30-10-2014 Vasif
Vitr Namazin qilmamaq gunahdi?
Cavab:

Aleykum salam. Vitr namazını qılmamaq günah deyil, qılmaq isə böyük savabdır. Daha ətraflı: Vitr namazının hökmü nədir?

ardını oxu
30-10-2014 Baxış
Salam bele deyirlerki yaxşılıq etikde calış onu qoruyasan yeni hemin anda pislik etmeyesen yoxsa etiyin yaxşılıq elinden cıxar bu düzdür yoxsa nece zehmetolmasa aydin başa salın
Cavab:

Aleykum salam. İnsan yaxşılıq etdikdə ona savab, pislik etdikdə isə günah yazılır. Günahları savablarından çox olanlar axirətdə əzab çəkəcək. Uca Allah buyurur: "Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.

ardını oxu
30-10-2014 Mustafa
Allahin Salami olsun sizlere....Zehmet olmasa cavablandirardiz asqirdigimiz zaman tek sebir yaxud cut sebir getirmeyin her hansi bir faydasi xeyri varmi???? Yaxud asqirdigimiz zaman her hansi bir soz isletmeliyikmi yeni vacibdi ???? Allah Razi Olsun Sizden
Cavab:

Aleykum salam. Bunların hamısı cahiliyyə dönəmindən qalma uğursuzluğa, bəd əlamətlərə inanmaq kimi xurafat yönlü fikirlərdir. Daha ətraflı: Bəd əlamətlərə inanma! 

ardını oxu
30-10-2014 Mustafa
Allahin salami olsun size....Bilmek isterdim piri ziyaret etmek, pirden komey dilemek, qisaca pire inanmaq ne derecede duzgundur ? Zehmet olmasa cavab vererdiz Her birinize minnetdaram
Cavab:

Aleykum salam. Pirlər, ocaqlar və digər ziyarətgahlar insanlar tərəfindən uydurulan, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan başqası üçün etmək Allaha şərik qoşmaqdır.

ardını oxu
28-10-2014
men dua edirem duallarim qebul olmur ne edim mene bir yol oyredim
Cavab:

Salam aleykum. Duaların qəbul olunması üçün Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) müxtəlif vasitələr bildirmişdir:

ardını oxu
27-10-2014
Muselman kişi ve qadinin unsiyyetde olmasi facebookda yazişmasi haramdirmi? ve buna qurandan aye getirin?
Cavab:

Aleykum salam. Ümumiyyətlə heç bir zərurət və ciddi səbəb olmadan naməhrəmlərin təklikdə və ya internet vasitəsi ilə söhbət etməsi günahdır. Çünki bu kimi əməllər adətən zina kimi daha böyük günahlara yol açır.

ardını oxu
27-10-2014
Salamaleykum men hicabliyam ve dayinin yaninda hicab acmaq olarmi yoxsa olmazmi xais edirem cavablandirardiz?
Cavab:

Aleykum salam. İslama görə qadına öz əmisi və dayısı məhrəm sayılır və onların yanında hicabsız gəzmək olar. Daha ətraflı buradan oxuya bilərsiniz:

Kimlərin yanında hicabsız gəzmək olar? 

ardını oxu
27-10-2014
Assalamu aleykum neceiz?
Cavab:

Aleykum salam.  Qurban Allahın razılığını əldə etmək məqsədilə kəsildiyi üçün, bunun ətinin və digər hissələrinin satılması və ya sahiblərinə gəlir gətirən işlər üçün xərcləməsi icazəli deyil. Odur ki, qurban əti, dərisi, yunu, piyi, baş-ayaq və digər hissələrinin satılması şiddətli məkruhlardand

ardını oxu
27-10-2014 Tural
Salam menim birinci sualım budur ki,Quran kitabı men oxuduğuma göre 23 il erzinde nazil olub.Meni maraqlandıran mesele odur ki,meger Allah her şeyi bilmir(haşa),xeberdar deyil,geleceyi bilmir ki,niye bu qeder gec müddetde endirib?
Cavab:

Aleykum salam. Əvvəlcə bu ayəni xatırladaq: "(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər".

ardını oxu
26-10-2014
es selemu aleykum menim cume gunleri universitetde dersim olur men dersemi girmemeliyemyoxsa namazami getmemeliyem...
Cavab:

Aleykum salam. Çalışın, icazə alıb gedə bilirsinizsə, cümə namazına gedin. Ciddi üzürlü səbəb olmadan cüməni tərk etmək günah sayılır. Quran ayəsinə görə kişilərə cümə namazına getmək vacibdir: "Ey iman gətirənlər!

ardını oxu
26-10-2014
Salam mən pis yuxu görəndə onun təsiri altında qalıram.yuxu realda başmıza gələ bilərmi..
Cavab:

Aleykum salam. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: “Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın.

ardını oxu
26-10-2014 kama
Salam mən quranı tam100%düz oxuya bilmirəm .oxuyarkən səfə yol verirəm.bu günahdırmı.quranı oxumağıda çox sevirəm.
Cavab:

Aleykum salam. Əvvəla onu qeyd edək ki, Quran Uca Allahın kəlamıdır. Onun digər kəlamlara nisbətən üstünlüyü Uca Allahın məxluqatı üzərindəki üstünlüyü kimidir. Dilin oxuduğu ən gözəl kəlam da odur.

ardını oxu
26-10-2014
salam eleykum secdede dirsekleri yeusmedimre qoymaq sozunu basa dusmedim qollari yere qoymaq olmas o menada
Cavab:

Aleykum salam. Səcdə zamanı dirsəkləri yerə qoymaq namazda bəyənilməyən əməllərdən hesab olunur. Yəni əllərin içi yerə qoyulmalı, dirsəklər isə havada qalmalıdır.

ardını oxu
26-10-2014
ferz namazi ne ucundur men nece ildirki namaz qiliramm ama ferz namazi qilmiram
Cavab:

Salam aleykum. Fərz (vacib) namazları bütün müsəlmanlara gündə beş dəfə vacib buyurulan namazlardır. Uca Allah buyurur: "Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın!

ardını oxu
26-10-2014
Salam. Mən namazda sözləri düzgün dediyimə şəkk edəndə onu bir daha təkrar deyirəm. Və həmçinin təsbihati ərbəənin üçlüyünə şəkk edib dördüncü dəfə də deyirəm. Bunlar namazımı batil edirmi?
Cavab:

Aleykum salam. Namazda sözləri səhv dedikdə və ya çaşdıqda təkar deyə bilərsiniz və bu hal namazı batil etmir. Amma çalışın bu şeyin üzərində çox durmayasız və sizdə vərdiş halı almasın. Çünki adət halına keçsə, namazın savabını azalda bilər.

ardını oxu
26-10-2014 Ayten
Salam Aleykum. Zehmet olmasa, eger bilirsinizse selefilik haqqinda melumat vermeyinizi isteyirem. Bu teriqetdirmi? Ne zaman meydana gelib?
Cavab:
Aleykum salam. Şəriətimizdə əməllərin qəbul olunmasının şərtləri ibadəti yalnız Uca Allah üçün etmək və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) etdiyi kimi etməkdir.
ardını oxu
26-10-2014
belə bir sual vermək isterdim. Həcc ziyarətindən qayidan insan yığıncaq, qonaqlıq verə bilərmi ? Vəya hamı bilməlidirmi ki, o insan Haci olub (yəni ondan bu haqda sorushulmadan ve ya zeruret olmadiqda)? yoxsa ibadətin digər növləri ki, bu ibadət də gizli saxlanmalıdır -gizli olmalıdır .
Cavab:

Aleykum salam. Həcc Allahın vacib buyurduğu ibadət növlərindəndir. Bütün ibadətləri və Allah rizası üçün olan əməlləri bacardıqca gizli saxlamaq savab baxımından daha yaxşıdır. Həccdən qayıtdıqda evə görüşməyə gələn qohum və ya dost-tanışa ziyafət vermək olar.

ardını oxu
26-10-2014 Adil
Massonlar kimlerdir
Cavab:

Salam aleykum. Alimlərin rəyinə əsasən Masonluq bütün dinləri yer üzündən silməyə çalışan və hər şeyə hakim olmağa çalışan gizli siyasi hərəkatdır. Uca Allah buyurur: "Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər.

ardını oxu
24-10-2014
Salam aleykum. Megrib namazin vaxti ne qederdir? Bezileri deyir ki , hava qaraldi artiq Isa namazinin vaxtidir.Zehmet olmasa bir az etrafli melumat vererdiniz.Allah razi olsun.
Cavab:

Aleykum salam. Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Zöhr namazının vaxtı günəşin zenitdə olmasından başlayır, insanın kölgəsinin özü boyda olmasınadək, yəni əsr namazının vaxtı girənədək davam edir.

ardını oxu
24-10-2014 EMIL
salam, Xais kim bilirse cavab versin , QEZAYA DUSMEK UCUN DUA VAR?
Cavab:

Aleykum salam. Qəzaya düşmək dedikdə özünə ölüm arzulamaq nəzərdə tutursunuzsa, bu cavabı oxuyun: İntihar haqqında

ardını oxu
24-10-2014 avaz
həmzad necə yazilır
Cavab:

Salam aleykum. Həmzad sözünə ərəb dilində "həməzət" deyilir. Quranda "həməzətiş-şəyətin", yəni "şeytanların vəsvəsələri" kimi qeyd edilir. Uca Allah buyurur: "De: "Ey Rəbbim!

ardını oxu
24-10-2014
Salam aleykum. Bir muselman bismilleh deyilmeden kesilen eti bismilleh deyin yese o et halal olurmu? ALLAH razi olsun.
Cavab:

Aleykum salam. Əgər bismilləh sözü qəsdən deyilməyibsə və ya əminsiniz ki, kəsiləndə bismilləh deyilməyib, onda yemək olmaz. Ətin üzərində bismilləh deyilib-deyilməməsi müəmmalıdrsa, bu zaman özünüz bismilləh deyib yeyə bilərsiniz.

ardını oxu
24-10-2014
azerbaycanlilar hansi irqe mensubdurlar?
Cavab:

Salam aleykum. İnsanın hansı irqə məxsus olması önəmli deyil, Allah qatında üstünlük yalnız təqvaya (Allah qorxusu) görədir. Rəbbimiz buyurur: "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq.

ardını oxu
24-10-2014 Famil
Salam,çox qədim dövrlərdə insanlar oda(zərdüştlük),torpağa,havaya sitayiş edirdilər.onlara isə tək olan Allaha ibadət etməyə çağıran bir peyğəmbər ya da imam olmamışdı.bəs bu insanların aqibəti necə olacaq,cənnətə yoxsa cəhənnəmə gedəcəklər
Cavab:
Va aleykum Salam. Uca Allah ilk insan Adəmə yalnız Ona ibadət etməyi əmr etmişdi. Adəmin ardınca Rəbbimiz Nuhu və daha sonra digər peyğəmbərləri göndərmiş, onlar da insanları yalnız Allaha ibadət etməyə çağırmışdılar.
ardını oxu
21-10-2014
salam dul qadinin toyuq basi kesmesi haramdimi? o toyuqu yemek olarmi yoxsa haram sayilir?xahis edirem cavab veresiz?
Cavab:

Aleykum salam. Hər bir müsəlman ət kəsə bilər və onun kəsdiyi əti yemək haram yox, halaldır.

ardını oxu
21-10-2014
Əgər bir insan səfərdə olarsa,və şəhvət hissi ona gəldikdə o zina etməyərək özü öz şəhvətini ödəyə bilərmi?
Cavab:

Salam aleykum. Özünü boşaltmaq (istimna, masturbasiya) haramdır. Bəzi alimlər zinaya düşmək təhlükəsi yarandıqda bunu etməyi icazəli görüblər. Həmin insan evdə qoyub getdiyi həyat yoldaşı necə səbr edirsə, o da səbr etməlidir.

ardını oxu
21-10-2014
Salam. Her vaxtiniz deyir. Sizden bezi seyleri deqiqlesdirmek isterdim.Esitdiyime gore qadin parfumdan istifade etdikde, destemaz alarken parfumun vuruldugu nahiyyeleri mutleq yumalidi.yeni, spirt deride qalmasin deye. bu heqiqeten beledirmi?
Cavab:

Aleykum salam. Dəstəmaz alanda parfum vurulan yerləri yumağa ehtiyac yoxdur. Kəbinli olan cütlüyə toya qədər münasibətlərdə səbr etmək tövsiyə olunur.

ardını oxu
21-10-2014
Salam. İlk öncə onu qeyd edim ki, mən müsəlmanam. Namaz qılıram. Allah birdir, təkdir, Onun şəriki yoxdur, Məhəmməd (s) də onun peyğəmbəridir. Mən antik əşyaları və qotik üslubda tikilmiş evləri çox xoşlayıram.
Cavab:

Aleykum salam. Evdə ruhu olan canlıların (insan, heyvan və s.) heykəl və rəsmlərinin olması qadağandır. Digər şeylərin heykəl və ya rəsmləri isə ola bilər.

ardını oxu
21-10-2014
Salam Aleykum.men ogluma Yasir adi qoymuwam bu adin menasini bilmek isterdim..sehabe oldugunu ewitmiwem .Daha etrafli bilmek isterdim.bu sehabe haqda.
Cavab:

Aleykum salam. "Yasir" sözünün mənası isə asan, rahat, yüngül deməkdir.

ardını oxu
20-10-2014
Salam. Mən artıq 8 gündür ki, heyzliyəm. Qan yoxdur, amma qəhvəyi rəngli maye də qurtarmır. Bayaq hamama girdim ki, qüsl edim, əmin olmaq üçün istibra etdim (yəni gücənmək yolu ilə) və yenə o açıq qəhvəyi rəngli bulanıq sudan gəldi.
ardını oxu
20-10-2014
Salam. Mən hərbidə işləyirəm və orada dinə soyuq yanaşırlar. Bu səbəbdən mən əsr namazını bəzən 2 dəfə qılıram. Gündə 3 dəfə namaz qılmağı sevmədiyim üçün bir qıla bilməyəcəyimdən qorxub zöhrlə birləşdirib qılıram, bir də görəndə ki, fürsət var öz vaxtında da təkrar qılıram. Bunun bir səhvliyi var?
Cavab:

Aleykum salam. Zərurət yarandıqda əsr namazını öz vaxtında qıla bilməyəcəyinizdən ehtiyat edərək zöhrlə birləşdirib qılmaq olar. Əgər əsr namazının öz vaxtında namaz qılmağa şərait yaransa, yenidən əsr namazını qılmaq olar. Bu halda zöhrlə birləşdirib qıldığınız namaz nafilə sayılacaq.

ardını oxu
20-10-2014
Salam aleykum.Hicab baqlayan qizin el,uzden bashqa ayaqlari ovret yeridirmi?bezi hicablilarda ayaqlari ortulmur.
Cavab:

Aleykum salam. Bəli, qadınlarda ayaqlar da övrət yerindən hesab olunur. Ümumiyyətlə islama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır.

ardını oxu
20-10-2014
Salam. Dəstəmaz aldıqda saç mütləq açıq olmalıdırmı? Keçən dəfə uzun saçla bağlı sual verdim və kəsməyi məsləhət gördünüz. Mən dəstəmaz alanda saçımı hörürəm ki, mənə mane olmasınlar. Dəstəmaz aldıqda saçlarım mütləq açıq olmalıdırmı? Məgər əsas olan məsh yeri deyilmi?
Cavab:

Aleykum salam. Bəli, saçlar da digər bədən üzvləri kimi Uca Allahın bizə nemətidir. Uzun saçları kəsmək vacib deyil, sadəcə sizə çətinlik yaradırsa, istəsəniz kəsə bilərsiniz. Şəriətdə uzun saç saxlamaq haram buyurulmayıb. Həmçinin, başa məsh çəkəndə hörükləri açmaq lazım deyil.

ardını oxu
20-10-2014
Salam aleykum.Bir choxlarinin dilinde,daha doqrusu shie ilahiyyatchilarinin dilinde Qedr-xum bayrami eshitmishem,amma bu haqda melumatim yoxdur.Sizden bu haqda bizi melumatlandirmaqinizi isterdim.Allah sizden razi olsun.Her cavabiniz gozel ve nesihetlidir.
Cavab:

Aleykum salam. İslamda belə bir bayram yoxdur. Bu dinimizdə sonradan uydurlan bir yenilikdir. İslam dinində Allah və Onun Rəslunun (salləllahu aleyhi və səlləm) əmr etdiyi iki mübarək bayram var: Ramazan və Qurban bayramları.

ardını oxu
20-10-2014 Nergiz
Salam,men defelerle tovbe edirem. Amma istemedem pozuram. Pozandan sonra pewman oliram pis oluram. Yenidem tovbe edirem amma ger defesinde pozuram. Nolar mene komek edin. Men ne ede bilerem axi?
Cavab:

Aleykum salam. Əvvəlcə bunu bilmək lazımdır ki, dəfələrlə olsa da, hər dəfə günahı etdikdən sonra tövbə etmək lazımdır.

ardını oxu
20-10-2014
salam men bilmek isterdim teyemmumden sonra destemaz almaq lazimdir? qishda tez tez xestelendiyim ucun mecbur qusl evezine teyemmum etmeli oluram. amma teyemmumden sonra destemaz da alib sonra qiliram namazi. bele qebuldur??
Cavab:

Aleykum salam. Təyəmmüm həm qüsulu, həm də dəstəmazı əvəz edir. Amma istəsəniz təyəmmümdən sonra dəstəmaz ala bilərsiniz. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

ardını oxu
20-10-2014 Zeynab
Salam Aleykum Gecə dırnaq tutmaqın hökmü nədir?
Cavab:

Aleykum salam. İstənilən vaxt dırnaq tutmaq olar, gecə vaxtı dırnaq tutmağın insana heç bir ziyanı yoxdur. Bu məqaləni oxuyun: Bəd əlamətlərə inanma!

ardını oxu
20-10-2014
zehmet olmasa imamlar hakkinda etrafli yazardiz men 1 suali 2 defe verdiyden sonra cavab yazirsiz xahis edirem sualimi cavablandirin
Cavab:

Salam aleykum. İnşallah, gələcəkdə Peyğəmbərin (salallahu aleyhi və səlləm) nəslindən olan məhşur şəxslər haqqında məqalələr yazmağı planlaşdırırıq.

ardını oxu
20-10-2014
Salam. Mənim valideynlərim zamanla qəlbimə çox dağlar çəkiblər və zamanla onlara qarşı sevgimin tükəndiyini hiss etdim. Bu günahdırmı?
ardını oxu
18-10-2014 Namelum
salam sizden cox xaisim var sualimi tez cavablandirin cox vacibdi sualima gorede coxlu coxlu uzr istiyirem menim bir tanisim var hamiledi ama korpesi acilmaq uzredir hansi sureni oxumaq olarki anaya korpeyede tesir etsin ve yaxuda hansisa sureni yazib ustunde gezdirmey olar xais edirem tez cavabland
Cavab:

Aleykum salam. Əvvəlcə həkimlər uşağın düşməsinin yoxsa qalmasının hansının daha xeyirli olmasına qərar verməlidirlər. Əgər səbəbini göstərərək uşağın düşməsinin daha xeyirli olmasını desələr, bu zaman heç nə etmək lazım deyil.

ardını oxu
16-10-2014 nuray
men ne vaxtdirki namaz qilmiram yah qiliram yah qilmiram qezalarim coxdu ne edeceyimi bilmirem cox pesmanam bilmirem ne edi sanki uzerimde agir yuk var namaz qilmak istedide nese olur bilmirem ne edim xais edeirem mene bir gosteris veresiniz
Cavab:

Salam aleykum. Bütün bunlar şeytandan gələn vəsvəsələrdir. Gecikmədən tövbə edib namaza başlayın və şeytandan gələn vəsvəsələrə fikir verməyin. Daha ətraflı: 

Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?

ardını oxu
16-10-2014
Salamun Aleykum... Fatihe suresini bir oluye oxuyub bagislamaq caizmi
Cavab:

Aleykum salam. Xeyir, icazəli deyil və bu əməl bidət (dində yenilik) ayılır. Daha ətraflı: Quranı oxuyub ölüyə tapşırmaq olarmı?

ardını oxu
16-10-2014
ferz namazi nece qilinir
Cavab:

Salam aleykum. Bu məqaləyə baxın: Namazın qılınma qaydası - VİDEO

ardını oxu
16-10-2014 Sahib
Salam aleykum. Cume namazi qilindiqda gunorta namazini qilmaq lazimdi ya artiq qilinmis sayilir?
Cavab:

Aleykum salam. Cümə namazı Zöhr namazını əvəz edir və ondan sonra Zöhr namazını qılmağa ehtiyac yoxdur. Cümə namazını qıldıqdan sonra ardınca ayrıca zöhr namazını da qılmaq dinimizdə böyük bidətlərdən (sonradan uydurulan yenilik) sayılır.

ardını oxu
16-10-2014
Salam. Heyz olarkən rahatlıq üçün satılan hazır paketlərdən istifadə etmək günahdırmı? Bir də deyirlər ki, əsgini və ya paketi yumamış atmaq günahdır və həmin şəxsin qüslu da batildir. Bu məlumat doğru ola bilərmi?
Cavab:

Aleykum salam. Dediyiniz paketləri istifadə etməkdə heç bir günah yoxdur. Bu bir rahatçılıqdır və dinimiz də insanlara rahatçılığı tövsiyə edir: "...Allah sizi çətinliyə salmaq istəməz...". (əl-Maidə, 6).

ardını oxu
16-10-2014
Salam. Mən ailəli deyiləm, sevgilim var və onunla biz heç birbirimizin əlindən də tutmamışıq, bütün qaydalara əməl edirik. Amma mən hərdən şəhvani xəyal qururam. Bu günahdırmı?
Cavab:

Aleykum salam. Bu cür xəyallar günah olmasa da günahlara aparır, çünki fikir istək yaradır, istək iradəyə çevrilir, iradə nəticəsində də əməl edilir. Həmçinin oxuyun:

ardını oxu
16-10-2014 Aynaz
Men Namazdan sonra hemise Dua edirem esitdiyime gore Namaz ustunde dua edende ellerin icine baxmaq lazimdir men bilmek isteyiremki dua eden zaman hara baxmaliyam??Suallari cavablandirdiginiz ucun Allah sizden razi olsun.
Cavab:

Salam aleykum. Dua zamanı səmaya baxmaq daha yaxşıdır, çünki səhih hədislərdə də rəvayət olunub ki, peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) dua edərkən gözlərini səmaya tərəf qaldırardı. Ancaq namazda səcdə edilən yerə baxmaq lazımdır.

ardını oxu
16-10-2014 ALLAH BENDESI
Salam menim 2 aydan sonra sizde meni baqislayin qizim dunyaya gelecek. Men qizimin adini RUQEYYA qoymaq iseeyirem, Amma yoldasim isdemir. Men nece edimki qizima bu adi verim? onun konlunde bu ada qarsi hissiyat oyansin tesekkur edirem.
Cavab:

Aleykum salam. Ruqeyyə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qızlarından birinin adı idi. Yoldaşınıza bunu deyərək onu razı salmağa çalışa bilərsiniz. Əgər razı olmasa, püşk atmanız daha ədalətlidir. 

ardını oxu
16-10-2014 Sadiq
Salam. Axşamınız xeyir. Əgər boyuna cənabət qusulu geldisə, dərhal qusl almaq olar, yoxsa biraz gözləmək lazımdı? Yani təmizlənirəm dərhal alsam?
Cavab:

Aleykum salam. Əgər şərait varsa dərhal alsanız daha yaxşıdır. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

ardını oxu
16-10-2014 Aişə
Salam aleykum, men dedimki Allah hər yerdədir, amma qarşımdakı adam dediki bununka küfrə düşmüş olaram. Belə demək olmazmi?
Cavab:

Aleykum salam. Quran ayələrinə və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsasən Uca Allah göylərdən yuxarıda Ərşin üzərindədir. Allah hər şeydən Ucadır və Ondan yuxarıda heç bir şey yoxdur: "Mərhəmətli Allah Ərşə ucaldı".

ardını oxu

Pages