Aleykum salam. Allah sizdən də razı olsun. Oturarkən namaz qılanda rükü edəndə biraz qabağa əyilmək, səcdə edərkən isə ondan daha çox əyilmək lazımdır. Uzanmış vəziyyətdə də başı qabağa əyməklə həmin hərəkətləri etmək olar. Əgər bu da mümkün deyilsə, bacardığınız şəkildə qıla bilərsiniz.
Salam aleykum. Bu, sahibini Cəhənnəmə aparan böyük günahlardandır, hər ikinizi tövbə etməyə çağırırıq. Daha ətraflı: Quranla fala baxmaq olarmı?
Aleykum salam. Bu məqaləni oxuyun: Namaz qılmayıb, Cənnətə girmək olarmı?
Aleykum salam. Qeyd etdiyiniz hal orucu batil etmir. Lakin o halda namaz qılmaq olmaz. Nəcisdən təmizlənib namaz qılmaq lazımdır.
Daha ətraflı:
Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?
Aleykum salam. Əli bağlı namaz qılmaq barədə tam olaraq açıq-aydın bir ayə gəlməmişdir. Lakin bəzi təfsirlərdə qeyd olunmuşdur ki, əl Kövsər surəsinin 2-ci ayəsi, namazda əli bağlamağa aiddir. Həmin ayənin açıqlamasını da Əli İbn Əbu Talibdən (Allah ondan razı olsun) götürmüşdülər.
Aleykum salam. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl İsra, 32)
Aleykum salam. Bu cür zarafat etmək inşallah, günah sayılmır. Ümumən, çox olmamaq və yalan danışmamaq şərtilə məzəli söhbətlər etmək və ya zarafatlaşmaqda heç bir qəbahət yoxdur. Həmçinin oxuyun: Rəsulullahın zarafatları
Aleykum salam. Bu cavabları oxuyun:
Namaz qılan kolbasa yeyə bilərmi?
Hansı kolbasalar halal sayılır?
Aleykumu-s-sələm va rahmatullahi va bərakətuhu. Sizə məhrəm olan qadınlara (məsələn; ana, bacı, həyat yoldaşı, nənə və s.) hədiyyə kimi gül verə bilərsiniz. Şəriətdə bunun qadağan olunması ilə bağlı heç bir məlumat yoxdur.
Aleykum salam. Səhər adi qaydada ayaqlarınızı yumaq şərtilə dəstəmaz aldıqdan sonra corab geyinsəniz həmin gün ərzində corabın üzərinə məsh çəkə bilərsiniz.
Aleykum salam. Qüsul almağa şərait yoxdursa və ya xəstələnmək təhlükəsi varsa, müvəqqəti olaraq, imkan yaranana qədər torpaqla təyəmmüm edib namazları qılmaq lazımdır və namazları qəza etmək olmaz.
Aleykum salam. Ürəkdən peşman olub tövbə etdiyiniz əməlləri Allah bağışlayır və buna görə pis olmaq lazım deyil. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin". (əz-Zumər, 53).
Aleykum salam. Belə yuxuları görməmək üçün yatağa girdikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu zikrləri edin. O buyurmuşdur ki: "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mühafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz".
Aleykum salam. Bəli, hicabın üstündən şərf taxmaq olar. Əsas odur ki, hicab şəriətə uyğun olsun, yəni, örtülməsi vacib olan yerləri tam örtsün. Həmçinin yaxşı olar ki, dar, şəffaf, zərli və s. kimi diqqət çəkəcək görkəmdə olmasın.
Aleykum salam. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.
Aleykum salam. Quran fala baxmaq üçün yox, oxuyub ibrət almaq üçün nazil edilmişdir. Quranı oxusanız, orada falın haram olduğunun yazıldığını görərsiniz. Falın hər bir növü (istər Quranla, istər kartla, istərsə də digər şeylərlə), həmçinin sehr, cadu və s.
Aleykum salam. Əvvəlcə sizdən sual verərkən ad çəkməməyinizi xahiş edirik, çünki bunun sualın cavablandırılmasına heç bir aidiyyatı yoxdur. Həmçinin islama görə məcburi evləndirmək yoxdur, ona görə də bu haqqınızı tələb edə bilərsiniz. Həmçinin oxuyun:
Aleykum salam. Bu cavabı oxuyun: Pis yuxular şeytan işidirmi?
Aleykum salam.
Aleykum salam. Çalışın öz aranızda razılığa gəlib boşanıb-boşanmamağınız haqda yekun bir qərar verəsiniz. Həm də sualnız tam olaraq da aydın deyil ki, sizə konkret izahlı bir cavab verək. Həmçinin oxuyun:
Aleykum salam. Uca Allah içki içməyi bütün hallarda haram buyurmuşdur, ona görə də, sizin etdiyiniz günahdır və tövbə etməlisiniz. Uca Allah buyurur: "Ey iman gətirənlər!
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə dırnaqları vaxtında tutmağı buyurub. Daha ətraflı: Dırnaqları uzatmaq günahdırmı?
Aleykum salam. Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vacib buyurmuş, başlamaq üçün nəyisə gözləməyi isə qadağan etmişdir. Hər kəs ölüm onu haqlamamış Rəbbinin razılığını qazanmağa çalışmalı, Allahın ona buyurduğu ibadətləri yerinə yetirməlidir.
