18-11-2014 Famil
Salam Aleykum,menim sualım budur ki,meselen her hansı bir xristian ailesinde doğulan uşaq ailenin tesiri altında böyüyür,yeni meselen xristian ata-ana öz uşağına kiçiklikden hz.isanın Allahın oğlu olduğuna inandırır,öz uşağına yeni il girende şerab da içmeye devet eliyir hetta men eşitmişdim ki ekse
Cavab:

Aleykum salam. Haqqa, İslama dəvət olunmuş, buna qəlbi ilə inandıqdan sonra dili ilə inkar edənlərə axirətdə əbədi əzab veriləcək. Haqqa dəvət olunmamış insanlar isə Qiyamət günü xüsusi imtahan olunacaqlar. Daha ətraflı:

ardını oxu
16-11-2014
Salam. Namaz qılmağa hazırlaşıram ve namaz qılıramsa mütləq hicaba keçmeliyem Xahiş edirəm sual a cvb verin
Cavab:

Aleykum salam. Əvvəlcə sizi bu gözəl əməl münasibəti ilə təbrik edir, Allahdan sizi dini üzərində sabit etməsini diləyirik. Həm namaz, həm də hicab Uca Allahın vacib buyurduğu əmrlərdir. Vacib əmrləri yerinə yetirən savab, yerinə yetirməyən isə günah qazanır.

ardını oxu
16-11-2014 Zehra
Salam! Eyer bir insan basqasinin evinde qibleni tapmazsa ne etmeli? xais edirem cavablayardiz onceden Allah razi olsun.
Cavab:
Və aleykum Salam.
ardını oxu
16-11-2014
Salam aleykum, el beqere suresini 23 cu ayesine qeder ereb dilinde yazinnn.
Cavab:

Aleykum salam.

əl-Bəqərə surəsi


Əuuzu billəəhi minəş-şeytaani-r-raciim.

Bismilləəhi-r-Rah'məənir-Rahim.

ardını oxu
16-11-2014 ayan
namaz vahti gaflatan yel cihsa namaz batildirmi ve menim od kisem yohtur biraz bagirsaxta problem var diya bu meselada ne edim men namaz eniden gilinmalidir?
Cavab:

Salam aleykum. Belə xəstəlik olduqda üzrlü sayılırsınız, dəstəmaz alaraq namazınızı qılın və namaz vaxtı yel çıxarsa fikir verməyin.

ardını oxu
16-11-2014 eli
2 ovladim var az yawli arda namz giliram arada gila bilmirem ne edim amma caliwiramki gilim ammah tezden dura bilmirem ne edim!
Cavab:

Salam aleykum. Allah övladlarınızı islam ümməti üçün xeyirli, saleh bəndələrindən eləsin. Bu cür səbəblərə görə namazı qılmamaq günahdır, namaza ciddi yanaşmalı və buna vaxt ayırmalısınız. Uca Allah buyurur: "Ey iman gətirənlər!

ardını oxu
16-11-2014 ali
maheremliy aynda masigi dinamay olarmi ?
Cavab:

Salam aleykum. Dinimizə görə heç bir ayda musiqiyə qulaq asmaq olmaz. Daha ətraflı: Musiqiyə qulaq asmaq və rəqs etmək olarmı?

ardını oxu
16-11-2014
Salam. Mən ibadət əhliyəm. Bir neçə gündür xəstələnmişəm. Namaz qılanda burnum axır. Anam dedi ki, burnumun içinə ətir vurum ki mikroblar ölsün. Mən də etdim və bu zaman asqırmağa başladım və spirt burnumdan axıb ağzıma töküldü. Tüpürdüm amma məncə boğazıma da daxil oldu.
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz hal insanı murdar etmir və dəstəmazını və ya qüslunu pozmur.

Daha ətraflı:

Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
16-11-2014 jaleden
Shie namazi qilmaq gunahdir.
Cavab:

Salam aleykum. 

Bu cavabı oxuyun: Hansı məzhəb düzgündür?

ardını oxu
16-11-2014 SenAn
Salam bir nece sualima cavab vermisiz tsk xais edirem bu sualimi da cavablandirasiz Sualim beledi bilmirem nece yazim ki düzgün bawa duwesiz mene wehvet hissi geldikden sonra (meni) xaric edirem bundan sonra qüsl almamiw dua ede bilerem?
Cavab:

Aleykum salam. Əvvəlcə deyək ki, etdiyiniz şey haramdır. Daha ətraflı: Masturbasiya etməyə icazə verilir?

Qüsl olmadan dua etmək olar, amma qüsl və dəstəmaz olan halda dua etmək daha yaxşıdır və duanın ədəblərindən sayılır.

ardını oxu
16-11-2014
Salam. Can alan meleye ezrail niye deyirler?
Cavab:

Aleykum salam. Alimlərə görə bu mələyin Quran və Sünnədə olan adı ölüm mələyidir (ərəbcə "mələku-l-movt"). İnsanlar arasında Ölüm mələyinin Əzrail kimi adlandırılmasının heç bir elmi əsası yoxdur. Ehtimallara görə İsrail övladlarından qalma məlumatdır.

ardını oxu
16-11-2014 zülya
İtirdiyin insanın geri qayıtması üçün oxunan dualar.
Cavab:

Salam aleykum. Bunun üçün xüsusi dua yoxdur, aşağıdakıları edə bilərsiniz:

İstixarə namazı necə qılınır?

Gecə namazı necə qılınır?

ardını oxu
14-11-2014
Salam aleykum. Yasda ehsan yeməyi bişirməyin hökmü nədir?
Cavab:

Va aleykumus-Sələm. Yas mərasimlərində ölənin ailəsinin başsağlığı verməyə gələnlərə yemək verməsi bidətdir (dinə sonradan əlavə edilmiş yenilik). Bunu etmək nə Quranda, nə də səhih hədislərdə buyurulmayıb.

ardını oxu
13-11-2014
salam.imamlara and icmek duzgundur?
Cavab:
Və aleykum Salam. Ümumiyyətlə dinimizə görə Allahdan qeyrisinə and içmək kiçik şirk sayılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim Allahdan başqasına and içərsə küfr etmişdir və ya şirk etmişdir". (Əbu Davud, 3/ 570; İbn Hibban, 1177).
ardını oxu
13-11-2014 Aynaz
Salam men telebeyem seher gedrem derse Zohr Namazi 1in yarisidi men ise 2ye islemis gelirem ele vaxt olur kesrim olur unide oluram gunorta evde olmuram bilmek isteyiremki Zohrle Esri birlesdirib hemise Esrin vaxtinda qila bilerem.birdeki esitmisem Zohrle Esri birlesdirib Esrin vaxtinda qilara
ardını oxu
13-11-2014 Gülnar
Salam Aleykum. Mən 11ci sinifəm ve hazırlıqlara göre Namazlarimi vaxtinda qila bilmirem. Gece yarisi yada geceden kecende namazlarimin hamsini birden qeza edib qila bileremmi?
Cavab:

Aleykum salam. İş, dərs və s. şeylərə görə namazı təxirə salmaq olmaz. Uca Allah buyurur: "O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.

ardını oxu
13-11-2014
salam xaiw edirem menim sualima cavab veresiz.zem-zem suyu hansi sudu bunu bilmek isteyirem.cavablandiracaginiza gore tewekkurler.
Cavab:

Aleykum salam. Zəm-zəm — Məkkə şəhərində, Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. Bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır.

ardını oxu
13-11-2014
Mən bir neçə qıldığım namazların sonradan batil olduğunu bildim. Nə etməliyəm?
Cavab:

Salam aleykum. Namazın batil olduğunu bilmədən qılmızınızsa və sonradan batil olduğunu öyrənmisinizsə, bu halda qəzanı qılmağa ehtiyac yoxdur, çünki dinimizə görə bilmədən xəta etmək üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur.

ardını oxu
13-11-2014
Salam.məni qaynanam evimdən çıxarıb.onun günahı varmıdır.və üzr istəyirəm.1 övladım var.biridə bətnimdədi.onlarda olanmülkdə haqqımız varmı.haqqımı istəyə bilərəmmi? qaynananın gəlinə verdiyi əzabın.ona dediyi pis sözlərin.onu haqqı olan evdən çıxarmağın bədəli varmı???(əvvəlcədən təşəkkürlər)
Cavab:

Aleykum salam. Zülmə və haqsızlığa məruz qalan hər kəs Qiyamət günü öz haqqını alacaq. Bu, zülm edənin savablarından götürülüb ona verilməsi və ya zülmə məruz qalanın günahlarından götürülüb zülm edənə yüklənməsi şəklində olur.

ardını oxu
13-11-2014
assalamu aleykum ve rehmetullahi sutre nerol oynayir biraz ggenis melumat vererdiz
Cavab:

Aleykum salam. Sütrə -- namaz qılan şəxsin, qabağından başqasının keçməsinə mane olmaq üçün, səcdə edəcəyi yerin qabağında və ya yaxınlığında qoyduğu maneədir. Divara, sütüna və s. yaxın namaz qıldıqda bunlar da sütrə rolunu oynayır.

ardını oxu
13-11-2014
Salam aleykum. Sualimiz beledir ki, qadınlar kishiler kimi toyuq, inək və s. halal, yeməli əti olan heyvanların bashini kəsə bilərmi?
Cavab:

Aleykum salam. Qadınlar da kişilər kimi yeyilməsi halal olan heyvanlardan kəsə bilərlər, şəriətdə buna qadağa yoxdur. Mühüm olan şəriətə uyğun kəsməkdir. Heyvanı üzü qibləyə çevirmək, "Bismilləh" (Allahın dı ilə) demək və digər şəriət hökmlərini yerinə yetirməkdir.

ardını oxu
13-11-2014 Sara
Salam aleykum. Oluleri soymek, lenetlemek olarmi?
Cavab:

Aleykum salam. Həm ölüləri, həm də diriləri söymək və lənətləmək qadağandır. Ümumiyyətlə söyüş söymək, bəddua, qarğış, təhqir, lənət etmək müsəlmanın sifətlərindən deyil. Dinin bünövrəsi gözəl əxlaqdır.

ardını oxu
13-11-2014 arzu
salam qurani erebce oxumaq savabdir yoxsa basqa dilde meselen azerbaycanca?
Cavab:

Aleykum salam. Hər kəs Quranı əvvəlcə öz dilində oxumalı, Uca Allahın əmrləri ilə tanış olub onlara əməl etməyə çalışmalı və orada yazılanlardan ibrət götürməlidir. Sözsüz ki, bu, savabdır. Bundan sonra isə ərəbcə oxumağı öyrənmək və ərəbcə də oxumaq lazımdır, çünki bu qat-qat çox savabdır.

ardını oxu
13-11-2014 Momin bende
Esselamu aleykun. Anama qarsi pis davrananlara qarsi kin saxlamaq olarmi ? ALLAHDAN qorxanuram ona gorede nece davranmaliyam mene meslehet edesiniz.evelceden ALLAH SIZDEN RAZI OLSUN.
Cavab:

Aleykum salam. Zülmə və haqsızlığa məruz qalan hər kəs Qiyamət günü öz haqqını alacaq. Bu, zülm edənin savablarından götürülüb ona verilməsi və ya zülmə məruz qalanın günahlarından götürülüb zülm edənə yüklənməsi şəklində olur.

ardını oxu
11-11-2014 Muşfiq
Niye İslama inanmiram??? Evrənin yaşı - 17.300.000.000 il Dünya - 4.500.000.000 il Yaşana biləcəy atmosferi olan dünya -3.500.000.000 il Tək hüceyrəli canlılar - 2.800.000.000 il Çox hüceyrəli canlılar -2.000.000.000 il İnsanlar - 200.000 il Çox tanrılıq -8.000 il Tək tanrııçılıq - bu müsəlm
Cavab:

Əvvəlcə rəqəmlərdən başlayaq, burda bəzi rəqəmlərin sübutu yoxdur, məsələn, tək tanrıya ibadət etməyin tarixi kimi.

ardını oxu
10-11-2014 yunus
dunen axsam qusul almisam. cume qusulu almaliyamgene
Cavab:

Aleykum salam. Cümə qüslunun fərz olduğunu deyən alimlər olsa da, əksəriyyətin rəyinə əsasən cümə qüslu vacib yox, təkid olunmuş sünnədir (etməyən böyük savabdan məhrum olur). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cümə namazına gələn qüsl alsın". (İbn Hibban).

ardını oxu
10-11-2014 Mehdi ibn Cəfər
Assalamu Aleykum Va Rahmatullah. Allah razi olsun! Bu gun size kifayet qeder choxlu sual verdim ve sizi yordum... Haqqinizi halal edin... Rasulullah (sallallahu aleyhi ve sellem) namazlarda hansı surələri oxuyardı?
Cavab:

Aleykumu-s-Sələm va rahmətullah va bərakətuhu. Namaz qılarkən əl-Fatihə surəsindən sonra Qurani Kərimdən istənilən ayə və ya surə oxuna bilər. Bunda hər hansı bir məhdudiyyət yoxdur.

ardını oxu
10-11-2014
Salam mən namazın rukətlərində tez-tez şəkk edirəm. Nə etməliyə?
Cavab:

Salam aleykum. Namazda rükətlərin sayını unutmaq şeytanın vəsvəsəsi nəticəsində olur. Pey­ğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "Namaz üçün azan ve­ri­ləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin, azan qur­tar­dıqda isə geri qayıdır.

ardını oxu
10-11-2014 Sima
Salam aleykum. Mən namaz qılarkən fikrimi cəmləşdirə bilmirəm. Bu nədən irəli gəlir?
Cavab:
Və aleykum Salam.
ardını oxu
09-11-2014
salam eleykum menim sualim eyer namaz qilan adam ifademe gore uzurlu hesab edin ozunu bosaldarsa bu cinsi elaqre kimi sayilir? bele halda qusl verilib namaz qilinmalidi? yoxsa ehtiyac yoxdu qusula tewekkur edirem
Cavab:

Aleykum salam. Özünü boşaltmaq və ya masturbasiya haramdır. Əgər bu baş veribsə, qüsl mütləq alınmalıdır. Həmçinin özündən asılı olmayan halda da (məsələn, yuxuda şəhvət nəticəsində) maye axarsa qüsl alınmalıdır. Daha ətraflı:

ardını oxu
09-11-2014
Salam aleykum, sosial sebekelerde hemise cahiller aldiqlari yeni esyalari cekib qoyurdu, indi ise muselmanlara kecib bu. Zennimce bu dogru deyil, cunki bir nefer eger aldigi yeni esyani cekib qoyursa basqasida onu isteye biler,almaga imkani olmayanlarda ureylerinden kecirde biler.
Cavab:

Aleykum salam. Zərurət olduqda əşyaların şəklini çəkib başqalarına göstərmək olar. Öyünmək məqsədilə isə aldığı əşyaların, getdiyi yerlərin, mindiyi miniklərin, yediyi yeməklərin və s. şəklini çəkib başqalarına göstərmək olmaz.

ardını oxu
09-11-2014
Salam mende bir gun aybasi kimi bir damci qan geldi olmaliyam ama hele tam basdamiyib 2gun kecib hele hecne yoxdu.men qusul alib namazimi qila bilerm?birde qilmadigim gunlerin qezasini qilmaliyammi
Cavab:

Aleykum salam. Heyz (aybaşı), qadınların yaxşı bildikləri bir qandır. Belə bir hal qadının adəti üzrə heyz günlərində baş ve­rərsə, bu qan heyz qanı sayılır. Onun çox və ya az miqdarda olmasının fərqi yoxdur.

