məkruh (bəyənilməyən) olduğunu demişlər. Birincisi, bu adın qoyulması insanı həddən artıq şişirtməkdir. Həmçinin bu, müşriklərin yalanlarına uymaq sayılır.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Yalnız konkret mövzu barəsində suallar cavablandırılır. Hədis oxumaq istəyirsinizsə, saytımızdakı məqalələri, kitabları və ya sual-cavabı oxuya bilərsiniz.
Aleykum salam. Başqa dünya dedikdə başqa planetlərdə həyatın olub-olmamasını nəzərdə tutursunuzsa, bu haqda şəriətdə məlumat verilməyib. Həmçinin oxuyun:
İnsan həyatının mərhələləri
Aleykum salam. Namazı və bütün ibadətlərimizi Allah Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi kimi etməliyik. Daha ətraflı:
Möhürlə namaz qılmaq doğrudurmu?
Aleykum salam. Bu cür şərt qoymağın haram olduğunu deyən alimlər olsa da, daha səhih görüşə əsasən, qadının nigah zamanı gələcək ərinə ikinci zövcə almayacağına dair şərt qoyması icazəlidir. Əgər kişi bu şərti pozarsa, günah daşıyır və qadının boşanma hüququ var.
Aleykum salam. Suya Quran oxuyaraq həmin su ilə təmizləmək lazımdır. Həmçinin oxuyun: Cadudan necə qorunmaq olar?
Aleykum salam. Heyz olduğunuz günlərdə buraxdığınız namazların qəzasını qılmaq lazım deyil. Daha ətraflı: Heyz halında namaz qılmaq olarmı?
Aleykum salam. Bəli, falçı və ya cadugərlər bu məlumatları şeytanlar vasitəsilə alırlar. Ona görə də ətrafınızdan şeytanları qovmalısınız. Bunun üçün isə çoxlu Quran oxumaq və evdə oxunuşuna qulaq asmaq, namaz, zikr, dua və s. ibadətləri artırmaq lazımdır.
Ölümdən çox qorxmaq barədə
Aleykum salam. Həmin şəxs batil əqidələrdən olan sufi əqidəsində olmuşdur.
Aleykum salam.
Aleykum salam. Uca Allah buyurur: "Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan (kəffarə verməklə) azad olmağı sizdən ötrü qanuniləşdirmişdir.
Salam aleykum. Ramazan ayında "hər günün duası" anlayışı yoxdur. Bu haqda nə Qurani kərimdə, nə də səhih hədislərdə və digər mənbələrdə heç bir məlumat verilməyib.
Aleykum salam. Bu cavabları oxuyun:
Cənamazla namaz qılmaq barədə
Peyğəmbərə salavat gətirməyin fəziləti
Salam aleykum. Unudaraq nəsə yemək və ya içmək orucu pozmur. Daha ətraflı: Oruclu ikən bilməyərək nəsə yemək və ya içmək orucu pozurmu?
Aleykum salam. Əgər arada kəbin yoxdursa, hansı niyyətlə sevməyinizdən asılı olmayaraq, bir-birinizə naməhrəmsiniz. Naməhrəmlərlə görüşmək, danışmaq və ya tək qalmaq isə günahdır. Əgər evlənmə niyyətiniz varsa, elçi göndərin. Daha ətraflı:
Aleykum salam. Qüsldan sonra axan qanın yəqinliklə aybaşı olduğuna əmin olsanız, oruc tutulmur, çünki heyz halında qadın oruc tutmur. Heyzdən təmizləndikdən sonra isə buraxdığı günlərin sayı qədər qəzasını tutur. Əgər aybaşıya aid olmayan axıntı olarsa, bu zaman oruc tutmaqda davam edirsiniz.