Salam aleykum. Adəm, İdris, Nuh, Hud, Davud, Süleyman, Musa, Harun, Yəhyə, İsa, Zəkəriyyə, İlyas, Əlyəsə, Lut, İbrahim, Yaqub, Yusuf, Yunus, Saleh, İshaq, Əyyub, İsmayıl, Şueyb, Zul-Kifl və Muhəmməd (Allahın onlara salavatı və salamı olsun).
Va aleykum Salam. Bəli, əgər ehtiyac varsa, dəstəmaz alan adamın əllərinə, ayaqlarına və s. su tökərək kömək etmək olar. Həmçinin, əllərini, ayaqlarını yuya bilməyən adamın həmin əzalarını başqası da yuya bilər.
Və aleykum Salam. Şəriətdə "kəbini geri oxutdurmaq" anlayışı yoxdur. Əsas məsələ, kişinin sizinlə ayrılmaqda razılığının olmasıdır. Əgər yoldaşınız sizə "boşayıram" sözünü deyibsə və yaxud qarşılıqlı razılıqla boşanmışınızsa, artıq boşanmış sayılırsınız. Bu halda kəbin qüvvədən düşür.
Və aleykum Salam. Sünnilik və ya şiəlik qanla keçmir, hər bir müsəlman Allahın dinini öyrənməli, peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutub getməli və sonradan uydurulmuş yeniliklərdən çəkinməlidir. Daha ətraflı:
Salam aleykum. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Cənnətə girənlərin 33 yaşında olacaqlarını bildirmişdir.
"Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur...". (əl-Hədid, 4). Daha ətraflı:
Və aleykum Salam. Allah sizdən də razı olsun. Birinci təşəhhüddə salavatı deməyə qadağa yoxdur, əksinə, salavatı demək daha yaxşıdır. Duanı oxumaq da namazı batil etmir və səhv səcdəsi etməyə də ehtiyac yoxdur, çünki səhv səcdəsi namazın vaciblərində səhv etdiyiniz zaman edilir.
Salam aleykum.
Və aleykum Salam. Günahların bağışlanması hansısa xüsusi gündə çimmək dinimizdə buyurulmayıb. Ancaq, cümə və bayram (Ramazan və Qurban) günlərində qüsl almaq savabı böyük olan əməllərdəndir.
Və aleykum Salam. Günahkarlıq hisslər ilə deyil, əməllər ilə olur. Günahkar böyük günahlar edib tövbə etməyənlərə deyilir. Heç bir günah etmədən sadəcə qəlbdə sıxıntı hiss etmək şeytanın vəvəsəsidir və buna əhəmiyyət vermək lazım deyil.
Və aleykum Salam. Kişilərə qızıl olmayan hər bir metaldan üzük taxmağa icazə var. Amma daha yaxşı olar ki, gümüş üzüyə üstünlük verəsiniz, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) gümüş üzük taxmış və bu üzüklə göndərdiyi məktublara möhür vurarmış.
1. Əli ağıza vurmaq orucu pozmur. Daha ətraflı: Orucu pozan amillər hansılardır?
Və aleykum Salam. Üzrlü səbəbə görə oruc olmayanın Ramazan ayının gündüzlərində zövcəsi ilə yaxınlıq etməsi icazəlidir və heç bir kəffarəyə ehtiyac yoxdur. Həmçinin oxuyun: Orucu pozan amillər hansılardır?
Və aleykum Salam. Hər ay üçün xüsusi dua etmək dinimizdə yoxdur. Amma sünnədə yeni doğmuş ayı (hilalı) görərkən edilən dua mövcuddur. Daha ətraflı:
Hilal görünərkən edilən dua
Və aleykum Salam. Namaza başlamaq istəyən gecikdirmədən, günün istənilən vaxtı üçün olan namazı qılaraq başlaya bilər. Allaha dua edirik ki, sizə bu əməldə davamlı olmağı və Cənnətə daxil olmağı nəsib etsin.
Və aleykum Salam. Pirlərə getmək haramdır, bu cür yerlərdən uzaq olmaq lazımdır. Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?
Və aleykum Salam.
Va aleykum Salam. Ramazan ayını əvvəldən axıra qədər oruc tutmaq hər kəsə vacibdir. Yalnız xəstəlik və ya səfər kimi üzrlü səbəblərə görə oruc tuta bilməyənlər buraxdığı günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar. Xroniki xəstəlik, taqətsizlik və s.
Va aleykum Salam. Bəli, qeyd etdiyiniz hal, aybaşının ilk mərhələsində olan əlamətlərindəndir. Ona görə belə olduqda artıq heyzdən təmizlənənə qədər qadına namaz qılıb oruc tutmaq olmaz.
Və aleykum Salam. Dinimiz günün hansısa vaxtında yatmağa qadağa qoymayıb. Yalnız Məğrib və İşa namazları arası yatmaq bəyənilmir, amma hətta bu da haram deyil.
Və aleykum Salam. Tanımadığınız adam haqqında danışığı eşitmək qeybət olmasa da, bu əməldən çəkinməyiniz daha yaxşıdır.
Və aleykum Salam.
1. Qurandan istənilən surəni və ya ayəni oxuyarkən dəstəmazlı olmaq şərt deyil. Amma dəstəmazlı olmaq daha yaxşıdır. Daha ətraflı: