Aleykum salam. Cavabı aşağıdakı linklərdən ətraflı oxuyun:
Namaza başlayarkən birinci təkbirdən sonra edilən açılış duası
Fatihə surəsi
Aleykum salam. Cənabət (cinsi əlaqədən sonra) qüslu aldıqda bütün bədənə, eləcə də saçların dibinə su dəyməsi vacibdir. Lakin saçlarını hörən qadınlara cənabət qüslü alarkən saçlarını açması vacib deyildir. Amma heyzdən və nifasdan (doğuşdan sonra) təmizlənəndə isə saçını açması vacibdir.
Aleykum salam. Daimi olaraq təyəmmümlə namaz qılmaq olmaz. Su varsa və xəstəlik təhlükəsi yoxdursa, namazdan əvvəl dəstəmaz alınmalıdır.
Aleykum salam. Allah insanı yaratmış və onu sınağa çəkmək üçün dünyada qalacağı müəyyən vaxt təyin etmişdir. İnsanın əsl qalacağı yer isə axirətdir. “Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).
Aleykum salam. Bəli, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.
Aleykum salam. Bəli, şirk və küfrdən başqa günah sahibləri Allahın izni ilə Cəhənnəmdən çıxacaqlar. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar.
Aleykum salam. Daha ətraflı: Masturbasiyadan qurtulmaq üçün nə etmək lazımdır?
Aleykum salam. Dayı oğlu ilə ailə qurmaq olar. Daha ətraflı: Dayı oğlu ilə bibi qızı evlənə bilərlərmi?
Aleykum salam. Əvvəla onu qeyd edək ki, namaz gündə üç dəfə yox, beş dəfə qılınır. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Və aleykum Salam. Səcdə də alınla birlikdə burun da yerə dəyməlidir, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunların ikisini bir saymışdır.
Salam aleykum. Digər vaxtlarda edilməsi icazəli olan əməllərin hamısını hamilə vaxtı da etmək olar. Yalnız heyz (aybaşı) və nifas (doğuşdan sonrakı qanaxma) vaxtlarında bəzi əməlləri etmək qadağandır.
Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Sizdən heç kim cümə günü oruc tutmasın. Ancaq bir gün öncədən və ya sonradan oruc tutarsa, bu halda cümə günü oruc tuta bilir". (Buxari)
Salam aleykum. Yuxunun mənasını deyə bilmərik, amma ölü üçün Yasin surəsi oxumaq olmaz. Həmçinin oxuyun:
Yuxu haqqında
Ölüyə Ya Sin surəsini oxutmaq olarmı?
Aleykum salam. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır.
Aleykum salam. Qeyd etdiyiniz şey çox gözəl və bəyənilən əməldir. Buna nəfsi hesaba çəkmək deyilir. Bu zaman nəticə əldə edilməlidir.
Aleykum salam. Bu cavabları oxuyun:
İmanı artırmaq üçün nə etməliyik?
Sübh namazına gecikirəm
Aleykum salam. Bu cavabları oxuyun:
İmanı necə artırmaq olar?
Tələbə olduğum üçün zöhr namazını əsrə birləşdirib qıla bilərəmmi?
Salam aleykum. Bizim o cür deməyimiz mümkün deyil, çünki hicab Uca Allahın qadınlara vacib buyurduğu əmridir. Həmçinin, peyğəmbərlər hamısı kişi olublar, biz necə deyə bilərik ki, hicabı peyğəmbərlər geyinməlidir? Hicab geyinmək bütün qadınlara vacibdir, Allahın izni ilə tezliklə hicab geyinin.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Salam aleykum. Bu cavabı oxuyun: Namazları hansı hallarda birləşdirib qılmaq icazəlidir?
Aleykum salam. Heyzli qadın Uca Allahı zikr edib, hətta Quranı əlinə almadan əzbərdən oxuya da bilər. Bu ona görədir ki, əzbər bildiklərini unutmasın. Qadının o halda Quranı əlinə alıb oxuması qadağan edilir. Bu ərəbcə Qurana aiddir, mənaca tərcüməsini isə oxumaq olar.
Salam aleykum. Zikr oxuyub kiməsə bağışlanmır, zikr -- Allahı yada salmaq, xatırlamaq deməkdir. Zikr ibadətin bir növüdür, bütün ibadətlər isə yalnız Allah üçün edilir. Daha ətraflı:
Zikr nədir?
Aleykum salam. Qeysəriyyə -- təbii doğuşun təhlükəli olduğu hallarda ananın qarın divarının yarılaraq uşağın götürülməsi əməliyyatıdır.
Salam aleykum. Namaz qılmamaq özü ən böyük günahlardandır. Ona görə də namaz qılaraq günah edən, namaz qılmayıb günah edəndən daha az günah qazanır. Namaz həmçinin kiçik günahları silir.
Salam aleykum. Mələklər Uca Allahın əmrilə müxtəlif vaxtlarda yer üzünə enirlər. Bu vaxtların hamısı yox, bəziləri Quran və səhih hədislərdə açıqlanmışdır.
Aleykum salam. Əvvəlcə ona nəsihət etmək lazımdır. Borcu qaytarmamaq qul haqqına girməkdir, bu da böyük günahdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kimin üzərində din qardaşının haqqı varsa bunu ona halal etdirsin.
Aleykum salam. Bəli, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mələklər, içində it və ya şəkil olan evə girməzlər". (əl-Buxari, 4002).
Salam aleykum.
Aleykum salam. Əvvəlcə qeyd edək ki, Allahdan başqasına and içmək olmaz, Qurana isə yalnız Allahın kəlmələri kimi and içmək olar. Kitaba əl basaraq and içmək isə dinimizdə yoxdur.
Aleykum salam. Qeyd etdiyiniz hədis belədir.
Aleykum salam. Cavabı buradan oxuyun: Rəngarəng hicablar və dəbli paltarlar geyinmək olarmı?
Aleykum salam. Cavabı buradan oxuyun: Hicablı qadın evdən çölə çıxarkən makiyajdan istifadə edə bilərmi?
Aleykum salam. Cavabı buradan oxuyun:
Səhv səcdəsi necə yerinə yetirilir?
Niyyəti dil ilə deməyin bidət olması barədə
Salam aleykum. Saçları kəsdirmək günah deyil. Amma həddindən artıq qısa kəsərək kişiyə bənzəmək haramdır. Əbu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələri öz saçları qulaq mərcəyinə qədər azaldardılar". (əl-Buxari, 248; Muslim, 320).
Aleykum salam. Belə görünür ki, siz dövlət xəstəxanasında işləyirsiniz. Sizin maaşınızı dövlət ödəyir və qanuna əsasən xəstələr pulsuz müalicə olunmalıdırlar. Bu halda sizin onlardan pul götürməniz icazəli deyil. Amma işdən kənarda kimsə sizə hədiyyə və ya pul vermək istəsə götürə bilərsiniz.
Aleykum salam. Heyz (aybaşı) və nifas (doğuşdan sonra axan qan -- ən uzun müddəti qırx gün olur) olan qadın buraxdığı günlərin qəzasını qılmır. Həmçinin islamda keçmiş illərin qəza namazları anlayışı yoxdur. Namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın.
Aleykum salam. Allah şəfa versin və günahları üçün kəffarə etsin. Zərurət olduqda uzanaraq namaz qılmaq olar. Daha ətraflı: Xəstə olarkən oturaraq və ya uzanaraq namaz necə qılınır?
Salam aleykum. Qəbir zaman keçdikcə, itib-batmalıdır və onu təzələmək olmaz. Həmçinin oxuyun: Ölüyə baş daşı qoymaq və qəbrinin ətrafına tor çəkmək düzgündürmü?
Aleykum salam. Naməhrəmə toxunmaq haram olsa da, dediyiniz kimi zərurət hallarında buna icazə verilir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır".
Aleykum salam. Halallıq kiminsə haqqı tapdalandığı halda alınır.
Və aleykum Salam. Şəriətə görə, əgər nikah zamanı kişi ikinci dəfə evlənməyəcəyini deməyibsə, ikinci dəfə evlənmək üçün birinci zövcənin razılığına ehtiyac yoxdur. Lakin, bu o demək deyil ki, kişi evlənmək istəsə dərhal evlənə bilər.
Aleykum salam. Təəssüf ki, biz yuxu yozumu üzrə mütəxəssislər deyilik. Amma bu cür yuxuları gördükdən sonra Allaha itaəti artırmaq - ibadətləri çoxaltmaq, Quran oxumaq və digər Uca Allaha yaxınlaşmaq üçün əməllər etmək lazımdır.
Salam aleykum. Möhür - bəzi məzhəblərin namazda səcdə edərkən alınlarını üzərinə qoyduqları, torpaqdan düzəldilmiş əşyadır. Əslində Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namaz qılarkən möhürdən istifadə etməmişdir.
Salam aleykum.
Aleykum salam. Alimlərə görə bu işarələr şəkil hökmünə girmədiyi üçün istifadə etmək olar. İstəsəniz çəkinə bilərsiniz. Doğrusunu Allah bilir.
Aleykum salam. Cavabı buradan oxuyun: Yeni ili keçirtmək olarmı?
Salam aleykum. Cavabı buradan oxuyun: Canlıların şəkli olan otaqda namaz qılmaq olarmı?
Aleykum salam. Bu xüsusda Uca Allah Qurani Kərimdə belə buyurur: "Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər". (əl-Hicr, 3).