22-09-2014 NURAY
hicabi qiza makeaj etmek olarmi xasis edirem tez cavab yazasiz
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Hicablı qadın makiyajdan istifadə edə bilərmi? 

ardını oxu
22-09-2014
Salam. Yuxu kitabları ilə yuxu yozmaq günahdır?
Cavab:

Aleykum salam. Əgər kitablar mötəbər mənbələrə, Quran ayələrinə, səhih hədislərə və rəvayətlərə söykənirsə, bu zaman o kitablardan istifadə etmək olar. Amma unutmayaq ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) mütləq yuxuları yozmağı və yuxu yozumuna görə hərəkət etməyi bizə buyurmayıb.

ardını oxu
22-09-2014 Gülşən
qismət diyə bir şey varmı?yəni ailə quracağı insanı ALLAH öncədən yazıbmı?
Cavab:
ardını oxu
22-09-2014
salam.menim bir qohumum deyirki mektebe getmek,kolece getmek haramdir,tagutdur.bu duzgundurmu?meger elm oyrenmek pis bir seydi?
Cavab:

Aleykum salam. Siz belə insanlara fikir verməyin, elm öyrənmək savabı ən çox olan əməllərdəndir. Uca Allah buyurur: "De: "Ey Rəbbim! Mənim elmimi artır!" (Ta Hə, 114).

ardını oxu
22-09-2014
salam aleykum.yatmazdan evvel edilen zikrde nie subhenallah ve elhemdullilah sozlerini 33defe,Allahu Ekber sozunu ise 34 defe deyirik?nie 34defe?
Cavab:

Aleykum salam. Bunun belə olmasını Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) özü belə edib və ümmətinə də belə etməyi buyurub. O, bəzi məsələlərin hikmətini və mənasını bizə açıqlamış, bəzilərini isə bildirməmişdir.

ardını oxu
22-09-2014 sevinc ehmedova
Hevva anamız necə yaranıb?
Cavab:

Salam aleykum. Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!

ardını oxu
22-09-2014
Salam Aleykum...siz bu sualima yazmadizz...Quranda Munir sozu var bunu ad kimi oglan uwagina qoymaq olarmi?Birdeki 7 gumden Sonra uwagin saci kesilib onun miqdarinda kasiba qizil vermek onun evezine pul vermek olarmi??? Birdeki bunu etmek mutleq vacibdirr???
Cavab:

Aleykum salam. Quranda Munir sözü var və bunu insana ad kimi də qoymaq olar. Uca Allah buyurur: "Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və "nur saçan" (Munir) Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər".

ardını oxu
22-09-2014
Salamun aleykum.men namaza baslayandan lakdan istifade etmirdim.övladim dunyaya geldi 40gun qilmadim ve lakdan istifade etdim.qusl alanda yadimdan cixib dirnagimda lak olub .menim qusulum batildimi.birde men 40gunden elave 10gunde namaz qilmamisam(temiz olmadigima gore)qezasin qilmaliyam,Allah razi
Cavab:

Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan və ya qüsldan əvvəl silinməlidir.

ardını oxu
22-09-2014 Muselmandan
salam aleykum.menim sualim çöpçü haqqindadir.bezen olurki az yaşli uşaqlarda narahatçiliq olur ve diyillerki burnunda ve ya bogazinda nese qalib.uşaği çöp çixardan şexsin yanina aparillar.
Cavab:

Və aleykum salam. Bu cavabı oxuyun: Çöpçüyə getmək olarmı?

ardını oxu
22-09-2014
Salam Aleykum. Qait və caiz terminlərinin mənalarını bilmək istəyirəm. Və bir də Azərbaycan dilində dini terminlərin izahlı lüğət kitabı varmı?
Cavab:

Aleykum salam. "Caiz" sözü ərəb mənşəli kəlmə olub, mənası icazəli, keçərli, mümkün, buraxılan və s.  deməkdir. 

ardını oxu
19-09-2014
Salam. Din alimlərindən biri (Sistani) deyir ki, namazın sözləri səlist olaraq ərəb dilində deyilməsə namaz batildir. Bu alim məni namazdan soyutdu, ümidlərimi puç etdi. Hər səhər sübh namazına həvəslə qalxan mən - bu gün süst və həvəssiz qalxdım.
Cavab:

Aleykum salam. Əvvəlcə bu ayəni xatırladaq: "...Allah heç kəsi gücündən artıq yükləməz...". (əl-Bəqərə, 286).

ardını oxu
19-09-2014 Muradova Gülnar
Hörmətli din alimləri mən cadudan qurtara bilmirəm.28 yaşım var 19 yasımdan bu yaşıma qeder mehv edir mani neca kömək edə bilarsiz
Cavab:

Salam aleykum. Əvvəlcə həkimlərə getmək, bunun digər xəstəlik yox, məhz cadu olduğuna əmin olmaq lazımdır. Əgər əminsinizsə və uzun müddətdir ki, qurtula bilmirsinizsə, sizə bacarıqlı mütəxəssis tərəfindən islami ruqyə (Quranla müalicə) olunmalıdır.

ardını oxu
19-09-2014
Salam aleykum. Bilmek isterdim ki, gunahin insana hansi tesiri, zererlei vardir?
Cavab:

Va aleykum Salam.

ardını oxu
19-09-2014
As salamu aleykum, bir qardas evlenmek isteyir, tanidigi bildiyi evli (subay) qardaslara deyib, mesciddede xeber verib ama her kesin basi qarisiqdi, yada subay olan coxdur deye qardas evlene bilmir.
Cavab:

Aleykum salam. Sosial şəbəkələrdə naməhrəmlərlə söhbət etmək haramdır.  Daha ətraflı: Sosial şəbəkələrdə naməhrəmlərlə danışmaq haqqında

ardını oxu
19-09-2014
Salamun aleykum men cox narahat eden bir mesele var. siz deyirsiz niyyet etmek bidetdir amma kitablarin ekseriyyetinde niyyet etmeyin farz oldugu yazilir. Men neye inanacagimi bilmirem. Bidetden qacmag isteyirem amma belke ferzdir deye narahat oluram. Mene esasli bir subut lazimdi.
Cavab:
Va aleykum Salam. Niyyət etmək bidət deyil, sadəcə niyyəti dil ilə tələffüz etmək bidətdir. İslama görə niyyətin yeri qəlbdir. Ümumiyyətlə, niyyət məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Məqsəd varsa, artıq niyyət də var.
ardını oxu
19-09-2014
salam bilmek isteyirdim ki ana ile ogul bir yerde namaz qila bilerlermi?bir de ki er ve arvad bir yerde namaz qila bilerlermi?
Cavab:

Aleykum salam. Bəli, qeyd etdiyiniz şəxslər birlikdə namaz qıla bilərlər. Bu zaman kişi öndə imam dayanır, qadınlar isə onun arxasında dayanaraq imama tabe olurlar.

ardını oxu
19-09-2014
salam men tovbe etmisdimki sosial sebekeleri girmiyim yenis tanimadigim adamla yazismayib vapsatda yalniz tanidigin kisi ve yaxud qadinla yazisiram tovbemi pozmus oluram birde tovbe etmisem kisi xeylaginnan telde danismiyim mecburu qalib danissam tovbemi pozmus oluram yene bele halda men neynim xa
Cavab:

Aleykum salam. İstənilən halda hər bir günahdan sonra tövbə etmək zəruridir: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). Daha ətraflı: 

ardını oxu
19-09-2014
salam.men mohurle namaz qiliram.ewitmiwemki bu duzgun deyil.indi men mohurle qilmiyim? evde her namazda azan oxuyan saat var.hemiwe destemaz alib sora azana qulaq asib namazimi qiliram.mene deyirlerki azan ewitmisense namazi iqame ile bawla.bu ne derecede duzgundur?
Cavab:

Aleykum salam. Uca Allah bizə bütün ibadətlərimizdə Peyğəmbərimizi (salləllahu aleyhi və səlləm) özümüzə nümunə götürməyi buyurmuşdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) isə namazı möhürsüz qılıb.

ardını oxu
17-09-2014
Salam Allah insani bu heyatda mukafat verirmi yaxsi emellerine gore ve yaxud ne vaxta qeder cetin sinaga cekir sinagdagdan ela cixmaqdan otru allahin quranda gosterdiyi kimi butun qanunlarina fuzzgun emel etmek lazimdi bes onun mukafatini niye bezen bu heyatda vermir ve ya verirmi?
Cavab:

Aleykum salam. Ola bilər ki, Uca Allah yaxşılıqların əvəzini bu dünyada versin, ola da bilər ki, axirətə saxlasın, yaxud da ola bilər ki, hər iki dünyada da versin.

Həmçinin oxuyun:

Yaxşılıq etdikdə Allah onun əvəzini verirmi?

ardını oxu
17-09-2014
Salam baguskayin tez tez cinsi elaqede olandan sora namaz qulmaq ucun her defe cimib basdan quslmu etmek lazimdi? Yeni drmek isteyirem ki eger her gun cimib qusl etmek insani xest sala biler? Ve yaxud gunde 2 ya3 defe olsa 3 defede qusl almaq lazimdimi?
Cavab:

Aleykum salam. Cinsi əlaqədən sonra həm kişi, həm də qadın qüsl almalıdır. Qüsl etmədən namaz qılmaq batildir. Özünü qoruyarsa, hər gün çimmək insanı xəstələndirmir.

ardını oxu
17-09-2014
Selamunaleykum namaz qilmayanla evlenmek olar? Hedisler alimlerin sozleri varsa yazinda zehmet olmasa.cezakallahu xayran
Cavab:

Aleykum salam. Namaz qılmayanla evlənmək olar, amma Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm kişiləri, həm də qadınları dini və əxlaqı gözəl olanlarla evlənməyə təşviq etmişdir. Həmçinin, bu, imanın zəifləməsinə gətirə bilər, bu isə çox təhlükəlidir.

ardını oxu
17-09-2014
Salem..Hamile qadin rah at doguw ucun dua varmi??Men turk kanallarinda ewitmiwdim Hz Meryem Isayi doganda bu duani etmiwdi .Summe sebiri yessera...Bu sozun menasi nedir?? Bu duani demek duzgundurmu???Allah razi olsun
Cavab:

Aleykum salam. Bununla bağlı xüsusi bir dua yoxdur. İstədiyiniz kimi öz sözlərinizlə Allaha dua edə bilərsiniz. Bu məqalələri oxuyun:

Dua ibadətdir

ardını oxu
17-09-2014
Salam Aleykum.Oglan uwagina 2 dene Qurbanliq kesilmelidi mutleq??? Eyer imkan yoxdursa onda nece?? Birde kesende nece niyyet etmek lazim?? Bilmek isterdim..Cox sagolun
Cavab:

Və aleykum Salam. Əqiq qurbanını kəsmək vacib yox, təkid olunmuş sünnələrdəndir. Oğlan uşağı üçün iki, qız uşağı üçün isə bir baş qoyun əqiq adı ilə qurban kəsilir. İmkan yoxdursa, kəsməmək olar və günah deyil. Sonradan imkan olan kimi bu qurbanları kəsmək lazımdır.

ardını oxu
15-09-2014
dirnagi kesdikden sonra torpaga basdrmaliyq??
Cavab:

Salam aleykum. Dırnaqlarınızı kəsdikdən sonra hara istəniz ora ata bilərsiniz. Bu məqaləni oxuyun: Bəd əlamətlərə inanma!

ardını oxu
15-09-2014 7i4f
Assalamualeykum. iki seven genci ayirmaq onlarin izdivacina engel olmaq gunahmidir?
Cavab:

Aleykum salam. Şəriətin icazə verdiyi sevgi olubsa bəli, günahdır. Daha ətraflı: Qul haqqı barədə 

ardını oxu
15-09-2014
Salam Aleykum..Quranda Munir sozune rast gelmiwem..Nedir bu sozun menasi ve Munir bu sozu oglan uwagina qoymaq olarmi??? Birde Talha.sehabedi bilirem Talha menasi nedir bilmek isterdim???
Cavab:

Aleykum salam. "Munir" sözünün mənası ərəb dilindən tərcümədə işıqlı, parlaq, nur saçan, asan, başadüşülən və s. bildirir. Bu söz Quranda bir neçə yerdə işlənib. Bu adı uşaqlara qoymaq olar. "Talhə" sözünün mənası isə "akasiya ağacı" deməkdir.

ardını oxu
15-09-2014
Salam. Necesiz? Men 2 aya yaxındır Namaz qılıram. Amma Namazdan sonra tesbeh çekmirem. Qılanların çoxu deyir mütleq tesbeh çekmelisen. Yenede çekmirem. Sizce Namazdan sonra tesbeh çekmek vacibdir?
Cavab:

Aleykum salam. Namazdan sonra təsbeh çəkmək yox, zikr etmək daha yaxşıdır. Daha ətraflı: 

Salam verib namazı bitirdikdən sonra edilən zikrlər 

Namazdan sonra təsbeh çəkmək olarmı?

ardını oxu
15-09-2014
salam.men qeribe 1 yuxu gormuwem.gunaha batmaq uzreyem ve aniden yanimda olan insanlarin cinler oldugnu derk edirem.sora ucadan BU WEYTANIN YUXUSUDU deyirem ve aniden quran qollarimin arasinda olur.onu mohkem qucaqlayib evvel ayetel kursunu,sora ise feleq ve nas surelerini deyirem.cinlerin uzaglawma
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Pis yuxular şeytan işidirmi?

ardını oxu
14-09-2014 Metanet Mirzeyeva
Assalamu Aleykum. Bilmek isterdim ki, borcu olan istenilen bir shexs Allah rizasi uchun qurbanliqda qurban kese bilermi? Xahish edirem ki, imkan daxilinde sualimi tez bir zamanda cavablandirib saytiniza yerleshdiresiniz. Men size chox guvenirem, inaniram ve sizi Allah uchun chox sevirem.
Cavab:

Aleykum salam. Bizi xatirinə sevdiyiniz Allah sizi də sevsin! Əgər borc sahibi borcunu tələb etmirsə və ya borcunun qaytarma vaxtına hələ varsa, o zaman qurban kəsməyə maddi cəhətdən imkanı olan qurban kəsə bilər.

ardını oxu
14-09-2014
salam niye gore biz mege seherine dogru namaz qilirig meyer bu vacibdirmi allahnan unsiyetde olmag isteyiremse qibleye dogru olmaliyam meqqsed allahnan unsiyedirse tekbetek qalmagdirsa namaz qilmagdirsa olmaski haterefe istesen durum qilim bunu izah ede bilersiz niye hansi olkeye gedirikse hansi y
Cavab:

Aleykum salam. Namazda üzünü qibləyə tutmaq vacibdir, çünki Uca Allah bunu əmr edib: "(Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir!

ardını oxu
14-09-2014
Salam aleykum .men ewitmiwemki qaw almaq gunahdi ve buna gorede qawimi almiram.ama Cenenin altinda tukler bitir pis gorunur dodagimin UST terefinde tukler bitir onlari aliramm bu gynahdirmii???
Cavab:

Aleykum salam. Qadının qaşını alması da ən böyük günahlardan sayılır, çünki, qaşını alan qadın lənətlənmişdir. Allahın və ya Peyğəmbərin lənətlə hədələdiyi əməllər böyük günah sayılır.

ardını oxu
14-09-2014 Aygun Qasimova
Salam. men İkona alıb evde qoya bilerem gunah olmazki. isalam dinine aid bir zid hereket etmis olmaramki.
Cavab:
Aleykum salam. İkona -- xristianların şirk və küfr əməlləri üçün vasitələrdən biridir. Onlar çox vaxt bu şəkillərə baxaraq dua edir, Məryəm oğlu İsanın (aleyhissəlam) şəklindən bərəkət istəyir və s. küfr əməllər edirlər.
ardını oxu
14-09-2014 Aise
As salamu aleykum, Ereb herflerin oyrenmeye calisiram ama hele qutarmamisam, Quranin axirinci qisa surelerin ezberleyirem her namazda tekrar edirem, Kafirun suresin oxunusun yaza bilersiz? Allah razi olsun sizden, Amin!
Cavab:

Aleykum salam.

əl-Kəfirun surəsinin oxunuşu: 

Əuuzu billəəhi minə-şeytaani-r-raciim.

Bismilləəhi-r-rah'məənir-rahiim.

ardını oxu
14-09-2014
salam.qardasim 2ildirki namaz qilir.ama axir vaxtlar nalayiq yanawir.deyine deyine qilir.qezalari cox olur.
Cavab:
Aleykum salam. Bunun üçün xüsusi dua yoxdur. İstədiyiniz kimi dua edə bilərsiniz. İman itaətlə artar, asiliklərlə (günahlarla) də azalar. Ona görə də qardaşınızı günahlardan, günaha aparan vasitələrdən və insanlardan çəkindirməyə çalışın. Həmçinin onu gözəl şəkildə dəvət etməkdə də davam edin.
ardını oxu
13-09-2014 Aisa
As salamu aleykum,Rebbim elminizi artirsin gunahlarinizi bagislasin Amin! ISlama geldiyim muddetden evde yavas yavas devet apariram amma tessuf cox az qismini goturubler,hicabi ise sevmirler.
Cavab:

Aleykum salam.

ardını oxu
13-09-2014 H 66124
YENI NIYE OLUNU DEFN ETMEYE QADINLARDA GETMIR ALLAH BIZE CENNETDE O GOZEL CAMALINI GORMEYI NESIB EYLESIN AMIN
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Cənazə dəfn edilərkən qadın niyə getməməlidir?

ardını oxu
13-09-2014 allah bendesi
yeni demey isteyiremki bir insan oldukden sonra belkede 100 iller kecir axirete kimi bu vaxta qeder ne bas verir allah razi olsun
Cavab:
Salam aleykum. Bu məqalələri oxuyun:

Möminin və kafirin ölümü

Qəbir əzabı haqqında
ardını oxu
13-09-2014 allah bendesi
eger vitr namazi vacibdirse niye allah 6 deyilde 5 vaxt namaz qilmagi emr etdi allah sizden razi olsun
Cavab:

Salam aleykum. Vitr namazını qılmaq vacib buyurulmayıb, amma təkid olunmuş sünnətlərdəndir. Daha ətraflı: Vitr namazının hökmü nədir?


 

ardını oxu
13-09-2014
Salam Aleykum. Bir nəfər yaxınım bu sayta daxil oldu, baxdı və o düşünür ki, bu sayt vəhabilərin saytıdır. Və buna görə mən çox narahatam. Allah xatirinə düzünü deyin, bu sayt vəhabilərin saytıdır?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Bu sayt hansı məzhəbindir?

ardını oxu
13-09-2014
Assalamualeykum. belə bir hədis var ki rəssamlar cəhənnəm əhlidir.Amma Allahu Təala da buyurb ki mən isdədiyim qulumu bağışlayar isdədiyimi cəzalandıraram.mən də biraz şübhə yarandıki hədisdə qəti hökm var.ama ayədə də deyilir ki bağışlanma ehfimalı hərkəsin ola bilər.bun aydınlıq gətirə bilərsiz?
Cavab:
Aleykum salam. Hədislər və ayələr ziddiyət təşkil etmir, əksinə, bir-birini tamamlayır və izah edir. Hədisdə ruhu olan məxluqların (insan, heyvan və s.) şəklini çəkməyin Cəhənnəmə aparan günah olduğu bildirilir.
ardını oxu
12-09-2014
Salam aleykum. Bir bacı pul verib işə düzəlib müəllimə. İndi onun qazanacağı maaş haram sayılacaq ona?
Cavab:

Aleykum salam. Əgər pul verib düzəldiyi iş onun haqqı olan işdirsə və o işə pul vermədən girmək mümkun deyilsə, o zaman bu rüşvət sayılmır. Həmin insan o işə layiq deyilsə, pul vərərək kiminsə haqqına girib o işdə işləyirsə, verdiyi pul rüşvət sayılır.

ardını oxu
12-09-2014
Salam. Təsbehlə zikr etmək olmaz deyirsiniz. Təsbeh nədir ki, say tutmaq üçün bir şeydir də. Niyə olmaz?
Cavab:

Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) barmaqları ilə zikr etmiş və demişdir: "Təkbir (Allahu Əkbər), Təqdis, Təsbih (Subhənəllah) və Təhlil (Lə iləhə illəllah) etdiyiniz zaman barmaqlarının (buğumları) ilə edin.

ardını oxu
12-09-2014
Assalamualeykum. Yeni dogulan korpelere tetbiq edilen sunnetler haqqda melumat verə bilərdiz?
Cavab:
Aleykum salam.
ardını oxu
12-09-2014
Salam,menim problemim subhedi.mende ALLAHIN birliyine dair subhe olur.qurtula bilmirem cavabini versem bir basqa curesi olur.belke size sacma gelse de menim heqiqeten komeye ehtiyacim var.duzelmek isteyirem
Cavab:

Aleykum salam. Sizin şikayət etdiyiniz bu vəsvəsələr və sizə gələn bu fikirlər sizin imanınızın sadiq olmasına dəlalət edir. Bu vəsvəsələrlə şeytan indi o sadiq imanı, sizin əlinizdən almaq istəyir.

ardını oxu
12-09-2014
Salam aleykum. saci kesdirib salona satmaq olar?
Cavab:

Aleykum salam. İnsan saçının satılması icazəli deyil.

ardını oxu
12-09-2014
salam eleykum men sizden 1 meslehet isdeyirem men namaz qilib hicab baglayiram anam ise qetiyyen eliyhinedi hicabin hazirda rusiyadayam ve evdekilerde burda pis baxildiqini dediler hicabi acmisam ama icimde ozume yaxsi tesir etmir bu hal hemde isdiyecem vapse pis baxacaqlar mene diyillerki bura xri
Cavab:

Aleykum salam. Hicab Uca Allahın qadınlara olan vacib əmrlərindən biridir. Ona görə də heç bir halda hicabı açmaq olmaz və bu böyük günahlardan sayılır. Heç nəyə baxmayaraq yenidən hicab bağlamaq lazımdır.

ardını oxu
12-09-2014
Selamunaleykum cox uzr isteyitem sualima gore.men bir qiznan kebin kesmiwem toy elemeye cox qalib,men her goruwende opurem onu gunah sayilirmi? Birde ne etmek olar ne etmek olmaz? Allah razi olsun
Cavab:

Aleykum salam. Nə qədər ki, qız atasının evindən gəlin köçməyibsə, kəbin kəsdirən cütlüyə tövsiyə olunur ki, toyları olana qədər bu məsələlərdə səbr etsinlər.

ardını oxu
12-09-2014
Salam Aleykum..Selef ve saleh sozunun menasi nedir??? Uwaga selef ve ya saleh ad qoymaq olarmi??? Bunlar din adlaridi??Saleh adinda sehabe varmi ve onun haqda???
Cavab:

Aleykum salam. Sələf sözünün mənası “əvvəl gələnlər” deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün “sələf” sayılır. Məsələn, nəsildə sələf insanın atası, babası və s. sayılır.  Saleh sözünün mənası isə gözəl, xeyirxah, yaxşı, haqq olan və s. deməkdir.

ardını oxu
11-09-2014 Deyanet
Salam Aleykum. zehmet olmasa mene deyerdiz İlahe adini qizlara qoymaq gunahdirmi?
Cavab:

Aleykum salam. İlahə adını uşaqlara qoymaq olmaz. Çünki İlahə adı "İlah" (məbud, ibadət olunan) sözündən götürülüb. İlah isə yalnız Uca Allahdır: "Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir". (əl-Bəqərə, 163).

ardını oxu
11-09-2014 gunel
salam. menim ovladim dunyaya gelende anam onuncun qurban demisdi. ancaq hele kesdirmeyib usagin artiq 2 yashi olacaq. bir de ushaq tez tez yixilir daha cox bashi deyir. deyirler qurbani var yeqin ona gore. umumiyyetle usagin yixilmagini qurbanla elaqelendirmek duzgundur?
Cavab:
Aleykum salam. Bu növ nəzirlərin deyilməsi bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əvvəl işin düzəlməsini gözləyib sonra edilən nəzirə "paxılın nəziri" demişdir. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə (məsələn, oruc, namaz, həcc, ümrə və s.
ardını oxu

Pages