08-05-2016 muselmanka91
Salam aleykum Əziz qardaşlar,siz niyə kişilərin qadınları üzərində olan bütün haqlarını xırdalıqlarına qədər bildirirsiniz.Amma qadınların haqlarına tam fikir vermirsiniz?Kişinin zina etmiş qadını boşanma haqqı olduğunu iddia edirsiniz.Amma qadınlar sual verəndəki,ərim və yaxud nişanlım zinakardır n
Cavab:

Və aleykum Salam. Biz heç bir sualda qadının zinakar kişidən boşanma haqqı olmadığını deməmişik. Xahiş edirik, belə bir şey olubsa, o sualın linkini bizə göndərin. Əri zina edən qadının boşanması icazəlidir və bu, boşanma üçün ciddi səbəbdir.

ardını oxu
08-05-2016 xalide
Salam men hicama kecmey isdiyirem ama yoldasimin imkani yoxdu kece bilmirem bu mene yada yoldasima gunah sayilir mi cox temiz ureyle kecmey isdiyirem hicaba alinmir
Cavab:

Və aleykum Salam. Allaha dua edirik ki, sizin üçün asanlaşdırsın, sizi din üzərində sabit etsin, günahlardan qorusun və Cənnətə daxil etsin. Özünüzdə olan örtülü paltarlardan geyinin və başınızı örtün. Allaha dua edin ki, İslama uyğun paltarlar almaq üçün sizə ruzi yetirsin.

ardını oxu
08-05-2016 Fatimə
salam mən sizə bir sual vermək isdərdim.
Cavab:

Və aleykum Salam. Allahın qədəri ilə baş vermiş hər hansı bir hadisəyə görə başqalarından utanmaq və narahat olmaq düzgün deyil. Qəza nəticəsində nəfəs almağınız çətinləşibsə və dediyiniz hallar yaranıbsa, cərrahiyyə əməliyyatı etdirə bilərsiniz.

ardını oxu
08-05-2016 AllahIn qulu
salam evvelce vereceyim suala gore butun her kesden uzr istiyirem sualim beledir oglan oglanla cinsi munasibetde olduqdan sonra tovbe ederse,tovbesi qebul olar mi? Eger bu gunah mecburiyyetden olubsa bes nece ?
Cavab:
Və aleykum Salam. İnsanı bu günaha zorla məcbur ediblərsə, zor tətbiq olunan adam günah daşımır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
ardını oxu
08-05-2016
salam aleykum xaiw edirem menim sualima tezlikle cavab veresiniz Allah elminize bereket versin ve sizi xeyirle mukafatlandirsin sualim budur ki qadina eri wert qoysa ki ailenle goruwme deye qadin goruwmemelidirmi ?
Cavab:
Və aleykum Salam. Valideynlərlə əlaqə saxlamaq övladların haqqıdır. Ona görə qadına valideynlərini hərdən ziyarət etməsinə və telefonla əlaqə saxlamağa icazə verilməlidir. Tam əlaqə kəsmək düzgün deyildir. Bu, qouhmluq əlaqələrini kəsmək kimidir. Həmçinin, oxuyun: 
ardını oxu
08-05-2016
Salam Aleykum. Cəbhəmizdə gedən döyüşlərdə ölən əsgərlərimiz şəhid sayılır? Torpağı qoruyaraq ölürlərsə şəhiddir? bu Allah yolunda döyüşmək sayılır? Cəbhədəki döyüş cihaddı yoxsa adi müharibə?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Vətən uğrunda düşmən öldürmək savabdır?
ardını oxu
08-05-2016 Teymur Pasayev
Nece dualar bizi qoruyar ve pis dostlardan ceker?
Cavab:
Salam aleykum. Pis şeylərdən qorunmaq üçün öz sözlərinizdən və "müsəlman qalası" kitabında olan Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi dualardan istifadə edə bilərsiniz.
ardını oxu
08-05-2016 hekim
salam aleykum.eger yoldaşim icaze vermirse qAn vere bileremmi?evvelceden cvblandirdiginiz ucun cox sagolun
Cavab:
Və aleykum Salam. Ər icazə vermirsə, qan vermək düzgün deyil, çünki bu ailədə özbaşınalığa səbəbdir. Ümumiyyətlə zəruriyyət halları istisna olmaqla kişinin icazəsi olmadan qadının evdən çıxaraq başqa yerə getməsi icazəli deyil.
ardını oxu
08-05-2016 Çobanyastığım
Aleykum Salam.Mən rəsm çəkirəm.Bu yaxınlarda bir şey oxudum .Günahdı yazılmışdı canlı şəkili çəkmək.Bu nədənsə pis təsir elədi mənə.Yəni insan fikirləşirki çəkə çəkə mən günahımı daha da çoxaltmış oluram.Rəssamlıq haqqında sizin fikirlərinizə ehtiyacım var.
Cavab:
Və aleykum Salam. Cavab verməzdən əvvəl qeyd etmək istərdik ki, biz sual-cavabda öz fikirlərimizi yox, Allahın və Onun Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sözlərini yazırıq. Bu cavabları oxuyun:
ardını oxu
08-05-2016
Salamu aleykum.Hədislərdə peyğəmbərin merac hadisəsi bildirilir.və namazın 50 vaxt olduğu deyilir.sonra peygəmbər gəlir musa peygəmbərin yanına ona deyir get Allaha de bu namazı mənim ümmətin yüklənə bilməz.Allah azaldır və peyğəmbər bir neçə dəfə gedib gəlir.Axırda Allah namazların sayını 5ə endiri
Cavab:

Və aleykum Salam.

ardını oxu
06-05-2016
Salam.əvvəlcədən cavaba görə minnətdaram.biz kebin kəstirənde iştirak etmemişik ancaq hər iki tərəfin razilıgı əsasında kəsilib.yəni qaynim aparıb sənətlərimizi verib,kəbinimizi kəsiblər.artiq 8ildi evliyik,2evladımız var.bu düzgündü.əgər deyilse nə etməliyik.
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə, kəbinin mahiyyəti valideynlərin razılığı və evlilikdə şahidlərin olmasından ibarətdir. Əgər evlilik valideynlərin halallığı və şahidlərin iştirakı ilə olubsa, yeni kəbin kəsdirməyə ehtiyac yoxdur, çünki hamı sizin evliliyinizə şahid olub.

ardını oxu
06-05-2016 Allah bendesi
salam menim sualim odurki bezen gece yatarken yixilan kimi quyuya duwen kimi olur insan tez seksenerek oyanrsan bu hal hamida olur bildiyme gore? bu neyle baglidir bele hallar niye olur? ne demekdi bu?mende cox tez tez olur
Cavab:

Və aleykum Salam. Belə halların baş verməməsi üçün yatmazdan qabaq zikrləri oxumaq lazımdır. Daha ətraflı: Pis yuxulardan necə qorunmaq olar?

ardını oxu
06-05-2016 Mehriban
Salam.Hər gün 100 salavat çəkməyin savabı nə qədərdir. Əvvəl verdiyim sualara cavab verdiyiniz üçünçox Sağ olun.
ardını oxu
06-05-2016
Esselemu aleykum. 1.Zikr proqramalari var telfonlar üçün,zikri saymaq meqsediyle onlardan istifade etmek olarmı?Bu bidet sayılırmı? 2.Namazdan sonraki zikrler, ve ya seher ve axsham zikirlerinde "Musalman qalasi"nda bezilerini sayı gösterilmeyib,onlari neçe defe demek lazimdir?
Cavab:

Və aleykum Salam.

1. Zikr proqramları vasitəsilə zikr etmək bidətdir. Belə ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zikri sağ əlinin barmaq buğumları ilə edərdi. Daha ətraflı: 

ardını oxu
06-05-2016
Salam.bos vaxtim olanda tesbehi goturub zikr edirem(yeni 34-allahu ekber,33-subhanallah,33-alhemdu lillah,1-la ilahe illallah).bunu etmek gunah deyil,yeni namazdan kenar vaxt etmek.ozum namaz qilmiram seraite gore.allah razi olsun sizden
Cavab:
Və aleykum Salam. Cavan və yaddaşı yerində olan adamın təsbeh ilə zikr etməsi düzgün deyil və bidət sayılır. Zikrləri barmaq buğumları ilə etmək lazımdır. Daha ətraflı:

Şərait olmadığı üçün namaz qılmıram
ardını oxu
06-05-2016
Salam menim bir qizdan xowum gelir tezelikce gormuwem qizi ama bilmirem qiza nece soz gonderim adinda bilmirem qizin qizi iki defe gormuwem men ne etmeliyem mene komek edin sagolun allah razi olsun sualimi tez bir zamanda cavablandirsaz sevinerem
ardını oxu
06-05-2016
Salam Aleykum.men namaz qılırdım amma düzgün yox gah qıldım gah yox.indi tamam qılmıram.2ilə yaxındı ailə qurmuşam övladım olmur.Allaha üsyan eliyirem.herden esebleşirem deyirem cehenneme hec olan günü olmasın.amma sonra peşman oluram.Məscidə tək gedib Allaha yalvrib bagişlanmaq dilemek istiyirem.çü
Cavab:
Və aleykum Salam. Yoldaşınızı başa salmağa çalışın ki, övlad Allahın verdiyi paydır, onu istədiyinə verir, istədiyinə vermir. İstədiyinə də övlad verməyi gecikdirir. Səbr edin və Allahdan ümidinizi üzməyin. Allaha çoxlu dua edin. Həmçinin, oxuyun:
ardını oxu
06-05-2016
Men sevdiyimle elaqede olmuwam mene sahib cixib bu gunah sayilirmi?
Cavab:
Salam aleykum. Bu əməl zina sayılır. Sualda "sahib çıxıb" sözü başa düşülmür. Xahiş edirik sualı aydın yazın. Həmçinin, oxuyun: Zina və ondan necə qorunmaq haqqında
ardını oxu
06-05-2016
Kim ehli sie ve ehli sunnunu yaratmisdir?
Cavab:
ardını oxu
06-05-2016
salam akeykum.Mene cox zulm eden biri dunyasini deyişdi. Ureyimde soyurem .sonra esteqfurlah deyirem .Ozumden asili deyil .İcimde basqa adam var ve her an halalliq vermirem deyir .gunah deyilki
Cavab:
Və aleykum Salam. Əgər həqiqətən də həmin insan sizə zülm edib və ölməmişdən qabaq halallıq almayıbsa, ona halallıq verməyə bilərsiniz. Lakin bağışlasanız bu sizin üçün daha yaxşı olar.
ardını oxu
06-05-2016
salam aleykum menin sevdiyim bir oglan var ve bizim munasibetmz coxgozel davam edir allah qismet ederse aile quracayiq insallah .halhazirda aramizda kebin yoxdur ve biz goruwerken el ele tuturuq bu zaman qusul almaq lazmdirmi.? coxsagolun
Cavab:
Və aleykum Salam. Sizin bu etdiyiniz düz deyil və nəticədə zinaya gətirə bilər. Həmçinin, toy olana qədər sizin görüşməniz düzgün deyildir. Əl-ələ tutduqda isə qüsl pozulmur. Daha ətraflı: 
ardını oxu
06-05-2016 ROYA
salam menim qelbimde qeribe hiss var.ozumden asili olmadan ALLAH sozunu deyildiyini hiss edirem.meni pis yollardan cekindirir bu nedir?bezileri deyir iman hissidir.axi men azyasliyam 11de oxuyuram meger genc adamda iman hissi olur?
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Hər bir körpə fitrəti üzə­rində (tövhidə meyilli olaraq) doğulur. Sonra ata-anası onu ya yəhudi, ya xris­tian, ya da məcusi edir". (əl-Buxari, 1359). Bütün uşaqlar günahsızdır.
ardını oxu
05-05-2016
Aileden biri olenden sora aile uzvuleri kocub harasa getse olenin ruhu inciyirmi ya yox
Cavab:
Salam aleykum. Bunun ölən insana aidiyyatı yoxdur, çünki o, başqa bir aləmdə - bərzəx (qəbir) aləmindədir. Ölən insanın bu dünyada olanlardan xəbəri olmur. Daha ətraflı: Ölülər bizi eşidirlərmi?
ardını oxu
05-05-2016
Bagislayin bele bir sual verecem cennetde momin kisiler hurilerle evlenecek bes momin qadinlar?
ardını oxu
05-05-2016 rauf
Salam Dəstəmazlı olan halda qadın toxunarsa dəstəmaz pozulur
Cavab:

Və aleykum Salam. Dəstəmazlı olana qadının toxunması dəstəmazı pozmur. Həmçinin, oxuyun: Dəstəmazı pozan amillər

ardını oxu
05-05-2016 Rauf
Salam Aleykum Bankda işləmək haramdır və açıqlama versəniz yaxşı olar
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Bankda işləmək olarmı?
ardını oxu
05-05-2016 anonim
Salamun aleykum.onceden haqqinizi halal edin..sac yaw ola ola destamaz almaq olarmi?
Cavab:
Və aleykum Salam. Saç yaş ola-ola dəstəmaz almaq icazəlidir və bunun üçün heç bir qadağa yoxdur. Həmçinin, oxuyun: Dəstəmazı pozan amillər
ardını oxu
05-05-2016
Salam.men namaz qilmaq isteyirem yoldaşımgilin ailesi möhürile qilir.biz teref möhürsüz qılır.yeni onlar şiə biz sünnüyük.men nece qilmalıyam?.mende möhürle qila bilerem.bu günah deyil ki?.qıldıgim namaz batil olmaz ki?
ardını oxu
05-05-2016
Salam.Təzə aldigimiz evdə mövlüd vermək isteyirik.əgər olarsa necə verilməlidi.nə zaman verilməlidi.cavaba göre çox sag olun.Allah razı olsun.
ardını oxu
05-05-2016
salam menim dostum imtahana pul verib kecmese imtahandan keserler onun pulla kecmesi duzgundurmu?
Cavab:
Və aleykum Salam. İmtahanı məqbul vermək üçün ona hazırlaşmaq lazımdır. Lakin, pul verib keçmək rüşvət sayılır. Daha ətraflı: İmtahadan keçmək üçün pul vermək olarmı?
ardını oxu
04-05-2016 Sevinc
SalaMUN ALEYKUM .size sualim odurki.burclere inanmaq olarmi.yeni bezen deyirler filan burcle evlenseniz yola getmezsinin filan ...bunlara inanmaq lazimdirmi??
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Ulduz falına inanmaq barədə
 
ardını oxu
04-05-2016 Ferid
Salam Aleykuma bele bir iw gorduyuvuz ucun Allah razi olsun size gelecekde ugurlar arzulayiram.meni maraglandiran sual budu ve xaiw edirem Quran ve Alimlerin sozleriyle cavablandirasiz.Ewitmiwem Namehrem ile tanimag meqsediyle daniwmaq olar?onda ele cixir internetdede daniwmaq olar ?beyem o dovurde
ardını oxu
04-05-2016 [email protected]
Assalamu aleykum. Qadinlar heyvan veya toyuq kese bilermi? kese bilmezse hansisa hedislerde delili varmi?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Qadınlar heyvan kəsə bilərlərmi?
ardını oxu
04-05-2016 Gulnareden
Salam.men24 ildi aileliyem resmi nigahla ama dini nigahim yoxdu,isteyrem mescide gedim axunddan xahis edub dini nigah qildirim,bir qebahet olmazki?xahis edirem cavablandirin. cox dusunurem bunu ku gunah qazanmisiq biz
ardını oxu
04-05-2016 zehra
yuxuda aglayiram oyana bilmirem niye bele olur?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Pis yuxulardan necə qorunmaq olar?

ardını oxu
04-05-2016 Nermin
Salam yildawim namaz qilmaga icaze vermir men ise xelbet qiliram bu qebul olunur
Cavab:
Və aleykum Salam. Kişinin və qadının bir birinin üzərində haqları var. Lakin, heç kəs namaz qılmağa qadağa qoya bilməz, çünki bu yalnız Allahın haqqıdır.
ardını oxu
04-05-2016
Asselamu aleykum.Size bir sualım olacaq.Şehidler öldükde yerleri cennetlik olur.Eger olursa hamısı cennete düşür.Meselen hemin insanın ne qeder günahı var amma şehid olduquna göre o, cennete düşür.Sizden çox xaiş edirem tez bir zamanda sualımı cavablandırasınız.
Cavab:
Və aleykum Salam. Şəhidin borcdan başqa bütün günahları bağışlanır. Daha ətraflı:

Qul haqqı barədə

Şəhidliyin növləri
ardını oxu
04-05-2016
Salam aleykum onceden suali cavablandirdiginiz ucun size tewekkur edirem.Hicabli qadin uzuk ve koyneyin uzerinde sep qolbaq taxa bilermi?
Cavab:

Və aleykum Salam. Qadın yalnız əri üçün naməhrəmlərin görmədiyi yerdə üzük və qolbaq sala bilər. Belə ki, bu kimi şeylər zinətdən sayılır, ona görə də qadınevdən bayıra çıxarkən üzüyü çıxartmalı və qolbağı isə köynəyinin altında gizlətməlidir.

ardını oxu
04-05-2016
Salam aleykum.sualmi cavablandirdiginiz ucun size onceden tewekkur edirem.uwaqmi dunyaya goturdum usaq qusurlu doguldu ve sora 25 gun yawadi ve sora vefad etdi.bilmey isdirenki men uwagmin ruhuna salavat deye bileremmi?men oyrendim dedilerki o uwaga salavat ve qebrin ziyaret etmek gunahdi bilmek is
Cavab:
Və aleykum Salam. Allah rəhmət eləsin. Dünyasını dəyişmiş övladınızın qəbrini ziyarət edə bilərsiniz. Buna bir qadağa yoxdur. Həmçinin oxuyun:

Dünyasını dəyişənlərə salavat göndərmək olarmı?
ardını oxu
04-05-2016
Salam men namaz qıllam emeim oğlun qardas kimi qucaqlayıram bilmek istiyirem men ondan sonra qüsul alım yoxsa destemaz alıb qılsam olarmı
Cavab:
Və aleykum Salam. Əmi oğlu naməhrəm sayılır və onu qucaqlamaq niyyət nə olursa-olsun günahdır. Lakin, belə halda nə qüsl pozulur, nə də dəstəmaz. Daha ətraflı:

Qüsl necə alınır və onu pozan amillər hansılardır?
ardını oxu
04-05-2016 Babək
wafi mezhebinde namazda subhaneke oxumaq olarmi?
Cavab:
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demiş­dir: "Kim dəstəmaz alıb bu duanı: "Subhənəkə Allahummə və bihəmdikə, əşhədu əl-lə iləhə illə əntə, əstəğfirukə və ətubu ileyk" - (Ey pak və müqəddəs olan Allahım, Sənə həmd olsun!
ardını oxu
04-05-2016
Namaz qiliram deye heyat yoldasima cinsi elaqeye bezen yox deyirem bu gunahdimi? Ve nece edim hem namaz qilim hemde yoldasimi incitmiyim?
Cavab:
Salam aleykum. Üzürsüz yerə ərin istəyini rədd etmək olmaz. Çalışıb həyat yoldaşınızı da başa salmaq lazımdır ki, sizi də düşünüb əziyyətə salmasın. Daha ətraflı:
ardını oxu
04-05-2016 Teyyb
Salam aleykum mən türkiyədə oxuyuram 1 ci kursdayam namazımı necə qılmalıyam
Cavab:
Və aleykum Salam. Əgər qalacağınız müddət bəllidirsə, sizin üçün orada tam arxayınlıq və rahatlıq varsa, yaxşı olar ki, səfər yox, adi qaydada qılasınız. Lakin səfər namazı qılsanız, heç bir problem yoxdur. İslam alimləri belə deyirlər.
ardını oxu
04-05-2016 Ariz
Salamualekum hansl sehabedirki ayetul kursunu ona seytan oyredib
Cavab:
Və aleykum Salam. Ayətul-Kursini şeytan öyrətməyib. Sadəcə deyib ki, bu ayə ilə şeytanlardan qorunmaq olar. Həmin səhabə Əbu Hureyradır (Allah ondan razı olsun). Daha ətraflı: Kürsü ayəsinin fəziləti
 
ardını oxu
04-05-2016 Əli
Salam Aleykum.Ağızdan cıxan hava (gəyirti) dəstəmazı pozurmu
Cavab:
Və aleykum Salam. Gəyirmək dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər
ardını oxu
04-05-2016 Nala
Salam aleykum ! Muselman kisi ve gadinin basga dinde olan adamin defn meradiminde istirak etmesi icazelidirmi ?
Cavab:
Və aleykum Salam. Müsəlman kişi və qadının qeyri-müsəlmanın dəfnində iştirak etməsi icazəli deyildir.
ardını oxu
04-05-2016 Əli
Mal dövlət dövlət olmadıqda amma internet vasitəsi ilə gəlir olsa, zəkat düşürmü? Məsələn 100 manata nə qədər zəkat pulu düşür?40 azn?
Cavab:
Salam aleykum. İnternet və ya başqa yerdən qazanılan pul əldə qalmır və xərclənirsə, buna zəkat düşmür. Zəkat dövriyyədə olan pula, yatan pula düşür. Bu cavabı oxuyun:
ardını oxu
04-05-2016
Salamu eleykum evde 1.Quranikerimden sureler Azeri veya turkce internetden oxutmaq olar?2.birde destamazsiz qulaq asmaq olar3.Men erebce bilmirem muqeddes kitabimizi latinca oxuyuram olar ?Allah razi olsun.
Cavab:

Və aleykum Salam.

1. Qurani-Kərimi internetdən oxutmaq olar.

2. Dəstəmazsız Qurana qulaq asmaq olar.

3. Quranın mənaca tərcüməsini latın əlifbası ilə oxumaq olar. Bu sadalananlar haqda heç bir qadağa yoxdur.

ardını oxu
04-05-2016 Saleh
Salamun aleykum. Sualim budur xais edirem cavab vererdiniz men 4 ildir ki namaz qiliram men destamazima gore narahatam. 1 inci sual men ayagima mes cekende barmaglarimin altindan baslayiram ve topugda qurtariram ?
Cavab:
Və aleykum Salam.
ardını oxu
04-05-2016
Salam.1Bu sualı əvvəldə sizə vermişəm.Amma istədiyim cavabı ala bilməmişəm.Yenidən cavablandırsanız sevinərəm.Dəfdən başqa musiqi səsiylə oynamaq olar?Həm də insan tək və yaxud qadınlar arasında mahnı oxumaq və oynamaq olar?2Hamamda Allahın adını çəkmək olar?3Evdə petminutka işləməyəndə amma qazın ü
Cavab:
Və aleykum Salam.

1. Dəfdən başqa müsiqi alətlərindən istifadə etmək haramdır. Bu yalnız qadınlara şamildir. Kişilər isə ümumiyyətlə heç bir musiqi alətindən istifadə edə bilməz.

2. Hamamda ehtiyac olmadan Allahın adını çəkmək düz deyil.
ardını oxu

Pages