08-09-2014
Salam Aleykum. Şiə olmaq günahdırmı?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Hansı məzhəb düzgündür?

ardını oxu
08-09-2014
Assalamu aleykum qardaslar.InsAllah size sual verib meslehet almaq isteyirem.Men ozum namaz qilanam amma anam cahildir bir qizim var ve birde oqlan olacaq insAllah ve men onun adini Omer qoymaq isteyirem amma anam naraziliq edir valideyinim islamda deyil.Deyir basqa ad qoy geleceyde problem olar o
Cavab:

Aleykum salam. Doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır.

ardını oxu
08-09-2014
Salam. Mən dükana gedəndə ara yolun döngəsində bir uşaq velosipedlə sürətlə üstümə gəldi. Amma mənə dəymədi dayandırdı və üzr istədi. Mənsə həyəcanımdan onun başına yumruqla vurdum. Etdiyim səviyyəsiz hərəkətdən bəri özümə gələ bilmirəm. Çox peşmanam.
Cavab:

Aleykum salam. Belə hallarda Allaha tövbə etmək və haqqına girdiyiniz insandan halallıq almaq tələb olunur, çünki qiyamət günü qulların haqqı özlərinə həvalə ediləcək. Həmçinin dinimizdə üzə və başa vurmaq qadağandır.

ardını oxu
08-09-2014 gulnar
Namaz qılarken insanlıq halları olarsa meselen: esnemek, burundan suyun axması, qarından gelen ses. Ve bunun kimi diger insandan asılı olmayarag baş veren hadiseler olarsa Namaz batil olarmi?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz halların heç biri də namazı batil etmir.

ardını oxu
08-09-2014
Salam aleykum.Men xesteyem.Allergik astmadan mualice aliram.Amma kishi hekim meni yoxladi.Ozum namaz qilanam.Bu gunahdirmi?Bes eger qadin hicablidirsa,onda nece?Hekim menim koyneyimi qaldirib nefes almami yoxladi.Men bununla gunaha batmaqdan qorxuram.Tanidiqimiz yaxshi qadin hekim yox idi,bu hekimin
Cavab:

Aleykum salam. Qadın həkimlər ola-ola qadının kişi həkim yanına getməsinə icazə verilmir. Sizin xəstəliyiniz müalicəsi ilə məşğul olan qadın həkim tapmaq elə də çətin deyil.  Sadəcə soraqlaşıb axtarmaq lazımdır. Zəruri hallarda qadının kişi həkimlərə müraciət etməsinə icazə verilir.

ardını oxu
08-09-2014 NURAY
men hicabliyam secdiyim senet sac ustaligi coxlari deyirki senin secdiyin senet islama ziddir xais edirem yazasiz men har is gormurem
Cavab:

Aleykum salam. Qadına saç ustası işləmək icazəlidir, amma qaş almaq, naməhrəmlərin yanında cazibədarlığı artırmaq kimi haram buyurulmuş işləri görməmək şərtilə.

ardını oxu
05-09-2014 vefa
salam.gecenin 3de 1i dedikde deqiq hansi vaxti nezerde tutursuz?heni saat nece olur?
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Gecə namazı necə qılınır?

ardını oxu
05-09-2014
Salam aleykum. Peygemberlerin sehvi olubmu? Allah razi olsun.
Cavab:
Va aleykum Salam. Bütün peyğəmbərlər, xüsusilə də peyğəmbərlərin sonuncusu, Adəm övladının ağası Muhəmməd Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın əhkamlarını insanlara təbliğ etmək məsələsində səhv etməkdən məsumdurlar.
ardını oxu
05-09-2014 aysel
salam bilmek isterdim insan her gunaha gore ayrica tovbe etmelidir? yoxsa umumilesdirib demelidir meselen allah butun gunahlarimi bagislasin ve ya filan gunahimi bagislasin?
Cavab:

Aleykum salam. Ümumən tövbə hər bir böyük günaha görə edilir. Kiçik günahlara görə isə "Əstəğfirullah" (Allahdan bağışlanma diləyirəm) deyərək bağışlanma diləmək lazımdır. Həmçinin oxuyun: Tövbəni necə etmək lazımdır?

ardını oxu
05-09-2014
Salam aleykum Omer r.anhun dogrudan Fatmeyi zehra anamizi qapi arasinda qoyaraq oldurub...??? Bu fikir duzdu elmli qardaşlardan xaiw edirem Allah rizsi ucun yazsinlar
Cavab:

Aleykum salam. Bu kimi rəvayətlər uyudrma və böhtanla dolu rəvayətlərdir. Bu bir-başa İmam Əliyə (radıyəllahu anhu) böhtandır.

ardını oxu
05-09-2014 AYNUR
coxlari deyirki destamaz suyundan melek yaranir bu dogrudur
Cavab:

Bu fikir doğru deyil və əsassız bir iddiadır. Səhih hədislərə əsasən mələklər Uca Allahın nurdan yaratdığı məxluqlardır. Daha ətraflı: Mələklər haqqında 

ardını oxu
05-09-2014 ELNUR
men vahabi olmaq isteyirem xais edirem yazasiz secdiyim yol duzgundur tez cavab yazin
Cavab:

Salam aleykum. Bu cavabları oxuyun:

Hansı məzhəb düzgündür?

Vəhhabi kimlərdir?


 

ardını oxu
05-09-2014 NURAY
men sizin namaz qilmak vidyonuza baxdim eli bagli idi men kitablardan oxumusam ki namaz qilarken elleri bir birinin ustune qoymaq olmas bes siz niye bele vidyo qoymusuz xais edirem suallarima tez cavab yazasiz
Cavab:

Salam aleykum. Əllərin bağlanması haqda rəy daha güclüdür. Səhl ibn Sə'd (radıyallahu anhu) belə demişdir: “Camaata əmr edilərdi ki, namaz qıldıqda sağ əli sol qolun üstünə qoysunlar.” (Buxari, 740).

ardını oxu
05-09-2014 i
salamu aleykum.exi islamda salamun aleykum demek dogrudurmu bunu qramatikanan izah ederdiz de.salamu yoxsa salamun?nece deyilmelidir?
Cavab:

Aleykum salam. Ümumən salam cümlələri Qurani Kərimdə "sələmun aleykum" formasında ifadə olunur və 6 müxtəlif ayədə öz əksini tapıb.

ardını oxu
05-09-2014 Allah bendesi
Herden olurki geceler aglayiram sora yatram yuxuda ise ilan gorurem bildiyime gore yuxuda ilan gunah elametidi yani bu gunah sayilirmi?
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun: Pis yuxular şeytan işidirmi?

ardını oxu
05-09-2014 Allah bendesi
Yuxuda men hicab Namaza aid, boynumdan asdigim Allah yazisi yazilmis boyunbagni gorurem bu ne anlamindadi?
Cavab:

Salam aleykum. Ümumiyyətlə hicab, namaz Uca Allahın qadınlara vacib buyurduğu əməllərdəndir.

ardını oxu
05-09-2014
Salam.Haqsizliq eden gunah qazanir?ve buna aid hedis yazarsaniz
Cavab:

Aleykum salam. Haqsızlıq edənlər günah qazanır və buna görə cavab verəcəklər. Daha ətraflı: Qul haqqı barədə


 

ardını oxu
04-09-2014
Salam aleykum mene zohr ve esr, megrib ve isa namazlarini birlesdirib qilmag haqqinda etrafli melumat vere bilersiz. Mecbur oldugda ne vaxt qila bilerik hansini evvel hansini sonra qila bilerik. Bir de sefer namazi barede .Onceden tesekkurler.
Cavab:

Aleykum salam. Kimsə namazı vaxtında qıla bilməyəcəyindən ehtiyat edərsə, zöhrlə əsr namazlarını birləşdirib zöhrün və ya əsrin vaxtında, məğriblə işa namazlarını da birləşdirib məğribin və ya işanın vaxtında qılmağa icazə verilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səfərdə və ya müəyyən zər

ardını oxu
04-09-2014
Salam. Şəhvətdən birdəfəlik imtina etmək və bu şəhvət pəhrizinin pozulmaması üçün ailə qurmamaq və ömrünün sonuna qədər subay qalmaq günahdırmı? Əgər günahdırsa Allah axirətdə bu günaha görə güzəştə gedərmi?
Cavab:

Aleykum salam. Əvvəla şəhvət elə bir hisdir ki, bu hiss insanın fitrətində olur və bu hisdən tamamən imtina etmək mümkün deyil və bu dini baxımdan da düzgün sayılmır. Əslində şəhvət hissi özü bir nemətdir. Sadəcə bu hisdən düzgün şəkildə istifadə etmək lazımdır ki, sahibini günaha batırmasın.

ardını oxu
04-09-2014
salam aleykum.bizim evde kebe sekli var ustunde de erebce yazilar var.bele bir sey asmaq olar evin divarindan?
Cavab:

Aleykum salam. İslam dininə görə evdə divardan bu və buna bənzər şəkillər asmaq bəyənilmir. Çünki çox vaxt əksər insanlar bu cür şəkilləri və ərəbcə yazılan Quran ayələrini asmaqla onlardan xeyir-bərəkət umurlar. Lakin bilmək lazımdır ki, bu cür şeylər ilə bərəkət əldə olunmur.

ardını oxu
04-09-2014 melek
Salam,zohr namazini saxlayib esr namazin vaxti girdikden sora qila bileremmi işimle bagli serait olmadigi ucun bu bir yol sayila bilermi?
Cavab:

Aleykum salam. Namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur.

ardını oxu
04-09-2014
Salam aleykum..oglan uwagina Allahin adlarini qoymaq olarmi??? Meselen Fettah adini....? Birde ki niye Quran ayelerin adini qoymaq beyenilmir islamda?? Meselen Yasin adi Fatih adi???
Cavab:

Aleykum salam. Ümumiyyətlə Uca Allahın adları ilə dua etmək və bu adların əvvəlinə "Abd" sözünü əlavə edib, insana ad qoymaq icazəlidir. Amma sifətlər ilə bunu etmək olmaz.

ardını oxu
04-09-2014 i
salamu aleykum.televizorda Muhammed peygemberin saci saqqali,qilinci,sandigi,paltari ve diger esyalari gosterilir.bunlar heqiqeten de onami aiddir?
Cavab:

Aleykum salam. Dünyanın müxtəlif yerlərində muzeylərdə Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) aid olduğu iddia edilən əşyalar saxlanılır. Bu əşyaların həqiqətən də Ona (salləllahu aleyhi və səlləm) aid olmasına dair səhih dəlil yoxdur və mötəbər alimlər də bunu təsdiqləməyiblər.

ardını oxu
04-09-2014
Salam. "Peyğəmbərə 40 sual" kitabında belə bir cümlə oxumuşdum, deyilir ki, yer üzündə hər namaz vaxtı insanlar namaz qılanda cənnətdə hurilər bir yerə yığışıb deyirlər ki, bizim gələcək ərlərimiz namaz qılırlar. Sualım budur ki, cənnətə yalnız kişilər daxil olacaq?
Cavab:

Aleykum salam. Cənnətə həm kişilər, həm də qadınlar girəcək. İnsan dünyada hansı cinsə mənsub idisə, Cənnətdə də həmin cinsdə olacaq.

ardını oxu
02-09-2014
Salam aleykum mene Peygemberimizin heyatina aid yaxsi kitab lazimdi , tovsiye ede bilersiz? Bi de hardan elde ede bilerem? Cox sag olun Allah sizlerden razi olsun.
Cavab:

Aleykum salam. Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) həyatını öyrənmək üçün ən yaxşı kitablardan biri əl-Mubarək Furi'nin "ər-Rahiq əl-Məxtum" kitabıdır. Azərbaycancaya tərcümə olunub. Sarı üzlü, adı "Həzrət Peyğəmbərin Həyatı" olan kitabdır.

ardını oxu
02-09-2014
salam eleykum siz deyirsiniz ki kebinsiz zina sayilir menim aileli olduqumnan haminin xeberi var idi men qosulub qacmisdim yoldasima zakisi kebiniyse defeletle teleb etmisdim ama elemedi cavabindasa mene sozu bu olmusdu men heckimle ne zakis nede kebin kesdirmirem indi men heyatimi basdan ayaqa nece
Cavab:
Aleykum salam. Bütün bunlar keçmişdə qaldı. Siz artıq Allaha tövbə edib namaz qılın, və sizə daha xeyirlisini nəsib etməsini dua edin.
ardını oxu
02-09-2014
salam mən yuxuda bir necə dəfə hicab bagladıgımı görürem amma NAMAZ qılmıram yozumunu deyərdiz zəhmət deyilsə....??
Cavab:

Aleykum salam. Hicab da namaz kimi Uca Allahın qadınlara vacib buyurduğu bir əmridir.

ardını oxu
02-09-2014 i
salamu aleykum.islam dinine gore dayi qizi ile evlenmek olarmi?
Cavab:

Aleykum salam. Dayı qızı ilə evlənmək olar, çünki o naməhrəmlərdən sayılır. Kimlərlə evlənməyin qadağan olduğunu buradan oxuyun: Məhrəm və naməhrəm kimlərdir?

ardını oxu
02-09-2014
Salam. Bir nəfər qız 20 yaşlarında anasının təkidi ilə ailə qurmaq məqsədilə görüşə gedib və görüşdə oğlan bunu öpüb. Həm də bu hal 3 dəfə baş verib. Qız hal-hazırda peşmandır.
Cavab:

Aleykum salam. Həmin şəxs Uca Allaha ürəkdən tövbə edib, bunu gizlədib ailə qura bilər. Həmçinin bunu bilənlər də gizlətməlidirlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir müsəlmanın eybini örtərsə Allah taala qiyamət günü onun eyiblərini örtər".

ardını oxu
02-09-2014
salam.men bezen yemekden qabaq 'Bismillah' demeyi unuduram.lakin sonra,yeni yemeyin ortasinda yadima duwur ve kitabdan oyrendiyim bu sozleri deyirem 'BISMILLAH VE EVVELIHI MA AXIRIHI' bu haqda ne deye bilersiz?
Cavab:

Aleykum salam. Bəli, yeməyə başlayarkən "bismilləh" deməyi unutmusunuzsa, "Bismilləhi fi əvvalihi va axirihi - Əvvəlində də, axırında da Allahın adı ilə!" demək lazımdır. Daha ətraflı: Yeməyə başlayarkən edilən dua

ardını oxu
02-09-2014
salam.her insan gunah iwledir.mende gunahlarima gore tovbe etdim.ama elebil ruhum deyisdi.ne vaxt Allahi ansam gozlerim yasarir.bu ne demekdir?
Cavab:

Aleykum salam. Allahı anarkən gözləriniz yaşarması mömin üçün gözəl əlamətdir. Neçə-neçə insanlar bu nemətdən məhrumdur. Allaha çoxlu həmd-sənalar edin ki, sizə rəhm edib və bu səadətdən məhrum sizi etməyib.

ardını oxu
02-09-2014
salam.refiqem 1 middet namaz qildi.indi ise hec qilmir. namazi qilib bir muddetden sonra qilmamaq tebiki gunahdir.namazi atmaq islamda nece qarsilanir?
Cavab:
Və aleykum Salam. Namazı tərk etmək böyük günahlardandır və insanın Axirətdə əzab çəkməsinə səbəbdir. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
ardını oxu
02-09-2014
Salam aleykum.1.Faiz verenin toyunda ishtirak etmek olarmi?eger chaqiribsa.2.Hicab baqlamayan cehenneme dushermi?eger tovbe edib baqlayibsa,baqlamadiqi illere gore hesaba chekilermi?
Cavab:

Aleykum salam. Əgər dəvət olunmusunuzsa və həmin toy islam qayda-qanunlarına uyğun keçirilərsə, getmək olar. Daha ətraflı: İslamda nikah və toyun qaydaları necədir? 

ardını oxu
02-09-2014 Yashar
Komeye ehtiyaci olana imkan daxilinde komek etmemek.
Cavab:

Salam aleykum. Xahiş olunur sualınızın nədən ibarət olduğunu aydın yazın.

ardını oxu
02-09-2014
Assalamualeykum ve rehmetullahi ve bereketuhu.
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Siz əvvəlcə bu barədə bir daha oturub dərindən düşünün, sizə yaxın olan insanlarla məsləhətləşin, qəti qərara gəldikdən və nə etmək istədiyinizə əmin olduqdan sonra bilin ki, dinimizdə nigahın şərtləri vardır.
ardını oxu
31-08-2014
Zikiri necə tutullar
Cavab:

Salam aleykum. "Zikr tutmaq" demək doğru deyil, "zikr etmək" demək lazımdır. Daha ətraflı:

Zikr nədir?

ardını oxu
31-08-2014
MEN NAMAZ QILAN BENDEYEM SAC USDASI OLMAQ ISTEYIREM COXLARI DEYIRKI SENIN SECDIYIN SEN HARAMDIR XAIS EDIREM YAZASIZ KI MENIM SECDIYIM ISLAMA ZIDDIR
Cavab:

Aleykum salam. Saç ustası olması islama zidd deyil. Amma üz qırxmaq olmaz, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) kişilərə saqqal saxlamağı əmr edib.

ardını oxu
31-08-2014
salam eleykum destemaz aldiqda qulaga ve boyuna mehs edilir?? tovbe nece edilir??
Cavab:

Aleykum salam. Başa və qulaqlara məsh çəkilir, amma boyuna məsh çəkilmir. Həmçinin oxuyun: 

Peyğəmbər (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı? 

ardını oxu
31-08-2014
esselamun aleykum men size bele bir sual vermek isdeyirem bu meni cox maraqlandirir siz deyirsiniz ki ALLAH TEALA butun gunahlari bagislayir tovbe etdikden sonra yani o gunaha qayitmamaq sertile eyer qayitsa o gunaha yene tovbe etdikde bagislanir bu beledirse qiyamet gunu ve yaxudda olduyde insan to
Cavab:
Aleykum salam. Rəvayət edilir ki, bir kişi Allahın Rəslunun (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Sən heç bir günah buraxmadan bütün günahları edən kişi görmüsənmi? O, nəfsinin istədiyi elə bir günah qalmayıb ki, onu etməmiş olsun.
ardını oxu
31-08-2014 inci
şie namazi qilinma qaydasini bilmek isderdim . namazlarin qilinma qaydasi ferqlimidir.
Cavab:

