“Kim zərlə oynayarsa, sanki əlini donuzun ətinə və qanına salmışdır”. (Muslim)
Ölkəmizdə namaz qılan sahibkarlar tərəfindən açılan və halal məhsul istehsal edən müəssisələr vardır. Onların məhsullarından istifadə etməkdə inşallah günah yoxdur.
Va aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yalnız torpaq üzərində namaz qılmamışdır. Aşağıdakı hədisdə həsir üzərində namaz haqqında danışılır:
Aleykum salam. Bu cavabı oxuyun: Başqasının sevgilisini sevmək günahdırmı?
Va aleykumus-Sələm. Uca Allah buyurur: "Su tapmasanız,təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün". (əl-Maidə, 6).
Salam aleykum. Bəli, həmin evə mələklər girməz: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Cəbrayıl yanıma gəldi və dedi: "Dünən gəlmişdim, daxil olmağıma mane olan qapının yanındakı heykəl idi. Evdə üstündə şəkillər olan pərdə var idi, həmçinin orada it var idi.
Aleykum salam. İstər evli, istərsə də subay qadınlara naməhrəm olmayanların yanında, həmçinin digər qadınların yanında ətir vurmaq olar. Amma küçəyə çıxarkən kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə ətirlənmək olmaz.
Və aleykum Salam. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və onun əhli-beytinin yolu ilə getmək hər bir müsəlmana vacibdir.
Və aleykum Salam. Bu cavabı oxuyun: Şəkil çəkdirmək olarmı?
Salam aleykum. Mümkün qədər çəkinmək lazımdır. Bəzi alimlərə görə, qadınlar üçün olan gen və bədən üzvlərini bildirməyən şalvar geyinmək olar.
Aleykum assalam. Bu, günahdır. Peyğəmbər s.a.s. buyurmuşdur: “Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin.” (Buxari)
Və aleykum Salam. Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə, (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi. (Səhih Muslim).
Aleykum assalam. Bu, günah sayılmır.
İndiki dövrdə mömin üçün silah gəzdirmək lazımsızdır və dövlətimizin qanunlarına görə cinayətdir.
Aleykum salam. Namazı qəbul ola bilər. Amma Allah Təalanın hicab geyinmə əmrinə əməl etmədiyi üçün günah qazanır: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər.
Salam aleykum. Uca Allah buyurur: "O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz.
Aleykum salam. Hər bir halda Uca Allahın əmrinə əsasən hicab vacibdir. Allah Təala buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər.
Aleykum salam. Bu, onların Uca Allaha şərik qoşması, son Peyğəmbər Muhəmməd (salləllahu aleyhi və səlləm) və ona verilən Qurani Kərimi inkar etmələrinə görədir. Uca Allah buyurur: "Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular.
Salam aleykum. Yaranın digər müalicə üsulları da var. Həkimə gedin.
Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gecə namazını on üç rükətə qədər qılardı. Gecə namazı İşa namazından sonra Sübh namazının vaxtına qədər qılmaq olar. Lakin ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır.
Va aleykum Salam. Namazı buraxmısınızsa, imkan olan kimi qəzasını qılmalısınız. Bu, unudulan namaza da aiddir: Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır".
Salam aleykum. Əgər həmin insan müsəlman olubsa, Allahdan onun bağışlanmasını, onu cənnətə daxil etməsini, əməl dəftərini sağ əlinə verməsini, sorğu-sualını yüngülləşdirməsini və s. istəyə bilərsiniz. Uca Allah buyurur: "Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz!
Salam aleykum. Bəli, bu, gözəl əməldir. Amr ibn Sələmə (Allah ondan razı olsun) belə demişdir: "Fəth hadisəsi baş verəndə hər bir dəstə İslamı qəbul etmələri haqqında xəbəri öz tayfasına çatdırdı.
Aleykum salam. Əgər şəriətə uyğun kəbinlə bir yerdə yaşayırsınızsa, bu zaman zina sayılmır. Daha ətraflı:
Nigahın qaydaları
Zina və ondan necə qorunmaq haqqında
Aleykum salam. Bir daha belə etməyin. Torpaq olmasa daşla və ya balkondakı tozla da təyəmmüm ala bilərsiniz.
Aleykum salam. Qurani Kərimə və Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) yoluna inanın. Daha ətraflı: Sünni doğrudur, yoxsa şiə?
Aleykum assalam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ad günü qeyd etməmiş və qeyd etməyi buyurmamışdır. Bu haqda heç bir səhih məlumat yoxdur.
Aleykum assalam. Pişiyi evinizdən uzaqda yemləsəniz valideyninizi narazı salmış olmazsınız
Aleykum assalam. Əllə salavat gətirmək haqqında səhih mənbələrdə (Quran, səhih hədislər) heç bir məlumat yoxdur. Dillə demək kifayətdir.
Aleykum assalam. İnşallah, xahişiniz nəzərə alınacaq.
Aleykum salam. Namaza başladığınız gündən əvvəl qılmadığınız namazlar bağışlanır. İslam beş əsas üzərində qurulmuşdur. Birinci əsas şəhadət hesab olunur. Şəhadəti qəbul etməklə insan İslama daxil olur. Bundan sonra onun üzərinə gündə beş vaxt namaz qılmaq vacib olur.
Aleykum salam. Çoxları elə bilir ki, kolbasa, sosiska haramdır. Bunların haram olması tərkibindən asılıdır. Tərkibində donuz əti və ya piyi varsa, haramdır. Toyuq, mal və s. ətlərdən hazırlananlar isə halaldır.
Salam aleykum. Uca Allah buyurur: "Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə (ana bətnində) yerləşdirdik.
Aleykumus-salam və rahmətullahi və bərakətuhu. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəfat günü dəqiq bilinmir. Dəqiq bilinsə belə onun vəfat gününü qeyd etmək olmaz. Niyə?
Salam aleykum. İmam Həsən haqqında Peyğəmbərlər bölümündə "Allahım mən onu sevirəm, Sən də onu sev!" adlı məqaləsinə, imam Əlinin oğlu imam Hüseynə etdiyi nəsihət barədə isə Nəsihətlər bölümündə "İmam Əlinin oğluna nəsihəti" adlı məqaləsinə baxa bilərsiniz.
Hər bir namaza başlayan bu narahatlığı keçirir. Ona görə də Uca Allah insana namazda əl-Fatihə surəsini oxumağı buyurur. Hər bir namaz qılan müsəlman bu surənin beşinci ayəsində "İhdinəs-sıratal mustəqim" (Bizi doğru yola yönəlt!) deyir.
Salam aleykum. Bilmək lazımdır ki, Uca Allah tövbələri qəbul edən və çox bağışlayandır. Allah Təala insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir.
Aleykum salam. İslamda keçmiş illərin qəza namazları anlayışı yoxdur. Namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın. Əgər vaxtilə buraxdığınız namazlar olubsa, buna görə Uca Allahdan bağışlanma diləyin və çalışın namazlarınızı qoruyasınız.
Aleykum salam. Barmaqları şaqqıldatmaq günah deyil, amma oynaqlar üçün çox ziyandır.
Aleykum salam. Bilməyərək günah etmək bağışlanır. Həmçinin, günaha peşman olmaq tövbə sayılır və günahdan peşman olanları Uca Allah bağışlayır. Tövbə etdikdən sonra insanın günahı xatırladıqda ondan sarsılması tövbənin qəbul olunmasının əlaməti hesab olunur.
Aleykum salam. Təyəmmümlə namaz qılmaq su tapmadıqda, xəstə olduqda, şiddətli soyuq olduqda icazə verilir.
Aleykum salam. Övlad valideyn üçün bağışlanma diləyə bilər.
Aleykum salam. Sayla olan zikrləri barmaqlarla etmək lazımdır. Təsbeh ilə etmək olmaz. Abdullah ibni Amr (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbəri (sallallahu aleyhi və səlləm) sağ əli ilə zikr edən gördüm.
Aleykum salam. Xeyr, beş namazdan başqa bütün namazlar nafilə namazlarıdır, fərz deyildir.