Və aleykum Salam. Əgər siz kirayə verdiyiniz evi satmaq üçün almısınızsa, alınan müddətdən bir il keçdikdən sonra evin dəyərindən zəkat çıxarılmalıdır.
Və aleykum Salam.
1. Qeyd etdiyiniz məsələ üçün plastik əməliyyat etdirmək olmaz, çünki bu cür əməliyyat yalnız zərurət hallarında icazəlidir. Daha ətraflı:
Hansı halda plastik əməliyyat etdirmək olar?
Və aleykum Salam. Gözdəymədən qorunmağın bir çox yolları vardır. Bu barədə daha ətraflı bu linklərdən oxuyun:
Gözdəymə və ondan necə qorunmaq haqqında
"Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq". (ən-Nəbə, 8).
Və aleykum Salam. Ayələrn ardıcıllığı Peyğəmbərin vaxtında da bu cür idi. Sadəcə kitab halına salınmamaışdı.
Va aleykum Salam. Rüfət ərəb mənşəli söz olub "yüksəklik, ucalıq, tanınmış, böyük vəzifə və rütbə" mənalarını verir.
Və aleykum Salam. Səcdələr arası təkbir deyildiyi zaman əlləri qaldırmaq haram deyil, lakin sünnəyə daha uyğun olan namazın dörd yerində təkbir edərkən, yəni "Allahu Əkbər" deyərkən əlləri qaldırmaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dörd yerdə əl ilə təkbir etmişdir.
Və aleykum Salam. Bədən üzərində döymə döydürmək və ya qələmlə şəkil çəkmək olmaz. Yalnız qadınlar əllərinə xına ilə müəyyən naxışlar çəkə bilərlər. Bu da müvəqqəti olmalı və uzun müddət qalmamalıdır. Hər bir halda bədəndə döymə olanın qıldığı namazlar batil deyil.
Və aleykum Salam. Namazları vaxtında qılmaq hər bir müsəlmana vacibdir. Siz namaz qılmağa başlayın, çatdıra bilmədiyiniz namazları namazın vaxtı çıxmamış, ayaq üstə və ya oturaraq da qıla bilərsiniz, bəzi hallarda namazları birləşdirmək də icazəlidir.
Salam aleykum. Təkamül nəzəriyyəsi Uca Allahın yaratmasını inkar etmək üçün kafirlərin ortaya atdıqları batil iddialardan biridir. Bu nəzəriyyə heç bir elmi fakta söykənməyən fərziyyələrin üzərində qurulduğu üçün, hətta qeyri-müsəlmanların bir çoxu onu ciddi qəbul etmir.
Və aleykum Salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə bayraq İslam dövlətinin rəmzlərindən olmuşdur. İslam dövlətinin dördkünc formada iki bayrağı olmuşdur.
1. Suriyada fitnə baş verir. Fitnədən isə uzaq durmaq lazımdır. Ölən də, öldürülən də əsasən müsəlmanlardır.
Və aleykum Salam. Söyüş söymək müsəlmana yaraşmayan haldır, üstəlik başqasının haqqına girərək günah qazanırsınız. Bunu edən peşman olaraq tövbə etməli, bu əməldən çəkinməli və söydüyü adamdan halallıq almalıdır. Həmçinin, kəbini olmayan qızla oğlanın zərurət olmadan danışması günahdır.
Və aleykum Salam. Uşaq həddi-buluğa çatmayıbsa, ona günah yazılmır, lakin onun hərəkətlərinə valideynləri və ya onu himayə edən adamlar cavabdehdirlər.
Salam aleykum. Bu il (2017-ci il) Azərbaycanda Ramazan bayramı İyunun 26-sıdır, yəni İyunun 25-i oruc tutulur. Həmçinin oxuyun:
Ramazanın bitməsini öz ölkəmizlə, yoxsa Türkiyə və ya Ərəbistanla götürməliyik?
Və aleykum Salam. Daha səhih görüşə əsasən hər kəs öz yaşadığı ölkənin camaatı ilə oruc tutmalı və orucunu açmalıdır. Ramazanın ayının bitməsi müxtəlif ölkələrdə müxtəlif vaxtlarda ola bilər, çünki ay müxtəlif yerlərdə müxtəlif günlərdə görünür.
Və aleykum Salam. Tərkibində cift (plasenta) olan şampun, dəri üçün dərmanlar və s. istifadə etmək haram deyil, çünki bunun haramlığını bildirən dəlil yoxdur.
Salam aleykum. İstixarə dedikdə - istixarə namazı başa düşülməlidir. El içində yayılan "Quranla istixarə" və ya "yatıb yuxuda görmək kimi istixarə etmək" bidət sayılır. İstixarə Allahdan uğur və kömək diləmək üçün qılınan namazdır.