11-08-2017 Allahın Günahkar qulu
Əs Sələmu aleykum və rəhmətullahi və bərəkatuh 1:oruclu insan orucun pozmaq istəsə lakin,pozmasa ona günah və yaxud tutduğu orucun savabından əskilər?
Cavab:

Və aleykum Salam va rahmətullahi va bərakətu.

1. Ramazan orucu tutan insan heç bir tərəddüd etmədən orucunu pozmağa niyyət etsə, lakin sonra pozmasa, orucu batil olmuş sayılır. Əvəzində bir gün qəza orucu tutmalıdır.

ardını oxu
11-08-2017 Anonim
Salam Alekum!Faiz riba haramdi.Bes istisnalar varmi? Men atami 4yawimnan itirmiwem.Biz 3qardawiq.Atam rehmete gedende anamiz bize gore iwliye bilmirdi cunki cox balaca idik.Hemde biz xaricde oldugu ucun iw tapmaq cetin idi ozde qadin ucun.Ona gore de anamiz faiza pul verib bir teher dolanirdiq.bele
Cavab:
Və aleykum Salam. Riba (sələm) haramdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Dəfələrlə artırılmış olan sələmi yeməyin!
ardını oxu
10-08-2017 aysel
salam menim tanidigim biri var onun atasi onu oruc tutmaga mecbur edir daha dogrusu oruc tutmasan seni ovladliqdan redd edecem deyir o orucu istemeyerek tutmaq oruc sayilirmi ve o ataya gunahdirmi
Cavab:

Va aleykum Salam. İbadət yalnız Allah üçün edilməlidir. Digər niyyətlərlə edilən ibadətlər batildir. Valideynin bu şəkildə övladını ibadətə məcbur etməsi, övladının niyyətinin Allah üçün deyil, atasından qorxmasına görə ibadət etməsinə gətirib çıxara bilər.

ardını oxu
10-08-2017 A313
Salam aleykum. Bir sualim vardi düzdür indi ixtilafli meseleleri acmaqin vaxti deyil sadece şübhədi məndə. Sual odurki Aişə r.a anamızın ölümündə Müaviyənin əli varmı?
Cavab:

Va aleykum Salam. Bu, şübhə əhlinin özlərindən uydurduqları yalan və batil iddialardandır. Çünki Aişə ilə Muaviyənin (Allah onlardan razı olsun) ömürlərinin sonuna qədər çox gözəl və mehriban əlaqələri olub.

ardını oxu
10-08-2017 Leyla
Salam.niyyet etdiyim qurbani pulla evez etmek olarmi?meyve agaci ekib Allaha cox dua edib yalvarmaq olarmi ki onun savabini valideynlerime yazsin.Allaha ovladlarimi seytan serrinden,zinadan,butun gunahlardan,qeza qederden qoruyub imanlarini artirsin deye niyyet edib qurban kesmek olarmi?yoldasimi zi
Cavab:

 Va aleykum Salam.

ardını oxu
10-08-2017 ilkin
salam aleykum. islamda yuxu yozmalari deyilen bir sey var?
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun: 
Yuxu haqqında  
ardını oxu
10-08-2017 Əbu Abdullah
Salam aleykum. Dəstəmazlı yatmaq barədə olan hədisi yaza bilərsinizmi?
Cavab:

Və aleykum Salam. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Vücudlarınızı təmizləyin, Allah da sizi təmizləsin!

ardını oxu
10-08-2017 AYA
Salam aleykum!Səcdə halında ölmüş bir kəs ücün dua etməkolarmı?
Cavab:
Və aleykum Salam. Ölən müsəlman üçün namazda səcdədə olarkən və digər vaxtlarda dua etmək olar. Qeyri-müsəlmanların doğru yola gəlməsindən başqa heç bir dua etmək olmaz. Duaya yalnız müsəlman layiqdir. Həmçinin oxuyun:
ardını oxu
10-08-2017
Salam ! Salamda 70 savab var 69 verənindi biri alanın? yoxsa 69 alanındı biri verənin?
Cavab:

Və aleykum Salam. Belə bir səhih hədis yoxdur, lakin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) salamı verənin salamı alandan daha çox savab qazandığını bildirmişdir.

ardını oxu
05-08-2017 zaza
Salam. Men bele bir soz oxumusdumki, İmam Baqir: olulerinizi ziyaret edin. Onlar sizi gorur. Onlar Kimin onlari ziyaret etdiyini gorurler kimi yazi oxumusam. Bu duzdur ? Valideynimizi ziyaret edende o gorur bilirki tutaqki qizi gelib agliyir ?? Bunlari bilir gorurler ? Evvelceden cox sag olun.
Cavab:

Və aleykum Salam. Dinimizdə səhih mənbələr Quran və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih hədisləri hesab olunur. Hər hansı əməlisaleh şəxsin sözü bu mənbələrlə ziddiyyət təşkil edirsə, o söz götürülmür.

ardını oxu
05-08-2017 Ruslan
essalmu eleykum ve rehmetullahu ve bereket menim bir sualim var sizden xais edirem cavablandirasiz. mesqulluq xidmetinde islemek isdeyirem.
Cavab:

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Hansısa xidmət müqabilində gəlirdən faiz götürmək sələm sayılmır.

ardını oxu
05-08-2017
Salam, men nishanlimdan ayrilmisham, ama nishan uzuklerimiz mendedir, men onlari saxlasam olar? Yoxsa gerek nese edim? Saxlasam bedlik getirer?
Cavab:
Və aleykum salam. Nişanı geri qaytardıqdan sonra nişan üzüklərinin sizdə qalıb-qalmamasının uğursuzluqla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə dinimiz insanları bu kimi batil inanclara inanmaqdan çəkindirir.
ardını oxu
05-08-2017
Es Salam Aleykum qardawlar men Fecr namazini gunew cixmaqa yarim Saat qalmiw qilmiwam bir nece defe yatib qalmiwam qalxib gormuwem ki hava iwiqlanib Amma gunew cixmayib namazim batil olmayib ki?
Cavab:

Va aleykum Salam. Günəş çıxana qədər Sübh namazını qılmaq lazımdır. Havanın işıqlı olması hələ günəşin çıxması demək deyil. Bu cavabları oxuyun: 

Sübh namazını günəş görünənə qədər qılmaq olarmı?

ardını oxu
05-08-2017 Ilahe
Salam aleykum. ALLAH razi olsun verdiyiniz xeyre gore ALLAH sizleri cennetle mukafatlandirsin INWEALLAH.Adim Ilahedi bilirem adimin insan ucun duzgun ad olmadiqni,deyiwmeyi meslehet bildiler bes siz ne meslehet bilirsiz?Vacibdi deyiwmeyim?Salam aleykum.
Cavab:

Və aleykum Salam. İlahə adını dəyişmək lazımdır. Sənədlərdə dəyişmək mümkün olmasa, ən azından insanlardan sizi başqa adla çağırmalarını tələb edin. Daha ətraflı:

Qız uşaqlarına İlahə adını qoymaq olarmı?

ardını oxu
05-08-2017 Rəşad
Əvvəlcədən oxucular üçün ərsəyə gətirdiyiniz bu işə, bu zəhmətə görə sizə öz dərin minnətdarlığımı bildirirəm. Vaxtaşırı müxtəlif maraqlı və bizlər üçün vacib, həyati əhəmiyyətli mövzulara toxunursunuz.
Cavab:

Və aleykum Salam. Quranın ən sadə təfsiri Abdur-Rahmən əs-Sə'dinin (Allah ona rəhmət etsin) müəllifi olduğu təfsirdir. Daha geniş olanlar isə ət-Tabərinin, əl-Qurtubinin, İbn Kəsirin və s. (Allah onlara rəmət etsin) təfsrləridir.

ardını oxu
05-08-2017
Salam . Men yoldawimla heleki bowanmamiwam. Menim bir qizim var 1yawi olacaq. Bowananda qizimi atasina oz rizamla oz isdeyimle versem gunah sayilirmi? Cunku menim ve ata aylemin imkani yoxdur uwaga baxmaga. Yoldawimin aylesi iwdiyir baxarlar. Menim balami saxlamaga imkqnim yoxdur.
Cavab:

Va aleykum Salam. Uşağın atada qalması valideynlərin tərəfindən razılaşdırıldığına görə bu günah sayılmır. Daha ətraflı: Boşandıqda uşaqlar atada qalır, yoxsa anada?

ardını oxu
05-08-2017 Allahin qulu nefsinin agasi
Salam eleykum.Bilmek isterdim ki Imamlarimizin movludu ve ya vefati gunlerinde ne etmeliyik Movludu olduqda nece bayram kecirmeli Vefati olduqda nece matem saxlamaliyiq Onceden Allah razi olsun
Cavab:
Va aleykum Salam. Dinimizdə peyğəmbərlərin, səhabələrin, imamların və ya digər şəxslərin doğum və ya vəfat günündə hansısa xüsusi əməllərin edilməsi buyurulmayıb. Bu kimi fikirlərin hamısı dinə sonradan gətirilən bidət (dində yenilik) əməllərdəndir.
ardını oxu
05-08-2017 Gul
Salam men heyz oldugum ucun namaz qila bilmirem ve evde atam qardasim namaz qilmamagin sebebinu sorusurlar ne deyeceyimi bilmirem.Bele olmalidi deyirem ve ya kecisdirirem ama seheri gun yene sorusurlar heyz olub qutarana(namaz qilana) qeder bu suali verirler.Xais edirem komek edin.
Cavab:

Va aleykum Salam. Ananızdan xahiş edə bilərsiniz ki, qadınların heyz vaxtı namaz qılmadığını onlara xatırlatsın və ya özünüz üstüörtülü şəkildə qadınların müəyyən vaxtlarda namaz qılmadığını deyə bilərsiniz. 

ardını oxu
05-08-2017
mən abort olunmuşam beş gündür qan dayanıb eger oruc tutsam yada namaz qılsam oruclu və ya namazlı halda qan gəlsə pozulurmu qəzası vacibdirmi
Cavab:

Salam aleykum. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Tövbə edərək bir daha belə etməmək, namazlara davam etmək və saleh əməlləri çoxaltmaq lazımdır. Abort hamiləliyin 81-ci günündən sonra edilibsə, bu zaman gələn qan nifas qanı sayılır.

ardını oxu
05-08-2017 Abdullah
Assalamu aleykum Rahmetullah Qardaş mənim yoldaşım bütün günü telefonda oyun oynayır zikir etmir ancaq namaz qılır Fərz bəzən namazdan sonrakı zikirləridə etmir namazlarınıda gecikdirir işləmir heç evədə fikir vermir gec yatır gec durur ne edirəmsə xeyri olmur quranda oxumur öyrənmir ailəsinə qarş
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Ərinizə ailə haqlarının yerinə yetirilməsinin vacibliyi ilə bağlı Uca Allahın və onun Peyğəmbərinin (salləllahu aleyhi və səlləm) əmrlərini, ayə və hədisləri oxuyaraq çatdırın.
ardını oxu
05-08-2017
Es salamu aleykum va rahmetullahi va berekatuh.Allaha göre mene delilnen cavab verin.1.Erim defelerle zina eleyib,tel.namehremlerle yazışır,herden bir spirtli içki içir,men boşanmalıyam?2.Erimin mene elediyi xeyanet haqqıma girmiş olurmu? 3.Erimi namehremlere baldızım aparır,onada günah düşürmü?
Cavab:

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu.

ardını oxu
28-07-2017 Kamil Qasimli
Şortiq ile Namaz Qilmaq olarmi?
Cavab:

Salam aleykum. Kişilərin dizdən aşağı şort ilə namaz qılması icazəlidir.

ardını oxu
28-07-2017
Salam/ men bilmek isteyirem namaz qilan qadina saclarini keratin etdirmek gunahdirmi?
Cavab:

Va aleykum Salam. Qadınların keratin tətbiq etmə üsulu ilə saçları düzləşdirmələrinə aid dinimizdə hər hansı bir qadağa yoxdur. 

ardını oxu
28-07-2017 Ferid ibrahimxelilov
Kurana destemaz olmadan oxumag ve yaxuda əl vurmag olarmi
Cavab:

Salam aleykum. Dəstəmazsız Qurani-Kərimi həm oxumaq, həm əl vurmaq icazəlidir. Amma dəstəmazlı halda oxumaq daha üstündür. Daha ətraflı:

Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?

ardını oxu
28-07-2017 günel
Namaz qılan bir insanın ulduz falına inanması gunahdırmı?
Cavab:
Salam aleykum. Falçılığın hər bir növünə inanmaq böyük günahlardan sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Astrologiya elmindən bir sahəni öyrənən sehrdən bir sahə öyrənmiş olur. Çoxunu öyrənən kəs sehrdən bir o, qədər öyrənmiş olur".
ardını oxu
28-07-2017 Hz. Eli. Asiqi
MENI TOYA CAGIRIBLAR VE ICKI VERILIR (SPIRTLI) MEN NE EDIM. COX YAXN ADAMDDIR. YNI GEDIB OTURMAYB QAYDMAQ OLARMI?
Cavab:

Salam aleykum. Yaxın dostluq, qohumluq əlaqələrinə görə imtina etmək mümkün deyilsə və ya toy sahibinə borcunuz varsa, toya gedib həmin məclisdə oturmayaraq bəyi təbrik edib qayıda və ya toya pul göndərə bilərsiniz.

ardını oxu
28-07-2017
qadinim meni cinsel elaqe zamani meni qani etmirse nbasqa qadinla yasaya bileremi?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Evli kişi ikinci dəfə ailə qura bilərmi?

ardını oxu
28-07-2017
salam bagisdayun bilmek isedeyirem biixtiyar halda boyunua cenabet qusulu qelirse ve imkansizlig halda uzr isdeyirem cimib cenabet qusulu alabilmirse o zaman ifdara kimi cenabetli qalmag tutdugu orucu batil edir ya yox?
Cavab:
Və aleykum Salam. Yuxuda qeyri-ixtiyari boşalma baş verdikdə oruc pozulmur, yalnız oruc vaxtı bu hal qəsdən baş verdikdə oruc pozulur. Oruc pozulmasa da, namazları qılmaq üçün qüsl almaq vacibdir. Su tapmadıqda və ya xəstəlikdən qorxduqda təyəmmüm almaq olar. Daha ətraflı:
ardını oxu
28-07-2017 S...
Salam,Babam bizde içki içendir,butun meclislerde içki olmasa oturmur. Bildiyime gorem hemin içko olan stolda kim oturarsa melekler lenetleyermiw...Men de olarla yox evde oturub tek yemek yedim. Indi sualim odurki,eger meclisde yox,evde oturub yemek yemiwemse menede gunah yazilib?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın".

ardını oxu
28-07-2017
Salam aleykum. Deist müsəlman sayılır yoxsa kafir? Salam aleykum.
Cavab:

Və aleykum Salam. Deistlər Yaradanın olduğunu qəbul edir, lakin dini inkar edirlər. Bu isə Allahın məxluqatı boş-boşuna yaratdığını iddia etməkdir.

ardını oxu
28-07-2017 Kamal
Salam Aleykum Tesabeh namazi var en azindan ayda ilde 1 defe omrunde en azindan 1 defe qilmalisan bu namaz barede melumat almaq isterdim
Cavab:

Və aleykum Salam.

ardını oxu
28-07-2017
Salam Aleykum.Namazda Ələq surəsini oxumaq olarmi? səcdə olunan ayədi rsə namazda oxunan zaman necə səcdə olunur?
Cavab:
Və aleykum Salam. Namazda Fatihədən sonra əzbər bildiyiniz istədiyiniz surəni oxuya bilərsiniz. Səcdə ayəsinə çatdıqda isə bu ayəni oxuyub bir dəfə səcdə edilir.
ardını oxu
27-07-2017 faiq
eger qonsum xestedirse ve mualice ucun pula ehtiyaci var. menim bu halda hecc ziyaretine getmeyim ne derecede duzdur...
Cavab:

Salam aleykum. Birinci dəfə həccə getmək vacibdir. Qonşuya kömək etmək isə müstəhəbdir. Ona görə imkan daxilində birinci dəfə olduğuna görə Həccə getmək lazımdır. Ömründə bir dəfə olsa belə həccə getmək imkanı çatan hər bir müsəlmana həcc vacibdir.

ardını oxu
27-07-2017
Salam.Ifademe gore cox cox uzr isteyirem. Ne olar cavablandirin. Men nece vaxtdir masturbasiya etmirdim bugub sehven etdim yeni xeberimde olmadi bele deyek saxlaya bilmedim ozumu indi pewman hiss edirem ozumu nne edim?
Cavab:
Və aleykum Salam. Hər bir halda tövbə edin, bu tövbənizdə sadiq olun və saleh əməllər etməyi çoxaldın. Daha ətraflı:  
Masturbasiya etməyə icazə verilirmi? 
ardını oxu
27-07-2017 Gulzar
hamamdan qusl alib cixdim vacib namazlardan birinin vaxdi girmisdi quslum pozulmamisdi namaz qilmaq ucun desdemazda almaliyam?
Cavab:
ardını oxu
24-07-2017
Salam aleykum menim yoldasim mene xeyanet edib o qadin menim ailemi dagitmag ucun menim namusuma dil uzadib nomremi basqa insana dinletmeye verib elhemdulilleh muselmanam mene ser atib ki senin yoldasin zina eliyir men bu veziyyetde ona beddua eliye bileremmi cezak Alllahu xayran
Cavab:
Və aleykum Salam. Çox bəddua etmək yaxş hal olmasa da, bəzi hallarda bunun edilməsi icazəlidir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, onlar qəbul olunar; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi duası".
ardını oxu
24-07-2017 Emil
Naməhrəm qadın və kişinin arxadan əlaqədə olması zinamıdır? 10il öncə bu səhfi etdim. İndi çox peşmanam. Vicdan əzabı cəkirəm. İslam qanunları hökm sürməyən bir ölkədə cəza verilirmi?
Cavab:
Salam aleykum. Arxadan yaxınlıq etmək böyük günahlardandır. Bunu naməhrəmlərlə etmək isə daha böyük günahdır. Günahlara görə cəza isə yalnız şəriətlə idarə olunan ölkələrdə dövlət məmurları tərəfindən icra edilir. Sıravi insanların kiməsə cəza verməsi haramdır.
ardını oxu
24-07-2017
Salam menim sehvet problemim var yasim azdi deyene evlene bilmirem muveggeti evlenmeye serait yoxdu basqa nece hell etmek olar bu meseleni
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Şəhvət hissini necə cilovlamaq olar?

ardını oxu
24-07-2017 Huseyn
Bir kisi bir gunde nece meyyit namazi qila biler?
Cavab:

Salam aleykum. Hər ölən müsəlman üçün bir dəfə cənazə namazı qılınır. Gün ərzində bir neçə müsəlman üçün cənazə namazı qılmaq olar. Həmçinin oxuyun:

Cənazə namazı necə qılınır? 

ardını oxu
24-07-2017 gulnare
SALAM men niwanliyam ve gunah olmasin deye kebin kesdirmek isdeyirem amma o razi deyil neyniyim ki razilawsin menle cunki biz cox gunah edirik
Cavab:

Və aleykum Salam. Qadınla kişinin arada kəbin olmadığı müddətcə yaxınlıq etmələri haramdır. Həmçinin, nişanlı olanların kəbin olsa belə bir-birilə yaxınlıq etmələri düzgün deyil, çünki bizim cəmiyyətdə evlilik toy mərasiminin keçirilməsilə müəyyənləşir.

ardını oxu
24-07-2017
essalam aleykum rehmetulahu ve berakatuh men namaz qilirdim yeni aile heyati qurmusam bezi seylere gore qila bilmirem sebebiden oduki hem tez tez cinsi elaqe hemdeki qaynana qaynata var deye tez tez qusul ala bilmirem ona gorede namazlarim qalir subh namazini qiliram ama qalanlari qalir qila bilmire
Cavab:
Və aleykum Salam.
ardını oxu
24-07-2017
Qelemi nece calirlar
Cavab:

Salam aleykum. Qələm çaldırmaq xurafatdır. El arasında qələm çaldırmaq dedikdə qorxmuş insan üçün mollanın qorxu duası yazması nəzərdə tutulur.

ardını oxu
24-07-2017 Solmaz
Salam Aleykum Evimizin usdune Aqlaynan Allah (cc) Sozu yazdirmaq isdeyirik olarmi billion?
Cavab:

Və aleykum Salam. Evin üzərinə Allah kəlməsini yazdırmaq düzgün deyil və bu dində əsli olmayan bir əməl (bidət) sayılır. Həmçinin oxuyun: Bidət nədir? 

ardını oxu
24-07-2017 rahim
Mecidde yatmagin hokmu
Cavab:

Salam aleykum. Məsciddə yatmaq icazəlidir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) qarnı üzərində uzanmış birinin yanına gəldi və onu ayağı ilə tərpətdi və belə dedi: "Bu cür uzanmağı Uca Allah sevmir". (İbn Hibban, 5550).

ardını oxu
24-07-2017 Ayten
salam mene hemzad satiblar 40 xili olan yAyani teze gelin olanda NECE TEMIZLENE BILEREM ozum evde ede bileremmi evde ne duasi ya yolu nedi temizlenim ana olmaq isdeyirem?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Həmzada görə uşağın olmaması fikri doğrudurmu? 
ardını oxu
24-07-2017 Anar
Salam aleykum. Bayram qüslu almadan bayram namazı qılmaq olarmı?
Cavab:

Və aleykum Salam.

ardını oxu
24-07-2017
Salam Aleykum. Sualima Gore Cox Uzr Isdeyirem. Eger Bir Kişi Evlenmeyibse Yəni Imkani Olmadigina Gore, mecbur qalib Ozunu Bosaltmaq Haram Ve Gunah Sayilir?. Evvelceden Teşekkurler.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: İstimna (masturbasiya) etməyə icazə verilirmi? 

ardını oxu
24-07-2017 Xudiyev Rauf
ALLAHın salamı uzərinizə olsun.Ramazan bayramı gunu sahura durmalıyıq?Yoxsa istədiyimiz vaxt yamək yeyə bilərik mi?
Cavab:

Salam aleykum. Ramazan bayramı günü oruc tutmaq qadağandır.

ardını oxu
24-07-2017
Mənim 5ildir ki övladım olmur çarəsizəm getmədiyim yer, etmədiyim müalicə yoxdur aşılama və ya süni mayalanma günahmıdır?
Cavab:
Salam aleykum. Başqasının spermasından mayalanmaq zina sayılır, amma qadın öz ərinin sperması ilə süni mayalanma etdirə bilər. Daha ətraflı: 
ardını oxu
24-07-2017 Vüsal Memmedov
Salam aleykum necesiz? Üreyinde stend(üreye yerlesdirilen aparat)olan insan nece destamaz alib, namaz qilmalidir?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır? 

ardını oxu

Pages