12-08-2014
salam qadin corabsiz namaz qila bilermi
Cavab:

Aleykum salam. Əgər paltarı uzun olub ayaqlarını örtsə, bu zaman corabsız namaz qıla bilər. Lakin paltar qısa olarsa, corab geyinməsi zəruridir. Ümumən islama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.

ardını oxu
12-08-2014
Salam aleykum. Teeccud namazi saat necede qilinsa daha yaxsidi ve onu hec yatmadan qilmag olar? Men 2 ruket qiliram duzdu?
Cavab:
Aleykum salam. Təhəccüd namazı gecə namazıdır. Gecə namazını işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır.
ardını oxu
11-08-2014
Salam Aleykum, Subh namazının qezası nece qilinir? və sesi qilinir yoxsa sesiz? bu haqda cavab yazın, Allah razı olsun.
Cavab:

Aleykum salam. Sübh namazına oyanmamaq səbəbi ilə namazı buraxan yuxudan oyandıqda dərhal namazı qılmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın!

ardını oxu
11-08-2014
Salam Aleykum.Men Hamileyem amma isteyiremki birinci ovladim qiz olsun dua edirem .Allahin qezebi tutarmi mene?
Cavab:

Aleykum salam. İslam dininə görə oğlanla qız arasında fərq qoyulmur. Əsas odur ki, Allah sağlam və xeyirli övlad bəxş etsin. Ona görə də Allahdan özünüzə sağlam və xeyirli övlad diləyin. Hər bir halda qız istəməyiniz günah sayılmır. 

 

ardını oxu
11-08-2014 nuray
qusullu olaken dini kitablar oxumaq olarmi
Cavab:

Salam aleykum. Boynunuzda qüsul varsa, ərəbcə Qurani-Kərimdən başqa istədiyiniz dini kitabları oxuya bilərsiniz.

ardını oxu
11-08-2014
Xalq islamdan evvel hansi dine inanirdi
Cavab:

Xalq dedikdə nəyi nəzərdə tutursunuz? 

ardını oxu
11-08-2014 m
salam.destemazda buruna su almaq vacibdirmi?
Cavab:

Aleykum salam. Dəstəmaz alarkən ağıza və buruna su almaq vacibdir. Uca Allah dəstəmazın alınma qaydası haqqında buyurur: "Ey iman gətirənlər!

ardını oxu
11-08-2014
salam.4ruketli namazlarda o duzduki 3cu ve 4cu ruketde ixlas suresi deyilmir?
Cavab:

Və aleykum Salam. 3-cü və 4-cü rükətlərdə Fatihədən başqa surə oxunmur. Daha ətraflı: Namazın 3 və 4-cü rükətlərində Fatihədən sonra əlavə surə oxumaq olarmı?

ardını oxu
10-08-2014
salam.kerbelaya insanlar ne meqsedle gedir bunun ne xeyri var?
Cavab:

Aleykum salam. Bu cahillikdən (dini savadsızlıqdan) irəli gəlir. İslamda Məkkə (Kəbə, Allahın evi), Mədinə (Peyğəmbər məscidi) və Yerüsəlim (Məscid əl-Əqsa) kimi üç mübarək məkan vardır ki, yalnız o yerləri ziyarət etməyə icazə verilir.

ardını oxu
10-08-2014
Salamun Aleykum eger nisanlilar kebin kesdirerse onlarin el ele tutmasi yaxud elaqede olmasi halalmi....
Cavab:

Aleykum salam. Kəbin kəsdirən nişanlılara tövsiyyə olunur ki, toyları olana qədər bu məsələlərdə özlərini günahlardan qorusunlar. 

ardını oxu
09-08-2014 muslim
Salam Aleykum men esitmisem ki teze evlenmis aile 40 gun muddetinde namaz qilmaya biler bu haqda delil ve hedisler var?
Cavab:
Aleykum salam. Fərz namazlarını heç bir halda bir gün belə buraxmaq olmaz. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstə olarkən belə heç vaxt namazları buraxmamışdır. 
ardını oxu
09-08-2014
Salam. Siyasi və irqçi söhbətlər orucu batil edir?
Cavab:
Aleykum salam. Qeyd etdiyiniz mövzular çox vaxt mübahisələrə və günahlara səbəb olur. Belə olan təqdirdə bundan çəkinmək lazımdır. Çünki, oruc tutan bütün əzalarını, xüsusən də, dilini və qulağını günahlardan qorumalıdır. 
ardını oxu
09-08-2014 nuray
salameleykum reks etmek harammidir
ardını oxu
09-08-2014 nuray
salam eleykum rengareng carsablar baglamaq olarmi
Cavab:

Aleykum salam. Hicabı istənilən rəngdə geyinmək olar. Sadəcə olaraq yaxşı olar ki, dar, şəffaf, cazibədar, düm ağ, qırmızı, sarı, zərli, bər-bəzəkli, diqqət çəkəcək görkəmdə olmasın. 

ardını oxu
09-08-2014 Şehla
Salam. Namazı günde 1 defe qılmaq, yeni Allah yolunda her gün 1 defe olarmı. 4 roket. Evvel qıldım, indi 2 uşağım var. Balacadılar. İndi başlamak istiyirem
Cavab:

Aleykum salam. Fərz namazları gündə beş dəfə qılınmalıdır. Bir dəfə qılmağa icazə verilmir. Uca Allah namazı gündə beş dəfə qılmağı vacib buyurur. Ailəli olmağınıza baxmayaraq hər gün, hər namaza 5-10 dəqiqə vaxt ayırmaq mümkündür.

ardını oxu
09-08-2014
Salam əleykum.Mən bəzən arzularımın bir qismini yuxuda görürəm. Bu yuxularımın mənası nə ola bilər? İndidən Allah razı olsun!
Cavab:

Aleykum salam. İslama görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır.

ardını oxu
09-08-2014
Salam. Ağız boşluğuna düşmüş bəlğəmi udmaq orucu pozur?
Cavab:

Aleykum salam. Bəlğəmi udmaq orucu pozmur. Daha ətraflı: Bəlğəmi udmaq orucu pozurmu?

ardını oxu
09-08-2014
Salam aleykum. Yatarken ve ya dincelerken musiqiye qulag asmag olar?
Cavab:

Aleykum salam. İslama görə musiqiyə qulaq asmaq haramdır və heç bir halda musiqini dinləməyə icazə verilmir. Həmçinin oxuyun: 

Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?

ardını oxu
09-08-2014
Assalamu aleyka quran oxuyanda orda ancaq ozuna dars goturmak olar na etmak olar na etmak olmaz oluya oxuyub tapsirmaqin na xeyri var.Xais ediram atrafli yazasiniz avvalcadan tasakkur ediram.
Cavab:

Aleykum salam. Qurani-Kərim Uca Allahın bütün insanlara göndərdiyi öyüd-nəsihətdir, hər kəs onu oxuyaraq ibrət almalıdır. Uca Allah Quranı ölülər üçün yox, diri insanlara göndərmişdir ki, insanlar doğru yola yönəlsinlər.

ardını oxu
08-08-2014
heyz olarken zikr etmek olari
Cavab:

Salam aleykum. Heyz (aybaşı) olarkən zikr etmək olar. Daha ətraflı:

Qadın heyzli olarkən Ayətul-Kursini oxuya bilərmi?

Qadın heyz (aybaşı) vaxtı zikr edə bilərmi?

ardını oxu
08-08-2014 Hüseyn
Salam mən şəhvət hissindən qurtula bilmirəm.Nəfsimə tabe olub istimna edirəm və bu məndə alışqanlıq halına gəlib,buraxa bilmirəm.Bunun üçün müalicə almaq doğrudur?
Cavab:

Aleykum salam. İstimna etmək söylədiyiniz problemi həll etmir, əksinə şəhvət hissinin oyanmasına gətirib çıxardır. İlk növbədə bu problemin çarəsi evlənməkdir. Əgər evlənmək imkanı yoxdursa, əlacı oruc tutmaqdır.

ardını oxu
08-08-2014 Nezife
Selam ...uzumu hecne vurmuram bice gozumun ustune gara karandash vuram !olarmi destamaz alib namaz gilmaha......?teshekuler....!
Cavab:

Aleykum salam. Dəstəmaz aldıqdan sonra gözlərin üstünə karandaş və ya makiyaj çəkib namaz qılmaq. Daha ətraflı:

Gözlərə karandaş çəkmək olar?

ardını oxu
08-08-2014
Salam aleykum qurban kesmey istiyirem onu nece bolmeliyem?
Cavab:

Aleykum salam. Qurban ətini bölüşdürməkdə sərbəstsiniz. Ondan istədiyiniz qədər özünüz və istədiyiniz qədər insanlar üçün pay ayıra bilərsiniz. Bu haqda Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xüsusi bir göstəriş yoxdur. 

ardını oxu
08-08-2014 Zeyd
Namazı duzgun qilmayan lakin Allah bilir ki men bu namazi Allah ucun qiliram deyen muselman qardas ve bacilarimiza nece cavab verek?
Cavab:

Aleykum salam. Namazı düzgün qılmamaq dedikdə nəyi nəzərdə tutursunuz?

ardını oxu
08-08-2014
salam aleykum.men bilerekden 1gun erzinde namazlarmi dirnagda lak olaraq qilmiwam. Namazim batildirmi? Dirnagimdaki laki silmek ucun aseston tapa bilmedim. Ona gore mecbur oldum. Bacim ise bele olanda namaz qilmir. Deyir onsuz namazim sayilmir. Hemin vaxt umumiyyetle namazi terk edir.
Cavab:

Aleykum salam. Ümumiyyətlə şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq namazı batil etmir. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları mütləq silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz.

ardını oxu
08-08-2014
salam aleykum.menim atam qarabag ugrunda geden doyuslerde istirak etmis,veteni ucun elinden gelen etmisdir.hetta nece defe yaralanmisdir.onu sorusmaq istiyirem ki menim atam Allah qatinda azda olsa savab qazanmismidir ?qazi sayilirmi?
Cavab:

Aleykum salam. Vətəni düşməndən qorumaq Uca Allahın əmridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. Allah buyurur: "Onu evindən çıxaran yalnız Mənə olan inamı və elçilərimi təsdiq etməsidir.

ardını oxu
07-08-2014
Assalamualeykum.Sualım belədirki hicablı xanımların ayaqlarının da örtülü olmasına dair bir dəlil varmı.çünki bəzi hicablı qadınlar yay olduğu üçün bəzən küçədə corabsız səndəllə ayaq yalın görürürk.bu nə dərəcədə doğrudur?inşəallah cavab yazardınız.Quran və sünnədə bununla bağlı dəlil varmı?
Cavab:

Aleykum salam. Qadınların ayaqyalın gəzmələri doğru deyildir. Çünki Quran ayəsinə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir.

ardını oxu
07-08-2014
Salam. Men sizden bir sey sorusmaq isterdim. Eger insan sef bir is tutursa ve sonrdan anlayir ki bu gunahdir bu insana gunah kimi yazilir yoxsa yox?
Cavab:

Aleykum salam. Dinimizə görə bilmədən xəta etmək üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).

ardını oxu
07-08-2014
Salam aleykum. Niyyeti dil ile demeyin bidet olduguna dair her hansi esasiniz var? Onceden tesekkurler.
Cavab:
Və aleykum Salam. Nə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun), nə də onun səhabələri (Allah onladan razı olsun) niyyəti dil ilə deməmişlər. Bu barədə heç bir Quran ayəsi və ya səhih hədis yoxdur.
ardını oxu
07-08-2014
Salam.suallari cavablandirdiginiz ucun sizden Allah razi olsun.zehmet olmasa deyerdiniz,namaz vaxtlarindan hansi daha etibarlidir?men ehtiyat ucun 10-15deq gec qiliram hemise.buna icaze verilir?yoxsa vaxtinda qila bipmemek gunahdir?eger eledirse onda sizin verdiyiniz vaxt giren kimi qilsam duzgun ol
Cavab:

Aleykum salam. Dediyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162).

ardını oxu
07-08-2014
Salam.
Cavab:

Aleykum salam. Bu məsələnin heç bir məzhəblə əlaqəsi yoxdur. Sadəcə ayayə əsasən 1 dəfə yumaq vacib, 1-dən çox (2-3 dəfə) yumaq isə sünnədir, yəni bəyəniləndir. Daha ətraflı:

ardını oxu
07-08-2014 i
salamu aleykum.eger salavat tekce peygembere gonderilirse onda niye Allahumma salli ala Muhammedin ve ali Muhammed deyirik.burda axi peygemberin ailesine de salavat deyilir.
Cavab:

Aleykum salam. Salavat yalnız Peyğəmbərə (salləllahu aleyhi və səlləm), həmçinin onunla yanaşı Əhli-Beytinə də göndərilir. Lakin, ayrıca Əhli-Beytə salavat göndərilmir. Daha ətraflı:

ardını oxu
06-08-2014
Salam aleykum namazin vaxtlari her yerde bir cur yazilir. Ona gore arada casib qaliram bilmirem hansiyla qilsam daha dogru olar. Ne etsem duzgun olar?
Cavab:

Aleykum salam. Bəzi namaz təqvimlərində qeyd olunan vaxtlar ehtiyat məqsədi ilə uzadılır. Buna görə də təqvimlərin vaxtlarında fərqlilik meydana gəlir. Odur ki, əlinizdə olan hər hansı bir təqvimdən istifadə etməyinizdə heç bir problem yoxdur.

ardını oxu
06-08-2014
Salam aleykum. 1) Namaz qilan insan aragi pambiga isladib spirt kimi her hansi bir seyi temizlemek ucun istifade ede bilermi? 2) Insan uzundeki tuku ulguc vurmayib masinka ile azalda bilermi? Yeni masinka ile saqqali azaltmaq haramdirmi? ALLAH razi olsun.Salam aleykum.
Cavab:

Aleykum salam.

1) Spirtli içkilərdən təmizləyici vasitə kimi istifadə etmək olar. Bununla bağlı heç bir qadağa bildirilməmişdir.

ardını oxu
06-08-2014 gunelden
salam aleykum axi menim yoldasimin biraz borcu var ve men ondan gizlin onun pulundan goturub yigiram ki, pulu duzeldim sonra bir defelik ona verim borcu qaytarsin bilmirem men ne qeder dogru yada yanlis is gorurem xahi
Cavab:

Aleykum salam. Əgər həqiqətən niyyətiniz, məqsədiniz qeyd etdiyiniz məsələ üçündürsə, inşallah bunda bir problem yoxdur. Allah yardım eləsin.

ardını oxu
06-08-2014
Salam aleylum. Neçə saat yatmaq günah sayılmır?
Cavab:
Aleykum salam. Bunun üçün şəriətdə elə bir təyin olunmuş vaxt yoxdur. Sadəcə dinimizə görə çox yatmaq bəyənilmir. Daha ətraflı: Çox yatmaq günahdır?
ardını oxu
06-08-2014
Destamazin qaydasi
Cavab:

Salam aleykum. Bunu oxuyun: Dəstəmaz necə alınır?

ardını oxu
06-08-2014
salami alekum man namaz qiliram dualar oxuyuram geca yatandada dualar oxuyuram amma yuxuda seytan yuxulari goruram ozumu duranda cox pis his ediram na ucun man bela goruram.Mana komak edin.Xais ediram ,man na edim.Tasakkur ediram.
Cavab:

Aleykum salam. Siz yatmamışdan öncə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) oxuduğu bu duaları oxuyun və səbr edin:

ardını oxu
06-08-2014
salam. men bilmek isteyirem ki, umumilikde musiqiye qulaq asmaq gunahdir?
Cavab:

Aleykum salam. Musiqiyə qulaq asmaq günahdır. Daha ətraflı: Sevgi mahnılarına qulaq asmaq olarmı?

ardını oxu
06-08-2014
Salam aleykum, gozde olan makyajla destnamaz alinsa destnamaz sayilir?
Cavab:

Aleykum salam. İstifadə etdiyiniz kosmetik maddə dəridə təbəqə yaradaraq suyun dəriyə dəyməsinə mane olursa, dəstəmazdan əvvəl silinməlidir. Məsələn, dırnaq lakı təbəqə yaratdığı üçün silinməlidir. Təbii sürmə isə təbəqə yaratmır və silməmək olar. Daha ətraflı:

ardını oxu
06-08-2014 zuleyxa
salam aleykum.menim size 2 sualim olacaq.ikisini de cavablandirsaz cox sevinerem. menim 1 tanisim hamiledi ve usagi aldirmaq isteyir.men ona bunun gunah oldugunu soylediyimde 4 hefteye qeder aldirmaq gunah deyil dedi.bu dogrudur mu? birde bezi insanlar Hz.Omer haqqinda niye pis fikirdediler ?
Cavab:

Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər vaxtlarda isə heç bir halda abort etməyə icazə verilmir.

ardını oxu
05-08-2014
Salam.namazin evvel vaxtda qilinmasi beyenilen emellerden oldugu melumdur.bilmek isterdim ki gecikdirmek gunahdirmi yoxsa olarmi?evvelceden cox sagolun
Cavab:

Aleykum salam. Söylədiyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". 

ardını oxu
05-08-2014
namazi yatag otaginda qilmag olarmi
Cavab:

Yataq otağında namaz qılmaq olar. Çünki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) zövcəsinin yataq otağında namaz qılardı.

ardını oxu
05-08-2014
salam cox yatmaq gunahdimi? Onceden tesekkurler
Cavab:

Aleykum salam. Dinimizə görə çox yatmaq bəyənilmir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Ümmətim üçün ən çox qorxduğum şeylər: "qarın böyüklüyü (qarın bağlamaq), çox yatmaq, tənbəllik və yəqinliyin azlığıdır".

ardını oxu
05-08-2014
bezen iwlemeye gedirem ve temizliyimi qorumaga imkanim daha dogrusu yer olmur meselem (ayaq yoluna gedende) bilmirem bele oldugum halda nece namaz qila bilerem evvelceden tewekkur edirem.
Cavab:

Aleykum salam. Bacardığınız qədər təmizlənin sonra isə dəstəmaz alıb namazınızı qılın.

ardını oxu
05-08-2014
Salam kebin kesdirdikden sonra opusmek olarmi
Cavab:

Aleykum salam. Əgər kəsilən kəbin şəriətə müvafiq şəkildə həyata keçirilibsə, bəli olar. Kəbinin mahiyyəti isə valideynlərin razılığı və şahidlərin olmasından ibarətdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "vəlisiz və iki şahidsiz nigah yoxdur" deyə buyurmuşdur.

ardını oxu
05-08-2014 Ruslan
Salam aleykum, bir ailede nece ildi ovladi olmursa , istixare namazi qila bilermi? Mehz uşaqi olsun.
Cavab:

Aleykum salam. Əlbəttə qıla bilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) şəriətlə qadağan olunmayan hər bir məsələ üçün səhabələrə istixarə namazı qılmağı tövsiyə etmişdir. Həmçinin oxuyun:

ardını oxu
05-08-2014
Salam aleykum men esitmisemki sehid olanlar cennete dusurler bu duzdu ya yox?
Cavab:
Aleykum salam. Bəli, şəhidlər inşallah birbaşa cənnətə düşəcəklər. Uca Allah buyurur:

"Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". (əl-Bəqrə, 154).
ardını oxu
05-08-2014 Oqtay
Salam Aleykum . Mən Yuxuda Rəhmətə getmiş nənəmi gördüm və o sağ idi mənim dəniz kimi bir yerdə çimirdim məni yanina çağırdı ölürəm dedi . Sora mənim yanımda can verirdi onunla birgə Fatihə surəsini oxudum və o öldü .bu yuxu nə məna verir ?
Cavab:

Aleykum salam. Ümumiyyətlə bilmək lazımdır ki, islama görə yuxular üç növdür: Uca Allahdan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur.

ardını oxu
05-08-2014
Niye selefiler saqqal saxlayib biqlarini qirxirlar?salvarlarinin eteyi topuqdan yuxari olur?
Cavab:
Salam aleykum. İlk öncə siz sələfilik haqqında bu cavabı oxuyun: Sələfilik nədir və sələfilər kimə deyirlər?
ardını oxu

Pages