15-07-2014
salam aleykum.qadinlarda qusl nece alinir?
Cavab:

Aleykum salam. Qadınlar qüsulu adi qaydada alırlar. Sadəcə heyz (aybaşı) və nifas (doğuşdan sonra 40 gün ərzində axan qan) qüsulunda hörüklər açılıb yuyulmalıdır.

ardını oxu
15-07-2014 Aygun
Salam! ramazan ayımız Mubarek. bağışdıyın narahat edirem HEYKƏL duası nədir. onun xeyri nədir. Əvvəlcədən təsəkkurumu bildirirəm.
Cavab:

Aleykum salam. Belə bir duaya rast gəlməmişik

ardını oxu
15-07-2014
salameleykim.men oruc tutmuwam ama cimib cixmiwam yadimdan cixib qusul almaq sora yadima duwdu teyemmum etdim orucum batildirmi?
Cavab:

Aleykum salam. Qüsulun olmaması orucu batil etmir. Orucu pozan amillərlə bağlı daha ətrafl bunu oxuyun: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

ardını oxu
15-07-2014
gunah ve haramin ferqi varmi ve nelerdir?
Cavab:

Salam aleykum.

Uca Allahın və Onun Elçisinin qadağan etdikləri, çəkindirdikləri və günah olduğunu bildirdikləri bütün əməllər haramdır. Alimlər haram əməllərə belə tərif vermişlər: "Allah üçün tərk etdikdə savab olan, əməl edildikdə isə günah olan bütün əməllər haram sayılır".

ardını oxu
15-07-2014
salam.Muselman oz vesiyyeti ile oz heyetinde defn oluna bilermi?
Cavab:

Aleykum salam. Yaxşı olar ki, qəbirstanlıqda dəfn olunsun.

ardını oxu
15-07-2014 ....
Mescid ucun ayrilan yeri satmaq olarmi?
Cavab:

Salam aleykum. Əgər torpaq kiminsə şəxsi mülkidirsə, əvvəllər orada məscid tikmək fikri olub, daha sonra fikrini dəyişərək torpağı satmaq qərarına gəlibsə, sata bilər. Əgər həmin torpaq dövlət tərəfindən məscid üçün ayrılıbsa, satmaq olmaz.

ardını oxu
15-07-2014 Ayten
salam Aleykum. 3 ruketli vitr namazinin qilinmasi ile axsam namazinin qilinmasi arasinda hansi ferq var? Yeni onlarin qilinma seklindeki ferq nedir?
Cavab:

Aleykum salam. Əgər axşam namazı dedikdə məğrib namazını nəzərdə tutursunuzsa, bəli, fərq var. Məğrib namazı üç rükət qılınır, vitr isə bir rükət qılınır. Bəzi rəvayətlərə görə vitri birbaşa üç rükətdə qılmaq olur.

ardını oxu
15-07-2014 aysel
salam namazdan evvel azan ve iqame demek vacibdir yoxsa bunsuz da olar namaz qilmaq?
Cavab:

Və aleykum Salam. Azan və iqamə oxumaq camaat üçün istənilən halda (sə­fər­də, evdə, namazın qəzasını qıldıqda) bir nəfərin etməsi kifayətdir. Tək namaz qılan şəxs üçün isə vacib olmasa da, müstəhəb, yəni bəyənilən əməldir. Qadınlar üçün isə nə azan nə də iqamə vermək vacib deyildir.

ardını oxu
15-07-2014
salam men onu bilmek isteyirem ki kiminse haqqina girmek gunahdirmi ya kisib etmek.demek men gelinem menim o qeder ohdeliklerim var hamisini yaxsi pis etmeye calisiram.ama baldizim bar ki hele kisib edir bize men korluq cetinlikn cekirem dile getire bilmirem ama onun istediklerini nisye alib menim u
Cavab:

Aleykum salam. Kiminsə haqqına girmək günahdır. Daha ətraflı: 

Qul haqqı barədə

ardını oxu
13-07-2014 MEHRIBAN
esalamu eleykum men namaz qiliram amma yoldawim icki icir menim qildixim namaz gunah omurki???
Cavab:

Aleykum salam. Yoldaşınız içki içirsə, sizin namaz qılmanız günah deyil. Uca Allah buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar.

ardını oxu
13-07-2014
İmsaqsız oruc tutmaq olar mı?
ardını oxu
13-07-2014 Elnur
merhaballar bir bayini kotu yoldan donderib allah yoluna getrmeg
Cavab:

Salam aleykum. Sualınız nədən ibarətdir?

ardını oxu
13-07-2014
Esselamun aleykum.bu yaxinlarda ailevi olaraq istirahetde olduq.Otelin haqqini qabaqcadan odemishdik ve her gun bizim otqa yeni shampun,sac kremi vesair getirilirdi.qayidarken hemin sac kremlerinden 1-2ni ozumle goturdum.bu yanlishdirmi?onlar haram sayila bilermi?Teshekkur edirem.
Cavab:

Aleykum salam. Əgər dediyiniz şeylər ödədiyiniz pula daxildirsə, bu halda haram sayılmır.

ardını oxu
13-07-2014 m
salam aleykum.o duzduki axsam qab cirkli yuyulmamis qaldiqda seytanlar ora yigilir?
Cavab:

Aleykum salam. Bununla bağlı məlumatımız yoxdur.

ardını oxu
13-07-2014 Rashad
Salamaleykum .Mən evlenerken dini biliklerim az idi.Atam mescidde mollaya biz olmadan kebini baglayib.Daha sonra menim islami oyrenmeye bashlamisham,Bu ne derecede duzdur? Men yeniden kebin etmeliyemmi? Ve eyer bele olarsa menim munasibetlerim zina sayilirmi? Cox sagolun
Cavab:

Aleykum salam. İnşallah bu işdə sizə günah yazılmaz, çünki bu, bilməyərəkdən olub. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: "Uca Allah ümmətim üçün səhvən, (cahillikdən dolayı) unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır".

ardını oxu
13-07-2014 anonim
ödunnən operasiya olunan adam oruc tuta bilermi?
Cavab:

Aleykum salam. Bunu həkimlə məsləhətləşmək lazımdır, əgər icazə versə tutsun, əgər başqa vaxt tuta bilərsə, başqa vaxtlarda qəzasını tutsun.

ardını oxu
13-07-2014 Sabina
Salam.Namaz ve oruclariniz qebul olsun Inwaallah.Qadinlar hayz zamaninda tutmadiqlari oruclarin qezasini bawqa gunlerde tutmalidirlarmi?
Cavab:

Aleykum salam. Bəli, qadınlar heyz (aybaşı) olduqları müddətdə tutmadıqları günlərin sayı qədər Ramazandan sonra oruc tutmalıdırlar: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.

ardını oxu
13-07-2014 m
salam aleykum.Qadinla kiwinin qildigi namaz arasinda ferq varmi?ve zohr,megrib,isa,sam namazlarnda hansi sureler oxunur?
Cavab:

Aleykum salam. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi fərq yoxdur, çünki Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).

ardını oxu
13-07-2014
salamun eleykum.size sual verdim ki pirleri ziyaret etmek savabdirmi?yeni deyirler ki,meselen etaga Allahin momin bendesi olub.ona gore onu ziyaret etmek savabdi.buna cavabiniz nedi?deyirsiz pirler muqeddes deyil.beli deyirler bilirik muqeddes deyil,biz pirden hec ne istemeye getmirik.sadece ziyaret
Cavab:

Aleykum salam. Belə yerləri ziyarət etmək savab yox, günahdır. Hətta siz şərik qoşmasanız da, Allaha şərik qoşulan yerlərdən uzaq olmaq lazımdır. Mömin insanların qəbrini qəbristanlıqda ziyarət etmək olar.

ardını oxu
12-07-2014
Ramazan ayında deyim qurbanı kəsmək olarmı
Cavab:

Aleykum salam. Ümumən Ramazan ayında qurban kəsmək olar. Həmçinin oxuyun: Ramazan ayında qurban kəsmək günahdır, yoxsa savab?

ardını oxu
12-07-2014 Baxış
Salam men bilmeden kececn bazar pive icdim bir anlıq orucluq ayı axlımdan cımışdı vallah herşey biranlıq oldu indi bilımek isdeyirem men günaha batmış oldum yoxsa yox
Cavab:

Aleykum salam. Bilmədən içdim deyəndə nəyi nəzərdə tutursunuz? Əgər başqa içki ilə səhv salıb içmisinizsə, günah qazanmırsınız. Əgər ancaq Ramazan ayında içmirsinizsə, başqa aylarda içirsinizsə, bu günahdır, çünki içki həmişə haramdır.

ardını oxu
12-07-2014 zinet
salam menim anam hardasa 3-4 il bundan qabaq bir ziyaretgahdan 2 eded das getirib ve helede evdedi ureyinde niyet tutub amma hele gerceklesmiyib.. o daslari evde saxlamaq yaxsidi yoxsa atsaq yaxsidi? evvelceden tesekkurkler.
Cavab:

Aleykum salam. O daşları atın. Allahı qoyub, sizə nə fayda, nə də zərər verən daşlardan niyyətinizin həyata keçməsini gözləyirsiniz? Bu, şirkdir və buna görə tövbə etmək lazımdır.

ardını oxu
12-07-2014 menden
oruc tutdum amma sonra xestelendim
Cavab:

Allah şəfa versin. Sualınız nədən ibarətdir? Həmçinin oxuyun: Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır?

ardını oxu
12-07-2014
salam sizin saytda namaz vaxtlari basqa saytlardan ferqlidir
ardını oxu
12-07-2014
salam.secde vaxti ayaqlar bitisik olur yoxsa arali?
Cavab:

Aleykum salam. Daha yaxşıdır ki, ayaqlar bir-birinə dəysin.

ardını oxu
12-07-2014 Elnur
Heyetimizde bir pisik var bize yiyan vurur.Toyuqlarimizi qyslarimizi yeyir.o pisiki oldurmek olarmi?eyer olmazsa neynemek lazimdi.onceden tesekkur edirem.
Cavab:

Aleykum salam. Ümumən zərər verici heyvanları öldürməyə icazə verilir. Qarşısını almaq üçün əvvəlcə başqa vasitələri yoxlamaq yaxşı olardı.

ardını oxu
12-07-2014 Elcin
Salam,eger bir shex namaz qilirsa ve bu shexsin cinsi elaqede olmaq kimi bir ehtiyac hissi duyursa bu ehtiyacini nece berpa etmelidir?.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Şəhvət hissini necə cilovlamaq olar?



 
ardını oxu
12-07-2014 cemile
Essalamu alekum . Men vbugun imsaka dura bilmedim .oyandiqimda hecne yemeden oruc tutdum . Lakin seher hecne yemediyim ucun biraz halsizam . Bu halsizdasma artsa orucu pozsam oruca keffare yoxsa qeza dusur
Cavab:

Aleykum salam. Əvvəla tövsiyə olunur ki, sahura (oruc tutmaq üçün səhər yeməyi) durasınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır". (Səhih əl-Buxari).

ardını oxu
12-07-2014 Elnur
Salam..ish heyatimla baqli yuxu problemlerim olduqu ucun seher sahura dura bilmirem ona gore axshamdan yeyrem cox zaman bu da medemde cetinliylere sebeb olur bezen..medemde yanma..boqazimda yanma..urey bulantisi qaytaa hissleri olur ve doze bilmedim orucu pozdum...bilmey isteyirem ki men mecbur oldu
Cavab:

Aleykum salam. Bir gün qəza tutursunuz və bununla yanaşı Uca Allahdan bağışlanma diləyib tövbə etməyiniz də lazımdır. Altımış gün qəza yalnız cinsi əlaqə ilə pozulan oruca düşür.

ardını oxu
12-07-2014
yatsi namazi vaxti necey kimi qilinmalidi
Cavab:

Aleykum salam. Yatsı (İşa) namazının vaxtı bəzi alimlərə görə gecə yarısına qədər, bəzilərinə görə isə sübh namazına qədərdir. Ona görə də gecə yarısına qədər qılmaq daha yaxşıdır. Gecə yarısı isə məğrib namazından sübh namazına qədər olan vaxtın ortasıdır.

ardını oxu
12-07-2014
As Salamu Aleykum. Hansi hallarda namazi yarimciq saxlamaq olar? Allah razi olsun.
Cavab:

Aleykum salam. Namazı ölüm təhlükəsi, təbii qorxu və ya buna bənzər zəruri hallarda yarımçıq saxlamaq olar. Daha sonra təhlükə və ya mövcud zəruri səbəb aradan qalxdıqdan sonra yenidən namaz qılınmalıdır.

 

ardını oxu
12-07-2014 gul
salam .mene maraqlidi suni sie sohbetin menbeyi haradan ve kim terefinden yaradilib.birde anamla tez tez mubahisemiz olur ona cox eseblesirem ondan cox inciyirem .is gormediyim ucun menim cox qelbime deyib ne qeder is etsemde onun ucun bosdur.bacardigim qeder sebr edib qaciram ancaq herden ele hedde
Cavab:
ardını oxu
12-07-2014 ADEM
salam aleliyem dindaram ama tez tez qusul vere bilmirem men ne etmeliyem?
Cavab:

Aleykum salam. Əgər həqiqətən qüsl almağa mane olacaq ciddi və zəruri səbəbləriniz varsa, o zaman problem və səbəb aradan qalxana qədər qüsl əvəzinə torpaqla təyəmmüm edə bilərsiniz. Allah Təala buyurur: "(Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin.

ardını oxu
12-07-2014 m
salam aleykum.evde bir esyani mueyyen bir yere qoyursan ama hemin esyani basqa yerden tapirsan.deirlerki bunu seytan edir bu duzdurmu?
Cavab:

Aleykum salam. Bunlar xurafatdır. Əşyanı tapmırsınızsa, deməli kimsə götürüb və ya əvvəldən ora qoymamısınız.

ardını oxu
12-07-2014
salam meleykim. kebeden ba$ga hansl yerleri ziyaret etmeliyik.Allah razl olsun.
Cavab:

Aleykum salam.

ardını oxu
12-07-2014
Salam aleykum. qadınlar Azan iqame oxumamış namaz qilmalidirlar bu haqda cavab yazın
Cavab:

Aleykum salam. Qadınlar namaz üçün iqamə oxumamalıdır. Fərdi şəkildə, yaxud içlərindən birinin imamlığı ilə namaz qılması fərq etməz. Eynilə qadının azan oxuması da şəriətdə gəlməmişdir. Hədislərdə bildirildiyi kimi azan və iqamə ancaq kişilərə aiddir.  

ardını oxu
12-07-2014
Salamun eleykum. Men yuxuda azan sesi esitmisem. Bu neye isare ola biler onu da deyimki men namaz qilmiram ama insallah basliyacam. Allah razi olsun. Sagolun
Cavab:

Va aleykumus-Sələm. Yuxuda azan səsini eşitmək və ya hər hansı bir ibadətlə məşğul olduğunu görmək inşallah xeyirə yozulur və bu cür yuxular Uca Allahdan olan yuxulardan sayılır. Əgər namaz qılmırsınızsa, inşallah tezliklə namaza başlayın!

ardını oxu
12-07-2014 Famil Namazlı
Salam,məndə bu il Ramazan ayi daxil olmaqla nəfs yarandi ve məni özünə çəkir sanki məni özünə tabe eləməyə çağırır,bunun üçün dua varsa zehmet olmasa yazın,bir de namazda məsh çəkmək nədir?
Cavab:

Aleykum salam. Nəfs sözünün bir neçə mənası vardır. Sizin nəzərdə tutduğunuz nəfs böyük ehtimalla şeytani vəsvəsələrdir. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın.

ardını oxu
12-07-2014
Salam aleykum. Men bezi sebeblerden dolayi 2gun oruc tuta bilirem 1 gun ise yox. Yeni fasileli tutmaga mecbur qaliram. Amma in she Allah Ramazandan sonra qezalarmi tamamlayacam. Sualim budu ki qezalarmi tutsam bele,yene de her gunun evezine 1 kasib doyuzdurmaliyam?
Cavab:

Və aleykum Salam.

ardını oxu
11-07-2014
Salam men sorusmag isteyirem ki insan aglinda dusunduyu ama etmediyi emeller ucun cavabdehlik dasıyır.Yeni bir sey haqqında pis seyler dusunmek gunahdır
Cavab:

Aleykum salam. İnsan bir günah işi fikirləşib onu həyata keçirmədikcə, günah yazılmr. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şübhəsiz ki Allah, yaxşılıqlarla pislikləri yazmış, sonra da bunları açıqlamışdır.

ardını oxu
11-07-2014
salam. El ile salam vermek duzgundurmu? umumiyyetle ne mena verir , El ile salamlasmaq ?
Cavab:
Aleykum salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "İki müsəlman qarşılaşarkən əl ilə görüşsə (və bir-birinə dua etsə), bir-birindən ayrılmadan günahları bağışlanar". (Sunən Əbu Davud "Ədəb", 143).
ardını oxu
11-07-2014 Baxış
Salam bilmek isderdim mömin insan nece olmalıdır her insan mömin ola biler
Cavab:

Aleykum salam. Hər kəs çalışsa, Allahın izni ilə mömin ola bilər. Həmçinin oxuyun: Mömin insan necə olmalıdır?

ardını oxu
11-07-2014 Baxış
Salam men Ayelerin mensaını bilmek isdeyirem hardan oxuya bilerem ümumiyetle ayeleri nece oxuya bilerem
Cavab:

Aleykum salam. Azərbaycanca mənaca tərcüməni nəzərdə tutursunuzsa, buradan oxuyun: Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi

ardını oxu
11-07-2014 ayten
salam men adam taniyiram ki ondan buna bundan ona faizle borc tapir alir verir faizin vaxti catanda da hemin adam deng eliyir sixisdirir ki bu gun vaxtidi mutleq odemelisen.
Cavab:

Aleykum salam. Faiz almaq, vermək və bu işdə vasitəçilik etmək dinimizə görə haramdır və böyük günahlardandır.

ardını oxu
11-07-2014 Baxış
Salam şeytanı her gün lenetlemek olar ve hergün lenet yaxdırılarsa şeytan insana nes ede biler meselen men hergün lenetleyirem
Cavab:

Aleykum salam. Bir gün səhabələrdən (Allah onlardan razı olsun) biri Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) yol gedirdi və qəflətən heyvanın ayağı büdrədi.

ardını oxu
11-07-2014
Salam aleykum va rahmatullah. Xahiw edirik ki, orucu pozan amillerle bagli etrafli ve deqiqle geniw melumat vererdiniz zehmet olmasa... Bizim etibar etdiyimiz bir-iki dini sayt varsa, onlarin evvel sirasinda olan sayt o da sizin saytinizdir. Onceden teshekkurler...
Cavab:

Və aleykum Salam.  Orucu pozan amillər aşağıdakılardır:

1) Yemək və içmək.

2) Cinsi əlaqə.

3) Bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər.

4) Özünü qusdurmaq.

ardını oxu
11-07-2014 gul
salam namazin sunneti ve ferzi nedir?birde bunlar sie namazinada aiddir?tesekkurler.
Cavab:

Aleykum salam. Peyğəmbərimizin (salallahu aleyhi və səlləm) dövründə müxtəlif məzhəblər olmayıb ki, hər məzhəbin də ayrıca namazını öyrətsin. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Məni necə namaz qılan gördünüz, siz də elə qılın!" (Buxari).

ardını oxu
11-07-2014
salam meleykim.orucluq aylnda gan vermek olarml.
Cavab:

Aleykum salam. Orucluq ayında qan almaq, aldırmaq və ya qan vermək haqda müxtəlif rəylər olsa da, səhih olan görüş odur ki, qan aldırmaq olar və bu hal orucu pozmur. Səhih hədislərdə rəvayət olunub ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) özü oruclu olduğu halda qan aldırıb.

ardını oxu
11-07-2014 adsiz
men namaz qilaq isteyirem namazi butun sozlerini ve herektlerini bilirem ozum oruc tuturam her ilde tutmusam namaza 6 ildi baslamisam amma 2 ildi namaz qila bilmirem allaha sukur saglamam amma gedib destnamaz aliram gelirem namaz qilmaqa fikirim yayilir hal hazirda orucam amma qilmiram ne etmeliyem
Cavab:

Aleykum salam.

ardını oxu
11-07-2014 cariz
oruc insan ogruluq edib nefsine uyur sonra pesman olub tovbe edir allah onu bagislarmi
Cavab:

Aleykum salam. Səmimi qəlbdən, bir daha o günaha qayıtmamaq və peşman olmaq şərti ilə tövbə edərsə, Uca Allah onu bağışlayar: "Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər".

ardını oxu

Pages