Sədəqə verdiyini kiməsə bildirmək günahdırmı?
Əməllər niyyətlərə bağlıdır
Va aleykum Salam. Bu cavabı oxuyun: Hamıdan gizli nigah bağlamaq olarmı?
Və aleykum Salam. Bu cavabı oxuyun: Orucluq vaxtı oxunan xüsusi dualar varmı?
Və aleykum Salam. Bu cavabı oxuyun: Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
Aleykum salam.
Va aleykum Salam. Namazı tərk etmək ən böyük günahlardandır. Namazı yadda saxlaya bilməyən insan namazın sözlərini vərəqə yazıb bir müddət vərəqdən oxuyaraq qıla bilər. Bu səbəbdən tövbə edib təkrar namaza başlayın.
Və aleykum Salam va rahmətullah. Dinimizdə kimisə kor-koronə təqlid etmək haramdır, tabeçilik yalnız Allah Rəsulunadır (Allahın ona və ailəsinə salavatı və salamı olsun). Daha ətraflı: Kimlərə təqlid etmək olar?
Salam aleykum. Bu cavabı oxuyun: Heyz halında olan qadın dua edərkən dəstəmaz almalıdırmı?
Aleykum salam. Namazı üzrsüz səbəbdən qəza etmək böyük günahdır. Hətta bir namaz olsa belə namazları səbəbsiz yerə gecikdirmək böyük günahdır.
Aleykum salam. Gələcəyi Uca Allahdan başqa heç kəs bilmir. Daha ətraflı: İmamlar qeybi biliblərmi?
Və aleykum Salam. Saytdakı materialları paylaşmağa nəinki icazə verilir, hətta sizi buna təşviq edirik. Paylaşımlarınızda sayta istinad verməyə də ehtiyac yoxdur.
1) Tibbi linzalar - bu növ linzalar müalicə məqsədi üçün və görmə qabiliyyətində olan qüsurları aradan qaldırmaq üçün istifadə olunur. Bu növ linzaları həkimin məsləhəti ilə istifadə etmək icazəlidir.
Salam aleykum. Bu cavabı oxuyun: Heyz halında Quran oxumaq olarmı?
Aleykum salam. Qadının ikrah hissi keçirərək özünü haramdan qorumasına baxmayaraq bir kişinin qadına ehtirasla toxunmasında qadına heç bir günah yoxdur. Belə halda kişi qadına toxunmuş olsa belə bu, qadının namusunun ləkələnməsi demək deyil.
Və aleykum Salam. Qeyd etdiyiniz məsələdə fərq yalnız savabın az-çoxluğundadır. Belə ki, istənilən Quran ayələrini və ya surələrini çox oxumaq çox savab, az oxumaq da, çox oxumağa nisbətdə az savab qazanmaqdır.
Və aleykum Salam. Təlqin etmək hər hansı bir fikri, əqidəni qarşı tərəfin beyninə yeritmək və qəbul etdirmək deməkdir. Şeytanın insanları azdırmasının yollarından biri də müxtəlif mahnılarla və ya şeirlərlə insanların beyninə küfrü təlqin etməsidir.
Və aleykum Salam. Meditasiya – latınca "meditatio" sözündən götürülüb mənası "düşünmək", "ayırd etmək" deməkdir. Meditasiya -insanın müəyyən vaxtlarda xüsusi hərəkətlər və tənəffüs formaları etməklə zehninin bir fikrə cəmləyib düşüncəsinin başqa aləmə yönəltməsidir.
Salam aleykum. Dinimizdə Quran açdırmaq deyilən bir anlayış yoxdur. Uca Allah Quranı oxuyub ibrət almaq və əməl etmək üçün göndərmişdir. Fala baxdırmaq, Quran açmaq, açdırmaq, falçıdan kömək ummaq və s. ən böyük günahlardandır. Daha ətraflı:
Aleykum salam. Əgər oruc tutmaqda əsas niyyətiniz Allahın əmrinə tabe olub Onun rizasını qazanmaq olubsa, demək ki, orucunuz doğrudur. Bundan sonra gələn fikirlər şeytanın vəsvəsələridir və bu vəsvəsələrə fikir verməyin. Həmçinin oxuyun:
Aleykum salam. Bu cavabları oxuyun:
Pis yuxulardan necə qorunmaq olar?
Yuxu haqqında
Salam aleykum. Hər hansı bir yerə və ya sahəyə daxil olub işləmək üçün xüsusi bir dua yoxdur. Sadəcə öz sözlərinizlə Allahdan sizə xeyirli iş yetirməsini istəməniz kifayətdir. Daha ətraflı:
Ruzi duaları
Salam aleykum. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur. Nifasın müddəti bitdikdə isə nifas qüslu alınır. Lakin tez də qurtara bilər.
Salam aleykum. Yəqin ki, hacət duaları dedikdə "İstixarə" namazını nəzərdə tutursunuz. "İstixarə" namazı adi iki rükətli namazdır və bu namazda "əl-Fatihə" surəsindən sonra istənilən surəni oxumaq olar.
Salam aleykum. Cavabı buradan oxuyun: Gecə namazı necə qılınır?
Və aleykum Salam. Bütün savab və yaxşı əməlləri puç edən yeganə günah, Allaha şərik qoşmaqdır. Uca Allah buyurur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (əz-Zumər, 65).
Və aleykum Salam. Şəriətin buyurduğu qaydada kəbin olmadan kişi ilə qadının ünsiyyət qurması, təklikdə qalması və bir-birinə toxunması haramdır. Bu cavabları oxuyun:
Sevgililərin kəbinsiz görüşməsi günahdırmı?
Və aleykum Salam. Namazı ayaq üstə qılmaq namazın ərkanlarından biridir. Bu səbəbdən namaz qılan insan, imkanı olduğu təqdirdə namazı ayaq üstə qılmalıdır.
Və aleykum Salam.
Salam aleykum. Allahyar sözünün mənası "Allahın sevimlisi" deməkdir. Bu adın uşağa qoyulması şübhəlidir. Dinimiz şübhəli məsələlərdən çəkinməyi buyurmuşdur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Həqiqətən halal da bəllidir, haram da.
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimiz qadınlarla gözəl davranmağı buyurmuşdur. Bir kişinin öz zövcəsinə zülm etməsi, onu döyməsi böyük günahdır və belə edən kişi Uca Allahın bu ayəsinə qarşı çıxmışdır: "Onlarla (qadınlarla) xoş rəftar edin". (ən-Nisa, 19).
Aleykum salam. Qeybi Uca Allahdan başqa heç kəs bilmir. Uca Allah bu xüsusda buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər". (ən-Nəml, 65).
Aleykum salam. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatı barədə dilimizə tərcümə olunmuş ən yaxşı kitab Mubarək Furi'nin "ər-Rahiq əl-Məxtum" adlı kitabıdır.
Aleykum salam. Doğru olan budur ki, Quranda məcazi məna yoxdur. Quranda gələn bütün ayələr və sözlər öz həqiqi mənasında işlənib. Uca Allah buyurur: "Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz.