03-07-2014
Salam aleykum. Qusmaqla Oruc Pozular?
Cavab:

Aleykum salam. Özbaşına qusmaqla oruc pozulmaz. Ancaq adamın öz istəyi və müdaxiləsiylə meydana gələn qusma, "ağız dolusu" olması halında, orucu pozar.

ardını oxu
03-07-2014
Salam aleykum. Dishleri fiıchalamaq oucu pozurmu?
Cavab:

Aleykum salam. Diş fırçalamaq orucu pozmur. Diş pastasının və ya suyun qəsdən boğaza getməsi halında oruc pozulur. Hər ehtimala qarşı, dişlərin günəş doğmazdan əvvəl və iftardan sonra fırçalanması daha uyğun olardı.

ardını oxu
03-07-2014
Salam aleykum. Oruclu iken qusl almaq ve ya ele bele chimmek orucu pozarmi?
Cavab:

Aleykum salam. Ağız və ya burundan qəsdən su udulmadıqca yuyunmaq və ya qüsl almaq orucu pozmur. Necə ki, Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Ramazanda günəş doğduqdan sonra qüsl almış olduğunu xəbər vermişlər. (Buxari).

ardını oxu
03-07-2014
Salam aleykum. Ashura orucunu tutmaq mustehebdir?
Cavab:

Aleykum salam.

ardını oxu
03-07-2014
Salam aleykum. Wavval orucunun hokmu nedir?
Cavab:
Və aleykum Salam. Ramazan ayından sonra şəvval ayında altı gün oruc tutmaq vacib yox, müstəhəbdir (bəyəniləndir).
ardını oxu
03-07-2014
Salam aleykum.Bu il ehya gecelerinin iyulun 16,18,20 gunlerinden birinde olmasi doqrudurmu?Menim teqvimimde bele yazilib.
Cavab:
ardını oxu
03-07-2014
Salamaleykum.Siz selefi eqidesindensiniz?
Cavab:

Aleykum salam. Bu sayt heç bir məzhəbi və təriqəti təbliğ etmir. Bu saytı açmaqda məqsədimiz Qurana və səhih hədislərə əsaslanaraq İslamı olduğu kimi insanlara çatdırmaqdır.

ardını oxu
03-07-2014
Salam aleykum.Nece yeni bashi suya salmaq orucu pozmur?axi qulaqa,aqiza su gede biler
Cavab:

Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu orucu pozan amillər sırasında çimmək və ya başı suya salmaq göstərilməyib. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz.

ardını oxu
03-07-2014 zinet
salam. menim kecen ilden qeza orucum var tuta bilmemisem bu il yeniden oruc tuta bilerem?ve kecen ilin qeza orucun nece etmeliyem?
Cavab:

Aleykum salam. Bəli, tuta bilərsiniz. Əslində qəza orucları bir Ramazandan digər növbəti Ramazana qədər tutulmalıdır.

ardını oxu
03-07-2014
Salam sizdən xahiş edirəm mənə həşr surəsini ərəbcə azərbaycan dilində yaza bilərsiniz və birdəki həşr surəsi haqqında yaza bilərsiniz
ardını oxu
03-07-2014
siz deyirsizki peygemberler tebligde mesum dunya meselelerinde xeta edirler bes siz hardan bilirsiz ki dunya meselerinde sehv eden peygember tebligde sehv etmesin???Allah Quranda deyirki Allah gunahkari risalete secmez burda xeta gunah nezerde tutmusuz cunki tebligde gunahsiz demisiz dunya meselesin
Cavab:

Aleykum salam. Mütləq, qüsursuz kamillik və nöqsansızlıq sifəti yalnız Uca Allaha xasdır: "Qüdrət sahibi olan Rəbbin pakdır, (nöqsansızdır) müşriklərin (Ona) aid etdikləri sifətlərdən uzaqdır".

ardını oxu
01-07-2014
Salam aleykum. Teravih namazi nece qilinir? Teravih namazini evde qilmaq olarmi? Teravih namazini qilmasaq olarmi? ALLAH razi olsun.
Cavab:

Aleykum salam. "Təravih"- istirahət, dincəlmə deməkir. (əl-Mu'cəmul-Vasit səh: 380).

ardını oxu
01-07-2014
salam sevdiyim oglanin eli kesilib 3barmagini itirib indi daniwmir menle men qebul edirem onu ama o istemir herweyle qebulumdu ama ailem qebul etmir men indi neyniyim mene yol gosterin
Cavab:

Aleykum salam. Səbr və dua edin.  Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir!" (əl-Bəqərə, 153).

ardını oxu
30-06-2014
Salam.Sevgi mahnilarina qualaq asmaq olar.
Cavab:

Aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınların toy mərasimində öz aralarında dəf ilə çalıb oynamasına icazə vermişdir.

ardını oxu
30-06-2014 melahet ekber
salam aleykum.namaz qilan momine kolbasa yemek haramdirmi? onceden cavaba gore tesekkurler allah razi olsun
ardını oxu
30-06-2014 Rustem
Salam menim cekim normadan azdir ve 1-2 defe olub ki gunduz yemeyi yememisem saqlamligim pislesib men oruc tuta bileremmi?sadece onu dusunuremki yene saqlamligim pisleser yarimciq qalar orucum
Cavab:

Aleykum salam. Vaxtında sahura (oruc tutmaq üçün səhər yeməyi) qalxıb, imkan daxlində qüvvətli yeməklərdən yeyin. Əgər yenə də səhhətiniz pisləşərsə, onda növbəti Ramazana qədər vaxt baxımından qısa günlər olan aylarda (məsələn, qış aylarında) qəzasını tutun.

ardını oxu
30-06-2014
ramazan ayramazan ayinin niyyetinde ne deyilmelidir?inin niyyet gecesinde ne deyilir?
Cavab:

Aleykum salam. Niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Peyğəmbərimiz Məhəmməd (sallallahu aleyhi va səlləm) demişdir: "Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır...".

ardını oxu
30-06-2014
Salam əleykum. Sualım budur ki, gecə namazı qılmaq vacibdir? Birdə gecə namazını 1 gün qılıb o biri gün qılmaya bilərəm Yəni istədiyim vaxt?
Cavab:

Aleykum salam. Gecə namazını qılmaq vacib deyil, sadəcə bəyənilən nafilə ibadətlərdəndir. İstədiyiniz vaxt qıla bilərsiniz. Daha ətraflı: Gecə namazı necə qılınır?

ardını oxu
30-06-2014
Salam əleykum. Mənim sualım budur ki, ayətul kursu adlanan duanın mənası nədir? Xayiş edirəm ki, açıq mənasını yazasız?
Cavab:

Aleykum salam. Ətraflı cavab üçün bu məqalələri oxuyun: Ayətul-Kursi, Ayətul-Kursinin fəziləti

 

ardını oxu
30-06-2014
Denizde cimenden sonra qusl almaq lazımdır?
Cavab:

Salam aleykum. Dənizdə çimmək qüslu pozmur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
30-06-2014
Salam aleykum.Estetik emeliyuat etmek gunahirmi?Men oz burnunu beyenmrem,bu mende kompleks yaradir.
Cavab:

Aleykum salam. Bu cavabı oxuyun: Hansı halda plastik əməliyyat etdirmək olar?

ardını oxu
30-06-2014
Salam aleykum.Ramazan ayinda heyz olduqundan oruc tuta bilmeyen qiz bashqa gunlerede oruc tutmalidirmi?Sizin gosterdiyiniz aye mene aydin olmadi.Yeni,heyz ''xeste ve seferde olanlar bashqa gunlerde oruc tutmalidir''ayesine daxildirmi?
Cavab:

Aleykum salam. Bəli, dediyiniz hal həmin ayəyə daxildir. Qadınlar aybaşı və nifas hallarında oruc tutmazlar. (əl-Buxari və Muslim). Daha sonra tuta bilmədikləri oruclarını qəza edirlər.

ardını oxu
30-06-2014
Imtahana girende hansi dualari etmek lazimdi ve imtahana girecek adama ne dua edek
ardını oxu
30-06-2014
yerden qepik tapanda ne etmeliyik
Cavab:

Salam aleykum. Bu cavabı oxuyun:  Pul tapdıqda onu özümüzdə saxlaya bilərik?

ardını oxu
30-06-2014
Allaha nece zikr edirler?
Cavab:

Salam aleykum. Bu məqaləni oxuyun: Zikr nədir?

ardını oxu
30-06-2014 konul umid
Salam.maddi durumumuz yaxsi olmadigindan Yoldasim sedeqe vere bilmir.amma arada bir nece dost pul yigib hebsxanada yatanlara yemek geyim falan gonderirler.men de buna qarsi cixiram.ondansa ozumuze xercleyek deyirem.
Cavab:

Aleykum salam. Əbu Hureyrə (radıyəllahu anhu) Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) belə buyurduğunu nəql etmişdir: "Allah yolunda istifadə olunmaq üçün sərf edilən, kölə azad etmək üçün verilən, yoxsula sədəqə kimi verilən və bir də ailə üzvlərinin ehtiyacları üçün xərclənən

ardını oxu
30-06-2014 konul umid
Salam.2ildi aile qurmusam amma ovlad sahibi ola bilmirem..ozum elhemdulillah bacardigim qeder ibadetlerimi heyata kecirirem.her namazdan sonra Allaha cox dua edirem mene bir ovlad versin deye..Dualarim cox olur amma.ele butungunu yadima ovlad meselesi dusen kimi Allaha yalvariram.Yoldasim deyir sen
Cavab:

Aleykum salam. Tez-tez dua etmək Uca Allahın işinə qarışmaq və ya günah sayılmır.

ardını oxu
30-06-2014 konul umid
Salam.sual ucun uzr isteyirem.amma ibadetim dogru olsun deye bu sualima cavab almaliyam.men 3gun normal aybasi oluram.3gunden sonra ise qan kesilir amma 1-2gun ara sira silinerken bulasir.amma aybasi olmadigini bilirem.bele halda orucum batil olarmi ve hemcinin qusl almaq gerekermi???
Cavab:

Aleykum salam. Xeyir, qeyd etdiyiniz vəzyiyyətdə nə oruc nə də qüsl pozulmur.

ardını oxu
30-06-2014
Salam aleykum.Eger oruc qeza edilerse hemin gunun evezine 60 gun oruc tutulmalidirmi?
Cavab:

Aleykum salam. Əgər oruc qəsdən pozularsa, həmin günün əvəzinə bir gün qəzasını tutmaq və o əməldən tövbə etmək lazımdır.

ardını oxu
29-06-2014
Salam aleykum.Menim bir uzuyum var,onu menim uchun ziyaretden getiribler.Uzuyun mene Allahdan uqur getirmesini dileyerek,onu taxib imtahana getmek gunah olarmi?Qorxuram shirke sebeb olar,amma qelbimde Allahdan uqur getirmesini dileyirem.
Cavab:

Aleykum salam. Bu şirkə səbəb ola bilər. Uca Allah buyurur: "Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!"– deyəcəklər.

ardını oxu
29-06-2014 MATI
SALAM QEDR GECESINDE QUSUL VERILIR BU ORUCU POZMUR]
Cavab:

Aleykum salam. Qüsl almaq və ya çimmək orucu pozmur. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz. 

ardını oxu
29-06-2014 Qul
ibn Teymiyye, bin Baz, Albani kimlerdir? Zehmet olmasa ehli-sunne alimlerinin adlarini yazardiz. Teşekkürler
Cavab:

Aleykum salam. Bunlar məşhur islam alimləridir. Bütün alimlərin adlarını yazmağa və onlar haqqında danışmağa çox vaxt lazımdır.

ardını oxu
29-06-2014 METANET
Salam men oruc tutmaq isdeyirem sizden xais edirem oruc haqqinda etrafli melumat vererdiniz
Cavab:

Aleykum salam. Orucla bağlı "Ramazan orucu" məqaləsini oxuyun.

ardını oxu
29-06-2014 Azer
Salam qardashlar. Men seherler durub idman edir, bir xeyli mesafeni qaciram. Elbet ki qacish zamani su icirem. Hem de eve qayidib cimirem. Sualim budur ki, bu seher idmanim zamani su icmek problemimi nece cozmeyimi meslehet bilersiniz?
Cavab:

Aleykum salam. Birinci sualda oruclu olarkən idman etməyi nəzərdə tutursunuzsa, günün uzun və havanın isti olmasını nəzərə alın. Dözə biləcəksinizsə, idman edin, əks halda Ramazan ayı müddətində fasilə verin. Oruclu ikən çimmək və ya başı suya tam olaraq salmaq orucu batil etmir.

ardını oxu
29-06-2014 menden)
Hamile qadin oruc tuta bilermi?
Cavab:

Salam aleykum. Əgər hamilə qadının özünün və ya bətnindəki uşağının səhhəti ona oruc tutmağa maneçilik yaratmırsa, bu halda o, oruc tutmalıdır. Əgər hamilə qadın oruc tutduğu təqdirdə ona və ya uşağına zərər gəlməsindən qorxarsa, bu halda hamilə qadın oruc tutmaya bilər.

ardını oxu
29-06-2014
Salam aleykum.1.Men Siyezende yashayiram,qebul imtahanimi ise melum meseledir ki,Sumqayit,Baki-bir sozle yashadiqim yerden bashqa yerde vereceyem.Bu halda orucumu sefere chixarken pozmaliyammi?Qorxuram acliqdan hushsuzluq yaranar,imtahanda muveffeqiyyet qazana bilmerem.2.Ramazan ayi iyulun 29-u bash
Cavab:

Aleykum salam. Səfərə çıxarkən oruc tutmaya bilərsiniz. Daha ətraflı: Oruclu halda səfərə çıxmaq orucu pozurmu?

ardını oxu
29-06-2014
yuxuda menim namaz qildigimi gorubler bu ne demekdir
Cavab:

Salam aleykum. Yuxuda namaz qılmaq və ya hər hansı bir ibadətlə məşğul olmaq xeyirə yozulur və bu cür yuxular Allahdan olan yuxulardan sayılır. Ona görə də, namaz qılmırsınızsa, inşallah tezliklə namaza başlayın.

ardını oxu
29-06-2014 Qul
As Salamu Aleykum. Abdulaziz bun Baz ehli-sunne alimidirmi? O dunya kure formasindadir deyen kafirdir demisdirmi?
Cavab:

Aleykum salam. Abdulaziz ibn Bəz  Səudiyyə Ərəbistanında Böyük Alimlər Heyətinin sədri və baş mufti olmuşdur. O, dünya kürə formasındadır deyənlərə kafir deməmişdir.

ardını oxu
29-06-2014 Zeyd
Eger bir qadın etir surerek başqa bir kişinin yanindan kecerse onunla zina etmis olur. Bele bir hedis varmi? Varsada sehihdirmi?
Cavab:

Bu hədis səhihdir. Hədisdə söhbət göz zinasından gedir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub (yad) kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir".

ardını oxu
29-06-2014 Cavid
As Salamu Aleykum. Milliyet deyisdirmek olar?
Cavab:
Aleykum salam. Əvvəla bu mümkün olmayan bir şeydir. Çünki milliyyət insanın anadangəlmə qazandığı bir xüsusiyyətdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim bi­lərəkdən doğma atasının deyil, başqa birisinin oğlu olduğunu iddia edər­sə, küfr etmiş olar.
ardını oxu
29-06-2014
salam yuxuda qoyub getmek nedi?
Cavab:

Aleykum salam. Sualınızı anlamadıq.

ardını oxu
29-06-2014
Salam aleykum. size sualım budurki şie ne demekdir? insanların çoxusu nie şie olur? şie sonradan dine gelmiş bidetdir? bu haqda yazardız ve şieler nie en çox Elini imam Hüseyni Fatime zehranı sevirler Eli imam Huseyn şie olub bu haqda yazardız.
Cavab:

Aleykum salam. Peyğəmbərin və səhabələrin dövründə heç bir məzhəb olmayıb. Əli, Hüseyn, Fatimə (Allah onlardan razı olsun) -- heç biri şiə olmayıb.

ardını oxu
29-06-2014
Salam men özümü yuxuda ölü görmüşem. Öz tabutumu arxamca insanlar getirirdi mende tabutumun qabağiyca gedirdim kime seslenirdim meni eşitmirdi. Quran da oxunurdu sesini eşidirdim.
Cavab:

Aleykum salam. Bu cür yuxular ölümü və axirəti xatırlatmaq mənasında ola bilər: Daha ətraflı: Yuxuda ölüm mələyini görmək

ardını oxu
29-06-2014 TERANE
Salam.bildiyime gore dinde bele bir qayda varki gohumlarla munasibeti kesmek olmaz.bes eger bir gohum senee ancak ziyan verirse zererden baska isi yoxdusa fitne -fesad toredirse onda nece? lap yaxin gardas bele olsa nece hell edilmelidi?
Cavab:

Aleykum salam. İlk öncə onu qeyd edək ki, təbii ki, islamda qohumluq əlaqələrini birləşdirmək mühüm əməllərdən biri sayılır.

ardını oxu
29-06-2014 Baxış
salam men bezen nese birşeyfikirleşen zaman beynime Allah qarşı pis fikirler tehqirli sözler gelir bilmek isdeyirem bu Şeytan işidir yoxsa nece neyniyimki axlıma bele şeyler gelmesin xaiş edirem kömek edin istemirem bele sözler gelsin her ele bir sözler geldikde tez başımı birşeyle qatiram ki ele s
Cavab:

Aleykum salam. İnsanın beyninə gələn pis fikirlər günah sayılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir.

ardını oxu
29-06-2014 Ceferova Zema
Salam! Mene sizin meslehetiniz lazimdir eger bir insanla sadece duani ozun oxuyub kebini ozun yeni iki nefer kesibse bu dogrudanda kebin sayilirmi?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz şəkildə kəbin kəsməyiniz düzgün sayılmır.

ardını oxu
29-06-2014
Salam mən bilmək istiyirəm ki Müsəlmanla Xristian fərqi nədədir onlar arasında fərq varmı? və birdəki bizdə məsələn üçün bizdə içki haramdırsa xristian və başqa dinlərdədə belədir. Müsəlman dini bütün dinlərdən üstün dinmidir. müsəlmanın xristian olması günahdırmı?
Cavab:

Aleykum salam. Müsəlmanlarla xristianlar arasında əsas fərqlər:

ardını oxu
29-06-2014 NUR-VUSAL
Salam aleykum.Menim atam dialez xestesidi evveler bilmirdik sadece ureyi agriyirdi boyreyinden problem oldugunu bilmirdik bacim dedi sagalsin qurban niyyet etdi onsuzda bu sagalan xestelik deyilki omur boyu onunladi dimeyin odur ki qurban kestirmeseq qurbaninin pulunu dermanlara verseq gunah sayilar
Cavab:

Aleykum salam. Şəriətdə isə hər hansı bir şərtin müqabilində Allah üçün bir əməl edəcəyinə nəzir demək bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu "paxılın nəziri" adlandırmışdır.

ardını oxu
28-06-2014 Cavid
As Salamu Aleykum. Ozune sehabelerin adlarini leqeb kimi goturmek olarmi?
Cavab:

Aleykum salam. Mənası yaxşı olan hər bir ləqəbi götürmək olar. Yalnız peyğəmbərin özünə götürdüyü kunyədən (ləqəb) başqa (Əbul Qasim). Peyğəmbərimiz (sallallahu aleyhi və sələm) buyurmuşdur ki, "Özünüzə kunyə götürün, yalnız mənim kunyəmdən başqa..."

ardını oxu
28-06-2014 allahin qulu
salam haci sahin dediki ele bir dua var onu gece yatanda oxuyursan istediyin olunu yuxuda gorursen.. hansi duadi
Cavab:

Aleykum salam. Bu xurafatdır, dinimizdə belə bir dua yoxdur.

ardını oxu

Pages