Aşağıdakı linkləri oxuyun:

Hansı məzhəb düzgündür?

ardını oxu
30-08-2014
salam xahis edirem suallarimi tez cavablandirasiniz menim anam cox zehmetkes qadindi 5 usaq anasidi atamsa yoxdu tek basina saxlayib ovladlarin boya basa catdirib ona sual verendeki namaz qil o diyirki vaxli vaxtinda qila bilmiyecem gunah qazanacam onuncun dua etsem namaz ustunde ALLAH bagislayarmi
Cavab:

Aleykum salam. Namaz qılmamaq üçün heç bir bəhanələr və üzrlər qiyamət günü Uca Allahın hüzürunda qəbul olunmayacaq. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaq və namazı əvəz edə biləcək bir əməl də yoxdur.

ardını oxu
30-08-2014
Selamualeykum axi wekil cekmek haqda hedisler alimlerin sozleri yazinda,Allah elmini artirsin
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Şəkil çəkdirmək olarmı?

ardını oxu
30-08-2014
Salam.men namaza tezelikle 2ay olar ki baslamisam ve en boyuk arzumu yerine yetirmisem bununlada.amma universitetde oxuyuram ve ders saatlarimla bagli narahatligim var,beledir ki oglanlar namazini ve destemazini almagi daha rahat olur amma bizde cetinlik olur.qisaca zohr ve esr namazlarini axsam nam
Cavab:

Aleykum salam. Universitetde namaz qılmağa yer yoxdursa, zöhrlə əsr namazlarını birləşdirib zöhrün və ya əsrin vaxtında, məğriblə işa namazlarını da birləşdirib məğribin və ya işanın vaxtında qılmağa icazə verilir. 

ardını oxu
30-08-2014
Selamualeykum va rahmatullah,qadin dayi ogluna elnen salamlawa biler? Bunun hokmu nedi,bu haqda hedis varsa yizinda,namehreme elle salam vermesi haqda,jezakalahu xayran
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Ümumiyyətlə, naməhrəmlər ilə əl ilə görüşmək olmaz. Daha ətraflı: 

Dayıoğlu və əmioğlu qadın üçün naməhrəm sayılır? 

ardını oxu
30-08-2014
Assalamu aleykum qardaw..mene kebnin duasi lazimdi...Allah rizasi ucun tez bir zamanda cvblandirardiniz.vacib lazimdi..
Cavab:

Aleykum salam.  Kəbin duası deyilən xüsusi bir dua yoxdur. Amma evlənən cütlük üçün Allah Rəsulu belə dua edərdi: 

Evlənən üçün edilən dua 

Evlənən şəxsin özü üçün etdiyi dua

ardını oxu
30-08-2014
salam aleykum.Mekkeye nece insan gede biler?yaniki emmeleri nece olmalidi? kimlerle halalasmalidi?
Cavab:

Aleykum salam. Məkkə şəhərində yerləşən, Allahın evi olan Kəbəni ziyarət etmək, imkanı olan hər bir müsəlmana zəruridir. Bunun üçün müsəlmanlar əməl baxımından heç bir kateqoriqaya bölünmür. Sadəcə imkanı olanlar üçün vacibdir.

ardını oxu
30-08-2014
salam oruclu adam uzr isdeyirem sidiye gederse ve yuyunmazsa orucu batil olurmu?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz hal orucu pozmur. Amma paltarı nəcisə bulaşmış halda gəzmək bəyənilmir. Xüsusən də, bu şəkildə namaz qılmaq olmaz. Müsəlman imkan daxilində hər bir məsələdə təmizliyə riayət etməlidir.

ardını oxu
29-08-2014
esselamun aleykum men size bele bir sual vermek isdeyirem indiki zemanede insan lar arasinda insan cildinde melek yasayirmi? ve qarsima bele bir insan cixarsa nece bilmek olar? xahis edirem sualimi tez cavablandirasiniz ve melekle aile qurmaq bu mumkundurmu?
Cavab:

Aleykum salam. Hal-hazırda belə şey olması haqqında şəriətdə heç bir məlumat yoxdur. Keçmişdə olması haqqında isə Quranda bəzi hekayələr var, məsələn:

ardını oxu

Pages