11-07-2014
salam.menim evde qaynim var.men hicabliyam.onun yaninda ortunmem vacibdir bilirem.lakin bele bir sualim var.mene cox isti olur men onun yaninda qisa qolu olan koynekde ve bogazi aciq lakin bas sine bagli veziyyetde sadece bogazi aciq ve qisa qolda geze bilerem?
Cavab:
Aleykum salam. Naməhrəmlərin yanında qolları və boynu açıq gəzmək olmaz. Allah rizası üçün səbr edin və mükafatını Uca Allahdan istəyin. Allaha bunu sizə asanlaşdırması üçün dua edin. Düşünün ki, Cəhənnəmin istisi bu dünyanın istisindən qat-qat çoxdur.
ardını oxu
11-07-2014
Ovladlarimizi namaza nece heveslendirek?
Cavab:

Aleykum salam. Ailədə atanın rolu himayəçi, qəyyum, qayğıkeşdir və ata öz əhli-əyalına görə cavabdehlik daşıyır, necə ki, bu barədə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur.

ardını oxu
11-07-2014
salam ALeykum hansi meyveler haramdi?ve donuz ETI NITE HARAMDI BUsuala cavab versesde vermesezde ALLAH sizden razi olsun
Cavab:

Aleykum salam.

ardını oxu
11-07-2014 resad
Oglan usaqlari nece yasdan namaz qilmalidir?
Cavab:

Salam aleykum. Namaz qılmaq həddi-büluğ çağına çatmış və ağlı başında olan hər bir müsəlman kişi və qadına vacibdir. İnsan yetkinlik yaşına çatdığı gündən vacib ibadətlərini yerinə yetirməli, o cümlədən, namaz qılmalıdır.

ardını oxu
11-07-2014 c
Seher yemeyib yeni imsaq etmeden oruc sayilirmi oruc tutmaq
Cavab:

Aleykum salam. Bəli, düzgün sayılır. Daha ətraflı: Mən sahura dura bilməmişəm, oruc tuta bilərəmmi?

 

ardını oxu
11-07-2014
Salam aleykum. İftari nece achmaq lazimdir? Xurma ile, yoxsa su ile...?
Cavab:

Aleykum salam.  Salman ibn Amir əd-Dabbidən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə peyğəmbərimiz belə buyurub: “Sizin hər hansı biriniz iftar etmək istədiyi vaxt orucunu xurma ilə açsın. Xurma tapmasa, su ilə iftar etsin. Su təmizdir”.

ardını oxu
11-07-2014
SALAM aleykum. Yuxuda cinsiyyet orqanindan mayenin gelmesi orucu pozurmu? Bu hallarda qusl almaga ehtiyac yaranirmi? ALLAH razi olsun.
Cavab:

Aleykum salam. Əgər yuxuda gələn maye məni (sperma) olubsa və şəhvətlə çıxıbsa, bu zaman oruc yox, qüsl pozulur. Əgər onun çıxması oyaq vaxtı, qəsdən olsa idi, bu zaman oruc da pozulardı. Həmçinin qüslu, dəstəmazı və orucu pozan amillərlə bağlı daha ətraflı bu linkləri oxuyun:

ardını oxu
11-07-2014 Ayten
Salam Aleykum. Destemaz alarken danismaq olar? Yeni sual verib nese sorusana cavab vermek olar?
Cavab:

Aleykum salam. Dəstəmaz alarkən səhv etməyəcəksinizsə danışmaq olar, əks halda danışmaqdan çəkinmək lazımdır.

ardını oxu
11-07-2014 Ayten
Salam Aleykum. Men bilmek isterdim ki, niye hicri teqvimi bizim istifade etdiyimiz teqvimden ferqlidir? Yeni meselen, Ramazan ayi, Qurban bayrami her il evvelki ilden mueyyen qeder evvel olur? Bunun sebebi nedir?
Cavab:

Aleykum salam. Bəli, hicri-qəməri təqvimi ilə miladi təqvimlərində ilin uzunluğu arasında təxminən 9-10 gün fərq var. Hicri-qəməri təqvim Rəsulullahın (sallallahu aleyhi və səlləm) Məkkədən Mədinəyə hicrət etməsi vaxtından başlanır.

ardını oxu
10-07-2014 s
Salam..yuxuda reqs etmek nece yozulur?? Cvblandirardiniz zehmet olmazsa
Cavab:

Aleykum salam. Ümumiyyətlə dinimizə görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur.

ardını oxu
10-07-2014
Assalamu aleykum necesiz? sualim bele olacaq sizlere.Yeni ovlad dunyaya geldiyde azan ve iqameni ana deyir xestexanada qulaqina yoxsa eve gelenden sonrada demey olar yeni ana deye biler? ALLAH razi olsun
Cavab:

Aleykum salam. Azan və iqamənin yeni doğulan uşağın qulağına oxunması ilə bağlı rəvayət olunan hədislər səhih deyil. Amma alimlər deyib ki, oxumaqda da heç bir problem yoxdur. İstədiyiniz yerdə oxuya bilərsiniz.

ardını oxu
10-07-2014
Salam Aleykum Quranı sessiz xetm etmek olar? Allah razi olsun
Cavab:

Aleykum salam. Quranı səssiz oxumaq olar, amma oxuyarkən yavaş da olsa dil və dodaqlar tərpənməlidir.

ardını oxu
10-07-2014
As Salamu Aleykum. menim bir nece sulim var. 1-Zülqarneyn peygemberdir? 2-Peygemberlerin sayi 124000-dir? 3-Miladdan evvel yaşamış peygemberler var? 4-En uzunömürlu peygember hansi olmusdur?
Cavab:

Aleykum salam.

ardını oxu
10-07-2014
As Salamu Aleykum. Namaz qılandA sözleri dile getirmek vAcibdir? Allah Razı Olsun!
Cavab:
Aleykum salam. Oxumağa qadir olduğu halda namaz qılan hər kəs hərfləri tələffüz edərək dilini tərpətməzsə onun belə namaz qılması icazəli deyil. Dil və dodaqlar yavaşca da olsa tərpənməlidir. Bu səssiz namazlara (zöhr və əsr) aiddir.
ardını oxu
10-07-2014
As Salamu Aleykum Iftar vaxtı girdikde birinci yemek yemek (iftar acmaq) yoxsa namazi qilmaq lazimdir?
Cavab:

Aleykum salam. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) vaxtı girən kimi iftar açmağı bizə buyurmuşdur. İftarı hər hansı yüngül qida ilə açıb namaz qılmaq, daha sonra yeməyə davam etmək olar. Həmçinin yemək çox vaxt aparmayacaqsa, yeməyi qurtarıb sonra namaz qılmaq olar.

ardını oxu
10-07-2014 Baxış
SAlam İŞİD terorr quruplaşması necebir tehlükeli bir terroruclar olduxunu bilirik bir nece hefte budan qabaq İŞİD bele bir söz dediki eyer İraqı ele kecirsek ALLAha andolsun ki Kebeni patladacağıq bu ne demekdir yeni bunlar buqedermi ALLAhdan qorxmur bu mümkündür ALLAhın en böyük evinin darmadaxın e
Cavab:

Aleykum salam. Əvvəlcə qeyd edək ki, hal-hazırda heç yerdə cihad yoxdur: İŞİD haqqında fikirləniz nədir? İraqda cihad varmı?

ardını oxu
10-07-2014
Qeyri müselmanlarla iş birliyine girmek caizdirmi?
Cavab:

Salam aleykum. Qeyri-müsəlmanlarla iş birliyinə girmək, onlarla ticarət etmək olar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yəhudilərdən satın almışdır və onlarla ticarət etmişdir.

ardını oxu
10-07-2014
Dinimizde dünyevi elmlerin yeri nedir? Filan kes ingilis dili muellimidi buna gore ona savab yazilirmi? Ve bezen men dunya elmleri ile (cografiya, tarix, riyaziyyat ve s.) mesgul oluram ve namazlari bezen vaxtinda qila bilmirem. Avtobusda hazirliga getdiyim ucun. Bele olan halda namazi avtobusda
ardını oxu
10-07-2014
Salam,sizden xahisim namazi oyrenmeye baslayiram ve ezan ve iqamenin sozleri videolarda olmur lakin oxuduqda var.ele yerlesdirdiyiniz videoya da baxdim orda da yoxdur aydinliq getirerdiniz,evvelceden tesekkurler
Cavab:

Aleykum salam. Azan və iqamənin sözlərini buradan oxuyun: Azan və iqamənin sözlərini bura yaza bilərsinizmi?

ardını oxu
09-07-2014
As Salamu Aleykum Ve Rehmetulah Ve Bereketuh. Ilk önce bele bir sayt yaratdığınız üçün size teşekkür edirem. Ve size bele bir sual soruşmaq istiyirem. Men namaz qılır oruc tutram. Lakin bununla bele boş vaxtlarım olur. Boş vaxtlarımın heder getmemesi üçün ne edim?
Cavab:

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Hər şeydən öncə bilmək lazımdır ki, vaxt Uca Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdən biridir. Uca Allah bəzən hətta vaxta and içir.

ardını oxu
09-07-2014
salam alekum namaz qiliram amma fikirim daginiq olur Allah razi olsun
Cavab:
ardını oxu
09-07-2014
oruc tuturam amma ki bilerekden su icdim cox susamiwdim hem de 11 yawim var
Cavab:

Aleykum salam. Sizin yaşınızda oruc tutmaq vacib deyil. Ya Allah üçün səbr edib susuzluğa dözüb orucunuzu davam edəcəksiniz, ya bacardığınız qədər tutacaqsınız ya da istəsəniz heç tutmaya da bilərsiniz. "...Allahdan bacardığınız qədər qorxun...". (ət-Təğabun, 16).

ardını oxu
08-07-2014
alam aleykum.Henefi,henbeli mezhebleri ne demekdir?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Dörd məzhəb və digərləri necə meydana gəlib?

ardını oxu
08-07-2014
Namazi bitirdikden yeni salamları verdikden sonra dua oz qelbimnen kecenleri Allahdan istiye bilerem? Dua ede bilerem? ve secdede azeri dilinde dua etmek olar?
Cavab:
Salam aleykum. Hədislərə əsasən, namazda səcdə vaxtı, təşəhhüddən sonra salamdan qabaq Azərbaycan dilində istədiyiniz duanı edə bilərsiniz. Salamlardan dərhal sonra isə dua etmək barədə məlumat yoxdur. Yəni, namazda dua etməyin yerləri bu sadaladıqlarımızdır.
ardını oxu
08-07-2014
Salam dırnaq uzatmag gunahmıdır?Namaz qılan adamın dırnagı uzun olarsa o namaz qəbul olur?
Cavab:

Aleykum salam. Dırnaqlar uzun halda namaz qılmaq olar, amma Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə dırnaqları vaxtında tutmağı buyurub. Daha ətraflı:

Dırnaqları uzatmaq günahdırmı?

ardını oxu
08-07-2014
salam aleykum.bilmek isterdimki imsak vaxti nedir?imsaq orucun vaxtini,hemdeki axsam namazinin vaxtinda neye gore istifade olunur?xais edirem imsaq vaxtinin menasini genis sekilde bize aydin edesiniz. onceden tesekkurumu bildirem.Allah sizden razi olsun
Cavab:

 Aleykum salam. İmsak sübh namazından bir az əvvəl durub oruc tutmaq üçün səhər çağı yemək yeyilən vaxta deyilir. Buna sahur da deyirlər.

ardını oxu
08-07-2014 legenda
oruc olarken denize girmek olarmi?
Cavab:

Aleykum salam. Oruclu halda çimmək və ya başı suya tam olaraq salmaq orucu pozmur.

ardını oxu
08-07-2014 Vüqar
Salam. Men seher sahura oyana bilməmişəm. Oyandığımda artıq gün çıxmışdı. Oruc tuta bilərəmmi ?
Cavab:

Aleykum salam. Bəli, sahura (oruc üçün səhər yeməyi) durmadan oruc tutmaq olar. Amma sahura durmağınız savab və bərəkət baxımından daha xeyirlidir. Çünki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurub ki: "Sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır".

ardını oxu
08-07-2014
assalamu aleykum qardawlar.men gece yatib qalmiwam iwa namazin indi subh namazi girib men neyneyim yol gosterin mumkunduse tez yazardiz.ALLAH razi olsun
Cavab:

Aleykum salam. Yuxudan oyanan kimi dəstəmaz alıb qılmaq lazımdır.

ardını oxu
08-07-2014
Salam bilmek isterdim ki namazin vaxtlarini hansi teqvimden yazirsiniz?
Cavab:

Aleykum salam. Saytımızdakı namaz təqvimi hal-hazırda dünyada geniş yayılmış http://praytimes.org saytındakı alqoritm əsasında işləyir.

ardını oxu
08-07-2014
As Salamu Aleykum Mehemmed peygemberin (s) ogul ovladi olub?
Cavab:

Aleykum salam. Bəli, Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) oğul övladları olub. Daha ətraflı: Rəsulullahın nəsli kimlər olub?

ardını oxu
08-07-2014
salam. Necesiniz.Oruc olarkən dodaqlara su vurmaq olar
Cavab:

Aleykum salam. Əlhəmdülilləh, yaxşıyıq. Bəli, oruclu ikən udmamaq şərtilə dodaqlara su vurmaq olar.

ardını oxu
08-07-2014 aylin
salam men namaz qilmiram ancaq oruc tuturam bu sayilirmi gunah deyilki?
Cavab:
ardını oxu
08-07-2014 QOSQAR
oruc tutarken cimmek olar?
Cavab:

Oruclu ikən çimmək olar. Daha ətraflı bu sualın cavabını oxuyun: Necə yəni başı suya salmaq orucu pozmur? Axı qulağa, buruna və ağıza su gedə bilər?

ardını oxu
08-07-2014 Baxış
İnsan Anasını Atasından daha cox isterse günahsayılır yoxsa herikisinide bide insan Öz anasını dehşet derecede cox isdyersen ve cox isadediyinden herşey ede biler ve deye biler pis menada yox yaxşı gözel menada onda hemin insan günah qazanır yoxsa Ana demeliyik
Cavab:

Aleykum salam. Xeyr, valideynin birini digərindən çox sevmək günah sayılmır.

ardını oxu
08-07-2014 nurlana
Salam aleykum men sorusmaq isteyirem ki qeza namazı nece qılınır.Mən namaz qılanda adeten qıldıgım namazın qezasını da qılıram.Bu olar?
Cavab:

Aleykum salam. Qıldığınız namazın qəzasını qılmaq lazım deyil. Vaxtında unudaraq və ya digər üzrlü səbəbdən qılmadığınız namazların qəzasını qılmaq lazımdır. Ümumiyyətlə, namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın.

ardını oxu
07-07-2014 Baxış
Salam bulmek isterdim süre ilee aye birdi yoxsa eynidi bid sürelerin mensaı olur olursa nece oxuya bilerem
Cavab:

Aleykum salam. Surə və ayə fərqli şeylərdir. Qurani-Kərim 114 surədən ibarətdir, hər surə isə öz növbəsində ayələrdən ibarətdir. Surələrin daxilində ayələr nömrələnir. Ümumilikdə Quranda 6236 ayə var. Ən böyük Bəqərə surəsində 286, ən kiçik Kövsər surəsində isə 3 ayə var.

ardını oxu
07-07-2014
Salam Aleykum..qadin kisiyle kebinle nisanlidi..aralarinda defelerle mubahise dusub,kisi ona bosamaq niyyetile deyil sadece kinayeli sozder deyib,sora qadin sorusanda and icib ki bosamaq niyyetinde soz dememisem..lakin sms.le yazanda deyib ki fso qerarimi verdim zeng ele seni bosayim,yeni zeng edenn
Cavab:

Aleykum salam. Talaqın (boşanma) deyiliş baxımından müxtəlif növləri var:

ardını oxu
07-07-2014
Salam.Evde azan oxumaq olar?ve qadinlar azan oxuya bilermi
Cavab:

Aleykum salam. Evdə azan vermək olar. Hədislərdə bildirildiyi kimi azan və iqamə ancaq kişilərə aiddir, qadınlar azan və iqamə oxumur.

ardını oxu
07-07-2014 aysel
men namaz qiliram amma lotoreya oyunlarinda bextimi sinayiram deyilene gore bu gunahdir bilmek isterdim niye?
Cavab:

Aleykum salam. Lotareya oyunları haramdır. Bu oyunlar qumardan sayıldığı üçün onlardan uzaq durmaq lazımdır. Əgər hər hansı bir oyuna az da olsa vəsait qoyulursa və bundan çoxlu uduş əldə edilirsə, bu, qumar hesab olunur. Uca Allah qumarı haram etmişdir: "Ey iman gətirənlər!

ardını oxu
07-07-2014 Baxış
Süreleri hergün bir ayesini Facebookda paylaşmaq günah sayılır
Cavab:

Aleykum salam. Əksinə, başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın.

ardını oxu
07-07-2014
assalamu eleykum .ramazan ayinda qebul olunmus qurbanliq qoyunu kesmek olar ya yox? Allah sizden razi olsun.
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Ramazan ayında qurban kəsmək günahdır, yoxsa savab?

ardını oxu
07-07-2014 Baxış
Mömin kimlere deyilir herkese mömin demek olarmı Müselam neceolur ve kimlere deyilir
Cavab:

Cavabı buradan oxuyun: Mömin insan necə olmalıdır?

ardını oxu
07-07-2014 Baxış
Salam men yaxşılıq etmeyi sevirem ve hemiş yaxşılıq etmeyide bacarmışam indi bilmek isdeyirem ki menim axlıma hemişe pis pis fikirler gelir herşeye qarşı pis fikirler gelir sanki icimden kimse mene deyir ki get pis işler gör günahlı işler gör amma men buna fikir vermirem nece dim ki bufikirler axlım
Cavab:

Aleykum salam. Bilin ki, insanın beyninə gələn və ya onu əhatə edən pis fikirlər, hisslər əmələ keçmədikcə insana günah yazılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir.

ardını oxu
07-07-2014
Komputer qrafikasi ile 3d canli heyvan fiqurlari duzeltmek gunAhdirmi? Canli resmi cekerken onun bir beden uzvunu cekmezsen (meselen gozunun birini cekib o birini cekmemek) gunah yazilmaz. Duzgundurmu?
Cavab:

Aleykum salam. Ümumiyyətlə islam dininə görə istər əllə canlı istərsə də digər vasitələrlə (ruhu olan) şəkili çəkmək və ya çəkdirmək olmaz.

ardını oxu
05-07-2014 konul umid
Salam. Oruclu iken USM vaginal muayineden kecmek olar? Vaginal usm zamani aparata gel tokub daha sonra muayine edirler.o gelin daxile getmesi sonra axinti kimi geriye geımesi orucu batil edermi??
Cavab:

Aleykum salam. Bu kimi hallar orucu pozmur. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz.

ardını oxu
05-07-2014 Kəmalə
Səhər yeməyi nə vaxt dayandırılır, namaza qədər yoxsa azana qədər.
Cavab:

Aleykum salam. Sahurun (oruc tutmaq üçün səhər yeməyi) vaxtı sübh namazının girməsi vaxtına qədərdir. Bəzi yerlərdə azanın bu vaxtdan gec verilməsinə baxmayaraq, namazın girmə vaxtına qədər sahur yeməyini bitirmək lazımdır.

ardını oxu
05-07-2014 m
salam.etdiyin tovbeni pozmaq gunahdi?
Cavab:

Aleykum salam. Tövbəni pozmaq günahdır və bundan çəkinmək lazımdır. Əgər tövbəni pozsanız, yenidən tövbə edin. Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?

ardını oxu
05-07-2014
salam yuxuda olmekde olan piwiyin senen daniwmasi ne demekdi
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Yuxuda pişiyin insanı dişləməsi pis məna verirmi?

ardını oxu

Pages