Aleykum salam. Bizə yuxu və yozumu ilə bağlı çoxlu suallar verilir. Bununla əlaqədar olaraq demək istəyirik ki, ümumiyyətlə yuxulara çox əhəmiyyət vermək və hər görülən yuxudan nəticə çıxartmaq, onda məna axtarmaq olmaz.
Aleykum salam. Qeyd etdiyiniz maye şəriət elmində "məzi" adlanır və o, qüsulu yox, yalnız dəstəmazı pozur. Bu maye murdar sayılır və Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cinsiyyət orqanlarının bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir.
Aleykum salam. Heç bir halda namazı buraxmaq olmaz. Uca Allah xəstə üçün namazı asanlaşdırmışdır. Xəstəlik və ya soyuq hava şəraiti olduqda dəstəmazın əvəzinə təyəmmüm almaq olar. Xəstəlik səbəbi ilə ayaq üstə qıla bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılın.
Aleykum salam. Qeyd etdiyiniz bu qaydaya İslam elmində nəsx və mənsux deyirlər. Uca Allah buyurur: "Biz (hər hansı) bir ayəni ləğv edir (nəsx etmək) və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk.
Aleykum salam. Sürmə gözə çəkilən yağlı və ya toz halında olan qara məhluldur. Qadın yalnız öz həyat yoldaşı üçün bəzənməlidir. Allah Təala buyurur: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.
Aleykum salam. Suiti heyvanın halal olub-olmaması barədə mötəbər alimlər arasında fikir ayrılığı vardır. Ona görə də yaxşı olar ki, suitinin ətindən və yağından istifadə olunmasın.
Aleykum salam. İslama görə millətlər və irqlər arasında fərq qoyulmur. İnsanların Allah tərəfindən millətlərə və irqlərə bölünərək fərqli yaradılması bir-birilərini tanımaları üçündür. Uca Allah buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq.
Aleykum salam. Əgər tək qılırsınızsa, bütün sözlər səssiz oxunur. Yəni dodaqlar tərpənərək yavaşca oxunur.
Aleykum salam. Cavabı buradan oxuyun: Namazdan əvvəl azan və iqamə vermək vacibdirmi?
Aleykum salam. "Əmin" sözü duaların sonunda işlənir. Əmin sözü "Allahım qəbul et!" deməkdir. əl-Fatihə surəsi duadan ibarət olduğu üçün namazda əl-Fatihədən sonra "əmin" deyilir. "İn şəə Allah" sözü isə "Allah istəsə" deməkdir.
Aleykum salam. Evlənmək niyyəti ilə qadına, həmçinin onun şəklinə baxmaq olar. Digər hallarda isə bu əməl qadağan olunur.
Aleykum salam. Əgər paltarı uzun olub ayaqlarını örtsə, bu zaman corabsız namaz qıla bilər. Lakin paltar qısa olarsa, corab geyinməsi zəruridir. Ümumən islama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.
Aleykum salam. Sübh namazına oyanmamaq səbəbi ilə namazı buraxan yuxudan oyandıqda dərhal namazı qılmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın!
Aleykum salam. İslam dininə görə oğlanla qız arasında fərq qoyulmur. Əsas odur ki, Allah sağlam və xeyirli övlad bəxş etsin. Ona görə də Allahdan özünüzə sağlam və xeyirli övlad diləyin. Hər bir halda qız istəməyiniz günah sayılmır.
Salam aleykum. Boynunuzda qüsul varsa, ərəbcə Qurani-Kərimdən başqa istədiyiniz dini kitabları oxuya bilərsiniz.
Xalq dedikdə nəyi nəzərdə tutursunuz?
Aleykum salam. Dəstəmaz alarkən ağıza və buruna su almaq vacibdir. Uca Allah dəstəmazın alınma qaydası haqqında buyurur: "Ey iman gətirənlər!
Və aleykum Salam. 3-cü və 4-cü rükətlərdə Fatihədən başqa surə oxunmur. Daha ətraflı: Namazın 3 və 4-cü rükətlərində Fatihədən sonra əlavə surə oxumaq olarmı?
Aleykum salam. Bu cahillikdən (dini savadsızlıqdan) irəli gəlir. İslamda Məkkə (Kəbə, Allahın evi), Mədinə (Peyğəmbər məscidi) və Yerüsəlim (Məscid əl-Əqsa) kimi üç mübarək məkan vardır ki, yalnız o yerləri ziyarət etməyə icazə verilir.
Aleykum salam. Kəbin kəsdirən nişanlılara tövsiyyə olunur ki, toyları olana qədər bu məsələlərdə özlərini günahlardan qorusunlar.
Aleykum salam. Cavabı buradan oxuyun: "Namaz qılan şəxs musiqiyə qulaq asaraq onun sədaları altında rəqs edə bilərmi?"
Aleykum salam. Hicabı istənilən rəngdə geyinmək olar. Sadəcə olaraq yaxşı olar ki, dar, şəffaf, cazibədar, düm ağ, qırmızı, sarı, zərli, bər-bəzəkli, diqqət çəkəcək görkəmdə olmasın.
Aleykum salam. Fərz namazları gündə beş dəfə qılınmalıdır. Bir dəfə qılmağa icazə verilmir. Uca Allah namazı gündə beş dəfə qılmağı vacib buyurur. Ailəli olmağınıza baxmayaraq hər gün, hər namaza 5-10 dəqiqə vaxt ayırmaq mümkündür.
Aleykum salam. İslama görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır.
Aleykum salam. Bəlğəmi udmaq orucu pozmur. Daha ətraflı: Bəlğəmi udmaq orucu pozurmu?
Aleykum salam. İslama görə musiqiyə qulaq asmaq haramdır və heç bir halda musiqini dinləməyə icazə verilmir. Həmçinin oxuyun:
Musiqi xoş təsir bağışladığı halda ona qulaq asmaq niyə haramdır?
Aleykum salam. Qurani-Kərim Uca Allahın bütün insanlara göndərdiyi öyüd-nəsihətdir, hər kəs onu oxuyaraq ibrət almalıdır. Uca Allah Quranı ölülər üçün yox, diri insanlara göndərmişdir ki, insanlar doğru yola yönəlsinlər.
Salam aleykum. Heyz (aybaşı) olarkən zikr etmək olar. Daha ətraflı:
Qadın heyzli olarkən Ayətul-Kursini oxuya bilərmi?
Qadın heyz (aybaşı) vaxtı zikr edə bilərmi?
Aleykum salam. İstimna etmək söylədiyiniz problemi həll etmir, əksinə şəhvət hissinin oyanmasına gətirib çıxardır. İlk növbədə bu problemin çarəsi evlənməkdir. Əgər evlənmək imkanı yoxdursa, əlacı oruc tutmaqdır.
Aleykum salam. Dəstəmaz aldıqdan sonra gözlərin üstünə karandaş və ya makiyaj çəkib namaz qılmaq. Daha ətraflı:
Gözlərə karandaş çəkmək olar?
Aleykum salam. Qurban ətini bölüşdürməkdə sərbəstsiniz. Ondan istədiyiniz qədər özünüz və istədiyiniz qədər insanlar üçün pay ayıra bilərsiniz. Bu haqda Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xüsusi bir göstəriş yoxdur.
Aleykum salam. Namazı düzgün qılmamaq dedikdə nəyi nəzərdə tutursunuz?
Aleykum salam. Ümumiyyətlə şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq namazı batil etmir. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları mütləq silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz.
Aleykum salam. Vətəni düşməndən qorumaq Uca Allahın əmridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. Allah buyurur: "Onu evindən çıxaran yalnız Mənə olan inamı və elçilərimi təsdiq etməsidir.
Aleykum salam. Qadınların ayaqyalın gəzmələri doğru deyildir. Çünki Quran ayəsinə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir.
Aleykum salam. Dinimizə görə bilmədən xəta etmək üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).
Aleykum salam. Dediyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162).
Aleykum salam. Bu məsələnin heç bir məzhəblə əlaqəsi yoxdur. Sadəcə ayayə əsasən 1 dəfə yumaq vacib, 1-dən çox (2-3 dəfə) yumaq isə sünnədir, yəni bəyəniləndir. Daha ətraflı:
Aleykum salam. Salavat yalnız Peyğəmbərə (salləllahu aleyhi və səlləm), həmçinin onunla yanaşı Əhli-Beytinə də göndərilir. Lakin, ayrıca Əhli-Beytə salavat göndərilmir. Daha ətraflı:
Aleykum salam. Bəzi namaz təqvimlərində qeyd olunan vaxtlar ehtiyat məqsədi ilə uzadılır. Buna görə də təqvimlərin vaxtlarında fərqlilik meydana gəlir. Odur ki, əlinizdə olan hər hansı bir təqvimdən istifadə etməyinizdə heç bir problem yoxdur.
Aleykum salam.
1) Spirtli içkilərdən təmizləyici vasitə kimi istifadə etmək olar. Bununla bağlı heç bir qadağa bildirilməmişdir.
Aleykum salam. Əgər həqiqətən niyyətiniz, məqsədiniz qeyd etdiyiniz məsələ üçündürsə, inşallah bunda bir problem yoxdur. Allah yardım eləsin.
Aleykum salam. Siz yatmamışdan öncə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) oxuduğu bu duaları oxuyun və səbr edin:
Aleykum salam. Musiqiyə qulaq asmaq günahdır. Daha ətraflı: Sevgi mahnılarına qulaq asmaq olarmı?