Aleykum salam.
Salam aleykum. Sualda qeyd etdiyiniz ayə əl-Fəth surəsinin 29-cu ayəsidir.
Salam aleykum. Dinimizdə namaz qıldıqdan sonra cənəmazı (səccadə, namaz xalçası) bükməyin vacib olduğuna dəlalət edən hər hansı bir dəlil yoxdur. Bu səbəbdən namaz qıldıqdan sonra cənəmazı açıq saxlamaqda bir qəbahət yoxdur.
Aleykum salam. Əvvəla Uca Allahdan sizin və bütün müsəlmanların övladlarına şəfa diləyirik! Uşağınızın sağalacağı təqdirdə niyyət etdiyiniz qurban nəzir qurbanı deyilir. Nəzir ibadəti - bir kəsin üzərinə vacib olmayan ibadəti Allahla əhd bağlayaraq özünə vacib etməsidir.
Salam aleykum. Yəqin ki, sualda gecənin son üçdə biri barədə soruşulur. Çünki, gecənin son üçdə biri Uca Allahın dünya səmasına enib qulların etdikləri duaları və tövbələri qəbul etdiyi bir vaxtdır.
Aleykum salam. Uca Allah əl-Bəqərə surəsinin 54-cü ayəsində buyurur: "O zaman Musa öz qövmünə dedi: "Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir".
Aleykum salam. Şübhəsiz ki, dinimizin bizə buyurduğu şəriət əhkamlarının bir hikməti vardır. Lakin, bəzən Uca Allah bu əhkamların hikmətini bizə Quranda və ya hədislərdə bildirmiş, bəzən isə bildirməmişdir.
Aleykum salam. Əgər dərslər canlı deyilsə, bu halda kişi müəllimin dərslərini izləməyiniz icazəlidir. Qadağan olan bir qadının naməhrəm kişi ilə canlı olaraq ünsiyyətə girməsidir.
Aleykum salam. Əgər tövbə etmisinizsə, bilin ki, Uca Allah tövbələri qəbul edib günahları bağışlayandır. Günahınızın üstünün açılmasına gəlincə, ola bilsin bunun arxasında sizin bilmədiyiniz xeyir vardır. Lakin, siz bunu hələ bilmirsiniz.
Salam aleykum. Bəli, mətbəxtdə dəstəmaz almaq olar. Həmçinin oxuyun:
Hamam və ayaqyolu bir yerdə olarsa, orada dəstəmaz almaq olarmı?
Salam aleykum. Qüsl edərkən bədənin hər yerinə su dəyməsi şərtdir. Bu səbəbdən qeyd etdiyiniz kimi sadəcə başa, boyuna və qollara su vurmaqla qüsl etmək düzgün deyil. Daha ətraflı:
Aleykum salam. Quranın Azərbaycan dilinə mənaca tərcüməsində mötərizədə yazılanlar Quranın təfsirdir. Yəni, açıqlamasıdır. Çünki, bəzən Quranı hərfi mənada tərcümə etmək mümkün olmur və müəyyən izaha ehtiyac olur. Bu izahlar da mötərizədə verilir.
Aleykum salam. Uca Allah Qiyamət günü hər bir kəsin başa düşəcəyi dildə, tərcüməçiyə ehtiyac olmadan danışacaq.
Aleykum salam. Dinimiz qadına ərinə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı buyurub. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır.
Aleykum salam. əl-İsra surəsinin 6-cı ayəsi özündən əvvəlki və sonrakı ayələrlə əlaqəlidir.
Aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu.
1) Tövbə barədə ətraflı oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Aleykum salam. Zina ən böyük günahlardan biridir. Fərq etməz, istər zina edən subay olsun, istər evli. Evli insan subaydan daha çox günah daşıyır, çünki ərinə (və ya arvadına) xəyanət etməklə onun da haqqına girmiş olur.
Aleykum salam. Əgər qadın haram yolla pul qazanan ərinə nəsihət edərsə və bacardığı qədər onu çəkindirərsə, artıq üzərinə düşəni yerinə yetirmiş sayılır və ərinin etdiklərinə görə ona günah yazılmır.
Aleykum salam. Uca Allah qulunun tövbəsini canı boğazına yetişənədək qəbul edir. Uca Allah bu xüsusda buyurur: "Allah ancaq o kəslərin tövbəsini qəbul edər ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tez bir zamanda tövbə edərlər.
Aleykum salam. Qızın ona naməhrəm olan oğlanla yazışması böyük günahdır. Bu səbəbdən, tövbə edərək bu əməli tərk edin. Daha ətraflı:
Qızla oğlanın internetdə yazışması günahdırmı?
Aleykum salam. Əvvəla Uca Allahdan sizə şəfa diləyirik.
Aleykum salam. Uca Allah Quranda buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər".
Aleykum salam. Əgər qeybətini etdiyiniz şəxs bunu bilmirsə, bu halda bu barədə ona deməyiniz məsləhət deyil.
Aleykum salam. Namazı bitirərkən sağ çiyinə salam vermək namazın ərkanlarından biridir. Salam verərkən "Əssələmu aleykum" demək namazı bitirmək üçün keçərlidir. Əlavə olaraq "və rahmətullahi və bərakətuhu" demək isə müstəhəbdir.
Aleykum salam. Biokinezi - insanın öz düşüncə və xəyali gücündən istifadə edərək vücudunda və orqanizmində dəyişikliklər aparmasına deyilir. Bu müalicə elmi cəhətdən həqiqəti olmayan xəyali bir düşüncədir. Nə tibb elmində, nə də fizika elmində belə bir şey yoxdur.
Aleykum salam. Dəstəmaz alarkən dəstəmaz əzalarını bir dəfə yumaq vacib, iki və ya üç dəfə yumaq isə müstəhəbdir. Ağız və burun da üzdən hesab olunduğu üçün ağıza və buruna su alıb qaytarmaq vacibdir. Başa isə bir dəfə məsh çəkilir. Dəstəmaz əzalarını üç dəfədən artıq yumaq isə düzgün deyil.
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, dinimiz sığortanı qadağn edir. Bu barədə daha ətraflı oxuyun: İslamda sığorta halaldırmı?
Salam aleykum. Yəqin ki, hacət namazı dedikdə "İstixarə" namazını nəzərdə tutursunuz. "İstixarə" namazı adi iki rükətli namazdır və bu namazda "əl-Fatihə" surəsindən sonra istənilən surəni oxumaq olar.
Aleykum salam. Xəstə olmadığı halda yalandan xəstəlik adı ilə dövlətdən pensiya alan şəxs haqsız yerə mal yemiş sayılır və bu böyük günahdır. Çünki o, dövləti aldadaraq layiq olmadığı pulu dövlətdən alır.
Aleykum salam. Cadu bir xəstəlikdir və o, müalicə olunmaqla və ya batil edilməklə təsirini itirir. Cadu olunmuş insan şəriətin buyurduğu qaydada müalicə olunmağa çalışmalıdır. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
Salam aleykum. Nikahın şəriət baxımından düzgün sayılması üçün qadının atasının (yoxsa, qardaşının və ya əmisinin) izni və iki şahidin buna şahidliyi olmalıdır. Dini nikahın kağız üzərində yazılması isə vacib deyil.
Aleykum salam. Kəbinin düzgün sayılması üçün qızın atasının icazəsinin olması mütləqdir.
Aleykum salam. Dinimiz kafir olsa belə bir insanın arxasınca danışmağı və qeybət etməyi qadağan edir. Xüsusilə də, bir insanı zinada ittiham etmək böyük günahdır.
Aleykum salam. Əgər siz "Nuh" surəsinin Azərbaycan hərfləri ilə transkripsiyasını nəzərdə tutursunuzsa, bilin ki, Quran ayələrini tpranskripsiya ilə yazmaq düzgün deyil. Çünki, ərəb dilində olan bir çox hərflərin Azərbaycan dilində qarşılığı yoxdur.
Aleykum salam. Əvvəla bunu qeyd edək ki, əlinizin sərxoşedici içki olan qaba və ya içkinin özünə dəyməsi namazı pozmur, çünki sərxoşedici içkini içmək haram olsa da, o, özü-özlüyündə murdar sayılmır. Hətta ələ və ya paltara dəysə belə əl və ya paltar murdar olmur.
Salam aleykum. İstənilən bir səbəbdən özünü öldürmək əbədi Cəhənnəm əzabına səbəb olacaq böyük günahdır. Daha ətraflı:
İntihar etməyin günahı
Və aleykum Salam. Qadınla kişi ayrıldıqdan sonra yenidən ailə qurmaq məsələsində bir-birinin üzərində haqları qalmır və hər kəs yenidən istədiyi şəxslə ailə qura bilər. Daha ətraflı: İslam fiqhi - Nikah fəsli
Aleykum salam. Bir insanın görmədiyi halda yalandan yuxu gördüyünü deməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu əməldən çəkindirərək demişdir: "Yalanların ən böyüyü bir adamın yuxuda görmədiyi bir şeyi gözləri ilə gördüyünü iddia etməsidir".
Aleykum salam. Övlad itkisi nə qədər ağır olsa da, Uca Allah bu itkiyə səbir edib mükafatını Ondan umana verdiyi mükafatı da bir o qədər böyükdür. Mömin insan bilməlidir ki, biz imtahan dünyasında yaşayırıq və bu dünyada imtahan olunmağımız qaçılmazdır.
Aleykum salam. Yəqin ki, Əlinin (Allah ondan razı olsun) Günəşlə danışması hadisəsi dedikdə Əlinin (Allah ondan razı olsun) Günəş batdıqdan sonra Əsr namazını qılmadığı üçün Günəşin geri qayıtması üçün müraciət etməsi, Günəşin də batdıqdan sonra geri qayıtmasını nəzərdə tutursunuz.
Aleykum salam. İslamda iki bayram var. Bu bayramlar Ramazan və Qurban bayramlarıdır. Yanvar ayının birini yeni il bayramı kimi qeyd etmək xristianlara xas olan bir bayramdır. Müsəlmana kafirlərə xas olan bir bayramı qeyd etmək yaraşmaz.
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, Peyğəmbərlərin (Allahın onlara salamı olsun) hamısı heç də eyni namazı qılmamışlar. Hər peyğəmbərin öz şəriətinə xas olan ibadəti olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Peyğəmbərlər ata bir, ana ayrı övladlardır.
Və aleykum salam. Bu cavabı oxuyun: Ruzinin artması üçün nə etməliyik?
Tövbəni necə etmək lazımdır?
Və aleykum Salam. Allahdan qorxaraq tövbə edin, Qiyamət günü zinakarları dəhşətli əzab gözləyir. Zinadan qorunmaq üçün səmimi tövbə etmək, sizi bu əməldən uzaqlaşdırması üçün Allaha dua etmək və zinaya aparan amillərin hamısından uzaq durmaq lazımdır. Daha ətraflı:
Aleykum salam. Dinimiz bizə salamı aramızda yaymağı buyurmuşdur və bildirmişdir ki, salamı yaymaq insanlar arasında məhəbbəti artıran səbəblərdəndir.
Aleykum salam. Sualda qeyd etdiyiniz hədisin tam mətni belədir: "Malik ibn Ovs (Allah ondan razı olsun) belə rəvayət edir: "Bir dəfə Ömər ibn əl-Xattab (Allah ondan razıolsun) mənə xəbər yolladı və mən günəş yüksələn bir vaxtda onun yanına gəldim.
Və aleykum salam. Ruqyə dedikdə Quran ayələri və səhih hədislərdə gələn zikr və dualarla edilən müalicə nəzərdə tutulur. Əgər ruqyə edən düzgün əqidə sahibi olar və şəriətə uyğun şəkildə ruqyə edərsə, əlbəttə ki, Allahın izni ilə onun həm ruha, həm də bədənə təsiri olar.