Cavabı buradan oxuyun: Yuxuda qucaqda körpə uşaq görmək necə yozulur?
Və aleykum Salam. Bəli, bir insan özünü və ya digər birini ruqyə (şəriət yolu ilə müalicə) edə bilər. Bu haqda daha ətraflı bu məqaləni oxuyun: Allahın kəlamı ilə müalicə
Aleykum salam. Əgər sualda qadının saçını kəsdirməsi nəzərdə tutulursa, bu, günah sayılmır. Amma qadının saçını həddindən artıq çox kəsdirərək kişilərə bənzəməsi günah sayılır.
Salam aleykum. Bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Allaha istədiyiniz kimi dua edib bağışlanma diləyə bilərsiniz. Həmçinin, hədislərə görə istiğfar duasının ən geniş yayılmış forması belədir:
Salam aleykum.
Salam aleykum. Ümumiyyətlə dinimizə görə lənəti, bədduanı, qarğışı və s. dərəcələrə ayırmaq kimi bir anlayış yoxdur. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Mömin nə tənə vuran, nə lənət oxuyan, nə ədəbsiz, nə də təhqir edən deyildir".
Bu cavabı oxuyun: Böhtana məruz qalan nə etməlidir?
Salamaleykum. Bunun üçün xüsusi bir dua yoxdur. Öz sözlərinizlə istədiyiniz kimi dua edə bilərsiniz. Daha ətraflı:
Dua ibadətdir
Mənə dua edin, Mən də sizə cavab verim
Aleykum salam. Biz, onları sevməli, onlar üçün Uca Allahdan razılıq diləməli, onlara qarşı qəlbimizi və dilimizi salamat tutmalı, onların xeyirli işlərini yaymalı, etdikləri mənfi işlərə və aralarında baş verən söz-söhbətə qarışmamalıyıq: "Onlar bir ümmət idi ki, gəlib getdilər.
Salam aleykum. İmtahanda uğurlu nəticə almaq üçün ilk növbədə imtahana yaxşı hazırlaşmaq lazımdır. Ümumən, çətinlik anında oxunan dualardan bəziləri bunlardır:
Sıxıntı anında oxunan dua
Salam aleykum. Cavabı buradan oxuyun:
Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?
Zina etdiyim insanla tövbə edib ailə qursam bağışlanarammı?
Salam aleykum. Bu məlumatı məscidlərdən almanız daha məqsədəuyğundur. Allah köməyiniz olsun!
Aleykum salam.
Aleykum salam. Bu barədə bir çox səhih hədislər var:
Aleykum salam. Cavabı buradan oxuyun: Dəstəmaz alarkən ayaqlar yuyulur, yoxsa üzərinə məsh çəkilir?
Aleykum salam. Bu hədisin səhih olmasına inşallah heç bir şübhə yoxdur. Ancaq Əbu Bəkrin bu əməlləri sübh namazından qabaq necə yerinə yetirməsi barəsində geniş təfsilatlı məlumat verilməyib.
Aleykum salam. Sevmək yalnız evlənmək niyyəti ilə olarsa halaldır. Digər niyyətlərlə olan sevgi isə insanı şeytanın vəsvəsə etdiyi boş xülyalara, zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi" adı altında təbliğ edilən sevgi budur.
Aleykum salam. Əvvəlcə onu qeyd edək ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dünyasını dəyişdikdən sonra dua edərək onu vasitə tutmağın hökmü alimlər arasında fikir ayrılığına gətirib çıxarıb. Bəziləri deyib ki, bu bidətdir. Yəni dinə sonradan gətirilən yenilikdir.
Aleykum salam. Böyük şirk insanı İslamdan çıxardır, onun axirətdəki aqibəti isə Cəhənnəmə düşməkdir. Kiçik şirk isə İslamdan çıxarmır. Böyük şirk bütün əməlləri puç edir, kiçik şirk isə yalnız hansı əməldə varsa, onu puç edir.
Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır!" (Ali İmran, 19).
Aleykum salam. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) insanları günahlardan çəkindirərək ümumi şəkildə hansısa pis işi görənləri lənətləmiş, konkret şəxsləri isə lənətləməmişdir.
Aleykum salam. Yuxu gördükdə onu mütləq yozmaq şərt deyildir. Ümumiyyətlə yuxulara çox əhəmiyyət vermək və onlara əsasən hərəkət etmək lazım deyil. Dinimiz bizə bunu buyurmayıb.
Aleykum salam. Övladın olması üçün namazı dayandırmaq yox, çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).
Və aleykum Salam. Qeyd etdiyiniz hədis möhürlə namaz qılmağa aid dəlil deyil, çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) daşa səcdə etməyi əmr etməmişdir. O, sadəcə, harda olur-olsun - istər evdə və ya məsciddə, istərsə də çöldə namazın vaxtı girən kimi qılmağı sevərdi.
Aleykum salam. Bu məsələ ilə bağlı böyük İslam alimi İbn Teymiyyənin (rahiməhullahu) müxtəsər cavabı var. Ondan soruşdular: "Şəkil olan sinaqoq və kilsələrdə namaz qılmaq icazəlidirmi və bunları Allahın evləri adlandırmaq olarmı?" O cavabında belə deyir: Bunlar Allahın evləri deyil.
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qəbirlər üzərində məscid tikməyi bizə qadağan etmişdir.
Salam aleykum. Övliya, əməlisaleh və təqva (Allahdan qorxu) sahibi olan mömin bəndədir. Uca Allah buyurur: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər". (Yunus, 62–63).
Aleykum salam. Bəli, insanın istəyi, iradəsi və seçimi vardır. Lakin bununla belə, Uca Allahın istəyindən kənara çıxmır. Uca Allah buyurur: "Allah istəmədikcə, siz istəyə bilməzsiniz!" (ət-Təkvir, 29).
Salam aleykum. "Şeytan" sözü lüğətdə, fitnəkar, aldadan, yoldan çıxaran və haqdan boyun qaçıran mənasını bildirir. Qurani Kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər yaranmışlara da şeytan demək olur.
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxu haqqında belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allaha həmd-səna etsin və onu istədiyi adamlara danışsın.
Salam aleykum. Uşağın qeyd etdiyiniz şəkildə dünyaya gəlməsi dini cəhətdən heç bir xüsusi məna kəsb etmir. Adi bir hal kimi qarşılanır.
Salam aleykum. Sizin nə vaxtsa işlərinizin yaxşı getməsi və ya yerdən külli miqdarda pul tapmanız sonradan isə bunların heç birinin olmaması o demək deyildir ki, sizin bəxtiniz gətirmir. Ümumiyyətlə İslamda bəxtim gətirir və ya gətimir anlamı qəbulolunmazdır.
Salam aleykum. İnsanın nəyinki öz atasından gizlin pul götürməsi, hətta digər bir başqasının malını belə gizlin şəkildə icazəsiz götürməsi düzgün deyil və bu hal oğurluqdan sayıla bilər.
Aleykum salam.
Aleykum salam. Bəli, gecə vaxtı verilən sədəqə Uca Allahın qəzəbinin söndürməsinə vəsilə olan səbəblərdən biridir. Uca Allah buyurur: "Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır.
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) tərəfindən hələ sağlığında Cənnətlə müjdələnən 10 nəfər səhabə bunlardır:
1) Əbu Bəkr əs-Siddiq (islamın birinci raşidi xəlifəsi),
2) Ömər ibn əl-Xattab (islamın ikinci raşidi xəlifəsi),
Aleykum salam. Bu saytdakı sualları cavablandıran şəxslər, ilahiyyat elmləri üzrə təhsil almış bir qrup mütəxəssislərdir.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Kəbin kəsdirərkən həm valideynlərin, həm də qızın öz razılığının olması vacibdir.
Aleykum salam. İmran ibn Husayndan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur". (İbn Hibban və əl-Beyhaqi).
Salam aleykum. Dəstəmaz alınma qaydası qadınlar və kişilər üçün eynidir. Qaydasını "Namaz" məqaləsindən oxuya bilərsiniz.
Aleykum salam. Dediyiniz duaları oxuyub kimisə yuxuda görmək niyyəti ilə yatmağın dinlə heç bir əlaqəsi yoxdur. Bu kimi əməllər dinə sonradan gətirilmiş yeniliklərdəndir (bidət).
Salam aleykum. Bu cavabı oxuyun: Namaz qılmaq insana neçə yaşında vacib olur?
Aleykum salam. Bu barədə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın". (Əhməd 1/20; əl-Beyhəqi 7/366).
Aleykum salam. Bu cavabı oxuyun: Vəhhabilər kimlərdir?
Aleykum salam. Dinimiz müsəlman kişilərin xristian və yəhudi qadınların ismətli, iffətli və namuslu olanları ilə evlənməyə icazə verir, digər kafirlərlə isə (ateist, bütpərəst və s.) evlənmək qadağandır.
Aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınların toy mərasimində öz aralarında dəf ilə çalıb oynamasına icazə vermişdir. Digər hallarda isə bunu qadağan etmişdir. Ona görə də müğənni olmaq haramdır.
Aleykum salam.
Və aleykum Salam. Uca Allah firqələrə bölünməyi qadağan edərək buyurur: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!" (Ali İmran, 103).
Aleykum salam. Yalan danışmağın icazəli olduğu üç hal vardır. Küsülüləri barışdırmaq üçün yalan danışmaq, müharibədə düşmənə yalan danışmaq və kişinin öz xanımını tərifləyərək söylədikləri yalan. Digər hallarda yalan danışmaq böyük günahlardandır.