30-05-2016 Senan
Salam.menim bir dostum var.anasi ile atasi bosanib.hal-hazirda anasi turk vetendasi ile evlidir.dostum namaz qilmaq isdiyir.O şie namazi qilmalidir?ya suni?
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir cür namaz qılıb, onu da hədislərdə bəyan edib. Daha ətraflı:

Şiə və sünni nədir və bunların hansı düzgündür?
ardını oxu
30-05-2016 Zəhra
Salam Aleykum size sualm var men bu il mektebi bitirirem qarwidan imtahanlarim gelr Allahima nece dua edim ki menim duami qebul elesn cavab yazdnzsa cox sagolun
Cavab:
Və aleykum Salam. Bu cavabda sualınıza ətraflı cavab tapa bilərsiniz: 

Dualarım qəbul olmur, nə edim?
ardını oxu
30-05-2016
Dəstəmazsız evdə dua etmək günahdır mı?
Cavab:
Salam aleykum. Bunun üçün heç bir qadağa yoxdur. Dua dəstəmazsız da etmək olar. Sadəcə dəstəmazlı halda dua etmək daha yaxşıdır. Daha ətraflı: Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?
ardını oxu
30-05-2016
Evdə dua edərkən alt paltarım stolun üstündə qalıb.O zaman dua etmək gunahdır mı?
Cavab:
Salam aleykum. Bunun dua etməklə əlaqəsi yoxdur. Həmçinin, oxuyun: Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?
ardını oxu
30-05-2016
Men yeni ana olmuwam.Uwagim korpedi 1ay 15 gunluk.Namazimi catdirib qila bilmirem.Namazi mecburen dayandirmiwam.Ama ozumu narahat hiss edirem.Korpe cagasi olan analarin namazi nece qilmasina dair 1 fikriniz varmi?
ardını oxu
30-05-2016
Salam Aleykum . Imsak nedi ? Namaz 5 ruketlidi? Imsak isder sunude isder siyede qilina biler.? Cavabi deyerdizde coxsagolun Allah razi olsun. Amin
Cavab:

Və aleykum Salam. İmsak namaz adı deyildir. İmsak - oruc tutacaq adamın sübh namazı girən vaxta qədər yemək üçün ayrılan vaxtdır. Hədislərdə buna səhur da deyilir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sahur haqqında buyurub: "Sahur yeməyini ye­yin!

ardını oxu
30-05-2016 Aysel
Qadin kebini geri oxutmaqu vacibdir?eger kishi geri oxudubsa qadininda oxutmaqi vacibdir?
Cavab:
Salam aleykum. Kəbini geri oxutmurlar. Sadəcə ər arvadı boşayanda kəbin qüvvədən düşür. Qadının əlavə bir şey etməsinə ehtiyac yoxdur. Daha ətraflı: Aşağıdakılardan hansı hallarda kəbin pozulmuş sayılır?
ardını oxu
30-05-2016 Kubra
Salam bagiwlayin sizi narahat edirem.Imam Huseynin Ruqeyye adinda qizi olub.? Men internetde oxuyanda yazilmiwdiki olmuyub yeni Ruqeyye hemin sekinedir. Bu duzgundur.? Xahiw edirem sualimi cavablandirin. Allah sizden razi olsun. Amin InwaAllah. Imamin nece evladi olub.?
Cavab:
Və aleykum Salam. Hüseyn ibn Əlinin (Allah onların hər ikisindən razı olsun) zövcələri və onlardan olan övladları:

1. Rabəb bint İmrul-Qeys ibn Udey. Qızı Səkinə və oğlu Abdullah. (Tarixu Dəməşq, 69/ 119-120).
ardını oxu
30-05-2016
Salam.subh namazindan sonra quran oxumaq olar ? Veya umumiyetle seherler quran oxumaq olar ?
Cavab:
Və aleykum Salam. Quranı istədiyiniz vaxt oxuya bilərsiniz, bunun üçün heç bir qadağa yoxdur.
ardını oxu
30-05-2016 ismayilov vuqar
Salam menim 2 yasinda oglum dunyasin deyisib men cennetde onu gore bileremmi? indiden cavab ucun cox sagolun
Cavab:

Və aleykum Salam. Körpə Cənnətə gedir. Siz öz körpənizlə Cənnətdə bir-birinizə qovuşmaq istəyirsinizsə, Allaha şərik qoşmayın, vacib əmrləri yerinə yetirin və haramlardan çəkinin. Ətraflı cavab üçün oxuyun:

ardını oxu
30-05-2016 könul
Salam men oruc tuturam axsam boynumda cenabet qusulu var idi səhər durub yuyundum oruc tutdum lakin sonra fikrimden cixdi qusulu verib vermemeyim.bu halda orucum qebuldu
Cavab:
Və aleykum Salam. Gecə qüsla düşən adamın onun orucuna təsiri yoxdur, çünki qüsl pozulması halı oruc olmayan zaman baş verib. Ona görə də qüslu alıb-almamağınızın yaddan çıxmasının oruca aidiyyatı yoxdur və siz orucu davam edə bilərsiniz.
ardını oxu
30-05-2016
Salam aleykum. Evdə hörümçək olduqda onu öldürmək olarmı.?Çünki mən öldürmədikcə sayları çoxalır
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Hörümçəyi öldürmək günahdırmı?
ardını oxu
30-05-2016
Salam,mən davamlı masturbasiya ilə məşğul oluram,tərgidə də bilmirəm,məşğul olduqdan bir neçə gün sonra şəhvət hisslərim yenidən gəlir,narahat oluram,sonda da məşğul oluram və rahatlayıram,tövbə edirəm ancaq hər dəfə pozub günaha yenidən dalıram.Bu günahı tərgidə bilmək üçün oruc və ibadətlərdən əl
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Masturbasiyadan qurtulmaq üçün nə etmək lazımdır?
 
ardını oxu
30-05-2016 anonim
Maraqlandığım bir sual verəcəm sizə.Paylaşılan sözləri oxuyuram deyilirki -Hurilər Allahın kişilər üçün yaratdığı Cənnət qadınlarıdır-Bəs həyatda ərin arvadı necə olacaq? yəni onlar yenə Cənnətdə ər və arvad olmayacaqlarmı?
Cavab:
Salam aleykum. Qadının əri də Cənnətə düşübsə onunla birlikdə olacaq. Əks halda möminlərdən biri ilə evləndiriləcək. Uca Allah buyurur: "Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar".
ardını oxu
30-05-2016 Rauf
Salam mən qonaq getmişdim. Dəstamaz alan xanımın qabağına çıxdım namaz qılmağa gedirdi. Qayıtdı təzdən dəstamaz aldı dedi ki, özgə adam qabağına çıxanda dəstamaz pozulur.Qadın şiə namazı qılır. Belə şey varmı ?
Cavab:
Və aleykum Salam. Bu batil qaydadır, çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə dəstəmazı pozan amilləri bildirmişdir. Bu amil isə orda yoxdur. Daha ətraflı: Dəstəmazı pozan amillər
ardını oxu
30-05-2016 Sədrəddin
Xahiş edirəm "Kafirun" və "Cin" surələrinin ərəbcə deyilişi ilə olmaqla latınca yazılışını mənə göndərərdiniz...
Cavab:
Salam aleykum. Siz ərəb əlifbasını öyrənib özünüz bu surəni ərəbcədən oxusanız daha yaxşı olar. Daha ətraflı: 

əl-Kafirun surəsinin oxunuşunu bura yaza bilərsinizmi?
ardını oxu
30-05-2016
Salam aleykum size sualim budurki allah insani sevgi ile imtahan edirmi?edirse nasukurluk etmek gunahdirmi meselen allahim niye bele etdin indiden tewekkur
Cavab:
Və aleykum Salam. Bu dünyada hər şey sınaqdır. Siz səbr edin və hər bir halda Allaha şükürlər edin. Uca Allaha "niyə belə etdin" sözünü demək naşükürlük sayılır. Naşükürlük isə günahdır və küfrə səbəb ola bilər. Həmçinin, oxuyun: 
ardını oxu
30-05-2016 ayten
salam her dualar ayeler oxuduqca MUHEMMED peyqemerimize salavat gonderirem gunahmidir. salavat nece gonderilir sozleri
Cavab:
Və aleykum Salam. Quran ayəsi oxuyandan salavat demək lazım deyil. Salavat duanın əvvəlində və axırında deyilir. Daha ətraflı: 

Duanın ədəbləri barədə ətraflı yaza bilərsinizmi?
ardını oxu
29-05-2016 Anar
Salam aleykum xaiş edirem size gonderdiyim suallara tez cavab veresiz aprelin evvelinden size sual gondermişem birde size insanlar arasinda bu sozler artib sakit insanlar yaman olur loru dilde desek saman altindan su yeriden sizce bu sozu işletmek ne dercede duzdu indiden teşekkur
Cavab:

Və aleykum Salam. "Sakit insanlar yaman olur" sözünü hamıya aid etmək olmaz, çünki başqaları haqda bilmədiyiniz şeyi danışmaq mənasına gələ bilər. Amma kiminsə hiylə işlətdiyini dəqiq bilirsinizsə, onun haqqında "Saman altından su yeridir" sözünü işlədə bilərsiniz.

ardını oxu
29-05-2016 Ülvyyə
Mən necə pis fikr ləri özünən uzağa tuta bilərəm və səbrli ola bilərəm
ardını oxu
29-05-2016 Irade
Salam aleykum.Bu sayt selefilerindir??Deqiq kimin adinadi kimden oyrenirik bu suallarin cavabin?Xahiw edirem ad yazin bilek taniyaq.
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Ürəyimdə şübhələr var, bu sayt kimlərindir?
ardını oxu
27-05-2016 teyyub
Valideyinə cavab qaytaran usaqların yeri cennetdi yoxsa cehennem
Cavab:
Salam aleykum. Bu cavabı oxuyun: Ata-ananı incitməyin günahı barədə
ardını oxu
27-05-2016 adsiz
atam yaxsi insandir. ama heyifki cavan yaslarindan ickiye qumara oyrenib. indi tergide bilmir. men isteyiremki o qebr ezabi cekmesin . men onun ucun dua edim yoxsa ne ede bileremki onun gunahlari bagislansin. evvelceden tesekkurler
Cavab:
Salam aleykum. Hər kəs özü üçün əməl etməlidir. Uca Allah buyurur: "Hər kəs qazandığının girovudur". (ət-Tur, 21). Siz atanızın doğru yola gəlməsi üçün dua edin. Bununla yanaşı onu İslama dəvət edin.
ardını oxu
27-05-2016 Elkam Qedirov
SALAM HACI. SUALIM BELEDI ORUC TUTAN İNSAN YATDIĞI YERDE ÖZÜNDEN Bİ İXTİYAR SPERMA GELSE ORUCU BATİL DİRMİ?
Cavab:
ardını oxu
27-05-2016 Natiq
Toy gecesi er arvad arasinda yaxinliq olmayib ve bu uzden ayrilaraq xanim bunu hamiya deyir ne uste ayrldiqlarini bu gunahdir?
Cavab:
Salam aleykum. Ər-arvad arasında olan şeyləri başqalarına danışmaq dinimizdə qadağandır. Əsma bint Yezid deyir ki, mən Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanındaydım və orada başqa kişi və qadınlar da əyləşmişdilər.
ardını oxu
26-05-2016 veliyev ekber
heyetimizde 3 cadu basdiriblar o cadunu nece yox etmek olar
Cavab:

Salam aleykum. Cadunu tapıb Quran oxuyub, yandırsanız yaxşı olar. Lakin çoxlarının güman etdiyi kimi bununla hər şey bitmir.

ardını oxu
26-05-2016
Men Allaha verdiyim sozu tutmadim bunun cezasi nedir ve men ne edim? 2 men neler edim ki Allah menim gunahlarimi bagislasin?
Cavab:
Salam aleykum. Hər bir halda Allaha tövbə etmək lazımdır. Elə bir günah yoxdur ki, Allaha səmimi qəlbdən tövbə edilsin və Allah onu bağışlamasın. Daha ətraflı:

Tövbə etsəm, Allah məni bağışlayarmı?
ardını oxu
26-05-2016 Asu
Canına dua oxuyuram - nə deməkdir, yane nə mənada deyillər bu sözləri?
Cavab:

Salam aleykum. Yəni, sənin salamat olman üçün Allaha dua edirəm. Lakin, mənası gizli olduğu üçün belə sözlərdən çəkinmək daha yaxşıdır, çünki, aydın olmalıdır. Məsələn, Allah səni salamat eləsin və s.

ardını oxu
26-05-2016 Rehime
Salamu Aleykum muselman qardasim. Sizden bir soz sorusmaq istirem Ramazan ayi ne vaxtdir yeni orucluq ne vaxt baslayir coxlari deyirki 7 iyun ama deqiq bilmek istirem. Allah rizasi ucun tez cavab verin.
Cavab:

Və aleykum Salam.Ramazan ayı iyunun 7-sidir.

ardını oxu
26-05-2016 sadet
Uzerliyi duani insanin oz sacin yandirmasi ne derecede duzgundur
Cavab:
Salam aleykum. Bunlar hamısı xurafatdır. Dinlə əlaqəsi olmayan və əksinə, insana günah gətirən əməllər və etiqaddır. Saçı yandırmaq isə cadu ayinlərinə yaxındır. Bunlardan tövbə etmək lazımdır. Daha ətraflı:
ardını oxu
26-05-2016 jaja
Salam. Men bilmek isteyiremki tutaqki yazilibki zohr namazi 12:39-dadi. Men 39 olanda gedib destaz almaliyam ? Yoxsa 5 deq qabaq destemazimi alim 39 olanda uje namaza baslayim ? Evvelceden tesekkur edirem.
Cavab:
Və aleykum Salam. Dəstəmazı istənilən vaxt almaq olar. Bunun üçün məhdudiyyət yoxdur. Hətta dəstəmaz pozulmadığı müddətcə namazları qıla bilərsiniz. Məsələn, Sübh namazı üçün dəstəmaz aldınız və bu dəstəmaz pozulmadığı müddətcə Zöhr, Əsr, Məğrib, İşa namazlarını qıla bilərsiniz.
ardını oxu
26-05-2016 Ayka
Salam.men ureyimde dua edirem en coxda geceler yatmamiwdan qabag dodagim terpenmeden ancaq uretimde.Allah urekde edilen duani esidir? Xahis edirem cavab yazasiniz
Cavab:

Və aleykum Salam. Bəli, Allah ürəkdə edilən duanı da bilir. Uca Allah buyurur: "De: "Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir.

ardını oxu
26-05-2016 .........
salam... menim 35 yasim var.17 ildir ki,evliyem.bu 17 ilde cekmedigim ezab qalmayib.demek olar ki,her gun doyulmusem,sebeb ise bos qisqancliqdir.her kesden meni qisqanir.hetta oz qardaSI OGLUNDAN BELE,COX VAXT BASQALARI USTUNDE DAVAMIZ OLUB.HEMISE MENDEN SUBHELENIB,USAQLARIMIZIN BELE ONDAN OLMADIGI
Cavab:
Va aleykum Salam.
ardını oxu
26-05-2016
Salam aleykum . 3il bundan evvel dini nigahla aile qurmuwdum 3 ildi ayri yawiyiriq Indi hemin sexsle kebini pozdurmaq isdiyirem onunda raziliqi yoxdu tek pozdurmaq isdiyirem bu mumkundur ya yox . hemin sexsle bizim aile munasibetimiz 5 gun olub oglanin aileside meni isdemir
Cavab:
Və aleykum Salam. Əgər siz qanunla boşanmısınızsa və əriniz də o vaxt buna razılıq veribsə, onda kəbin etibarsız sayılır. Beş günlük ailə həyatından sonra qarşılıqlı razılaşaraq boşanmısınızsa, bu halda da kəbin etibarsız sayılır. Daha ətraflı:
ardını oxu
26-05-2016
Salam.sualim budur ki,səcdə edərkən neçə dəfə əyilirik Allahın hüzurunda? Bu namazdan namaza dəyişir mi?yoxsa bütün namazlar da əyilmək sayı eynidir?Öncədən tesekkurler
Cavab:

Və aleykum Salam. Bütün namazlarda, hər rükətdə bir dəfə ruku (yarıya qədər əyilmək), iki dəfə  səcdə (dizləri, əlləri, alnı və burunu yerə qoymaq) edilir. Sübh namazında iki rükət, Zöhr, Əsr və İşa namazlarında dörd rükət, Məğrib namazında üç rükət namaz qıınır. 

ardını oxu
26-05-2016 Nala
Salam aleykum sizden xahis edirem igamenin tekrarlanmasi mustehebdir emel olmasi hagginda hedis yaza bilersiz . Allah razi olsun !
Cavab:

Və aleykum Salam. İbn Məsud (Allah ondan razı olsun) deyir: "Xəndək döyüşü olan gün müşriklər Peyğəmbəri (salləllahu aleyi və səlləm) gecədən xeyli keçənə qədər dörd namazdan yayındırdılar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Bilala azan verməyi əmr etdi.

ardını oxu
26-05-2016 orxan
namaz sirasinda tualet ehtiyacinin gelmesi namazi batil edermi? yeni namazi dayandirmaliyammi?
Cavab:

Salam aleykum. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yemək hüzurunda, böyük və kiçik subaşı sıxıntısında namaz qılınmaz". (Səhih Muslim, 560).

ardını oxu
26-05-2016 nhd
Salam. Namaz qılıb qurtardıqdan sonra cereke duası kitabından duaları oxumaq olar mı? Yoxsa duaları ezberlemek lazımdımı? Eger yaddaşda yaxşı saxlaya bilmirse Kitabdan oxumaq namazı batil etmez ki?
Cavab:
Və aleykum Salam. Duaları mənasını öyrənib anlayaraq üzündən oxumaq olar. Lakin, əzbərləsəniz daha yaxşı olar. Namazdan sonrakı əməllər namazı batil etmir. "Çərəkə" adlı kitabda olan duaların isnadı yoxdur və əksəiyyətinin hədislərdə təsdiqi mövcud deyil.
ardını oxu
26-05-2016 ....
əssələmu aleykum va rahmətullahi va bərakətuhu Rəbbim biz musəlmanlari faudalı emlə faydalandırsın. 1. bilmək istiyərdim hədislər necə yazilib. yəniki elə hədis alimləri var hicrətdən 100 - 150 il sonra dogulub bu mənə maraqlıdır necə olub belə biliblər? 2.
Cavab:
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu.

1. Sizi hədis alimlərinin 100-150 sonra yaşamaları çaşdırmasın. Onlar sadəcə müxtəlif səhabələrdə və tabiinlərdə olan hədisləri bir yerə toplayaraq iri həcmli kitab hazırlamışlar.
ardını oxu
26-05-2016 Aqsin
salam.Men evimi temir etdikden sonra yeni qapi pencereler qoydurdum bir nece vaxtdan sonra pencerenin susesinde qara ereb herifleri ile yazi yazilmisdi ve hemin yazini oxumaq ucun eve dindar adam getizdirdim, hemin adam o sozler oxuyub ve orda Bismillah sozu yazildigini dedi.Bunun anlami ne ola bile
Cavab:

Və aleykum Salam. Bunu dəqiq demək mümkün deyil. Həmçinin, oxuyun: Cadudan necə qorunmaq olar?

ardını oxu
26-05-2016
Salam aleykum. Peygəmbərimiz sallallahu aleyhi və səlləm hamilə qalmaq istəyən və hamilə olan qadınlara hansı tövsiyyələr vermişdir?
Cavab:

Və aleykum Salam. Bir çox hədislərdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizi çoxlu övlad sahibi olmağa təşviq etdiyi bildirilmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin.

ardını oxu
25-05-2016
Salam alekum mem yaxinlarimin xetrine deyire amma sonra pesiman olub aglayiram onda gunahim bagislanirmi?
Cavab:
Və aleykum Salam. Əgər kiminsə xətrinə dəyirsinizsə, ondan halallıq almaq, həmin insanın könlünü almaq lazımdır. Həmçinin, oxuyun: 

Qul haqqı barədə
ardını oxu
25-05-2016 Gulnare
Salam.falci yanin gedenin yaninda getmekde g uYunahdi?
Cavab:

Və aleykum Salam. Falçıya gedəni müşayət etmək onun günahına şərik olmaq deməkdir. Əslində isə siz həmin insanı bu günahdan çəkindirməli idiniz. Daha ətraflı:

ardını oxu
25-05-2016
As Salamu Aleykum. Mən bu suali çox adama vermişəm cavablar qane etmir. Qadinlar destemaz alarken başına meshi nece cheksin? Qadinda sach uzundu one arxaya etmek alınmır axi. Zehmet olmazsa geniş izah ede bilersiz? DjazakAllahu xayran.
Cavab:
Və aleykum Salam. Əgər saç uzundursa, sadəcə yaş əllə alının orta tərəfindən iki əl ilə bütün başı əhatə edərək qabaqdan arxaya və əli başdan ayırmayaraq arxadan qabağa çəkmək lazımdır. Həmçinin, oxuyun:
ardını oxu
25-05-2016 zara
Salam Aleykum.mən bir məsələdə çox narahatam əslində özüm namaz qılıram calışıram yaxşı insan olum gunahlardan cəkinirəm.ama bir sual məni həmişə düsündürür.bizi Allah yaratmasaydi nece olardi bizə lazim deyildi axi bu dunya və axirət bizi kukla kimi oynatma ucunmu yaratdi görəsən cənabı haqq?Allah
Cavab:
Və aleykum Salam. Sizin dediyiniz şeylər -- əbədi xoşbəxtlik, heç bir kin-küdurətin olmaması və s. Cənnətin yaşayışıdır. Dünya həyatı isə Cənnəti qazanmaq üçün sınaq meydanıdır -- burada insanlar kukla kimi idarə edilmirlər, öz iradələri və seçimləri ilə hərəkət edirlər.
ardını oxu
25-05-2016 Leman
Salam.Men namazlarimi calisiram axsatmayim.Calisiram pis davranmayim hec kime.Adi bir seyin uste qaynatam mene redd ol bu evden deyib.mense hec ne demedim ve getmedim.Yoldasim ve qaynanam onun haqsiz olduguycun meni getmeye qoymadilar.6aydi kusuluyuk.Ureyim cox qirildi.men haqli oldugumcun hec kimi
Cavab:

Və aleykum Salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Asanlaşdırın, çətinləşdirməyin. Rahatlaşdırın (müjdələyin), nifrət oyatmayın". (əl-Buxari, 69). Ola bilsin, bu sizə ağır gələ bilər.

ardını oxu
25-05-2016 Elçin
Salam aleykum. Sahsa ibn Naciyə əl Mücaş adlı səhabəylə Allah rəsulu səllahu aleyhi və səlləm arasında keçən hədis səhihdirmi.
Cavab:

Və aleykum Salam. Sasaə ibn Nəciyə ibn İqal ibn Sufyan ət-Təmimi əd-Dərimi - Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhabələrindən olmuş, Bəni Təmim qəbiləsinin ən şərəflilərindən olub. Ərəblərin məşhur şairi Fərəzdəkin babası olmuşdur. Dediyiniz şəkildə olan hədis var.

ardını oxu
25-05-2016 togrul
assalumu aleykum ali imran suresinin 18,19 ayetlerin fezileti haqqda melumat hedis ne olursa cox vacibdi allah razi olsun.
Cavab:

Və aleykum Salam. Uca Allah buyurur: "Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır.

ardını oxu
25-05-2016
Salam men namaz qlmaq istiyirem ama iw imkan vermir cunku men kafede iwleyirem menim iwm budu bursa ozum istifade etmirem ama hazrliyiram donuz etne ve araga elim deyir bu gunahdmi olar namaz qlmaq bu halda? Ve maqazinde satlan toyuq eti haramdi yoxsa halaldi ?
Cavab:
Və aleykum Salam. 

Donuz ətinə və içkiyə əl vurmaq dəstəmazı pozmur və namazı batil etmir. Ona görə də tezliklə namaz qılmağa başlayın və Allaha dua edin ki, sizə daha xeyirli iş yetirsin, çünki bu cür işlərdə işləmək günaha şərik olmaqdır.
ardını oxu

Pages