Aleykum salam. Bəli, fala baxdıranların yanında olanlara günah yazılır, çünki onlar pis əmələ şərik olurlar. Daha ətraflı: Fala inanmayanın falçıya getməsi günah sayılırmı?
Aleykum salam. Bu cavabı oxuyun: Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?
Aleykum salam. Şəvval oyunda oruc tutmaq müstəhəbdir (bəyənilən əməldir). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim Ramazan orucunu tutub, sonra əlavə olaraq Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi sayılar".
Aleykum salam. Şübhəsiz ki, ərinizin etdiyi əməl günahdır və bu göz zinasından sayılır. Belə vəziyyətdə ailənizi qorumaq və ərinizin bu əməldən çəkinməsi üçün ilk növbədə Uca Allaha çoxlu dua etməli, namazlarda, həmçinin gecə namazlarında duaları çoxaltmalısınız.
Salam aleykum. İt olan evdə namaz qılmaq olar. Namaz qıldığınız yerin murdar şeylərə bulaşmadığına fikir verməlisiniz. Amma it saxlayan adam hər gün savablarından dağ boyda itirdiyi üçün, həmçinin həmin evə mələklər girmədiyi üçün onu saxlamaq qadağandır.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Evlənmək Uca Allahın əmridir: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin...". (ən-Nur, 32).
Aleykum salam. Bu cavabı oxuyun: Saqqal saxlamaq barədə
Aleykum salam. Namazlarda dua edin, həmçinin gecənin son üçdə birində namaz qılaraq dua edin, duaların qəbul olunması üçün səy göstərin. Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etməliyik?
Aleykum salam. Xeyr, Əbu Bəkr (Allah ondan razı olsun) belə bir söz deməyib. Hədis kitablarında bu ifadə Ömər (Allah ondan razı olsun), bəzi rəvayətlərdə isə ümumi olaraq səhabələrlə əlaqələndirilir.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu cavabı oxuyun: Namazda olarkən nə zaman istədiyimiz duanı etmək olar?
Aleykum salam. Bu cavabı oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?
Salam aleykum. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuh. Xeyr, bu halın baş verməsi günah sayılmır.
Aleykum salam. Bu cavabı oxuyun: Uşaqlar neçə yaşdan sonra namaz qılmalıdırlar?
Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. (Həmçinin) bağlar və üzümlüklər, dolğun döşlü həmyaşıd qızlar və ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!" (ən-Nəbə, 31-34).
Aleykum salam. Həddi-buluğa çatmış oğlan qadına naməhrəm sayıldığı üçün zərurət hallar istisna olmaqla qadının ona toxunması, təklikdə qalması və s. qadağandır.
Aleykum salam. Günahlar nə qədər çox olsa da, Uca Allah səmimi qəlblə tövbə edənləri bağışlayır. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Aleykum salam. Bu cür şübhələrə fikir verməyərək namaza başlayın. Allaha dua edirik ki, sizi namaz qılmağa və Cənnətə daxil olmağa müvəffəq etsin. Daha ətraflı:
Mən namaz qılmaq istəyirəm, amma qorxuram davamlı olmaz
Aleykum salam. Uca Allah özünü təhlükəyə atmağı, özünün və başqasının bədəninə zərər vurmağı qadağan etmişdir. Həmin şəxsə öz sözlərinizi yox, Allahın və peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) sözlərini göstərin, bunu səbir və əxlaqla edin.
Aleykum salam. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) gecə yatanda ovcumuza üfürüb əl-İxlas, əl-Fələq, ən-Nəs surələrini oxuyub, bədənimizə sürtməyi buyurmuşdur. Eyni qaydada oxuyub bunu uşaqlara da etmək olar.
Aleykum salam. İşdə şərait axtararaq namazları vaxtında qılmaq lazımdır. Uca Allah buyurur: "...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər". (ət-Talaq, 2-3).
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cünub olanın qüsl almamış namaz qılması qadağandır. Əvvəla, çalışmaq lazımdır ki, vaxtında qüsl alasınız. Əgər buna imkan yoxdursa, onda torpaqla təyəmmüm etmək lazımdır.
Aleykum salam. Ayənin azərbaycan dilinə mənaca tərcüməsi belədir: "Sizin haminiz ancaq Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, Allaha boyun əyərək namaz qılır və zəkat verirlər".
Aleykum salam. Allah sizdən də razı olsun! Bəli, qadınlar heyvan kəsə bilərlər və heyvan kəsərkən dəstəmaz yaxud qüsl almağa ehtiyac yoxdur. Daha ətraflı:
Qadınlar heyvan kəsə bilərlərmi?
Aleykum salam. Bu cavabı oxuyun: Muhəmməd peyğəmbəri yuxuda görmək nə deməkdir?
Aleykum salam.
1. Bu cavabı oxuyun: Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Aleykum salam. Bəli, zərurət olmadıqda naməhrəm qadınlara baxmaq haramdır. Daha ətraflı: Naməhrəmə baxmaq günahdırmı?
Aleykum salam. Bu cavabı oxuyun: Dinimizə görə qadını döymək günahdırmı?
Aleykum salam. Xuşu Allahdan qorxaraq qəlbin Allaha yönəlməsidir: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər (xuşuludurlar)". (əl-Mu'minun, 1-2).
Aleykum salam. Bayram günlərində təkbir deyilir. Təkbirin deyilmə şəkli belədir: "Allahu Əkbər, Allah Əkbər, Lə iləhə illəllah. Allahu Əkbər, Allahu Əkbər, Va lilləhi-l-həmd". (Allah ən Böyükdür, Allahdan başqa haqq məbud yoxdur.
Aleykum salam. Saqqal Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmri olduğu üçün saxlanılır. Yas üçün saqqal saxlamaq isə dinə sonradan gətirilən bidət (dində yenilik) əməllərdən sayılır.
Aleykum salam. Bu, şeytanın vəsvəsələrinə görədir.
Aleykum salam. Əgər bu paltar bədənin övrət sayılan hissələrini tam örtürsə və bədənin dərisini (ətini) göstərəcək qədər nazik deyilsə, onda belə paltarda namaz qılmaq icazəlidir.
Aleykum salam. Bu barədə peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdikdə buyurub ki, əgər çox miqdarda və qatı mayedirsə, bu zaman qüsl almaq lazımdır. Ancaq sadəcə nəmlənibsə, bu məni (sperma) yox məzidir. Məzi isə qüslu yox, dəstəmazı pozur.
Va aleykum Salam. Ümumən şəriətdə bədənin müxtəlif yerlərində tüklərin təmizlənməsi ilə bağlı 3 hal var:
Aleykum salam. Uca Allahın dediyi sözlər Quran ayələri və qüdsi hədislərdə bildirilmişdir. Bu ifadəyə həmin mənbələrdə rast gəlinmir, sadəcə insanların dilində gəzən atalar sözüdür.
Aleykum salam. Allaha həmd olsun ki, sizə namaza başlamaq üçün hidayət vermişdir, Ona dua edirik ki, sizi din üzərində sabit edərək xeyirli sonluğa çatdırsın. Gecə namazı haqqında buradan oxuyun: Gecə namazı necə qılınır?
Salam aleykum. Dəstəmazı pozan hallardan hər hansı biri baş vermədikcə, həmin dəstəmazla bütün namazları qılmaq icazəlidir. Həmçinin oxuyun:
Dəstəmazı pozan amillər hansılardır?
Aleykum salam. Bu cavabı oxuyun: Masturbasiya etmək icazəlidirmi?
Aleykum salam.
Aleykum salam. "Kusuf" - günəşin, "Xusuf" - isə ayın tam və ya qismən tutulmasına deyilir. Bu vaxt qılınan namaz 2 rükətli namazdır, hər rükətdə 2 dəfə rüku edilir. Məqalədəki hədisin tərcüməsində səhvə yol verilmişdi, məqalə dəyişdirildi.
Salam aleykum. Bəli, qadının kişiyə evlilik təklif etməsində heç bir qəbahət yoxdur. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ilk zövcəsi Xədicə binti Xuveylid (Allah ondan razı olsun) də peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) özü evlilik təklif etmişdir.
Salam aleykum. Saçların uzanması üçün vasitələrdən istifadə etmək olar, çünki şəriətdə bununla bağlı heç bir qadağa yoxdur.
Salam aleykum. Kim tövbə edib bir daha həmin günaha qayıtmazsa, Allah onu bağışlayar. Daha ətraflı:
Zinadan necə tövbə etmək lazımdır?
Aleykum salam. Su olmadıqda torpaqla təyəmmüm etmək lazımdır. Daha ətraflı:
Təyəmmüm necə alınır?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bəli, oğlan uşağının cunub olması onun həddi büluğa çatma əlamətlərindən biridir. Həmçinin qoltuqaltı və qasıq tüklərinin çıxması da əlamətlərdən sayılır.
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kişilərə sünnət olunmağı vacib buyurmuşdur. Amma bu kiminsə islamı qəbul etməsinin yolunda dayanmamalıdır. Həmin şəxs şəhadət gətirərək İslama daxil olduqdan bir müddət sonra da sünnət oluna bilər.
Aleykum salam. Qiyamət günü ölüm mələyi də daxil olmaqla bütün mələklər öləcəklər. Sonra Allahın onlara həvalə etdiyi əməlləri yerinə yetirmək üçün dirildiləcəklər. Uca Allah buyurur: "Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur.