Salam aleykum. Uca Allah buyurur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Heç bir səbəb olmadan vaxtından qabaq qılınan namaz batildir. Bu namaz yenidən və vaxtında qılınmalıdır.
Salam aleykum. Küfr və şirk bildirən adları dəyişdirmək vacibdir. Digər hallarda isə ehtiyac varsa, ad dəyişdirməyə qadağa yoxdur. Həmçinin oxuyun:
Oğlumun adı Romandır, bu adı dəyişmək lazımdırmı?
Salam aleykum. Həddi-büluğ yaşına çatmış bacı və qardaşın bir otaqda yatması icazəli deyil, çünki onlar yetkin insanlardırlar və bir-birilərinin görməsi icazəli olmayan hallarını görə bilərlər.
Va aleykum Salam. Meyitə toxunanda qüsl almaq vacib yox, bəyənilən əməldir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim ölü yuyarsa özü də yuyunsun". (İbn Məcəh, 1159, 1463). Həmçinin oxuyun:
Va aleykum Salam. Müalicəvi şamlardan istifadə etmək və onlardan axıb gələn maye nə dəstəmazı, nə də qüslu pozmur. Daha ətraflı:
Və aleykum Salam. Bu cavabı oxuyun: Yoldaşımın valideynlərindən ayrı yaşamaq istəməyim düzgündürmü?
Və aleykum Salam. Bu cavabı oxuyun: Sizin saytınızda namaz vaxtları niyə fərqlidir?
Və aleykum Salam.
Və aleykum Salam. Qeyd etdiyiniz hədis səhihdir, lakin onun izahı var. Hədisdə deyilir ki, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə bir sual verirlər: "Budaə quyusundan dəstəmaz alaqmı? Belə ki, həmin quyuya aybaşı qanına bulanmış əskilər, it ətləri və heyvan leşləri atılır".
Və aleykum Salam. Falçı yanına getmək ən böyük günahlardan olduğu üçün bunu edən adamın Allahın qəzəbinə gələrək işlərinin çətinə düşməsi mümkündür, çünki Uca Allah bəzi günahların cəzasını həm bu dünyada, həm də axirətdə verir.
Və aleykum Salam. Namazda əlləri bağlamaq təkid olunmuş sünnələrdəndir.
Salam aleykum. Əgər həmin şəxs özünə müsəlman deyir, lakin bilməyərəkdən şirk sayılan əməllər edir, namaz qılmırsa, bu zaman o, cahil (avam) müsəlmanlardan sayılır və belə biri ilə evlənməyə şəriətimizdə qadağa yoxdur.
Va aleykum Salam. Boşanmaq qadınla kişinin arasında həll olan bir məsələdir.
Və aleykum Salam. Namaz qılmaq və digər xeyirli əməllər etmək istəyən insanı şeytan müxtəlif üsullarla əməlindən çəkindirmək istəyir.
Və aleykum Salam. Şəriətə görə qüsl alarkən övrət yerinin bağlı olması ədəblərdəndir, lakin tam çılpaq şəkildə qüsl almağa da heç bir qadağa yoxdur. Həmçinin oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Və aleykum Salam. Qədim məscidlərdə qiblənin bir qədər sağa və ya sola əyilməsi mümkündür, çünki o dövrlərdə kompassız, təqribi şəkildə qiblənin hansı istiqamətdə olmasını müəyyənləşdirib məscid tikirdilər.
Və aleykum Salam. Həddi-büluğ yaşına çatandan sonra ağlı başında olan hər kəsə namaz qılmaq vacibdir. Namazı qəsdən buraxmaq ən böyük günahlardandır. Belə etmisinizsə, səmimi qəlbdən tövbə edərək çoxlu xeyirli əməllər edin və bir daha namazları buraxmayın.
Və aleykum Salam. Bu, şeytanın vəsvəsəsidir. Əksinə, namaz qılmayan və Allahı zikr etməyən insanın qəlbi sıxıntılı olur.
Və aleykum Salam. Bu cavabı oxuyun: Namazları qılmağa vaxt olmadığı üçün gecə hamısını birdən qılmaq olarmı?
Salam aleykum. Gözünüzlə nəcisin paltara bulaşdığını görmürsünüzsə, paltarın harasa dəyməsi onun nəcisə bulaşması demək deyil. Bu cür şübhələrə sadəcə fikir verməyin. Əks təqdirdə vəsvəsələr çoxalacaq və həyatınızı çətinləşdirəcək.
Və aleykum Salam. Çalışın səbrlə yoldaşınızı din haqqında maarifləndirəsiniz. Yazıb-oxuya bilmirsə, namazın sözlərinin səsli oxunuşunu tez-tez ona qulaq asdırın və özünüz də təkrar-təkrar deyin. Allahın izni ilə namazın sözləri bir müddət sonra yadınızda qalacaq.
Və aleykum Salam. Qəbir aləmində möminlərin ruhları görüşür, əzaba layiq olanlar isə qəbirdə əzab çəkirlər. Kimin mömin olmasını isə Allah bilir. Daha ətaflı:
Biz öldükdə qohumlarımızı görəcəyikmi?
Və aleykum Salam. Verdiyiniz sual imanlı olmanızdan irəli gəlsə də, belə məsələləri haqlara daxil edərək xırdaçılığa getmək düzgün deyil. Bu cür etmək günah deyil.
Və aleykum Salam. Baş və bədənin yaş olması qüsl almağa maneə deyil. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Və aleykum Salam. Allahdan qeyri ibadət olunan bütün qəbirlər, ağaclar, daşlar, insanların yonub düzəltdiyi heykəllər və s. büt sayılır. Bütlərə ibadət etmək ən böyük günah olan şirkdir (Allaha şərik qoşmaqdır). Daha ətraflı:
Və aleykum Salam. Qəza oruclarını istənilən gündə, ardıcıl və ya ara verərək tuta bilərsiniz. Oruc Sübh namazının girdiyi vaxtdan Məğrib namazının girdiyi vaxt arasında tutulur. Sahur və iftar vaxtlarına saytımızın ana səhifəsində də baxa bilərsiniz.
Və aleykum Salam. Əgər ananın həyatına təhlükə varsa, uşağı götürmək günah deyil. Daha ətraflı: Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?
Va aleykum Salam. Heyz kəsildikdən bir müddət sonra açıq rəngli qan gələrsə, bu heyz qanından sayılmır və ikinci dəfə qüsl almağa ehtiyac yoxdur. Daha ətraflı:
Tünd ləkələr heyz qanından sayılırmı?
Və aleykum Salam. Bu cür qılınan namaz səhihdir, amma gecəni yatmağa çalışın, çünki bu insanın yaradılışına daha uyğundur. Uca Allah buyurur: "Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur.