Və aleykum Salam. Ümumiyyətlə qadınlara ona məhrəm olanların yanında nişan üzüyü və zinət əşyalarını taxmaq icazəlidir. Lakin, naməhrəmlərin yanında bu kimi şeyləri taxmaq qadağandır.
Salam aleykum. Əgər "uğurlar" deyərək başqasına uğur arzulayan şəxs etiqad edirsə ki, hər şey Allahın izni ilədir və onun arzuladığı uğur da yalnız Allahdandır, onda belə deməkdə heç bir problem yoxdur.
Və aleykum Salam. Siz bunu qəsdən etməmisiniz. Sadəcə bir az diqqətli olmaq lazımdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcə, 2043).
Və aleykum Salam. Xums - cihad vaxtı qənimətin beşdə birindən əhli beyt sayılanlara verilən paydır. Sizə xums deyil, zəkat düşür. Bu da əlinizdə olan pulun qırxda biri edir, yəni əlinizdə olan məbləğdən 2.5 faiz pulu kasıblara vermək lazımdır.
Və aleykum Salam. Namazda imamı qabaqlamağa icazə verilmədiyi kimi, çox gecikmək də olmaz.
Və aleykum Salam. Ukrayna ərazisində qibləni təqribi müəyyən etmək üçün sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman cənuba yönəlmiş olacaqsınız. Sonra azca sağa dönməklə təqribən qibləyə yönələ bilərsiniz.
Və aleykum Salam.
Və aleykum Salam. Nigah qurduqda surə deyil, "Xubtətul-Hacə" adlı dua deyilir. Bunu demək müsthəbdir. Daha ətraflı:
Xutbətul-Hacə duası və tərcüməsi
Salam aleykum. Bu cavabı oxuyun: Oğlanların ayaqlarında olan tükləri təmizləməsi icazəlidirmi?
Qul haqqı barədə
Salam aleykum. Zikr etməmişdən xüsusi nə isə oxumaq lazım deyil. Bir neçə hal istisna olmaqla zikri istədiyiniz zaman etmək olar. Bunlar da cinsi əlaqə zamanı və ayaqyolunda olarkən. Daha ətraflı: Təharətdə zikr etmək olarmı?
Nafilə və fərz namazları hansılardır?
Günün istənilən saatında nafilə namaz qılmaq olar?
Ruzinin artması üçün nə etməliyik?
Cadudan necə qorunmaq olar?
Qohumluq əlaqələrini kəsmək və ya küsülü qalmaq
Salam aleykum. Həm kişidə, həm də qadında məni olur.
Bilyard, domino, futbol, şahmat və nərd oyunlarını oynamaq olarmı?
İmtahanda uğurlu nəticə əldə etmək üçün hansı duanı oxumaq lazımdır?
Quran və Sünnədən seçilmiş dualar
Və aleykum Salam. Yorğun olduqda namazı gecikdirmək qəbahət deyil. Əsas odur ki, hər namazı vaxtı çıxmamış qılasınız, çünki hər namazın öz vaxtı var.
Ərim mənə maraq, qayğı göstərmirsə, boşanma tələb edə bilərəmmi?
Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Və aleykum Salam və rahmətullahi və bərakətu. Cümə namazlarına getmək hər bir kişiyə vacibdir. Qadına isə həm cümə namazı, həm də digər namazlara getmək vacib deyil. Qadın məscidə getmək üçün ata-anasından icazə alması lazımdır. İcazəsiz getmək düzgün əməllərdən sayılmır. Daha ətraflı: