15-01-2014
Salamlar. Oyrenmek isterdim ki, camaat namazinin niyyeti nece edilir? Qabaqcadan tesekkurler.
Cavab:

Aleykum salam. Ümumiyyətlə müsəlman bir kəsin ibadətləri və digər Uca Allahın buyurduğu əməlləri ixlas, səmimiyyət və doğru-dürüst bir niyyətlə yetirməsi islamda vacib şərtlərdən biridir.

ardını oxu
15-01-2014
Salam aleykum. Yeni il ve Novruz bayramlari olur ve biz bu bayramlarda gedib qar qizi ve shaxta baba ile shekil chekdiririk. Bunlar islamda gunah sayilirmi?
Cavab:

Aleykum salam. İslama görə bu kimi məsələlərdən bacardıqca çəkinmək lazımdır. Ümumiyyətlə, islamda iki bayram var: Ramazan və Qurban bayramları.

ardını oxu
15-01-2014
Əyər bir şəxs sübh namazını davamlı olaraq gün çıxdıqdan sonra qılar ve belece tövbə etmədən dünyasını dəyişərsə, həmin adamın halı haqqında Quran və Sünnədə varid olan hədislərlə qısada olsa məlumat verərdiniz. Əxi can Allahdan istəyim budur ki, bu saytı ümmət üçün faydalı etsin. Əmin!
Cavab:
Və aleykum Salam. Allah razı olsun. Ümumiyyətlə Allah şirkdən başqa istədyi günahı istədiyi kəsə bağışlayacaq. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar.
ardını oxu
15-01-2014
Namaz qilsam mutleqdir ki, Qurani Kerimi oxuyum? Birde ki, hicaba girsem neler etmeliyem?
Cavab:

Salam aleykum.

ardını oxu
15-01-2014
Salam aleykum. Bu sayti qurdugunuz uchun Allah razi olsun, chox sag olun. Men bilmek isterdim ki, isha namazi hansi vaxtdan sonra qeza sayilir? Bezileri deyir ki, subh namazina qeder qeza sayilmir. Bezileri ise axsham saat 12-den sonra qeza oldugunu deyir. Bu dogrudurmu? Bir daha chox sag olun.
Cavab:

Aleykum salam. Məsələ dediyiniz kimi ixtilaflıdır. Ona görə də gecə yarısına qədər qılmaq daha yaxşıdır. Gecə yarısı -- məğrib namazından sübh namazına qədər olan vaxtın ortasıdır.

ardını oxu
13-01-2014
Salam. İslamda xala qizi ile xala oglunun evlenmeyi duzgundurmu?
Cavab:

Aleykum salam. Xala qızı və xala oğlu bir-birinə naməhrəm sayıldıqları üçün evlənmələrinə icazə verilir. Daha ətraflı: Məhrəm və naməhrəm kimlərdir?

ardını oxu
13-01-2014
Salam aleykum. Namazi neche yahsinda qilmaq lazimdir ve hemin yashda bashlamasan gunahdirmi?
Cavab:

 Aleykum salam. Bu cavabı oxuyun: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?

ardını oxu
13-01-2014
Salam aleykum. Qizin duyun atmasi oz ozun bagladi demekdir? Yoxsa buda sherik qoshmaq demekdir?
Cavab:

Aleykum salam. Sual tam aydın olmadı. Amma ümumən başa düşülən odur ki, yəni düyün vurub bağlamaq şirkdirmi? Bəli, bu sehrin növlərindən biri olub, böyük küfr kimi yeddi həlak edici günahlardan biri hesab olunur.

ardını oxu
13-01-2014
Salam aleykum. Niye ayna qarshisinda namaz qilmaq olmaz?
Cavab:

Ümumiyyətlə ayna qarşısında namaz qılmağa gəldikdə, bu barədə şəriətdə bunu qadağan edəcək bir dəlilə rast gəlinməyib. Yəni güzgü qarşısında namaz qılmaq haramdır deyə bir əmrə rast gəlinməyib. Ancaq bir məsələ var ki, o da namazda xüşu halında olmaq əmridir.

ardını oxu
13-01-2014
Əssalamu aleykum. Bir niyyet uchun Quran achdirmaq gunahdirmi? Bunu bilmek mene chox vacibdir. Xahish eleyirem cavablandirasiniz.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Quran açdırmaqla gələcəyi bilmək olarmı?

ardını oxu
13-01-2014
1-ci imamımızın adı nədir?
Cavab:

Salam aleykum.

ardını oxu
13-01-2014
Salam aleykum. Deyirler axsham vaxti yalniz olulerin dirnaqi tutulur. Bunun dirilerle ne elaqesi var!?
Cavab:

Aleykum salam. Bunun dirilərlə və ya vaxtla heç bir əlaqəsi yoxdur. 

ardını oxu
13-01-2014
Salam aleykum. Men shieyem. Sunniler kimi namaz qila bileremmi? Allah razi olsun.
Cavab:
Salam aleykum. Ümumən bir çox Quran ayələrinə və səhih hədislərə görə islamda məzhəb və təfriqəçilik yol verilməzdir.
ardını oxu
13-01-2014
Salam aleykum. Namaz qilan adamin konyakli shokalad yemeyi gunah sayilirmi?
Cavab:

Aleykum salam. Ümumən bu məsələ ixtilaflıdır. Əgər şokaladın tərkibindəki konyak maye halındadırsa, yeyilməsi icazəli deyil. Quru halındadırsa, bu mübahdır. Yəni məsələ istifadəçinin ixtiyarına buraxılır. İstəsə yeyər, istəməsə yeməz.

ardını oxu
13-01-2014
Salam aleykum. Qeza oruclarımı 1 və 4-cu günleri tuturam. Bu ne qeder duzdür? Ch ox sag olun bele sayt açdığınıza göre, suallarımızı vere bilirik. Sizde bunları cavablandırırsınız. Allah sizden razi olsun.
Cavab:

Aleykum salam. Hər birinci və dördüncü günü oruc tutmaq Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) sünnəsindəndir. Bu günlərdə Adəm övladının əməlləri Uca Allaha ərz olunar. "Hər müsəlman və hər bir mömin bu günlərdə bağışlandığı halda, sadəcə ibadətdə nakam olanlar bağışlanmaz.

ardını oxu
13-01-2014
Essalamu aleykum va rahmatullahi va beraketuhu. Bilmek isterdim ki, asqiranda qarşı teref ve asqiran şexs ne deyir? Bu haqda delil subut haradan getirmek olar?
Cavab:

Va aleykumus Sələm va rahmətullahi va bərakətuhu.

ardını oxu
12-01-2014
Salam aleykum. Qadinlarin cume namazi qila bilermi ve nece qilinir?
Cavab:

Aleykum salam. Qadınlar məscidə gələrək kişilər qıldığı kimi cümə namazı qıla bilərlər. Amma bu, onlar üçün vacib deyil.

ardını oxu
12-01-2014
Salam aleykum. Namaz qıla-qıla ichki ichmek, siqaret chekmek ve pive ichmek olarmi?
Cavab:

Aleykum salam. Ümumiyyətlə Uca Allah namazı Quranda imanın və ruhun qidalanacağı mənbə, bununla bərabər insanı çirkin və günah işlərdən çəkindirib təmizləyəcək bir vasitə kimi vəsf edir.

ardını oxu
12-01-2014
Salam aleykum. Menim 22 yashim var ve aileliyem. Namaz qilib hicab baglamaq isteyirem. Amma buna hele hazir deyirem. Men ne edim?
Cavab:

İslamda hicab taxmaq Uca Allahın əmridir. Hər bir mömin qadına hicab geyinmək vacibdir. Heç bir zəruri səbəb olmadan hicabı tərk edən qadın günahkardır və buna görə Allah qatında cavab verəcəkdir. Uca Allah istəsə həmin şəxsi bağışlayar, istəsə də cəzalandırar.

ardını oxu
12-01-2014
Salam aleykum. Men yuxuda gordum ki, banka ichersinde erik var. Her erikin ichersinde uzuk var. Bu uzuyun birinin ustune ereb herfleri ile Allah sozu yazilib. Onu goturub barmagima taxdim ve dedim ki, bu menimdir.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Yuxu haqqında

ardını oxu
12-01-2014
Salam aleykum. Men Qurani Azerbaycanca oxuyuram bilmek isterdim ki, bunun savabi varmi? Ve oxuyanda destemaz almaliyiqmi? Allah razi olsun.
Cavab:

Va aleykum Salam. Qurani Kərimi oxumaq, ona qulaq asmaq və ya Qurana toxunmaq üçün dəstəmaz almağa ehtiyac yoxdur.

ardını oxu
12-01-2014
Salam aleykum. Qadinla kishinin qildiği namaz eynidirmi? Yeni kishiler ellerini sinenin uzerine qoymalidir? Sunnilerde ise kishiler ellerini qarninin ustune qoyurlar. Mehemmed Peygember (Allahin Ona ve ailesine salami ve salavati olsun) ellerini sinenin uzerine qoyub. Bu doğrudurmu?
Cavab:
Aleykum salam. Üməmən islamda məzhəbçilik və təfriqəçilik yol verilməzdir. Allah Təala belə buyrur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən.
ardını oxu
12-01-2014
Salam. Ne gozel sayitdir. Eziyyeti olan her bir kesin Allah eziyyetini yerde qoymaz inshallah. Menim sualim sebr haqqindadi. Men chox sebirsizem. Bunun mene ne qeder ziyan oldugunu bilirem. Amma ne edim ki, ozumden asili deyil. Mende isterdim ki, sebrli ve temkinli olum. Amma alinmir.
Cavab:
Və aleykum Salam. Səbirli olmaq Uca Allahın müsəlmanlara əmridir. Dünya həyatındakı və Cənnətdəki gözəlliklər yalnız səbirlə əldə edilir. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq.
ardını oxu
12-01-2014
Salam Aleykum. Yuxumda "aslan" gormushem ve Hz.Eli nin adina 3 defe salavat chekmishem. Bu ne demekdir? Deseniz sevinerem!
Cavab:

Aleykum salam. Ümumiyyətlə islamda "salavat" deyilən məfhum peyğəmbərlərə edilən dua və göndərilən salam deməkdir. Xüsusəndə konkret dua şəklində İbrahim peyğəmbərə, Onun ailəsinə, Məhəmməd peyğəmbərə və Onun ailəsinə edilən dua və göndərilən salamın ümumi anlayış formasıdır.

ardını oxu
12-01-2014
Salam aleykum. Mənim adım Günaydır. Sizə əvvəl də bu sualı vermişəm. Mən yuxuda Məhəmməd peyğəmbərin həm balaca vaxtını, həm də yaşlı vaxtını görmüşəm. Özü dedi ki, mən Məhəmməd Peyğəmbərəm. İndi də bir başqa yuxu görmüşəm. Mən ailəli olub ayrılmışam. Bir oğlum var.
Cavab:

Va aleykum salam. Ümumiyyətlə yuxu Uca Allahın insanda var etdiyi qəribə və sirlə dolu olan bir haldır. Uca Rəbbimiz belə buyurur: "Allah canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar.

ardını oxu
12-01-2014
Salam. Stlun ustunde namaz qilmaq olarmi? Eyilib qalxanda ayaqlarım ağrıyır.
Cavab:

Və aleykum Salam. Əgər vəziyyət həqiqətən sualda deyilən kimidirsə, yəni ayaqlar ağrıyır və ya səhhətlə bağlı əyilib qalxmaq çətindirsə, oturaq halda namaz qılmağa icazə verilir. Rəvayət edilir ki, İmran ibn Husayn (radıyəllahu anhu) demişdir: "Mən babasil xəstəliyi­nə tu­tulmuşdum.

ardını oxu
12-01-2014
AsSalam aleykum va rahmatullahu va barakathu. Xais edirem genis izahini veresiz. Bezi ozune muselman deyen keslerin ilk uc xelifeye (r.a) lenet oxudugunun guya Hz.Elinin (r.a) haqqina girdiklerini iddia edirler. Bu hadiselere tarixi delillerle bir aciqlama vermeyinizi xais edirem. AsSalam aleykum.
Cavab:

Va aleykumus-Sələm və rahmatullahi və bərakətuhu. Verilən sualın geniş şərhə ehtiyacı olduğu üçün qısası onu demək olar ki, onlar biri-birlərinə mehriban qardaş olub və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) ən fəzilətli səhabələrindən sayılırlar.

ardını oxu
12-01-2014
Salam aleykum. Men bir defe namaz qilarken qabagima sichan chixdi ve namazi yarimchiq kesdim ve chox qorxdum. Gunah qazandim he?
Cavab:

Aleykum salam. Sizin qeyd etdiyiniz qorxu təbii qorxudur. Təbii qorxu zamanı ibadətlərdə yaranan qüsur və naqisliklər insanı günaha salmaz. İnsanın fitrətində təbii qorxu yerləşdirilmişdir. Ona görə də insan səhvən, unudaraq və ya bilməyərək bir günah edərsə, Allah Təala onu bağışlayar.

ardını oxu
12-01-2014
salam aleykum qadinlar iqame oxumalidir???
Cavab:

Aleykum salam. Qadınlar namaz üçün iqamə oxumamalıdır. Fərdi şəkildə, yaxud içlərindən birinin imamlığı ilə namaz qılması fərq etməz. Eynilə qadının azan oxuması da şəriətdə gəlməmişdir. Hədislərdə bildirildiyi kimi azan və iqamə ancaq kişilərə aiddir.  

ardını oxu
12-01-2014
salam aleykum. meyer bexti acilmaqcin duyun baglayirsa bu tamamile bext baglanirmi? ve nece acmaq olar? bunun yolu varmi?
Cavab:

Aleykum salam. İslama görə bəxt açmaq və ya bəxt bağlamaq məfhumu cadu, sehr adlanır. Daha ətraflı: Cadudan necə qorunmaq olar?

 

ardını oxu
11-01-2014
Salam aleykum bas barmaga uzuk taxmaq gunahmi?
Cavab:

Aleykum Salam. Üzüklərin işarə və ya baş barmağa taxılmasını qadağan edən hər hansı bir dəlil mövcud deyil. Fəqət təharətdə istifadə edildiyinə görə sol ələ taxılması bəyənilmir. Bəzi hədislərdə Peyğəmbərimizin (s.a.s) üzüyü sağ əlinə, bəzilərində isə sol əlinə taxdığı bildirilir.

ardını oxu
11-01-2014
hamile qadin namaz qila biler
Cavab:

Salam aleykum. Hamilə qadın namaz qılmalıdır. Ayaq üstə qıla bilmirsə, oturaq halda qıla bilər (stulda və yaxud yerdə bardaşqurma şəklində). Oturaraq namaz qıldıqda ruku edərkən az əyilmək, səcdə etdikdə isə ondan bir az çox əyilmək lazımdır. .

ardını oxu
11-01-2014
Salamun Aleykum.men namaz qilib iki defe terk etmisem bunun gunahi varmi. Tovbe edib tezden baslasam Allah qebul edermi. Allah razi olsun.
Cavab:

Aleykum salam. Ümumən kimdə bu aşağıdakı şərtlər cəm olarsa tövbə etmiş sayılır.

ardını oxu
11-01-2014
Salam aleykum. Bacimin ailesinde 19 ildir ki, her shey ustunde dava dushur. İki ovladi da var. Her sheyin sebebkari ise yoldashinin yalan danishmasidir. Qadin ise yalan danishmagi sevmir deye, ailelerinde dava dushur.
Cavab:

Aleykum salam. Yalan danışmaq böyük günahlardan hesab olunur.

ardını oxu
11-01-2014
Salam aleykum. Eli bagli namaz qilmaq haqqinda Quarni Kerimde aye varmi? Varsa hansi sure ve hansi aye oldugunu deyin...
Cavab:

Aleykum salam. Əli bağlı namaz qılmaq barədə tam olaraq açıq-aydın bir ayə gəlməmişdir.

ardını oxu
11-01-2014
Salam aleykum. Pirlerə gedib ziyaret etmek dogrudurmu?
Cavab:

Aleykum salam. Ümumiyyətlə Uca Allahın peyğəmbərlərinə (Allahın onlara salamı olsun) göndərdiyi kitablarda tək olan Allaha ibadət əmr edilmişdir. Onun ortağı yoxdur, yardım Ondandır, yalnız Ona güvənib və Ona dua edilər.

ardını oxu
11-01-2014
Toyda ichki ve musiqi olmasini istemirem. Amma valideynlerim tekidle vereceklerini deyirler. Men onlara izah edirem her şeyi amma onlar buna qarşı chixir. Hemchinin butun qohumlar. Ne edim? Evden qachim? Yoxsa onlarin istediyini edim? Heç bir cixiş yolum yoxdu!..
Cavab:

Salam aleykum. Bacardığınız qədər günahdan çəkinin. Uca Allah buyurur: "...Allahdan bacardığınız qədər qorxun...". (ət-Təğabun, 16).          

ardını oxu
11-01-2014
ebulfez abbas aga kimin ogludur
Cavab:

Salam aleykum. Əbülfəz Abbas Əli (rahimahullah) nun oğludur. Tarixi rəvayətlərə görə döyüşlərdə bayraqdar olub, əhli beytdəndir, Allah onların hamısından razı olsun.

ardını oxu
11-01-2014
Hemzad ne demakdir?ushagimin 6yashi var ve o danishmir,cox adam deyir onu hemzad tutub.by he demakdir ve ne etmak lazimdir??
Cavab:
Salam aleykum. Həmzad sözünə ərəb dilində "həməzət" deyilir. Quranda "həməzətiş-şəyətin", yəni "şeytanların vəsvəsələri" kimi qeyd edilir. Uca Allah buyurur:
ardını oxu
11-01-2014
Salam aleykum. Yeddi rəqəmi niyə müqəddəs sayılır?
Cavab:

Aleykum salam. Bununla bağlı İslamda heç bir məlumat gəlməmişdir və bu kimi şeylər sonradan insanlar arasında yayılan mövhumatlardır. İslamda rəqəmləri müqəddəsləşdirmək anlayışı yoxdur.

ardını oxu
11-01-2014
Salam aleykum bir insanin o birinde nefsi qalirmi? Sevdiyi sexsde
Cavab:

Aleykum salam. Sevdiyin şəxsdə nəfsin qalması dedikdə sevdiyin insana qovuşmamağa görə onda göz qalması və buna görə onun həyatda xeyir tapmamasını və ya bədbəxt olmasını nəzərdə tutursunuzsa, bu, əsassızdır.  

ardını oxu
11-01-2014
Salam aleykum. Men qadinam ve biriyle gorushurem ama evlenmedim once birlikde olduq bilirem aile quracayiq. Amma yene de gunah oldugunu bilirem bile-bile etmishem chox boyuk gunahdi he bile bile etmishem bagishlanacammi? Tovbe etmek isteyrem nece edim?
Cavab:

Əvvalə qeyd etmək istəyirəm ki, etdiyiniz bu əməl islamda qeyri-qanuni nikah, yəni şəriət termini ilə ifadə etsək zina hesab olunur. Qurani Kərimdə Uca Allah bu haqda belə buyurur: "Zinaya da yaxın düşməyin.

ardını oxu
10-01-2014
salam aleykum hakki halal etmemek ne demedi? men birine dedim ve gunaha girmis oldum?
Cavab:
Və aleykum Salam. Bir insana istər maddi, istər mənəvi haqsızlıq etdikdə günaha görə Allahdan bağışlanma diləmək və haqsızlığa məruz qalan insandan halallıq istəmək lazımdır. Haqsızlığa məruz qalan insan haqqını halal edib-etməməsi özünə aiddir.
ardını oxu
10-01-2014
salam aleykum tesbihlede zikir edende ALLAHA SAYLIRDA HE?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?

ardını oxu
10-01-2014
Salam aleykum. Onceden sualimi cavabladiginiza gore chox sagolun. Allah razi olsun. Sheytan emelinden qorunmaq uchun ne etmeli ve hansi dualari oxumaq lazimdir?
Cavab:

Aleykum assalam. Cadudan qorunmağı nəzərdə tutursunuzsa, bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?

ardını oxu
10-01-2014
Salam aleykum. Bir defe tovbeni pozanda 2-ci defe yenede tekrar tovbe edende Allah Teala qebul edirmi?
Cavab:

Aleykum salam. Bəli. Bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayar?

ardını oxu
10-01-2014
Salam aleykum. Namaz gündə üç defe qilinmalidir, yoxsa beş dəfə...?
Cavab:

Və aleykum Salam. Ayə və hədislərə görə namaz gün ərzində beş dəfə qılınmaldır.

ardını oxu
10-01-2014
Salam aleykum. Quranı Azərbaycan dilində tapşırmaq olarmı? Allah qəbul edər?
Cavab:

Aleykum salam. "Tapşırmaq" dedikdə ölülər üçün Quran oxumağı nəzərdə tutursunuzsa, ümumiyyətlə ölülər üçün Quran oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, Peyğəmbər bunu etməmiş və bu haqda ondan səhih məlumat gəlməmişdir.

ardını oxu
10-01-2014
Salam aleykum. Din nedir?
Cavab:

Salam aleykum. Din sözü ərəb dilində əvəz, əməl, qanun kimi bir neçə mənaları vardır. İstilahi mənada isə din insanların inandıqları və tabe olduqları inanc, əqidə, ideologiyadır. İslam dininə görə üç növ din vardır:

ardını oxu
10-01-2014
Salam aleykum. Men yuxumda goy uzunde buludlardan yaradılmış bir aslan ve atın üstunde adam ve uchan qartal gordum. Ve yuxuda 3 defe Hz. Elinin adına salavat chekdim. Eger bir melumatınız varsa deseniz sevinerem. Cox sag olun!
Cavab:

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxunun növləri haqqında belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmd-səna ilə təqdis etsin və onu istədiyi adamlara danışsın.

ardını oxu

Pages