Və aleykumus-Sələm va rahmətulahi va bərakətuhu. Bəli, bodibuldinqlə məşğul olmaq olar, amma özünü nümayiş etdirmək üçün səhnələrə və ya yarış meydançalarına çıxmaq olmaz. Həmçinin bu idman növü ilə məşğul olarkən həddi aşmaq lazım deyil.
"Cariyə" -- cihad zamanı qarşı tərəfdən əsir götürülən qadınlara deyilir. Daha ətraflı: Cariyə kimlərdir?
Aleykum salam. Əlhəmdulilləh, Yaxşıyıq.
Aleykum salam. Qətl günü dedikdə Hüseynin (Allah ondan razı olsun) və onun silahdaşlarının qətlə yetirildiyi günü nəzərdə tutursunuzsa, həmin gün hər il hicri təqvimi ilə Məhərrəm ayının 10-na təsadüf edir.
Aleykum salam. Bu ilki fətvaya əsasən inşallah Ramazan ayı miladi təqvimlə İyun ayının 29-u başlayır. Həmçinin oxuyun:
Qədr gecəsi hansı günə düşür və bu gecənin fəziləti nədir?
Aleykum salam. 1) Qüsulda ağıza və buruna su almaq vacibdir.
2) Əgər bacarırsınızsa, yaxşı olar ki, hamısını deyəsiz. Yox əgər bacarmırsınızsa, onda gücünüz çatanı oxuyun.
Aleykum salam. Cavabı buradan oxuyun: Xəstəlik səbəbi ilə oruc tutmamaq günahdır?
Aleykum salam. Pirlər və ocaqlar insanlar tərəfindən uydurulan, Allah Təaladan qeyrisi üçün edilən ibadət yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan qeyrisi üçün etmək Uca Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. İkinci dəfə şəriətə uyğun qaydada kəbin kəsdirə bilərsiniz. Daha ətraflı: Nikah bağlamağın qaydaları
Aleykum salam. Qurani Kərimi internet saytlarından oxumaq olar. Bu şəkildə oxumağa savab yazılır və elə kitabın özündən oxumanın savaba bərabərdir.
Aleykum salam. Həddi-büluğa çatmamış uşağa etdiyi xətalara görə günah yazılmır.
Aleykum salam. Dəlicəsinə sevmək olmaz. Susuz insanın suyu, acmış insanın yeməyi, insanın öz övladlarını, yoldaşını, ata və anasını sevməsi və s. normaldır.
Aleykum salam. Duaları Azərbaycan dilində oxuya bilərsiniz. Amma Ərəb dilində oxumaq daha yaxşıdır.
Aleykum salam. Qurana əl basaraq and içmək olmaz. Daha ətraflı: Qurana əl basaraq and içmək olarmı?
Bu ilki fətvaya əsasən Ramazan ayı Miladi təqvimlə İyun ayının 29-u başlayır
Aleykum-s-sələm va rahmatullahi va bərakətuhu. Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə müsəlmanlar arasında birlik və həmrəylik hökm sürürdü.
Aleykum salam. Qiblə Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərinin istiqamətidir. Qibləni düzgün təyin etmək üçün kompasdan istifadə etmək daha yaxşıdır. Əgər Azərbaycanda olsanız, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun.
Aleykum salam. Qulağa bir dəfə məsh çəkilir. Daha ətraflı: Namaz
Və aleykum Salam.
Aleykum salam. Bu suala artıq cavab verilib: Ürəyin təmiz olması kifayətdirmi?
Aleykum salam. Səfərə çıxmaq orucu pozmur. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz. Sadəcə səfərdə olan kəs istərsə oruc tutar, istərsə də orucunu aça bilər.
Aleykum salam. Cavabı buradan oxuyun: Vəhhabi kimlərdir?
Aleykum salam. Kafirlərin verdiyi bu sual məntiqsiz və özü-özünə zidd olan bir sualdır. Yaradan odur ki, Onu heç kim yaratmayıb, həmişə mövcud olub, hər kəsi o yaradıb. Verilən sual isə məntiqi cəhətdən "Yaradan" kəliməsinə ziddir.
Aleykum salam. Cavabı buradan oxuyun: Vitr namazında edilən qunut duası
Salam aleykum. İslamdan danışarkən Quran ayələrinə və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə istinad edən, həmçinin həmin ayə və hədisləri səhabələr və onların ardıcılları kimi başa düşüb izah edən hər kəsə qulaq asmaq olar.
Aleykum salam. Avs ibn Avs (Allah ondan razı olsun) peyğəmbərin (salləllahu aleyhi və alə əlihi səlləm) belə buyurduğunu rəvayət edib: "Günlərinizin ən fəzilətlisi Cümə günüdür. Adəm o gün yaradıldı, o gün vəfat etdi, Sura da o gün üfürüləcək, məxluqat o gün öləcək.
Aleykum salam. Bu ilki fətvaya əsasən Ramazan ayı miladi təqvimlə İyun ayının 29-u başlayır. Səhur yeməyinə durmanız daha yaxşıdır, çünki Allah Rəsulu (salallahu aleyhi və səlləm) buyurmuşdur: "Səhur edin, həqiqətən səhur etməkdə bərəkət vardır" (Buxari, Muslim)
Aleykum salam. Ümumiyyətlə qədər mövzusu islamda ən ağır mövzulardan biri hesab olunur. Siz sadəcə qəbul etməlisiniz ki, Uca Allah sizi yaradıb və o Özü belə istəyib.
Aleykum salam. Təvəkkül ərəb mənşəli söz olub lüğəti mənasına görə, "güvənmək, bir iş üçün bir şəxsi vəkil tutmaq, bir işi etibarlı adama həvalə etmək" deməkdir.
Aleykum salam. Ehtiyac üzündən zina etmək fikri kökündən səhvdir və dində üzr kimi qəbul edilmir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir.
Salam aleykum. Onlar müasir aləmdə ümumən radikal qruplaşmalar kimi tanınırlar. Lakin, ideologiyaları xavaric ideologiyasıdır. Peyğəmbərin dönəmində də olmuşlar, indi də mövcuddurlar.
Aleykum salam. Bu qeybi məsələdir, yəni bir insan başqalarının nə etdiyini öyrənə bilməz. Həmçinin bunu bilməyiniz də heç nəyi dəyişdirmir. Sizin edə biləcəyiniz şey, namaz qılmaq və Allahı çoxlu zikr etməklə həmin insanların şərindən Allaha sığınmaqdır.
Aleykum salam. Sizin üzərinizə düşən səbir və gözəl əxlaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur.
Aleykum salam. Quranda qeyd etdiyiniz şəkildə ayə mövcud deyil. Sadəcə məna baxımından yaxın ayələr vardır. Məsələn: "Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin.
Aleykum salam. İbn Abbas (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Kim azanı eşidib, üzrlü olmadan camaat namazına gəlməzsə onun namazı naqis olar!" (İbn Məcə)
Aleykum salam. Cavabı buradan oxuyun: Pis yuxular şeytan işidirmi?
Aleykum salam. Bəli, heyvanların ruhları vardır: "Vəhşi heyvanlar bir yerə toplanacağı zaman". (ət-Təkvir, 5) ayəsi heyvanların da məhşər meydanına çıxarılacağanı xəbər verir.
Aleykum salam.
1) Bu cavabı oxuyun: Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?
Aleykum salam.
Salam aleykum. İslamda bu kimi əməllər fal, sehr, tilsim və cadu kimi çirkin işlərdən sayılır və böyük günahlardandır.
Aleykum salam. Cümə namazına gedə bilməyəndə 4 rükət zöhr namazını qılmaq lazımdır. Uca Allaha dua edin, Allahdan bağışlanma istəyin və növbəti cümə namazlarına getməyi sizə nəsib etməsini diləyin.
Aleykum salam. "Yalnış tövbə" dedikdə nəyi nəzərdə tutduğunuz aydın olmadı. Tövbə və onu necə etmək haqqında buradan oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Aleykum salam.
Salam aleykum. Quranın bütün səhifələrini cəm edərək ilk kitab halına salan üçüncü rəşidi xəlifə Osman ibn Affandır (Allah ondan razı olsun). Ondan qabaq isə digər səhabələr artıq bu işə başlamışdılar.
Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər.