Aleykum salam. Ümumiyyətlə, İslamda iki bayram var: Ramazan və Qurban bayramları. Dediyiniz bayram və adətlər digər dinlərdən qalıb.
Aleykum salam. Əgər məsələ bu cürdürsə, istəsəniz verməyə bilərsiniz və bununla qonşunun haqqına girmiş sayılmırsınız. Sizin üzərinizə düşən səbir və gözəl əxlaqdır.
Aleykum salam. Döşəyi yumağa ehtiyac yoxdur. Aişə (radıyəllahu anhə) belə rəvayət edir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) paltarına bulaşan mənini (sperma) quru olanda ovaraq, yaş olanda isə yuyaraq təmizləyərdi". (Səhih Muslim, 672).
Aleykum salam. Suallar çox olduğu üçün hər suala ətraflı cavab vermək mümkün olmur. Vaxtaşırı olaraq tez-tez verilən suallara aid ətraflı məqalələr hazırlanıb sayta yerləşdirilir.
Aleykum salam. Gördüyünüz yuxunun nə anlama gəlidiyini deyə bilmərik. Ancaq ümumən yuxuda namaz qılmaq və ya hər hansı bir ibadətlə məşğul olmaq xeyirə yozulur.
Aleykum salam. Vitr namazını qılmaq vacib buyurlmayıb, təkid olunmuş sünnət namazlarındandır. Bəzi günlər bu namazı qılıb, bəzən qılmayan insana nəsihət etmək lazımdır ki, vitr namazını müntəzəm olaraq qılsın.
Aleykumu-s-sələm va rahmətullah. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namaz qılmaq istədikdə ayaq üstə, sütrəyə (namaz qılanın başqalarının onun qarşısından keçməməsi üçün önünə qoyduğu hər hansı maneədir) yaxın dayanıb Kəbəyə tərəf yönələrdi. Niyyəti qəlbində edərdi.
Aleykum salam. Tövbə edərək namaza qayıtmaq günah yox, savabdır. İnşallah, gecikdirmədən başlayın. Daha ətraflı:
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Salam aleykum.
Fatihə surəsinin tələffüzü:
Əuuzu billəəhi minə-ş-şeytaani-r-raciim.
Bismilləəhi-r-Rah'məəni-r-Rahiim!
Aleykumu-s-sələm va rahmətullah.
Aleykum salam. Ümumiyyətlə yuxulara görə dünyadan köçmüş heç bir kəsin nə qəbirdə nemət görməsinə, nə də əzab çəkməsinə qəti şəkildə hökm vermək olmaz. Çünki bu qeybi məsələdir. Qeybə aid olanları isə Allahdan başqa heç kəs bilmir.
Aleykum salam. Bəzilərini çıxmaq şərtilə bu oyunları həddi aşmadan, dincəlmək məqsədilə oynamaq olar. Bu oyunlar həddindən artıq vaxt almamalı, Allahın vacib buyurduğu əmrlərdən yayındırmamalı, qumar və ya mərc məqsədilə oynanılmamalı, nəfsin xəstəliyinə, düşkünlüyə çevrilməməlidir.
Salam aleykum. Alimlərə görə müsəlman qadınlara hündur daban ayaqqabı geyinmək - cazibədar görünən formada yerimək, digər qövmlərə oxşamaq və s. səbəblərə görə icazəli deyil. Müsəlman kişi və qadınlar yeriyəndə də təvazükar və normal olmalıdırlar.
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bir müddət Hira mağarasına çəkilib orada ibadət etdikdən sonra Miladi təqvimlə 610-cu ildə 40 yaşında ikən ona peyğəmbərlik verilir. (əl-Buxari, Muslim). Peyğəmbərlik ona birinci gün verilir.
Aleykum salam. İslama yeni gələnləri şeytan müxtəlif üsullarla vəsvəsə verərək Uca Allahın yolundan döndərməyə çalışır. Vəsvəsə ilə isə mübarizə aparmaq yox, sadəcə fikir verməmək lazımdır.
Aleykum salam. Vitr namazını qılmamaq günah deyil, qılmaq isə böyük savabdır. Daha ətraflı: Vitr namazının hökmü nədir?
Aleykum salam. İnsan yaxşılıq etdikdə ona savab, pislik etdikdə isə günah yazılır. Günahları savablarından çox olanlar axirətdə əzab çəkəcək. Uca Allah buyurur: "Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.
Aleykum salam. Bunların hamısı cahiliyyə dönəmindən qalma uğursuzluğa, bəd əlamətlərə inanmaq kimi xurafat yönlü fikirlərdir. Daha ətraflı: Bəd əlamətlərə inanma!
Aleykum salam. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır.
Salam aleykum. Duaların qəbul olunması üçün Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) müxtəlif vasitələr bildirmişdir:
Aleykum salam. Ümumiyyətlə heç bir zərurət və ciddi səbəb olmadan naməhrəmlərin təklikdə və ya internet vasitəsi ilə söhbət etməsi günahdır. Çünki bu kimi əməllər adətən zina kimi daha böyük günahlara yol açır.
Aleykum salam. İslama görə qadına öz əmisi və dayısı məhrəm sayılır və onların yanında hicabsız gəzmək olar. Daha ətraflı buradan oxuya bilərsiniz:
Kimlərin yanında hicabsız gəzmək olar?
Aleykum salam. Qurban Allahın razılığını əldə etmək məqsədilə kəsildiyi üçün, bunun ətinin və digər hissələrinin satılması və ya sahiblərinə gəlir gətirən işlər üçün xərcləməsi icazəli deyil. Odur ki, qurban əti, dərisi, yunu, piyi, baş-ayaq və digər hissələrinin satılması şiddətli məkruhlardand
Aleykum salam. Əvvəlcə bu ayəni xatırladaq: "(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər".
Aleykum salam. Çalışın, icazə alıb gedə bilirsinizsə, cümə namazına gedin. Ciddi üzürlü səbəb olmadan cüməni tərk etmək günah sayılır. Quran ayəsinə görə kişilərə cümə namazına getmək vacibdir: "Ey iman gətirənlər!
Aleykum salam. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: “Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın.
Aleykum salam. Əvvəla onu qeyd edək ki, Quran Uca Allahın kəlamıdır. Onun digər kəlamlara nisbətən üstünlüyü Uca Allahın məxluqatı üzərindəki üstünlüyü kimidir. Dilin oxuduğu ən gözəl kəlam da odur.
Aleykum salam. Səcdə zamanı dirsəkləri yerə qoymaq namazda bəyənilməyən əməllərdən hesab olunur. Yəni əllərin içi yerə qoyulmalı, dirsəklər isə havada qalmalıdır.
Salam aleykum. Fərz (vacib) namazları bütün müsəlmanlara gündə beş dəfə vacib buyurulan namazlardır. Uca Allah buyurur: "Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın!
Aleykum salam. Namazda sözləri səhv dedikdə və ya çaşdıqda təkar deyə bilərsiniz və bu hal namazı batil etmir. Amma çalışın bu şeyin üzərində çox durmayasız və sizdə vərdiş halı almasın. Çünki adət halına keçsə, namazın savabını azalda bilər.
Aleykum salam. Həcc Allahın vacib buyurduğu ibadət növlərindəndir. Bütün ibadətləri və Allah rizası üçün olan əməlləri bacardıqca gizli saxlamaq savab baxımından daha yaxşıdır. Həccdən qayıtdıqda evə görüşməyə gələn qohum və ya dost-tanışa ziyafət vermək olar.
Salam aleykum. Alimlərin rəyinə əsasən Masonluq bütün dinləri yer üzündən silməyə çalışan və hər şeyə hakim olmağa çalışan gizli siyasi hərəkatdır. Uca Allah buyurur: "Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər.
Aleykum salam. Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Zöhr namazının vaxtı günəşin zenitdə olmasından başlayır, insanın kölgəsinin özü boyda olmasınadək, yəni əsr namazının vaxtı girənədək davam edir.
Aleykum salam. Qəzaya düşmək dedikdə özünə ölüm arzulamaq nəzərdə tutursunuzsa, bu cavabı oxuyun: İntihar haqqında
Salam aleykum. Həmzad sözünə ərəb dilində "həməzət" deyilir. Quranda "həməzətiş-şəyətin", yəni "şeytanların vəsvəsələri" kimi qeyd edilir. Uca Allah buyurur: "De: "Ey Rəbbim!
Aleykum salam. Əgər bismilləh sözü qəsdən deyilməyibsə və ya əminsiniz ki, kəsiləndə bismilləh deyilməyib, onda yemək olmaz. Ətin üzərində bismilləh deyilib-deyilməməsi müəmmalıdrsa, bu zaman özünüz bismilləh deyib yeyə bilərsiniz.
Salam aleykum. İnsanın hansı irqə məxsus olması önəmli deyil, Allah qatında üstünlük yalnız təqvaya (Allah qorxusu) görədir. Rəbbimiz buyurur: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq.
Aleykum salam. Hər bir müsəlman ət kəsə bilər və onun kəsdiyi əti yemək haram yox, halaldır.
Salam aleykum. Özünü boşaltmaq (istimna, masturbasiya) haramdır. Bəzi alimlər zinaya düşmək təhlükəsi yarandıqda bunu etməyi icazəli görüblər. Həmin insan evdə qoyub getdiyi həyat yoldaşı necə səbr edirsə, o da səbr etməlidir.
Aleykum salam. Dəstəmaz alanda parfum vurulan yerləri yumağa ehtiyac yoxdur. Kəbinli olan cütlüyə toya qədər münasibətlərdə səbr etmək tövsiyə olunur.
Aleykum salam. Evdə ruhu olan canlıların (insan, heyvan və s.) heykəl və rəsmlərinin olması qadağandır. Digər şeylərin heykəl və ya rəsmləri isə ola bilər.
Aleykum salam. "Yasir" sözünün mənası isə asan, rahat, yüngül deməkdir.
Aleykum salam. Bu cavabları oxuyun:
Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?
İslamda təqlid varmı?
Aleykum salam. Zərurət yarandıqda əsr namazını öz vaxtında qıla bilməyəcəyinizdən ehtiyat edərək zöhrlə birləşdirib qılmaq olar. Əgər əsr namazının öz vaxtında namaz qılmağa şərait yaransa, yenidən əsr namazını qılmaq olar. Bu halda zöhrlə birləşdirib qıldığınız namaz nafilə sayılacaq.
Aleykum salam. Bəli, qadınlarda ayaqlar da övrət yerindən hesab olunur. Ümumiyyətlə islama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.
Aleykum salam. Bəli, saçlar da digər bədən üzvləri kimi Uca Allahın bizə nemətidir. Uzun saçları kəsmək vacib deyil, sadəcə sizə çətinlik yaradırsa, istəsəniz kəsə bilərsiniz. Şəriətdə uzun saç saxlamaq haram buyurulmayıb. Həmçinin, başa məsh çəkəndə hörükləri açmaq lazım deyil.
Aleykum salam. İslamda belə bir bayram yoxdur. Bu dinimizdə sonradan uydurlan bir yenilikdir. İslam dinində Allah və Onun Rəslunun (salləllahu aleyhi və səlləm) əmr etdiyi iki mübarək bayram var: Ramazan və Qurban bayramları.