Əvvalə qeyd etmək istəyirəm ki, etdiyiniz bu əməl islamda qeyri-qanuni nikah, yəni şəriət termini ilə ifadə etsək zina hesab olunur. Qurani Kərimdə Uca Allah bu haqda belə buyurur: "Zinaya da yaxın düşməyin.
Və aleykum Salam. Bu cavabı oxuyun: Namazdan sonra təsbeh çəkmək olar?
Aleykum assalam. Cadudan qorunmağı nəzərdə tutursunuzsa, bu cavabı oxuyun: Cadudan necə qorunmaq olar?
Aleykum salam. Bəli. Bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayar?
Və aleykum Salam. Ayə və hədislərə görə namaz gün ərzində beş dəfə qılınmaldır.
Aleykum salam. "Tapşırmaq" dedikdə ölülər üçün Quran oxumağı nəzərdə tutursunuzsa, ümumiyyətlə ölülər üçün Quran oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, Peyğəmbər bunu etməmiş və bu haqda ondan səhih məlumat gəlməmişdir.
Salam aleykum. Din sözü ərəb dilində əvəz, əməl, qanun kimi bir neçə mənaları vardır. İstilahi mənada isə din insanların inandıqları və tabe olduqları inanc, əqidə, ideologiyadır. İslam dininə görə üç növ din vardır:
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxunun növləri haqqında belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmd-səna ilə təqdis etsin və onu istədiyi adamlara danışsın.
Aleykum salam. Paxıllığa el arasında nəfs də deyirlər. Paxıllıq etmək günahdır. Daha ətraflı: Paxıllıq haqqında
Aleykum salam. Namaz qılan dənizə girə bilər və günəş şüalarını qəbul edə bilər.
Həfsə rəvayət edir ki, müəzzin sübh namazı üçün azan verib qurtaranda artıq dan yeri söküləndə Peyğəmbər (s.a.s.) iqamədən əvvəl iki xəfif rükətli namaz qılardı (əl-Buxari, 618)
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənazəni dəfn edərkən qadınların iştirak etməsini qadağan etmiş və bunun səbəbini izah edərək belə demişdir: "Geri qayıdın, siz günah qazanacaq, savab qazanacaq deyilsiniz.
Aleykum salam. Ərəb dilindən başqa dildə namaz qılmaq olmaz. Namazda zikrlər və Quran surələri oxunur, Quran isə ərəb dilində nazil olmuşdur. Başqa heç bir dildə tərcümə Allah kəlamının mənasını olduğu kimi çatdıra bilməz.
Aleykum salam. Ümumiyyətlə, kəbinin mahiyyəti valideynlərin razılığı və evlilikdə şahidlərin olmasından ibarətdir. Əgər evlilik valideynlərin halallığı və şahidlərin iştirakı ilə olubsa, indi kəbin kəsdirməsəniz də heç bir eyb etməz.
Aleykum salam. Namazı qəsdən buraxmaq və ya tərk etmək böyük günahlardandır. Uca Allah buyurur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl". (əl-Әnkəbut, 45).
Aleykum salam. Müəllimlə birlikdə öyrənilən elm daha fəzilətli, bərəkətli və faydalıdır. Əgər olduğunuz yerdə müəllim olmasa, kitabla öyrənmək də eyb etməz. Uca Allah buyurur: "Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun". (əl-Ənbiyə, 7).
Aleykum salam. İnsanın evinin olmaması onun zəruri ehtiyacıdır. Zəruri ehtiyac duyulan şeyləri arzulamaq və onları əldə etməyə can atmaq nəfsi istəklərə uymaq sayılmır və buna görə mübarizə aparmağa heç bir lüzum yoxdur.
Aleykum salam. İslam dininə görə dayı oğlu ilə bibi qızının evlənməyində heç bir problem yoxdur. Çünki, İslam dininə görə bibi qızı naməhrəm, yəni evlənməyə icazə verilən qadınlardan sayılır.
Tövhid nədir? məqaləsini oxuyun.
Aleykum salam. Siz burada nəyin şərhini verməyimizi istəyirsiniz? Peyğəmbərimizin (s.a.s) doğum və vəfat tarixini özünüz qeyd etmisiniz. Ümumiyyətlə bu məsələ alimlər arasında mübahisəli məsələdir və İslam əqidəsinə müxalif olan heç bir önəm daşımır.
Salam aleykum. Cavabı buradan oxuya bilərsiniz: Saqqal saxlamaq vacibdirmi?
Salam aleykum. İnsanın namaz qılmağı ən gözəl əməldir. Lakin, hər bir müsəlman vacib buyurulan əməlləri yerinə yetirdiyi kimi pis sözlər danışmaq, qeybət emək, qəlb qırmaq kimi qadağan olunan günahlardan da çəkinməlidir.
Aleykum salam. Belə yuxu insana axirəti xatırlatmaq mənasında ola bilər. Ona görə də Allaha daha yaxşı ibadət etmək, yaxşı əməlləri çoxaltmaq və günahlardan çəkinmək lazımdır.
Və aleykum Salam. Sirkə halaldır. Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə deyilir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) ailəsindən: “Yeməyə nə var?”– deyə soruşmuş, onlar: “Evdə sirkədən başqa bir şey yoxdur”– deyə cavab vermişlər.
Aleykum salam. Qəza namazının qılınması vaxtında qılınan namaz kimidir. Ona görə də vaxtında qılınan namaza iqamə verilməlidir.
Qadınların şalvar geyinməyi bəyənilmir. Amma bu cür namaz qılınıbsa namaz səhihdir (düzgündür). Çəkinsəniz daha yaxşıdır.
Aleykum salam. Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) sağ əl ilə zikr etmişdir. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbəri (sallallahu aleyhi və səlləm) sağ əli ilə zikr edən gördüm.
Salam aleykum. Qurani Kərimi orijinaldan oxuya bilməsəniz, ana dilimizdə tərcüməsini də oxuya bilərsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəninizdir". (əl-Buxari, №: 4739, 5028).
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Saqqal saxlamaq Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) əmri olduğu üçün vacib əməllərdən sayılır.
Salam aleykum. Bu məqaləni oxuyun: Tövhid nədir?
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Dilə yüngül, çəkidə ağır gələn və ər-Rahmənə (Allaha) sevimli olan kəlmə bunlardır: "Subhəənəllaahi va bihəmdihi, subhəənəllaahi-l-aziim".
Aleykum salam. Bəli, Ramazan ayında yarımçıq qalan orucu ondan sonrakı Ramazan ayına qədər tuta bilərsiniz. Allah qəbul etsin.
Aleykum salam. Makyajlı namaz qılmaq olar amma nəzərdən qaçırmayaq ki, namazdan öncə dəstamaz almaq lazımdır. Dəstamaz aldıqda makyajın müəyyən növləri var ki, dəstamaza mane olur. Məsələn:dırnaq boyası. O makiyajla namaz qılmağın isə heç bir eybi yoxdur.
Aleykum salam. Şəhadət kəlməsi "əşhədu ən lə iləhə illallah və əşhədu ənnə Muhəmmədən rasulullah", həmçinin "əşhədu ən lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu" kimi deyilə bilər.
Salam aleykum. Qadınlar üçün qısa, açıq-saçıq geyinmək günahdır.
Salam aleykum. Heç kim başqasının günahına görə cəza çəkmir. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38).
Aleykum assalam. İmam sözünün mənası rəhbər, öndər, başçı və s.deməkdir. Məsələn, namaz qılanda öndə durana da imam deyilir. Zəmanəmizin imamı deyilən belə bir anlayış yoxdur.
Aleykum salam. Uca Allah Qurani-kərimdə əsl dostların necə olduğunu vəsf edərək buyurur: "Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar.
Aleykum salam. Peyğəmbər (s.a.s) kişilərə qızıl taxmağı qadağan etmişdir.
Aleykum salam. İslamda hər hansı bir rəngin rəmzi məna daşıması haqqında səhih bir məlumat yoxdur. Ona görə də yaşıl rəngdə paltar geyinmək qadağan deyildir.
Aleykum salam. Bu cavabı oxuyun: Ölüyə Quran oxumaq olarmı?
Aleykum assalam. Bunun fərqi yoxdur.
Va aleykum Salam. Cavabı buradan oxuyun: Cadudan necə qorunmaq olar?
Va aleykum Salam. Cadu mövcuddur, lakin onunla bağlı çoxlu xurafat və batil inanclar da var. Fələq surəsində belə deyilir: "Düyünlərə üfürən (cadugər) qadınların şərrindən". (əl-Fələq, 4).
Aleykum assalam. Bu, müsəlman ölkələrindəki hicri tarixin bizim istifadə etdiyimiz günəş təqvimindən 10 gün qısa olması ilə bağlıdır.
Aleykum assalam. Ayaq üstə su içmək bəyənilmir. İmkan daxilində oturaq halda için.