Aleykum salam. Ruzinin artması üçün şəriətdə xüsusi bir dua yoxdur. Amma müəyyən əməllər vardır ki, bunlar Allahın izni ilə ruzinin artmasına səbəbdir. Şəriətdə buyurulan bəzi mühüm səbəblər bunlardır:
Aleykum salam.
Aleykum salam. Hər bir müsəlmanın əqidəsi Qurani Kərim və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsaslanmalıdır. Siz əvvəlcə dəvət etdiyiniz şeyi yaxşı öyrənin, fikirlərinizin hamısına Quran və səhih hədislərdən sübutlar tapın.
Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin.
Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Dörd fəzilətli dinar vardır.
Salam aleykum. Ölü üçün quran oxumaq peyğəmbərin (sallallahu aleyhi və səlləm) etmədiyi bidətdir (dində yenilik). Bidət isə savab yox, günahdır. Daha ətraflı: Ölü üçün Ya Sin surəsini oxutmaq olarmı?
Aleykum salam. Xeyr, keçmişdə olan şeyləri danışmaya bilərsiniz. Həmçinin günahlarınız olubsa, Uca Allaha səmimi tövbə etməli, günahı bağışlaması üçün çoxlu dua etməli, çoxlu xeyirli əməllər işləməli və günahı gizlətməlisiniz.
Aleykum salam. Xeyir, haram deyil və nə qüslu, nə də ki namazı batil etmir. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Aleykum salam. Bu halda dediyiniz kimi edə bilərsiniz və rəfiqənizin sizdən inciməyə haqqı yoxdur. Üstəlik şəkli istəmədiyiniz adamlar görə bilərlər, həmçinin şəkilə baxaraq bəyənmə aldadıcı ola bilər. Doğrusunu Allah bilir. Allaha dua edirik ki, sizə saleh ər və gözəl ailə nəsib etsin.
Aleykum salam.
Aleykum salam. İlk dəfə namaz qılan Adəm peyğəmbər (aleyhissələm) olmuşdur. Daha ətraflı: Bütün peyğəmbərlər namaz qılıblarmı?
Aleykum salam. Cavabı buradan oxuyun: Mesajlaşma zamanı smayliklərdən istifadə etmək olarmı?
Aleykum salam. Bu cavabı oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cavabı buradan oxuyun: Qibləni necə təyin etmək olar?
Aleykum salam. Konyak və ya spirt digər maddələrin tərkibinə qatışmış və quru haldadırsa, yemək olar. Əgər maye halındadırsa, çəkinmək lazımdır.
Salam aleykum. Sofi sözü Safiyya sözünün qısaldılmış variantıdır. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) zövcələrindən birinin adı Safiyya olmuşdur (Allah ondan razı olsun). Safiyya sözünün mənası təmizlik, saflıq, xalislik, seçilmiş və s. deməkdir.
Aleykum salam. Namazdan sonrakı zikrləri nəzərdə tutursunuzsa, fərz namazından sonra edilir, daha sonra sünnət namazı qılınır. Daha ətraflı:
Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Salam aleykum. Əvvəlcə sizi bu gözəl əmələ başladığınız üçün təbrik edərək Allaha dua edirik ki, namaz vasitəsilə sizin günahlarınızı bağışlasın və sizi xeyirlə mükafatlandırsın.
Aleykum salam. İstəsəniz, etdiyiniz günahlara görə iki rükət namaz qılıb səcdədə Allahdan bağışlanma diləyə bilərsiniz. Daha ətraflı:
Tövbə namazı necə qılınır?
Aleykum salam.
Aleykum salam. Heyz qüslunu alarkən cənabət qüslu da almış olursunuz. Daha ətraflı: Cənabət qüslu digər qüslları əvəz edirmi?
Aleykum salam. Bu cavabları oxuyun:
Üzük vasitəsilə Allahdan uğur istəmək şirkdirsə, Yusuf peyğəmbər köynəyini niyə atasına göndərdi?
Təvəssülün neçə növü var?
Aleykum salam. Allah sizdən də razı olsun. Bu videonu paylaşan hər kəsə təşəkkür edərək xatırladırıq ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Xeyirli bir işə rəhbərlik edən (və ya vasitəçi olan) o xeyirli işi görənlər qədər savab qazanar”. (Müslim, İmarə 133).
Aleykum salam. Allah sizdən razı olsun və sizi dini üzərində sabit etsin! Bilməlisiniz ki, möhürün Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bizə öyrətdiyi namazla heç bir əlaqəsi yoxdur və onun dövründə belə bir şey olmayıb.
Aleykum salam. Bəli, olub. Səhih Buxaridə bu haqda qeyd olunub.
Aleykum salam. Bu cavabı oxuyun: Namazda təşəhhüddə barmağı nə üçün qaldırırlar?
Aleykum salam. Cavabı buradan oxuyun: Telefonla, yaxud fotoaparatla şəkil çəkdirmək olarmı?
Aleykum salam. Rəsulullah (sallallahu aleyhi və səlləm) belə demişdir: "Mənim beş adım var. Mən həm Muhəmməd, həm Əhmədəm! Mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Məhiyəm! Mən, ayağı altında insanların məhşərə toplandığı Həşiram! Mən Aqibəm!". (Buxari, 3532).
Aleykum salam. Qeyd etdiyiniz hallar namazı batil etmir. Daha ətraflı:
Namazda fikrin qarışmaması üçün nə etmək lazımdır?
Namazı batil edən amillər
Aleykum salam. Bilməlisiniz ki, yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur.
Aleykum salam. Bu yalan və əsassız fikirdir. Siğə (müvəqqəti nigah) cahiliyyə dövrünün adətlərindən olmuş, Peyğəmbər (sallallahu aleyhi və səlləm) içkini tədricən qadağan etdiyi kimi, onu da qadağan etmişdir.
Aleykum salam. Bilərəkdən hansısa namaz qəza etmək böyük günahdır. Daha ətraflı: Hansı hallarda namazı qəza etmək olar?
Aleykum salam. Qurani Kərimi (ərəbcə) dəstəmazsız oxumaq icazələdir. Dəstəmazlı oxumaq isə bəyənilən əməldir. Qüsl olmadan isə oxumaqdan çəkinmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heyzli qadın və cənabətli olan kimsə Qurandan bir şey oxuya bilməz".
Aleykum salam. Bəli, kəbində qadının razılığı vacib şərtdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: Ey Allahın Elçisi, bakirə qadının icazəsi necə olur?
Aleykum salam. Hal-hazırda internetdə Quran və Sünnədə bildirilməmiş bir çox dualar yayılmaqdadır.
Aleykum salam. Bu cavabları oxuyun:
Bilmədən haram bir əməli etmək günahdırmı?
Masturbasiyadan qurtulmaq üçün nə etmək lazımdır?
Aleykum salam. Başqa yer yoxdursa və siz dediyiniz yer hamam deyilsə, orada təmiz, nəcisə bulaşmamış yer seçib, namaz xalçanızı sərərək namaz qıla bilərsiniz.
Aleykum salam. Uca Allah müsəlman qadınlara islamı qəbul etməyənə qədər kafirlərlə (xristian, yəhudi, bütpərəsət, ateist və s.) ailə qurmağı qadağan etmişdir: "Müşrik (Allaha şərik qoşan) qadınlar iman gətirməyincə onlarla evlənməyin.
Aleykum salam. Bu cavabı oxuyun: Quran oxuyanda beynimə Allaha qarşı pis fikirlər gəlir, nə edim?
Aleykum salam. Əksinə, Allahı yad edərkən ağlamaq bəyənilən, savabı böyük olan əməllərdəndir.
"...Onlar özlərinə ər-Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır". (Məryəm, 58).
Aleykum salam.
Aleykum salam. Bəli, Peyğəmbərlərin hamısı namaz qılıblar. Daha ətraflı: Bütün peyğəmbərlər namaz qılıblarmı?
Aleykum salam. Allahın dediyi kimi yaşamaq və onun sevgisinə nail olmaq hər birimizin həyatda ən əsas məqsədi olmalıdır.
Aleykum salam. Siz bilməlisiniz ki, Uca Allah heç kimi, o cümlədən sizi səbəbsiz olaraq yaratmayıb. Ümumən hər bir insanın yaradılmasının məqsədi onun Uca Allaha ibadət etməsi, Onun razılığını və Cənnəti qazanmasıdır.
Aleykum salam. Qadının könüllü şəkildə mehrdən imtina etdiyi hal istisna olmaqla, mehr verilməsi vacibdir. Uca Allah buyurur: "Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin!
Aleykum salam. İslamdan başqa dinə çağıran yuxular hamısı şeytani yuxulardır.
Aleykum salam. Bəli, uşağa Namaz adını qoymaq olar. Ümumiyyətlə, uşaqlara gözəl və mənaca yaxşı, həmçinin cəmiyyətdə qəribə qarşılanmayan ad qoymaq övladın valideyn üzərində olan haqqıdır.
Aleykum salam. Bilmədən yatıb qalmaq, huşunu itirmək və digər üzrlü hallar istisna olmaqla namazı qəsdən buraxmaq böyük günahlardandır.
Aleykum salam. Əgər evdən çölə çıxmırsınızsa, kasıb, ehtiyacı olan qohumlara, qonşulara və s. verə bilərsiniz. Yaxud kiminləsə göndərə bilərsiniz. Həmçinin ailə üzvlərinə sədəqə vermək olar.