21-08-2014
Salam aleykum. Eger koyneyimizin yaxasi tam baglidirsa bas ortusunu sinenin uzerine salmaq vacibdir ve hara qeder salmaliyiq? Onceden tesekkurler.
Cavab:

Aleykum salam. Ayəyə əsasən demək olar ki,  vacibdir. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar.

ardını oxu
21-08-2014 Anonin
Salam men bu il instituta girdim,1 il evvel and icmisdimki instituta girsem namaza baslayacam,ve basladimda,yuxumda gormusemki sne deme soz veribmisemki hicaba kececem ve hicabla gezirem ama istemirem insanlar meni bele gorsun utaniram,gizlenirem sonra tanislarin yanina gelirem,ve deyiremki yox da m
Cavab:

Aleykum salam. Hicab Uca Allahın qadınlara vacib buyurduğu əməldir. Allahın əmrlərini yerinə yetirmək üçün isə insanlardan utanmaq olmaz.

ardını oxu
21-08-2014
Salam Aleykum..Cox sagolun suallarimi cavablandirirsiz..Men bir hedis ewitmiwem hemde oxumuwam kitabda yazilibki qadin qargaya benzemeyince cennete daxil olmazz..Bu hedisin deqiq menasi ve bu hedis sehihdirmi??? Allah razi olsun..
Cavab:

Aleykum salam. Əbu Davud (Allah ona rəhmət etsin) "Sunən" əsərində Ummu Sələmədən (Allah ondan razı olsun) belə rəvayət etmişdir.

ardını oxu
18-08-2014
Assalamu aleykum.Exi mene zehmet olmasa rasulullahin sallallahu aleyhu ve sellem icki meclisinde oturmamagimizin sehih hedisini yazardiniz..hansi raviden ve ya sehabeden gelmeyini de yazardiz..yani menbeni
Cavab:

Və aleykum Salam. Bu barədə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Kim Allaha və axirət gününə inanırsa, içki içilən süfrədə (məclisdə) oturmasın". (İmam Əhməd 1/20; əl-Beyhəqi 7/366).

ardını oxu
18-08-2014
Salam aleykum. InseAllah sozunu bezi insanlar deyiller "in wa Allah" kimi yazmag lazimdir. Men inseAllah yaziram bu gunahdir?
Cavab:

Aleykum salam. Bu kəlmənin  (إن شاء الله) ərəbcədən Azərbaycancaya transkripsiyası "İn Şəə Allah" kimi yazılır.

ardını oxu
18-08-2014
Naməhrəmin bir qadını başı açıq görməsi həmin qadının qüslunu pozarmı?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz hal nə kişinin, nə də qadının qüslunu pozmur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
18-08-2014
Salam Aleykum, size sualım budurki hicablı qadının öz övladlarini emizdirmek ucun estetik silikom döş qoydurmasi haramdırmı?bu haqda cavab yazın, Allah razı olsun.
Cavab:

Aleykum salam. Bunu etmək haramdır, məgər bu şey olmayana qədər qadınlar uşaqlarını əmizdirə bilmirdilər? Daha ətraflı: Estetik cərrahiyyə əməliyyatı hansı hallarda icazəlidir?

ardını oxu
18-08-2014
selamu aleykum.men usagi dunyaya goz acmamis olduren qadinin cehenneme gedeceyini dusunurem.amma.tovbe ederse gunahi bagislanarmi
Cavab:
Aleykum salam. Abort etmək böyük günahdır. Böyük günahlardan sonra peşman olaraq tövbə etmək, bir daha həmin əmələ qayıtmamağa  qəti qərar vermək və çoxlu xeyirli əməllər etmək lazımdır.
ardını oxu
18-08-2014 yegane
qadinlarin nece duzgun namaz qildigini anliya bilmirem.mene bu movzuda komek etmeyinizi xahis edirem.
Cavab:

Salam aleykum. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi bir fərq yoxdur. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın".

ardını oxu
18-08-2014
Assalamualeykum qiyamet gunu qulun ilk soruwulacagi suallar ne olacaq?
Cavab:

Aleykum salam. Bu barədə müxtəlif hədislər var:

ardını oxu
18-08-2014
Salam aleykum.Bankda ishlemek gunahdirmi? Birde anam hicab baqlamaqima icaze vermir,ne ede bilerem?ona qarshi chixa da bilmirem,yoxsa meni evden qovar
Cavab:

Aleykum salam. Bankda işləmək barəsində: “Rəsulullah (sallallahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə, (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: “Onlar bərabərdirlər”, – dedi”. (Muslim).

ardını oxu
18-08-2014
Salam aleykum.Men kendde 14 gun qaldim,musafir namazi qilmisham hemin muddetde.Bu duzgundurmu?Xeste olduqum muddetde bir neche defe namazi buraxmisham,indi chox peshmanam,ne ede bilerem?indi de xesteyem,men tez-tez tengnefes oluram,xroniki bronxit xesteliyim var.Namazi gecikdirirem buna gore.Gunag e
Cavab:

Aleykum salam. Səfərdə olduğunuz müddət ərzində səfər namazı qılmağınız doğrudur. Xəstəlik səbəbi ilə namazı buraxmaq isə olmaz. Tövbə edib yenidən namaza başlayın.

ardını oxu
18-08-2014
Iki qaşin ortasini da almaq haramdir?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Qaşların ortasını almaq olarmı?

ardını oxu
18-08-2014
salam aleykum men yuxuda gordumki yuxu gorurem ve yuxuda ALLAH TEALA mene deyirki peygemberin ardinca get. zehmet olmasa bunun ne mena verdiyini mene deyesiz. ALLAH razi olsun
Cavab:

Aleykum salam. Peyğəmbərin (salallahu aleyhi və səlləm) ardınca getmək Uca Allahın tək sizə yox, bütün insanlara əmridir.

ardını oxu
18-08-2014 qonce
salam size sual yazmisdimki yoldasim menle soyuqdu ona ayetel kursi nas feleq sureleri oxusam tesiri olar mene yaxinlasar ama cavab yazmadiz bu sualimi cavablandirsaz sevinerem sagolun allah razi olsun sizden
Cavab:

Aleykum salam. Bunu demək çətindir. İstəsəniz oxuya bilərsiniz. Belə hallarda ilk növbədə namaz qılaraq səbirlə Allahdan kömək istəmək lazımdır. Namaz qılmırsınızsa, Namaz məqaləsindəki videoya baxıb öyrənə bilərsiniz.

ardını oxu
18-08-2014
fersex ne demekdir
ardını oxu
18-08-2014
Salam Aleykum...Sehabeler haqda bilmek istetdim.
Cavab:

Aleykum salam.

ardını oxu
18-08-2014
qebirin ustunde ilanlar olmasi ne anlamindadi
Cavab:

Salam aleykum. Doğrusunu Allah bilir. Kiminsə qəbirinin üstündə ilan görməklə o adamın qəbirdə əziyyət çəkməsinə hökm vermək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mömin bəndə dəfn ediləndə qəbir ona deyir: "Salam, xoş gəldin. Sən üstümdə gəzənlərin ən sevimlisi idin.

ardını oxu
18-08-2014
men bilmek isteyirem ki donuz ne ucun haramdir xais edirem bunu mene izah edesiniz
Cavab:

Salam aleykum. Qurani-Kərimdə və səhih hədislərdə donuz ətinin haram buyurulmasının səbəbi haqda heç bir məlumat verilmir. Uca Allahın haram buyurduqları arasında bəzilərinin səbəbi açıqlanmış, bəzilərinin isə səbəbi açıqlanmamışdır.

ardını oxu
18-08-2014
Salam Aleykum.size bir nece sualim var xahiw.edirem cavablandirarsiz..Menim ilk hamileliyimdi istirem ki birinci ovladim qiz olsun bunun ucun dua edirem.Bele dua etmekle Allahin qezebine gelmeremki??
Cavab:

Aleykum salam. 

1) Allahdan qız uşağı istəməyiniz günah deyil və buna görə də insan Uca Allahın qəzəbinə gəlmir.

ardını oxu
18-08-2014
bu suallarin cavabini kimler verir
Cavab:

Salam aleykum. Cavabı buradan oxuyun: Bu sualları cavablandıranlar kimlərdir? 

ardını oxu
15-08-2014
Salam Aleykum. Mən bir videoda qulaq asmışdım ki, şənbə və bazar günləri oruc tutmaq olmaz. Bu doğrudurmu?
Cavab:

Aleykum salam. Cümə günü ayrıca tutmaq bəyənilmir. Amma cümə axşamı ilə cümə gününü birləşdirərək oruc tutmaq olar. Həmçinin, tutmaq üçün müəyyən səbəb olduqda şənbə günündən başqa istənilən gündə oruc tutmaq olar. Şənbə günü isə yalnız Ramazan ayından qalan qəza oruclarını tutmaq oalar.

ardını oxu
14-08-2014
Assalamualeykum.gozler insanda fitnəli üzvdürmü? eger eledirse niye niqab taxan qadinlarin da gozleri aciq olur?
Cavab:

Aleykum salam. Gözlər öz sahibi üçün fitnə, yəni imtahan ola bilər. Gözlər insanda fitnəli üzv olduğu ona görə deyilir ki, insanın başqa üzvləri yorulsa da, gözlər baxmaqdan yorulmur. İnsanı ən çox günaha sövq edən də məhz gözlərdir.

ardını oxu
14-08-2014
qurbanliqda keci kesmek olar
Cavab:

Salam aleykum. Keçi qoyun sinfinə aid edildiyinə görə qurban kəsilir. 

ardını oxu
14-08-2014
Salam Aleykum. Mən oruclu halda nə qədər bu şəhvətə qapanma halından qaçsam və "əuzi billəhi minəş şeytanir racim" desəm də qısa müddətli şəhvətə qapanmalar halı yaşadım və paltarım biraz islandı. Bunun qəzasını yenidən tutmalıyam? Və kəffarəsi var?
Cavab:

Aleykum salam. Şəhvət nəticəsində cinsiyyət üzvündən özündən asılı olmayaraq çıxan sperma və ya məzi (şəffaf maye) orucu pozmur. Əgər sperma qəsdən çıxarılarsa, oruc pozulur.

ardını oxu
14-08-2014
Salamun Aleykum. Peygembere salavat getirmeyin fezileti ile bagli hec olmasa birce dene de olsa hedis yaza bilersinizmi?
Cavab:

Aleykum salam. Əbu Talha (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərin (salləllahu aleyhi və səlləm) hüzuruna girdim.

ardını oxu
14-08-2014
Salam aleykum. Menim 2 ilidi ovladim olmurdu. Allah bexs etdi sukurler olsun indi hamileyem. Ve men hamile olmadan,qabaq nezir demisdim ki bes olsun nezir vererem. Indi men kime versem qebula kecer. Allah razi olsun.
Cavab:

Aleykum salam. Nəzir deyərkən kimə verməyi nəzərdə tutmamısınızsa, istənilən adama verə bilərsiniz. 

ardını oxu
14-08-2014
namaz qilanda sac yas ola biler
Cavab:

Salam aleykum. Namaz qılarkən saçın və üst-başın yaş olması namaza heç xələl gətirmir. 

ardını oxu
14-08-2014
Salam. Unun tozu orucu poza bilər?
Cavab:

Aleykum salam. Ümumən toz udmaq orucu pozmur. Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

ardını oxu
14-08-2014
Salam. Peygemberimizin etdiyi en xeyirli dua hansidir?
Cavab:

Aleykum salam. Peyğəmbərimizin etdiyi bütün dualar xeyirlidir. Rəvayət edilir ki, Aişə demişdir: “Mən namaz qılarkən Peyğəmbər - salləllahu aleyhi və səlləm - bir işdən ötrü yanıma gəldi. Mən ləng tərpəndim. O dedi: “Ey Aişə!

ardını oxu
14-08-2014
salam.evde pisik saxlamaq olar?dinde buna gore qadaga var?
Cavab:

Aleykum salam. Bu haqda cavabı buradan oxuyun: Evdə pişik saxlamaq olarmı?

ardını oxu
14-08-2014 Dağlar oğlu moşu
Salam aleykum. Namazi vaxtinda qilmaga aid hedisi yaza bilersinizmi?
Cavab:

Aleykum salam. Abdullah ibn Məsud (radıyəllahu anhu) rəvayət edir ki, mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Allahın ən çox sevdiyi (əməl) hansı əməldir?" O buyurdu: "Namazı vaxtlı-vaxtında qılmaq".

ardını oxu
14-08-2014
namaz qilinan otaqa icki icen adam girmesi gumadir
Cavab:

Salam aleykum. İçki içən adamın namaz qılınan otağa daxil olması günah deyildir. 

ardını oxu
14-08-2014
qab ve basqa seyler yuyanada ne ki pak olsun
Cavab:

Salam aleykum. İslam dininə görə bir əşyanın pak olması onun murdar şeylərdən təmiz olması deməkdir.

ardını oxu
14-08-2014
menim atam anama soyus soyur onlarin kebini pozulup
Cavab:

Salam aleykum. Söyüş söymək kəbini pozmur. Həmçinin bunları oxuyun:

Nigahı pozan amillər hansılardır?

Söyüş söymək və dava salmaq günahdırmı? 

ardını oxu
13-08-2014
Salam. Mən bu gün bir cümlə işlətdim. Anama dedim ki, hicab hamıdan çox mənə vacibdir. Amma sonra tövbə əstağfurullah dedim. Amma yenə də ürəyimin narahatlığı keçmədi. Görəsən bu cümləm Allaha ağır getdi və orucum batil oldu?
Cavab:

Aleykum salam. Bu ifadəni söyləməyiniz orucu pozmur və Allaha da ağır getmir. Daha ətraflı: Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?

ardını oxu
13-08-2014
dini mahnilarada qulaq asmaq haradir
Cavab:

Salam aleykum. İslama görə dini mahnı anlayışı mövcud deyildir. İslama görə hər növ mahnı və musiqi haram hesab olunur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və onun yolunu gedənlər dini musiqi yolu ilə təbliğ etməyiblər, əksinə bundan şiddətlə çəkindiriblər.

ardını oxu
13-08-2014
yuxuda bir kimsenin mene cadu etdiyini gormek ne anlamindadi
ardını oxu
13-08-2014
Salam.Mən sizi vaşa düşə bilmirəm.Siz deyirsiz siğə haramdır amma alimləriniz bunu halal olmasını təsdiqləyir. Siğə'' İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər.
Cavab:

Va aleykum Salam. Rəvayət edilir ki: "Qureyşli bir gənc Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın elçisi izn ver zina edim". Səhabələr (Allah onlardan razı olsun) ona yaxınlaşıb sus-sus deyib kənara çəkdilər.

ardını oxu
13-08-2014 SenAn
Salam men bir qizi uzun zamandi sevirem o ise meni sevmir amma icimde bir umid var ki oda meni ne vaxtsa sevecek Allaha dua edirem ki sevsin meni umid edirem ki o da sevecek men tez tez yuxum da sevdiyim qiza sevdiyimi deyirem o da meni sevdiyni deyir bu yuxu gelecekle bagli gorulen bir yuxu du ?
Cavab:

Aleykum salam. Bizə yuxu və yozumu ilə bağlı çoxlu suallar verilir. Bununla əlaqədar olaraq demək istəyirik ki, ümumiyyətlə yuxulara çox əhəmiyyət vermək və hər görülən yuxudan nəticə çıxartmaq, onda məna axtarmaq olmaz.

ardını oxu
12-08-2014
Salam. Mən sübh əzanından sonra gündüz vaxtı şəhvani yuxu gördüm, oyananda quru idim. Amma sonra ayaqyoluna gedəndə çox az miqdarda rəngsiz və sürüşkən bir şey ifraz olundu. Görəsən bu hal qüslu gərəkdirir? Qeyd edim ki, namaz qılmıram amma orucluyam.
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz maye şəriət elmində "məzi" adlanır və o, qüsulu yox, yalnız dəstəmazı pozur. Bu maye murdar sayılır və Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cinsiyyət orqanlarının bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir.

ardını oxu
12-08-2014 Nicat
Salam,mən namaza təzə başlamışdım ama məndə xəstəlik səbəbindən(qan azlığından) namazda səcdəyə əyilən vaxt huşumu itirdiyim üçün namazı tez yarıda buraxıram.Və namazı hələlik ümumiyyətlə buraxıb müalicə alıram .Bunun günahı varmı?
Cavab:

Aleykum salam. Heç bir halda namazı buraxmaq olmaz. Uca Allah xəstə üçün namazı asanlaşdırmışdır. Xəstəlik və ya soyuq hava şəraiti olduqda dəstəmazın əvəzinə təyəmmüm almaq olar. Xəstəlik səbəbi ilə ayaq üstə qıla bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılın.

ardını oxu
12-08-2014
Salam aleykum, elhemdulillah bilirik ki, Rebbimizin her isinde bir hikmet vardir. Mene cox maraglidir ki, Allahin Quranda da bildirdiyi kimi bir ayenin hokmunu silib onun yerine diger bir aye getirmeyinin sebebi ne idi?
Cavab:

Aleykum salam. Qeyd etdiyiniz bu qaydaya İslam elmində nəsx və mənsux deyirlər. Uca Allah buyurur: "​Biz (hər hansı) bir ayəni ləğv edir (nəsx etmək) və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk.

ardını oxu
12-08-2014
Salam aleykum, surme dedikde siz indiki laynerleri nezerde tutursuz? Bir de surme sunnetir ama onu ceken zaman gozler gozel gorunur bu gunah deyil?
Cavab:

Aleykum salam. Sürmə gözə çəkilən yağlı və ya toz halında olan qara məhluldur. Qadın yalnız öz həyat yoldaşı üçün bəzənməlidir. Allah Təala buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.

ardını oxu
12-08-2014
Salam aleykum. Suiti yagi icmek halal sayilirmi?
Cavab:

Aleykum salam. Suiti heyvanın halal olub-olmaması barədə mötəbər alimlər arasında fikir ayrılığı vardır. Ona görə də yaxşı olar ki, suitinin ətindən və yağından istifadə olunmasın.

ardını oxu
12-08-2014
as salanu aleykum. size bir nece sualim var. 1- muselman kisi qeyri muselman bir qadinla evlene biler? kafir olsa bele? 2- bir erkek bawqa milletden olan biri ile evlene biler? meselen bir turk çinli ile? agderili qaraaderili ile? indiden tewekkurler
Cavab:

Aleykum salam. İslama görə millətlər və irqlər arasında fərq qoyulmur. İnsanların Allah tərəfindən millətlərə və irqlərə bölünərək fərqli yaradılması bir-birilərini tanımaları üçündür. Uca Allah buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq.

ardını oxu
12-08-2014
Salam aleykum.Sualim beledir eger namazi tek qiliriamsa hansi sozlerini sesle deyirem meselen semi ALLAHI limen hemiden ve sayir bulari adin azardizda zehmet olmasa ancaq sessiz namazlari deyirem hansi sozler sesle deyilir namaz tek qilinirsaa ALLAH razi olsun
Cavab:

Aleykum salam. Əgər tək qılırsınızsa, bütün sözlər səssiz oxunur. Yəni dodaqlar tərpənərək yavaşca oxunur.

ardını oxu
12-08-2014
Salam aleykum namazi qilmazdan evvel azan ve iqame oxumaq lazimdir?
Cavab:

Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?

ardını oxu
12-08-2014
ASSALAMUALEYKUM.SUALIM BELƏDİRKİ BƏZƏN BİR DUANI EDƏNDƏ SONDA BƏZƏN İN ŞƏ ALLAH VƏ AMİN KƏLİMƏLƏRİ BİR YERDƏ İŞLƏNİR.BİLDİYİMƏ GÖRƏ BUNLAR FƏRQLİ ANLAMDA SÖZLƏRDİR.BUNA BAĞLI AYƏ VƏ HƏDİS VARMI?AMİN NƏ ZAMAN İN ŞƏALLAH NƏ ZAMAN İŞLƏNİR.CƏZƏKALLAHU XAYR
Cavab:

Aleykum salam. "Əmin" sözü duaların sonunda işlənir. Əmin sözü "Allahım qəbul et!" deməkdir. əl-Fatihə surəsi duadan ibarət olduğu üçün namazda əl-Fatihədən sonra "əmin" deyilir. "İn şəə Allah" sözü isə "Allah istəsə" deməkdir.

ardını oxu
12-08-2014
As Salamu Aleykum. Bu suali boyuk uzrxahliqla soyleyirem. Sualim budur: Sevdiyim qizin resimlerine baxa bilerem? qeyd edim ki onunla nisanli deilik.
Cavab:

Aleykum salam. Evlənmək niyyəti ilə qadına, həmçinin onun şəklinə baxmaq olar. Digər hallarda isə bu əməl qadağan olunur. 

ardını oxu

Pages