Va aleykum Salam. "Əbəsə" surəsinin təfsiri
Salam aleykum. Bəli, hər iki halda dəstəmaz almaq olar. Həmçinin oxuyun:
Dəstəmaz almaq qaydası - VİDEO
Dəstəmazı pozan amillər
Salam aleykum. İstər zina, istərsə də siğə hər ikisi günahdır və haram əməl sayılır. Daha ətraflı: Nəyə görə siğə etmək olmaz?
Salam aleykum. Bəli, Qurbanı ətini ət maşınında çəkmək olar və bunun qadağan olması ilə bağlı heç bir dəlil, əsas yoxdur.
Va aleykum Salam. Bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?
Va aleykum Salam. Bunun üçün xüsusi dua yoxdur, imanı artırmaq lazımdır. Bu cavabları oxuyun:
İmanı artırmaq üçün nə etməliyik?
Va aleykum Salam. Bəli, bütün səmavi dinlərdə cadu şeytan əməli kimi pislənib. Belə ki, Uca Allah buyurur: "Onlar (Yəhudilər) Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı.
Va aleykum Salam. Zəkat 85 qram qızıl və ya bu dəyərdə pul mövcud olduqda vacib olur. Sonra isə bu məbləğ azalmamaq şərtilə bir il keçdikdən sonra əldə olan məbləğdən 2.5 faiz dəyərində pul çıxarılıb ehtiyacı olanlara paylanılır.
Bəli, it olan yerə mələklər daxil olmur. Daha ətraflı: Nəyə görə evdə it saxlamaq olmaz?
Va aleykum Salam. Ərinizin naməhrəm qadınlara baxması göz zinası sayılır. Bununla o həm günah edir, həm də sizin haqqınıza girir, ona görə də siz onu bundan çəkindirməyə çalışın.
Va aleykum Salam. Bununla bağlı şəriətdə hansısa məlumat verilməyib və belə şeyin baş verməsi dində hər hansısa bir fəzilət, üstünük sayılmır. Bu hadisənin baş verməsi ilə insanlar "yəqin vergi veriləcək" deməklə sizi çaşqınlığa salmasın və şeytanın vəsvəsəsinə uymayın.
Və aleykum Salam.
1. Bunu dəqiq demək mümkün deyil. Ola bilər, həmçinin olmaya da bilər.
Va aleykum Salam. Bu məqalələri oxuyun:
İslam və iman nədir?
Tovhid nədir?
Salam aleykum. ər-Rauf Uca Allahın adlarından biridir. Bu adın mənası mehriban, şəfqətli olan deməkdir. Bu adı insana qoymaq olar. Amma daha yaxşı olar ki, bu adın qarşısına "abd - qul" sözü də qoyulsun. Ancaq "ər-Rauf" adını qoymaq icazəli deyil.
Salam aleykum. Ümumən Qurana əl basmaq düzgün deyil. Ancaq Qurani-Kərimə Allahın Kəlamı kimi and içmək olar və tövbə niyyəti ilə and içilərsə, bu tövbədən sayılır. Daha ətraflı:
Qurana əl basaraq and içmək olarmı?
Salam aleykum. And içməyi qəsd edərək camaat arasında yayılan "Qurana əl basmaq" düzgün deyil. Ancaq Qurani-Kərimə Allahın Kəlamı kimi dil ilə and içmək olar. And içib əməl etməmək günah sayılır və buna görə and kəffarəsi verilməlidir. Daha ətraflı:
Va aleykum Salam. Bəli, yarımçıq qaldığınız yerdən davam edə bilərsiniz. Bu zaman Fatihə surəsi ilə yox, "istiazə" (əuuzu billəəhi minəş-şeytaanir-raciim) ilə başlamaq lazımdır.
Salam aleykum. Nə səfərdə, nə də qonaqlıqda namazı müvəqqəti də olsa tərk etmək olmaz. Səfərdə Allah bəndələrinə yüngülləşdirmə olsun deyə, namazları qısaltmağa və birləşdirməyə icazə verib. Belə ki, zöhrlə, əsri, məğriblə də işanı birləşdirmək olar.
Va aleykum Salam. "Allah xatirinə bu işi gör" və ya "Allah xatirinə filan şeyi söylə" demək olar və Allah xatirinə istədiyiniz kimsə də istəyinizi imkan daxilində yerinə yetirməyə çalışmalıdır. Lakin bunu adət halına salıb hər bir xırda işdən ötrü bu cür istəyərək insanları narahat etmək olmaz.
Va aleykum Salam. Yuxular üç növdür. Bu yuxu gündəlik fikirlərdən yaranan və ya şeytanın vəsvəsi nəticəsində görülən yuxulardandır. Belə yuxular görməmək üçün oyaq vaxtı gözü haramdan çəkmək, yatmazdan qabaq isə zikrləri oxumaq lazımdır. Daha ətraflı:
Va aleykum Salam. "Ayətul-Kursini" (əl-Bəqərə, 255) hər axşam 7 dəfə oxumağa ehtiyac yoxdur. Yatmazdan qabaq bir dəfə oxumaq kifayətdir. Lakin, əgər insan Quran ayəsini oxuyarkən qeyri-ixtiyari əsnəmə, ağlama, əsmə, diksinmə, həyəcanlanma və s. olursa, bu cadu olunmanın əlamətlərinə oxşayır.
Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Xəstəlikdən şəfa tapmaq və ya evi cadudan təmizləmək məqsədilə Quran ayələrini, zikr və duaları suya oxumaq barədə Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) birbaşa dəlil yoxdur.
Va aleykum Salam. Əvvəla, evlənmək üçün zəng ilə tanış olmaq bir az qəribə səslənir, amma ümumən hər ikiniz həddi aşmadan, məhrəmlərin iştirakı ilə telefon və ya video zənglər vasitəsi ilə bir-birinizi görüb tanıya bilərsiz.
Və aleykum Salam və rahmətullahi va bərakətu. Quran və Sünnədə belə bir dua yoxdur, həmçinin bu dua ərəb dili baxımından düzgün yazılımayıb. Düzgün yazılsa belə, dinimizə görə cinlərlə əlaqəyə girmək, onları çağırmaq olmaz. Bu sehrə, caduya qapı açır. Cadu və sehr etmək ən böyük günahlardandır.
Və aleykum Salam. Nigahda vəlinin razılığı vacibdir. Vəli ilk növbədə qızın atası sayılır. Əgər vəziyyət dediyiniz kimidirsə, onda qardaşınız, yoxdursa əminiz, babanız və s. vəli ola bilər.
Va aleykum Salam.
Va aleykum Salam. Xeyr, bu doğru fikir deyil. Qiyamət günü möminlər nicat tapacaq. Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar". (əl-Mu'minun, 1). Daha ətraflı:
Salam aleykum. Bəli, adlarını çəkdiyiniz və onlarla yanaşı digər səhabələrin (Allah onlardan razı olsun) də sağlığında ikən Cənnətlə müjdələnməsi doğrudur. Onların Fatiməyə (Allah ondan razı olsun) zülm və əziyyət vermələri isə heç bir əsası olmayan uydurma iddialardır. Daha ətraflı:
Va aleykum Salam. Xeyr, qüsl alarkən qibləyə tərəf dayanmaq lazım deyil. Həmçinin, oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Va aleykum Salam.
Va aleykum Salam. Bu sualı vermək, cahil insanın bilikli bir riyaziyyatçı alimdən "2+2=5" olduğunu sübut etməsini tələb etməyinə bənzəyir. Riyaziyyaçı alimin bunu sübut edə bilməməsinin səbəbi onun elminin zəif olmasına görə deyil, sualın məntiqsiz olmasına görədir.
Va aleykum Salam. Qadının cihadı həccdir.
Salam aleykum. Bu normal bir haldır və şəri baxımdan bunun hər hansı bir yozumu yaxud izahı yoxdur.
Va aleykum Salam. Qadınların müəyyən şərtlər çərçivəsində avtomobil sürməsində heç bir qəbahət yoxdur. Çünki, elə zəruri hallar olur ki, qadın avtomobili sürməzsə, naməhrəmlə təklikdə bir avtomobilə minmək məcburiyyətində qala bilər.
Va aleykum Salam. Bəli, yataq otağında namaz qılmaq olar. Namaz qılınan yerin murdar şeylərə bulaşmamasına fikir vermək lazımdır. Daha ətraflı:
Yataq otağında namaz qılmaq icazəlidirmi?
Va aleykum Salam. Əvvəla onu qeyd edək ki, bu vaxta qədər əgər siz onunla şəri kəbin olmadan haram münasibətdə olmusunuzsa, sözsüz ki, bu zinadır. Zina isə böyük günahlardan sayılır.
Aleykum salam. Qeyd etdiyiniz hal dəstəmazı batil etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
Va aleykum Salam. Siz Qurana qarşı çıxmamısınız, əksinə, Quranda fala baxmağın haram olması əmrinə tabe olmusunuz.
Va aleykum Salam. Niqab geyinmək hicab, namaz, oruc və s. kimi vacib buyurulan əməllərdən deyil. Ona görə də əgər ər xanımından niqabı açmasını tələb edirsə, qadın ona tabe olmalıdır. Tabe olmasa, günah daşıyır.
Va aleykum Salam. Bu cavabı oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?
Va aleykum Salam. Bu cavabı oxuyun: Masonlar kimlərdir, onların inancı varmı və tanrıları kimdir?
Salam aleykum. Uca Allah qadınlara naməhrəmlərin yanında hansısa müddət üçün yox, həmişə hicabda olmağı əmr etmişdir. Bu əmri yerinə yetirməyən qadınlar Allahın əmrinə asi olaraq böyük günah qazanırlar, böyük günahlar isə axirət əzabına apara bilər.
Aleykum salam. Bu cavabı oxuyun: Tələbə olduğum üçün zöhr namazını əsrlə birləşdirib qıla bilərəmmi?
Aleykum salam. Xeyr, tövbəni pozmaq Allahı məsxərəyə qoymaq sayılmır. Həmçinin oxuyun:
Tövbəni dəfələrlə pozmaq böyük günahdırmı?
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İnsanların ən şərlisi, bəzilərinə bir üzlə, bəzilərinə də başqa üzlə gələn iki üzlülərdir".
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu, normal haldır. Konkret izahı yoxdur, amma ehtimal var ki, əvvəllər həmin şeyi yuxunuzda görmüsünüz. Ən doğrusunu Allah bilir!
Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Nəfsim əlində Olana and olsun ki, kişi qadını yatağına dəvət etdikdə o, imtina edərsə göydə Olan (Allah) əri ondan razı qalana qədər həmin qadına qəzəblənər". (Muslim, 3525).
Aleykum salam. Bəli, səhv səcdəsini edərkən təkbir gətirmək lazımdır. Həmçinin oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?
Aleykum salam və rahmətullah. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yolunu gedən və bidətdən uzaq olan əsl elm əhli, alimlər, elm tələbələri kişilərin xeyrinə yox, şəriət kimin tərəfindədirsə, onun xeyrinə cavab verirlər.