22-06-2016
salam. men aileliyem ve ramazan ayinda oruc tuturam.Sualim budu ki gece erimle yatib uzr isteyirem ama cinsi elaqe olmamissa seher imsaka duranda cenabet quslu etmek,yataq ortulerini deyismek vacibdi?
Cavab:

Və aleykum Salam. Hər bir halda cinsi yaxınlıq və ya məni ifraz olmayıbsa, qüsl almağa ehtiyac yoxdur. Həmçinin, təmiz olan yatağı da dəyişməyə ehtiyac yoxdur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
21-06-2016
Salam.Kimese tövbe etdirmek olar?Bu ne derecede duzgundur?
Cavab:

Və aleykum Salam. Tövbə səmimi qəlbdən olmalıdır. Kimisə tövbə etməyə məcbur etmək isə tövbənin ilk şərti olan ixlasa (Allaha səmimi qəlbdən tövbə etməyə) ziddir. Ona görə də kimisə məcbur edərək tövbə etdirmək olmaz.

ardını oxu
21-06-2016 zuli
Salam aleykum. Keçən ilin qəza namazını qılıb qılmadığım yadımda deyil. Buna görə əlavə qəza namazı qılmalıyammı?
Cavab:
Və aleykum Salam. Üstündən çox vaxt keçərsə, qəza namazı qılınmır. Sadəcə tövbə edilir və namazlara davam edilir. Daha ətraflı:

Keçmiş illərin qəza namazları qılınmalıdır?
ardını oxu
21-06-2016 Tural
Salam alekum və rəhmətullahi zəhmət olmasa deyin de mən bilmək isderdim ki qurani kərimin hansısa surəsində gündə 5vaxta azan verilməsi barədə ayə var varsa hansı di izzah edərdiniz Allah xatir
Cavab:
Və aleykum Salam. Quranda azan yox, namazın vaxtları göstərilir. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
ardını oxu
21-06-2016 Etiram
Salam yolda kecende AZAN oxundugunu esidende hansi sozderi demek lazimdi melumat vere bilersz indiden cox sagolun.
Cavab:
Və aleykum Salam. Azanı eşidəndə sözlərini təkrarlamaq savab əməllərdəndir. Daha ətraflı:

Azanın sözlərin təkrarlamaq olarmı?
ardını oxu
21-06-2016 ..
Salam.masturbasiya etdikden sonra qusul alinmalidir?
Cavab:
Və aleykum Salam. Bu əməli etmək qadağandır və əgər edilibsə, qüsl almaq lazımdır. Həmçinin, oxuyun:
Masturbasiya etməyə icazə verilir?
ardını oxu
21-06-2016
Salam. Sevdiyin insanla evlənmədən əvvəl əl-ələ tutmaq öpmək nə qədər günahdır? Və cezası nədir? İndidən çox sağolun
Cavab:
ardını oxu
21-06-2016
Ziyaretgaha gedib dua etmek ucun destemaz almaq lazimdir?
Cavab:
Salam aleykum. Dua etmək üçün dəstəmaz almaq şərt deyil. Lakin, ziyarətgahda dua etmək qadağandır. Daha ətraflı:

Ziyarətgaha gedib Allaha dua etmək olarmı?
ardını oxu
21-06-2016
Salam.Dua ederken burnum qasindi.Bu gunahdir?
Cavab:

Və aleykum Salam. Dua edərkən burunun qaşınması təbii haldır və günah deyil.

ardını oxu
21-06-2016
Salam...orucluq ayinda qadinlarin istifade etdiyi kosmetika(tanalni,nemlendirici krem)orurcu pozur?ya istifade etmek olar?gonderdiyim bawqa suallarida cvb yazdiginiz ucun coxx sag olun..
Cavab:

Və aleykum Salam. Kosmetik vasitələrdən istifadənin oruca zərəri yoxdur.

ardını oxu
21-06-2016 ayten
salam baqislayin narahat edirem men tovuz eyyublu kendinde oluram namazin vaxti ans gosterilen vaxtl eyni qila bilerem ?
Cavab:

Və aleykum Salam. Tovuz rayonunda namaz vaxtları saytımızdakı namaz vaxtlarından 18 dəqiqə sonra olur. Məsələn Bakıda Məğrib namazı 20:00 dadırsa, Tovuzda 20:18-dədir. Yəni, siz Məğrib namazını 20: 18-dən sonra qılmalısınız.

ardını oxu
21-06-2016
As Salamu aleykum. Sualim beledir ki, Zakir Naik deyirki musiqiye qulaq asmaq olar. Amma evinde, bawqalarinin yaninda yox. Yeni ozun ucun ancaq. Amma bele toylarda zadda olmaz. Indi bize zehmet deyilse deyin, musiqiye qulaq asmaq olar ya yox? Evde hec olmasa olar?
Cavab:
Və aleykum Salam. Zakir Naik başqa dinlərdə olanları İslama dəvət üzrə ixtisaslaşıb. Onların kitablarını gözəl bilir. Lakin, hər bir halda əmr və qadağaları Peyğəmbərimizdən (ona Allahın salavatı və salamı olsun) götürmək lazımdır. Daha ətraflı: 
ardını oxu
21-06-2016 cavid
Oruc tutarken udqunmaq olarmi
Cavab:
Salam aleykum. Oruc tutarkən udqunmaq, ağız suyunu udmaq olar. Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?
ardını oxu
21-06-2016
elde lak olarken namaz qilmaq gunahdirmi
Cavab:
Salam aleykum. Əldə lak ola-ola naməhrəm olmayan yerdə namaz qılmaq günah deyil. Lakin, lak hər dəstəmazdan qabaq təmizlənməlidir, çünki suyun dırnağa dəyməsinin qarşısını alır.
ardını oxu
21-06-2016
bibim oglu meni opur ama qardas kimi bu gunahdir?
Cavab:
Salam aleykum. Bəli, bu günahdır. O sizə naməhrəm sayılır. Ona görə bu kimi şeylərdən uzaqlaşmaq lazımdır. Həmçinin, oxuyun: 

Kimlərin yanında hicabı açmaq olar? (Məhrəm və naməhrəm kimlərdir?)
ardını oxu
21-06-2016 samira
salam 7 heykəl duasının tərcuməsimi bilmek istəyərdim yeni oxuuram amma baş düşmürəm
Cavab:
Və aleykum Salam. Quran və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədislərində belə bir dua yoxdur. Ona görə siz səhih olan duaları və onların tərcümələrini oxuyun. Daha ətraflı: 

Quran və Sünnədən seçilmiş dualar
ardını oxu
20-06-2016
Salam alekum.bilmek isterdim namaz qilan vaxt qaz olur.tezdən destamaz aliram.yene tekrarlanarsa yenemi destamaz almalıyam? Bu tez tez bas verir.
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
ardını oxu
20-06-2016
salam aleykum.Bir bacigilin iki otagi var bir otaq salon diger otaq ise atasinin tek qaldigi otaqdir.Bacisi salonda Quran oxuyanda o eynini deyismir, deyir ki olmaz men de dedimki metbextde deyis o da dediki metbextde deyismezler ruzi qacar.Bu dogrudur ki ruzi qacar men ona nece basa salim?
Cavab:

Və aleykum Salam. Bunlar xurafatdır. Ehtiyac varsa bunu etmək olar, mətbəxdə paltar dəyişməyə aid heç bir qadağa yoxdur.

ardını oxu
20-06-2016
Salam Aleykum. Quranin menaca tercumesini oxumaga savab yazilir?
Cavab:
Və aleykum Salam. Bəli, Qurani-Kərimin mənaca tərcüməsini oxumaq, Allahın əmrlərini bilmək, dinə aid istənilən bir şey öyrənməyə görə savab yazılır. Quranın ərəbcəsini oxmağın isə hər hərfinə 10 savab yazılır.
ardını oxu
20-06-2016
Salam, bundan əvvəl göndərdiyim sualı yox bu sualı cavablandırın. Mən dünyaya gələndə başımdan travma almışam deyə üzümün quruluşu dəyişib. Buna görə də mən son vaxtlar dəhşətli dərəcədə kompleks keçirirəm. Yəni mənim filan bədən üzvüm niyə əyridir falan. Belə düşünmək günahdırmı ?
Cavab:

Və aleykum Salam. Siz Uca Allahın təqdiri ilə razılaşaraq bu vəziyyətinizə səbr etsəniz, Uca Allaha üsyan etməsəniz və "niyə belədir" deməsəniz, Uca Allahın iznilə böyük savab qazanmış olarsınız.

ardını oxu
20-06-2016
Salam Aleykum.Islam dini incesenete aktyorluga diger senetlere nece baxir?
Cavab:
Və aleykum Salam. Müasir filmlərin əksəriyyətində zina (ailədən kənar münasibətlər), kriminal, içki, yalan və s. günahlar təbliğ edildiyinə görə, aktyorlar da bu şeylərin təbliğatçısına çevrilirlər. Pis əməlləri təbliğ etmək isə günahdır.
ardını oxu
20-06-2016
As Salamu Aleykum va rahmatullahi va barakatuhu. Bu sayta yazanlar hamisi müsəlman deyil onlara qarsiliq olaraq niyə Salam Aleykum ve ya aleykum Salam deyirsiz? Men ele bilirem ancaq muselmanlara demek olar bu qayda salami. Belke de men sehvem. Haqqinizi halal edin. As Salamu Aleykum va rahmatullah.
Cavab:

Və aleykum Salam və rahmətullahi və bərakətu. Alimlərə görə Azərbaycan əhalisi ümumən müsəlman sayılır.

ardını oxu
18-06-2016 sema
salam cox uzr isteyirem cenabetli halda destemaz almaq olarmi?
Cavab:
Və aleykum Salam. Cənabətli halda yatmaq üçün dəstəmaz almaq olar. Amma namaz qılmaq üçün qüsl alınmalıdır. Daha ətraflı: 
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
ardını oxu
18-06-2016
Saam. Ramazan ayi girmeden qabaq nece qusul ala bilerem ve qusul alanda ne demeliyem. Tesekkurer
Cavab:

Və aleykum Salam. Ramazan ayı daxil olanda xüsusi qüsl almağa ehtiyac yoxdur. Qüsl alarkən "Bismilləh" deyilir. Həmçinin, oxuyun: Qüsl hansı hallarda və necə alınır?

ardını oxu
18-06-2016 zuli
Salam aleykum. Quşları ev heyvanı kimi qəfəsdə saxlamaq olarmı? Bu zaman onlara əziyyət vermirik ki?
Cavab:

Və aleykum Salam. Quşları qəfəsdə saxlamaq onların haqlarına girməmək şərtilə icazəlidir. Bu da onları vaxtı-vaxtında yedizdirmək, təmiz salamaq və incitməməkdir.

ardını oxu
18-06-2016 ES
Salam. Namaz qilanda oskurmek asqirmaq ve ya esnemek olanda namaz batil olur ? Birde namaz qilandan sora yadima dusduki tesehhudu dememisem. Onda o qildigim namaz duz olmur ? Tesekkurler
Cavab:
ardını oxu
18-06-2016 Arzu
Salam Aleykum. Menim anam wie namazi qilir mense sunne. Oz namazima davam etmeyim duzgundurmu?
Cavab:
Və aleykum Salam. Namaz qılmaq üçün nümunə yalnız və yalnız Peyğəmbərimizdir (Allahın ona və ailəsinə salavatı və salamı olsun). Daha ətraflı: 
Şiə və sünni nədir və bunların hansı düzgündür?
ardını oxu
18-06-2016 Allah bendesinden
Salamin Aleykum..Menim sualim beledirki.Allahima sukurler olsun namaz qilmagi mene nesib edib..1 il 1 aydir ki namaz qiliram..nisanlilayam..nisanlim maddi veziyyete gore uzaq yere gedir..insaAllah madiyyati duzeldenen sora gelib toy edib menide aparacaq insaAllah..xeyirlisi olsun birce..orda axsam
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Başqa ölkədə namazın vaxtını necə bilmək olar?
ardını oxu
18-06-2016
Ramazan ayi boyunca namazda oruc tutmayan insan hansi dualari oxumalidi?nece ve ne cur?
Cavab:
Salam aleykum. Ramazan ayında oruc tutmamaq böyük günahdır və orucu əvəz edəcək dua yoxdur. Uca Allah buyurur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.
ardını oxu
18-06-2016
Salam aleykum. Sualıma görə üzr istəyirəm. Tualetdən sonra mütləq yuyunmaq vacibdirmi? Yuyunmadıqda qəbir əzabımız ağırlaşırmı? Böyrəyində problemi olanın və ya çox su içdiyinə görə tez tez ayaqyoluna getməyə məcbur olan adam hər dəfə dəstəmaz almadıqda belə yuyunmalıdırmı?
Cavab:

Və aleykum Salam. Ayaqyoluna getdikdə təmizlənmək lazımdır. Su ilə təmizlənmək mümkün olmadıqda quru şeylərlə, məsələn kağızla təmizlənmək olar.

ardını oxu
18-06-2016 ***
Salam aleykum ve rahmatullah. Mene kollecde, ezberden yox, sadece defterin uzunnen bele şeyir oxutdurdu muellim.
Cavab:

Və aleykum Salam və rahmətullah. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).

ardını oxu
18-06-2016
Salam aleykum men emeliyyatdan sonra psixoloji depresiya kecirdirem artiq 2 ildir ruqye eledim biraz duzeldim amma temiz kecmiyib hekime getdim narkozdan sinirlerin zedelenib narkoz bedenimi zeherliyib bu dogurdanda narkozdan ola bilermi nevroz olmusam bilmirem nedi mene bir meslehet verin allah raz
Cavab:
Və aleykum Salam. Xəstəliyin tam səbəbini deyə bilmərik, amma əsəblərin sakitləşməsi üçün ruqyə etdirməyə davam etdirin, hər gün evdə Quran oxunmasına qulaq asın. İbadətləri çoxaldın və Allaha çox dua edin, Allah sizə şəfa versin. Daha ətraflı:
ardını oxu
18-06-2016 Nigar
Salam alekum.meni bir sual cox duwundurur men aleliyem sevmediyim biriyle ama nece edirem seve bilmirem ve sevgisizlik meni cox incidir yoldawimla unsuyetde ola bilmirem cox cetinik cekirem buna gore gunah sayilirmi mene
Cavab:
Və aleykum Salam. Əvvəlcə qeyd edək ki, ərlə olan münasibətdə qadın çox diqqətli olmalıdır, çünki bu, Uca Allahın razılığını, həmçinin Cənnəti və ya Cəhənnəmi qazanmağın əsas səbəblərindən biridir.
ardını oxu
18-06-2016
Salam Aleykum.il yarımdı evliyem ovladimiz olmadı.indi boşanmaq uzreyik.cünki meni tez-tez tehqir edir.Sən insan deyilsən,men evimde heyvan saxliyiram,mene uşaq veremmedin sen heyatda lazimsizsan.artiq bezmişəm bu sozlerden ve ayrilmaga qerar vermişem.inannin doze bilmirem.evvellerde soz sogbet olur
Cavab:
Və aleykum Salam. Ərinizin sizi təhqir etməsi sözsüz ki, günahdır və haqqınıza girdiyi üçün sizdən halallıq almasa, Allah qarşısında buna görə cavab verəcək.
ardını oxu
18-06-2016
Əs salamu aleykum. Necəsiz? Mən təkbiri deyəndə səcdə etdiyim yerə baxıram, rukuya gedib dikələnnən sonrada səcdə yerinə baxıram. Əsası odur ki, orda naxışlar var. Elə bil 2 göz var. Oxşamır amma yenədə.
Cavab:
Və aleykum Salam.
ardını oxu
18-06-2016 Adsiz qadin
Salam. Cavaba gore evvelceden tesekkurler. Menim cox qisa muddetli cox pis ailem oldu. Sonra 1 yetimle dul qaldim. Qaynatam ovladimin haqqini yedi, sonraki ovladlarina, gelnine her seyin en yaxshisini edir.
Cavab:
Və aleykum Salam.
ardını oxu
16-06-2016
salam.Qurandakı műnafiqler kimlerdi?
Cavab:

Və aleykum Salam. Quranda münafiqlər deyildikdə İslamla düşmənçilik edərək zahirdə özünü müsəlman kimi göstərən daxildə isə kafir olub İslama inanmayanlar nəzərdə tutulur. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  dövründə münafiqlər olmuşdur.

ardını oxu
15-06-2016 Anar
Iftar vaxti axşam namazi ile eynidir, yoxsa sadece gun batan kimi oruc acila biler mi?
Cavab:
Salam aleykum. İftar vaxtı gün batan kimi açılır. Həmçinin, Məğrib namazının vaxtı da gün batan kimi girir. Yəni, bunlar bir-birindən fərqlənmir. Həmçinin, oxuyun:
ardını oxu
15-06-2016 sema
salam aleykum . Men aile qurmamisdan evvel namaz qilirdim evlenende dayandirdim .Bimek isteyiremki ramazan ayinda 1 ay namaz qila bilerem hamile oldugum ucun oruc tuta bilmirem. Evvelceden tewekkurler.
Cavab:
Və aleykum Salam. Namazın tərk edilməsi ən böyük günahlardandır. Namazı təkcə Ramazan ayında yox, həmişə qılmaq lazımdır. Həmçinin oxuyun:

Namaz qılmadan Cənnətə girmək olarmı?
ardını oxu
15-06-2016
Salam, kişilər boynundan qızıl və gümüşdən olmayan sep taxa bilər ?
Cavab:
ardını oxu
15-06-2016
Salam aleykum,men subh namazina qalxa bilmirem.buna gore dua yada nese deye bilersizmi mene edim ?
Cavab:
ardını oxu
15-06-2016
Salam Aleykum. Bilmeyerekden namazi destemazsiz qildim. Destemaz almadigimi sonradan xatirladim. Namazim sehihdir?
Cavab:

Və aleykum Salam. Dəstəmazsız qılınan namaz sayılmır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Dəstəmazsız, namaz qəbul olunmaz". (Muslim, 224). Ona görə də siz həmin namazı dəstəmaz alıb yenidən qılmalısınız.

ardını oxu
15-06-2016 Zeyneb
Salam men bir ildir ki hicabliyam bu yaxinlarda bogazimda sisginlik hiss etdim hekime gedib oyrendimki menin emeliyyetliq isim var bununla elaqedar tez tez halim pis olur boguluram ureyim gedir hetta 3 oglum var onlara qarsida aqressiv oluram hemin vaxt ozume gele bilmirem hekim dedi ki basin bagli
Cavab:

Və aleykum Salam. Bu vacibi mümkün qədər icra etmək lazımdır. Daha ətraflı: Baş əməliyyatından sonra hicab örtmək mümkün deyilsə, bu günahdırmı?

ardını oxu
15-06-2016 shebnem(vş)
salam namazda secdeye gederken gozleri baglamaq lazimdir?
Cavab:
Və aleykum Salam. Namaz əsnasında gözləri yummaq bəyənilmir, çünki namaz Allahla ünsiyyətdir. Lakin, namaz qıldıqda qarşıda namazdan ciddi şəkildə yayındıracaq şey olarsa, gözlərin yumulmasına icazə verilir.
ardını oxu
15-06-2016 adsiz
Salam xais sualima aciq bir wekilde cavab verin.. Men namaz qillam ama sevdiyim biri var onla goruwuruk onun elinden tutmuwans bu gunahfi ve ya men ne etmeliyem birdrki gece namazi nece qilinir
ardını oxu
15-06-2016
Salam bir sual verim men cox sixiliram niybele olur
Cavab:
Və aleykum Salam. Allaha təvəkkül edin, Ona dua edin, əmrlərinə itaət edin və qadağan etdiklərindən də çəkinin. Səsli Quran surələrinə qulaq asın, Allahın izni ilə sıxıntılarınız gedər.
ardını oxu
15-06-2016 seva
Salam. Suallarimizi etrafli sekilde cavablandirdiginiz ucun tesekkur edirem. Sualim beledir. Destemaz alanda agiza su aliriq yaxalayiriq. Bes men oruc tutsam nece destemaz alacam ? İster istemez su gedir uje adam udur. Birazda olsa gedir bogaza su. Nece edecem bes ?
Cavab:
Və aleykum Salam. ­Peyğəmbər (salləllahu aleyhi və səlləm) dəstəmaz alarkən daim üzü ilə birlikdə ağıza və buruna su çəkərdi. Onun dəstəmazını vəsf edən bütün səhabələr bunu qeyd etmişlər.
ardını oxu
15-06-2016 rufet
cunub olmadan qusl alib namaz qilmaq olar
Cavab:
Salam aleykum. Cünub olmayan adama qüsl almağa ehtiyac yoxdur. Cünub olmayan adam qüsl alsa da bu qüsl dəstəmazı əvəz etmir. Ona görə dəstəmaz almaq lazımdır. Həmçinin oxuyun:
ardını oxu
15-06-2016
Salam.diranaga lak cekmek gunahdirmir?men lak cekende fikirlesiremki gunah edirem.bu vesvesedirmi?coxsagolun.
Cavab:

Və aleykum Salam. Dırnağa lak vurmaq günah deyil, sadəcə hər dəstəmazdan qabaq dırnaqda olan lakı təmizləmək lazımdır. Daha ətraflı:

Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?

ardını oxu
15-06-2016 Elgun
Salam. Zehmet olmasa Zekat ve xumsun ferqini etrafli bildirerdiniz. Evvelceden teaekkur esirem
Cavab:
Və aleykum Salam. Zəkat - 595 qram gümüş və ya 85 qram qızıl və ya bu miqdardan çox olan, ən azı bir il azalmamaq şərtilə yatan pula görə kasıblara paylanılan məbləğdir. Bu da malın 2.5 faizi və ya qırxda biri qədər pul edir. Məsələn, 10000 manatdan 250 manat zəkat çıxarılır.
ardını oxu

Pages