ardını oxu
08-11-2014
Salam aleykum. Valideynlərim dünyasını dəyişiblər. Onların adından və ya əvəzinə sədəqə versəm onlara savab yazılarmı?
Cavab:

Aleykum salam. Dünyasını dəyişmiş valideynin əvəzinə sədəqə vermək olar və ona savabı çatır. Rəvayət edilir ki: "Bir gün bir nəfər peyğəmbərdən (salləllahu aleyhi və əlihi və səlləm) soruşdu: "Ya Rəsulullah! Anam qəfil (gözlənilmədən) vəfat etdi.

ardını oxu
08-11-2014 Mubariz
Tovbe nece defe etmek olar
Cavab:

Salam aleykum. Ümumiyyətlə istənilən halda hər bir günahdan sonra tövbə etmək mütləqdir: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).

ardını oxu
08-11-2014
en qizam cume namazi qila bilerem ? birdeki evde cume namazi qilmaq olar?
Cavab:

Salam aleykum. Qadınlara cümə namazı vacib deyil, istəsələr gedə bilərlər və ya evdə 4 rükət zöhr namazı qılırlar.

ardını oxu
08-11-2014
men namaz qiliram ancaq cume namazlarini qilmiram etdiyim yalnisdir?
Cavab:

Salam aleykum. Cümə namazı Allahın kişilərə əmridir və bu namazı qılmamaq günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın.

ardını oxu
08-11-2014 Ruqya
Salam aleykum, Tağut nedir? ve nece inkar edilir?
Cavab:

Aleykum salam. Tağut Allahdan başqa ibadət edilənlərdir. Daha ətraflı: Tağut nədir?

ardını oxu
08-11-2014 aysel
evdə olan cadu insana insanın taleyinə təsir edirmi?birdə evdən gəlib cadu çıxaranlar var . onlara nə qədər inanmaq olar?
Cavab:

Salam aleykum. Bütün insanların qədərini (taleyini) Uca Allah əvvəlcədən yazmışdır və onu heç bir hadisə dəyişdirə bilməz. Amma heç kim onun qədərinə nə yazıldığını bilmir, və ona görə də hamı öz xeyirli aqibəti üçün çalışmalıdır.

ardını oxu
08-11-2014 Mehdi ibn Cəfər
Assalamu Aleykum Va Rahmatullah... 1) Südəmər uşağın sidiyinin və onun yuyulmasının hökmü nədir? 2) Zehmet mene Azerbaycan dilinde ele bir yazın ki, onun içinde hem dünyamız üçün, hem qebir heyatı üçün, hemde qiyamet günü ile bağli ifadeler ishlensin!?
Cavab:

Aleykumus-Sələm və rahmətullah va bərakətuhu. Əli inb Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Südəmər oğlan uşağının sidiyinə su sıçradılmalıdır, qız uşağının sidiyi isə yuyulmalıdır".

ardını oxu
04-11-2014 qq
salam men esitmisem ki sekil cekdirmek gunahdir.duzdumu? yeni telefonla ve yaxud fotoaparatla.
Cavab:

Aleykum salam. Ümumiyyətlə islam dininə görə əl ilə canlı (ruhu olan) şəkli çəkmək haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır". (əl-Buxari).

ardını oxu
04-11-2014 Elsever
Salam aleykum. Birde zehmet olmasa duanin fezileti ve qebul olunan dualara aid Quran ve ya sunneden bir-iki misal getirerdiniz...
Cavab:

Aleykum salam. Duanın fəzilətinə aid aşağıdakıları ayə və hədislərdən bəziləri:

ardını oxu
04-11-2014 Elsever
Salam aleykum. Dunanın ədəbləri barədə bura geniş yaza bilərsinizmi? Birdə duada inşallah demək olar, yoxsa "amin" demək kifayet edir?
Cavab:

Və aleykum Salam. Duanın ədəblərindən bəziləri aşağıdakılardır. Qeyd edək ki, bu əməllər dua etmək üçün vacib deyil, amma duaların daha tez qəbul olunması üçün səbəblərdir:

ardını oxu
04-11-2014
Salam.Xahiş edirəm deyəsiz,namazda qunut tutarkən oxuduğumuz dualaın sonunda AMİN demək lazımdırmı.
Cavab:

Aleykum salam. Əgər camaat namazı qılırsınızsa və imamla bərabər qunut tutmusunuzsa, imam duaları etdikcə, arxadakılar "əmin" deyirlər. Ancaq özünüz tək qılanda buna ehtiyac yoxdur, dua etməyiniz kifayət edir.

ardını oxu
04-11-2014 Aynaz
Salam.Niye biz Dua edende sonda Amin deyirik.Bunun menasi nedir?
Cavab:

Və aleykum Salam. "Amin" sözünün əslinin qədim yəhudi dilindən gəldiyi güman edilir və bu söz İslamdan əvvəl də olub. Adətən, dua zamanı dua edənin özü və ya onu eşidənlər "əmin" söyləyirlər.

ardını oxu
04-11-2014 Amira Amira
Salamun alekym ne deseniz gabildi amma bu gadin derdini carasini kime desin bilmir ve ne etsun onuda bilmir. Bir gadin aylaliykan sosial wabakaden yoldawin dostunan taniw olup oglan bilipki bu aylalidi bundan uzaglawip, o gunden beri 3 il kecib gdin onu unuda bilmir gadinin aylasi var xec ayrilm
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz kimi, bu böyük günahdır. Daha ətraflı: Başqasının sevgilisini sevmək günahdırmı?

ardını oxu
02-11-2014
Salam Aleykum.Musa peyygenberden sonra hansi peygenber gelib? Davud(e) Musadan evvel gelib yoxsa sonra.Isa ile Musa arasinda peygenber olubmu? Yoxsa ard arda gelibler.Olubsa kim olub?
Cavab:

Aleykum salam. Bu məsələ mübahisəli olsa da, səhih olan rəy budur ki, Davud Musadan (Onlara Allahın salamı olsun) sonra yaşayıb. Buna dəlil isə əl-Bəqərə surəsinin sonlarında Musadan (Ona Allahın salamı olsun) sonra yaşamış İsrail oğullarının hekayəsidir.

ardını oxu
02-11-2014
SAlam aleykum. Bir insanin valideyninin qazanci haramdirsa ovlad hemin qazancdan istifade ede bilermi? Allah razi olsun
Cavab:

Aleykum salam. Valideynin qazancı haramdan olan halda övlad həddi-büluğa çatıbsa və işləmək qabiliyyəti varsa, çalışmalıdır ki, çəkinsin və öz qazancından istifadə etsin.

ardını oxu
02-11-2014 Elsever
Salam. Peygemberin sehabe qadini cennetle mujdelediyi hedisi yaza bilersinizmi?
Cavab:

Aleykum salam. Rəvayət edilir ki,

ardını oxu
02-11-2014 samuray
salam moleykumbagwlayn sii narahat edrem.men namaza bawlamiwam.ama bir dermanm ar onu icmeyende xestelenrem.sizce derman meqsedi ile spirtli icki icmek olarmi? saoln
Cavab:

Aleykum salam. Müalicə məqsədilə spirtli içki içmək olmaz. Daha ətraflı: Müalicə məqsədilə içki içmək haqqında

ardını oxu
02-11-2014 Esedullah
Muhammed(s.a.v)-in arxasinda namaz qilmag ne demekdi?sesinide ewidirdim..bu ne demekdi?..gunorta namazini qildig..o piw namaz deyanmiwdi mende arxasinda idim..2-miz idik..
Cavab:

Aleykum salam. Gördüyünüz yuxunun nə məna verdiyini deyə bilmərik. Ola bilər ki, əgər siz ibadət edənsinizsə, ibadətlərinizdə bir az da möhkəm olmağa çağırılırsınız, yaxud ibadət etmirisnizsə, ola bilsin ki, bu yuxu vasitəsi ilə siz ibadətə dəvət olunursunuz.

ardını oxu

Pages