Aleykum salam. Hicab bağlamaq Uca Allahın qadınlara Qurani kərimdə buyurduğu əmridir. Hicab bağlamayan qadın günahkardır və buna görə Allah qatında cavab verəcək. Allahın vacib buyurduğu əmrləri (hicab, namaz, oruc və s.) yerinə yetirmək üçün isə heç kimdən icazə almaq lazım deyil.
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Səbr etməli olduğunuz vaxtlar gələcək, bu zaman (İslama) bağlı qalanlar sizin (səhabələrin) aranızdan 50 şəhidin savabını qazanacaq". (ət-Tabərani).
Salam aleykum. Peyğəmbəri (salləllahu aleyhi və səlləm) yuxuda görmək çox gözəl bir haldır və bu, hər kəsə nəsib olmur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim yuxuda məni görsə, həqiqətən də, məni görmüş olar. Çünki şeytan mənim simamda görünə bilmir".
Aleykum salam. Ümumən yalan danışmaq böyük günahlardan hesab olunur. Ancaq bu hal orucu pozmur. Sadəcə savabını azalda bilər. Odur ki, hər bir halda yalan danışmaqdan çəkinmək lazımdır.
Hər bir halda siz və əriniz onun anası ilə gözəl davranmalısınız. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur.
Aleykum salam. Ümumiyyətlə yuxulara görə dünyadan köçmüş heç bir kəsin nə qəbirdə nemət görməsinə, nə də əzab çəkməsinə qəti şəkildə hökm vermək olmaz. Çünki bu qeybi məsələdir. Qeybə aid olanları isə Allahdan başqa heç kəs bilmir.
Aleykum salam.
Aleykum salam. İslam dininə görə qəbirlərin üzərində ağac əkmək, yerimək, oturmaq, oranı toplantılar üçün yer təyin etmək, qəbiri öpmək, üzərinə gül qoymaq və ya su tökmək olmaz.
Aleykum salam. Uca Allaha yaxşı övladın olması üçün dualar edin. Çünki Quranda xəbər verildiyinə görə peyğəmbərlər Uca Allahdan özləri üçün xeyirli zürriyət diləyirdilər. Həmçinin, övladın və ruzinin artması üçün çoxlu istiğfar edin (Allahdan bağışlanma diləyin).
Aleykum salam. Şəriətə görə toy gecəsi yengə aparmaq adəti yoxdur. Bu adət dinə müxalifdir və onu həyata keçirmək qadağandır, çünki səhih hədislərdən bəlli olur ki, ərlə-arvad arasındakı münasibəti heç kim bilməməli, hətta səslərini belə eşitməməlidirlər.
Aleykum salam. Ümumiyyətlə Uca Allah günah olmayan bütün duaları istənilən şəxsdən qəbul edir.
Aleykum salam. Əgər ehtiyac varsa, almaq olar. Həmçinin şəriət qayda-qanunlarına görə hər ikisinə görə də bir qüsl almaq kifayətdir. Hər iki hal üçün qüslun alınma qaydası da eynidir. Boynunuzda qüsul varsa, ərəbcə Qurani Kərimdən başqa istədiyiniz dini kitabları oxuya bilərsiniz.
Aleykum salam.
1) Belə bir hədisin olması haqqında məlumatımız yoxdur. Amma ümumən suya qənaət etmək haqqında hədislər vardır.
2) Namazda fikrin yayınmasına görə günah yazılmasa da, bu hal namazın savabını azalda bilər.
Aleykum salam. Bəli, siz düzgün qılmısınız. Daha ətraflı: Səfər namazı necə qılınır?
Salam aleykum. Şükür səcdəsi haqqında rəvayət edilir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu sevindirən yaxud sevindirici bir hadisə baş verəndə xeyirxah və uca Allaha şükür əlaməti olaraq səcdə edərdi. (ən-Nəsai istisna olmaqla "Sünən" əsərlərinin müəllifləri rəvayət etmişlər.
Salam aleykum. Ümumən qeybət etmək və ya kiminsə görünüşünü ələ salmaq böyük günahlardandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar).
Salam aleykum. İslama görə mərcləşmək və ya qumar məqsədi ilə oynanılan hər bir oyun qadağandır.
Aleykum salam. Mənhəc sözü metod deməkdir. Mənhəc İslam əqidəsi ilə eyni məna daşıyır, lakin mənhəc əqidədən daha geniş məsələləri əhatə edir.
Salam aleykum. Quranı, xüsusən də Ya sin surəsini ölü üçün oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu etməmiş və bu haqda ondan səhih məlumat da gəlməmişdir.
Salam aleykum. Kəbin kəsdirərkən həm valideynlərin, həm də qızın öz razılığının olması vacibdir. Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur".
Aleykum salam. Qadın boşanmanın şərtlərini yerinə yetiribsə, ikinci dəfə ailə qura bilər.
Nikahın qaydaları ilə bağlı bunu oxuyun: Nikah bağlamağın qaydaları
Aleykum salam. Cinsi əlaqədən sonra həmin yataq dəstini istifadə etmək, həmçinin, üzərinə məni (sperma) düşdüyü halda belə onu silib yataq dəstindən istifadə etmək olar və bu hal qüslu pozmur.
Salam aleykum. Qadın və ya kişi dəstəmaz alarkən başa məsh çəkdikdə suyun dəriyə dəyməsi şərt deyildir. Başa məsh etdikdə suyun başın tüklərinə dəyməsi kifayətdir.
Aleykum salam. Daha ətraflı cavabı bu linkdən oxuyun: Yəcuc və Məcuc tayfaları
Aleykum salam. Hər bir narahatlıq, yorğunluq, kədər, ağrı müsəlmanın günahlarını yuyur, hətta bir tikanın batması belə.
Bu məqaləni oxuyun: Səbir edənlərə müjdə ver!
Aleykum salam. Bu fikir doğru deyildir. Çünki Uca Allahın camalı Onun yaratdığı heç bir məxluquna bənzəmir. Uca Allah Qurani Kərimdə kainatın yaradılışı və kainatdakı məxluqlar haqqında xəbər verir və bunlarda Uca Allahın qüdrətinə işarə olduğunu söyləyir.
Aleykum salam. İstər namazda olsun, istərsə də adi vaxtlarda, qadınlar üçün üzüyü hansı barmağa taxmağın fərqi yoxdur. Həmçinin bunları oxuyun:
Baş barmağa üzük taxmaq günahdır?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Dində istər qadın, istərsə də kişinin ayağı ayaq üstünə aşıraraq oturmasını qadağan edən heç bir səhih hədis mövcud deyildir.
Aleykum salam. Hər bir kəs bu dünyada ruhu bədənindən ayrılana qədər böyük və ya kiçik hər bir günahdan bağışlanma diləyərək Allaha tövbə edərsə, Allah onu bağışlayar.
Aleykum salam. İnsanın ağlına gələn pis fikirlər şeytanın vəsvəsələrindən hesab edilir.
Aleykum salam. Qüsl və dəstəmaz almaq namazın vacib əməllərindən sayılır və bunların orucla heç bir əlaqəsi yoxdur. Ona görə də qüsl almadan oruca başlamaq, namazın vaxtı girdikdə isə qüsl almaq olar.
Aleykum salam. Valideynlə dalaşdığınıza və ya mübahisə etdiyinizə görə orucunuz və qüslunuz pozulmur. Valideyndən hallallıq almağa gəlincə valideynə pislik etdikdən sonra onların könlünü almaq və onları sevindirmək hallallıq almaq hesab olunur. Daha ətraflı:
Aleykum salam. Ərəb dilinin qaydalarına əsasən həmin ayədə ayaqları yumaq əmr edilir: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun..." (əl-Məidə, 6).
Aleykum salam. Uca Allah buyurur: "Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver.
Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
Aleykum salam. Hicab, namaz və Allahın vacib buyurduğu digər əməlləri yerinə yetirmək üçün heç kimdən icazə almaq lazım deyil.
Aleykum salam. Bu haramdır. Daha ətraflı: Lotareya oynamaq niyə günahdır?
Aleykum salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun: buyurmuşdur: "Kim ixtiyarı olmadan qusarsa orucunu qəza etmir. Kim ki, özünü qusdurarsa, o orucunu qəza etməlidir (əvəzinə bir gün oruc tutmalıdır)". (ət-Tirmizi, 716; Əbu Davud, 2363).
Aleykum salam. Ümumən məzəli söhbətlər etməkdə və zarafatlaşmaqda heç bir qəbahət yoxdur. Bir şərtlə ki, zarafat doğru olmalı, xüsusilə də çox edilməməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) zarafat edərdi, lakin haqdan başqa söz söyləməzdi.
Aleykum salam. Ümumən müsəlman öz əxlaq və davranışları ilə hamıya örnək və nümunə olmalıdır. Hədislərində birində peyğəmbərin (salləllahu aleyhi və səlləm) Cundub ibn Cunədə adlı səhabəyə (Allah ondan razı olsun) belə nəsihət etdiyi rəvayət edilir: "Harada olursan ol, Allahdan qorx!
Aleykum salam. Andı qəsdən pozmaq olmaz. Andı qəsdən pozmaq barəsində Uca Allah buyurur: "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandırar.
Aleykum salam. Bu düzgün ifadə deyil. Hər kəsin - istər yaxşı, istərsə də pis insanın müəyyən vaxta qədər təyin olunmuş bir əcəli var. Uca Allah buyurur: "Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər". (əl-Hicr, 5).
Aleykum salam. Quran ayələrinə və səhih hədislərə görə cəhənnəmdə xalis kafirlər (Allahı inkar edənlər), müşriklər (Allaha şərik qoşanlar) və münafiqlərdən (özünü müsəlman kimi göstərib, əslində iman gətirməyənlər) başqa cəhənnəmdə heç bir günahkar bəndə əbədi qalmayacaq.
Və aleykum Salam. Ümumən sidik nəcis olduğu üçün onunla müalicə olunmaq olmaz. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Həqiqətən, Allah sizin şəfanızı haramlarda qərar verməyib". (əl-Buxari, 5614).
Aleykum salam. Bunun üçün xüsusi bir dua forması olmasa da, ümumən öz sözlərinizlə Allahdan bir şeyin ən yaxşısını və xeyirlisini istəyə bilərsiniz. Həmçinin belə hallarda istixarə namazı qılmaq olar.
Aleykum salam. Əgər paltarın altında qalarsa, geyinə bilər.
Və aleykum Salam. Dişləri fırçalamaq və ya misvakdan istifadə etmək təmizlik əlamətidir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) misvakdan istifadə edib və bunu ümmətinə də tövsiyə edib.