Və aleykum Salam. İntihar etmək böyük günahdır və Uca Allah bunu edənlərin Cəhənnəmə düşəcəyini bildirib: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və özünüzü öldürməyin.
Aleykum salam. Niyyət etmək qəlbində bir işə məqsədi olmaq deməkdir. Məsələn, səhər sübh namazı qılmaq məqsədilə yerinizdən durub dəstəmaz alırsınızsa, deməli, sübh namazı qılmağa artıq niyyət etmisiniz.
Salam aleykum. Cinsi əlaqə anus yolu ilə (anal yolla) olmamaq şərti ilə, cinsiyyət üzvündən istənilən vəziyyətdə (pozada) ola bilər. Uca Allah buyurur: "Qadınlarınız sizin tarlanızdır. Tarlanıza necə istəyirsinizsə, yaxınlaşın". (əl-Bəqərə, 223).
Aleykum salam. Özünü boşaltmaq və ya masturbasiya haramdır. Haram şeylərdə isə şəfa yoxdur. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Allah ümmətimin şəfasını onlara haram qıldığı şeylərdə etməmişdir".
Salam aleykum. Bu saytdan istifadə edin:
http://namazvakti.com/Main.php?cityID=13266
Həmçinin oxuyun: Namazın vaxtları nəyə əsasən təyin olunub?
Aleykum salam. Allah razı olsun. Suallar çox olduğu üçün hər birinə ətraflı cavab yazmağa vaxt olmur, amma vaxtaşırı olaraq tez-tez verilən suallara aid məqalələr hazırlayıb sayta yerləşdiririk.
Aleykum salam. Allah sizdən də razı olsun! Valideynləriniz icazə versə də, siz naməhrəm sayılırsınız. Suallarınızı bura yaza bilərsiniz.
Aleykum salam. Dəstəmazda əllər (dirsəklərə qədər) yuyulur, məsh çəkilmir. Əlləri necə yumaq mühüm şərt deyil. Amma dəstəmazla bağlı ayəyə diqqətlə fikir versək, orada əlləri aşağıdan yuxarıya doğru yumağa işarə edildiyini görərik.
Salam aleykum. Sualınız tam aydın olmadı, əgər evli insanın başqasını sevməyini nəzərdə tutursunuzsa, bu haramdır və böyük günahlardan olan zinaya aparır. Şəriətə görə zina edən evli adamın cəzası dünyada daşqalaq olunaraq öldürülmək, axirətdə isə Cəhənnəm əzabıdır.
Aleykum salam. Namazdan sonra təsbeh istifadə etmək olmaz, çünki Peyğəmbərin (salallahu aleyhi və səlləm) dövründə təsbeh olmamış, O bizə barmaqlarla zikr etməyi buyurmuşdur. Daha ətraflı: Namazdan sonra təsbeh çəkmək olar?
Aleykum salam. Evli insanı sevmək haramdır və bu böyük günahlardan biri olan zinaya aparır. Daha ətraflı:
Zina, ona aparan yollar və ondan necə qorunmaq haqqında
Salam aleykum. Cavabı buradan oxuyun: Quranı qəbirstanlıqda pulla oxutmaq günahdırmı?
Aleykum salam. Hicabın mütləq qara rəngdə olması fikri yalnışdır. Amma hicab dar, şəffaf, zərli və s. kimi kənardan diqqət çəkən və kişiləri cəzb edən görkəmdə olmamalıdır.
Salam aleykum. Cavabı buradan oxuyun: Hicablı qadın makiyajdan istifadə edə bilərmi?
Aleykum salam. Əgər kitablar mötəbər mənbələrə, Quran ayələrinə, səhih hədislərə və rəvayətlərə söykənirsə, bu zaman o kitablardan istifadə etmək olar. Amma unutmayaq ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) mütləq yuxuları yozmağı və yuxu yozumuna görə hərəkət etməyi bizə buyurmayıb.
Salam aleykum. Bu cavabı oxuyun: Ailə quracağımız şəxs taleyimizə yazılıbmı?
Aleykum salam. Siz belə insanlara fikir verməyin, elm öyrənmək savabı ən çox olan əməllərdəndir. Uca Allah buyurur: "De: "Ey Rəbbim! Mənim elmimi artır!" (Ta Hə, 114).
Aleykum salam. Bunun belə olmasını Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) özü belə edib və ümmətinə də belə etməyi buyurub. O, bəzi məsələlərin hikmətini və mənasını bizə açıqlamış, bəzilərini isə bildirməmişdir.
Salam aleykum. Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!
Aleykum salam. Quranda Munir sözü var və bunu insana ad kimi də qoymaq olar. Uca Allah buyurur: "Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və "nur saçan" (Munir) Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər".
Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan və ya qüsldan əvvəl silinməlidir.
Və aleykum salam. Bu cavabı oxuyun: Çöpçüyə getmək olarmı?
Aleykum salam. "Caiz" sözü ərəb mənşəli kəlmə olub, mənası icazəli, keçərli, mümkün, buraxılan və s. deməkdir.
Aleykum salam. Əvvəlcə bu ayəni xatırladaq: "...Allah heç kəsi gücündən artıq yükləməz...". (əl-Bəqərə, 286).