Əssələmu aleykum. Allahın Təalanın günah işləyən bəndələrinin günahların böyüklüyündən asılı olmayaraq tövbə etdikləri təqdirdə tövbələrini qəbul etməsi, onların günahlarını silməsi, hətta günahları savablarla əvəz etməsi Uca Allahın insana çoxlu sayda fürsət verməsinə dəlalət edir.
Aleykum salam. Evlənmək niyyətində olan kişi şahidlərin iştirakı ilə qadına hicabsız baxa bilər. Lakin bu, könüllü olduğuna görə qadın bunu etməkdən imtina edə bilər. Bu məsələdə kişinin evlənmək niyyətinin ciddi olmasına diqqət yetirmək lazımdır.
Aleykum salam. Gecə çılpaq yatmağı qadağan edən hər hansı bir dəlil yoxdur. Lakin, müsəlman hər bir halda ayıb yerlərinin açılmasına səbəb olan hallardan özünü qorumalıdır.
Aleykum salam. İslam dinində tövbə etmək üçün qüsl almaq buyurulmamışdır. Çünki tövbə günahlardan əl çəkib peşman olmaq və bir daha həmin günahlara dönməməyə əzmkar olmaqdır. Daha ətraflı:
Salam aleykum. Ümumiyyətlə yaxşı olar ki, ailədə baş verən problemlər ailənin daxilində həll olunsun.
Va aleykumus-sələm.
1) İnsanın ağlına gələn intim fikirlər iki qisimdən ibarətdir:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dinimizdə siğə deyilən bir nikah növü yoxdur. Siğənin haramlığı barədə bu cavabı oxuyun: Nəyə görə siğə etmək olmaz?
Və aleykum Salam. İnsanın başına gələn müsibətlər, uğursuzluqlar Uca Allahın bir imtahanıdır. Bunlar insanın günahları ucbatından da başına gələ bilər. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir.
Əssələmu aleykum. Telepatiya sözü yunanca "uzaqdan hiss etmə" deməkdir. Telepatiya ünsiyyət qurmadan uzaq məsafədən fikirləri ötürməkdir. İslam dininin telepatiyaya olan münasibətini bilmək üçün bu cavabları oxuyun:
Va aleykumus-sələm. Heyzli qadınla cinsi əlaqədə olmaq qadağandır. Lakin, cinsi əlaqədə olmadan, paltar üzərindən və ya başqa cür kişinin qadından həzz alması icazəlidir. Uca Allah buyurur: "Səndən heyz barəsində soruşurlar. De: "Bu, əziyyətverici bir haldır.
Va aleykumus-sələm və rahmətullah. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız".
Və aleykum salam. Allaha həmd olsun ki, dinimiz asanlığı əmr edir. Uca Allah heç kəsdən onun gücü yetməyəndən artığını tələb etməz. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (əl-Bəqərə, 286).
Və aleykum Salam.
Va aleykumus-sələm. Təşəhhüd deyərkən sağ əlin baş barmağını orta barmaqla həlqə şəklində birləşdirərək şəhadət barmağını uzatmaq vacib deyil, müstəhəbdir. Təşəhhüd deyərkən sağ əli sol əl kimi qoymaq namazı batil etmir.
Aleykum salam. Əvvəlcə qeyd etməliyik ki, masturbasiya etmək haram əməldir. Bu əməldən Allaha tövbə edin və bir daha bu əmələ qayıtmayın. Qüsl alınmalıdır, lakin paltarı dəyişməyə ehtiyac yoxdur. Həmçinin oxuyun:
Aleykum salam. Dəstəmaz alarkən suyun dəstəmaz əzalarının hər yerinə dəyməsi vacibdir.
Aleykum salam. Sizə yatağa girərkən deyilən zikrləri, habelə səhər-axşam zikrlərini deməyi tövsiyə edirik. Daha ətraflı məlumat almaq üçün buradan oxuyun:
Aleykum salam. Qadından gələn hər hansı bir axıntı dəstəmazı pozur. Daha ətraflı məlumat almaq üçün bu cavabları oxuyun:
Aleykum salam. İçki və musiqi olan məclislərdə iştirak etmək günahdır. Bu işdən tövbə etməkdə düz iş tutmusunuz. Uca Allahdan sizi əfv etməsini və bu dində sabit etməsini diləyirik!
Aleykum salam. Dinimizə görə kəbini geri oxutmaq anlayışı yoxdur. Kəbinin pozulması, yəni boşanma ərin öz zövcəsinə "səni boşadım" və ya bu mənada olan sözlər deməsi ilə baş verir. Dinimizə görə kəbin yalnız ərin razılığı ilə pozula bilər.
Va aleykum salam.
Əssələmu aleykum. Uca Allah insanı yalnız Ona ibadət etmək üçün yaratmışdır. Uca Allah bu xüsusda buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm.
Aleykum salam. Qadının naməhrəm kişilərin gözündən uzaq bir yerdə namaz qılması daha yaxşı hesab olunur. Qadın namaza başlayarkən diqqət yetirməlidir ki, naməhrəm kişilərin gediş-gəliş yerindən uzaqda dursun.
Aleykum salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Təmizlik imanın yarısıdır". (Muslim, 223). Lakin İslam dini hər bir məsələdə orta mövqe tutmağı və həddi aşmamağı buyurur.
Salam aleykum. İslam dini mərhəmət dinidir. İslam dini hər bir zorakılığı və haqsızlığı pisləyir, eləcə də böyük günah olduğunu bildirir. İslam sözünün mənası da məhz sülh, barışıq, salamatlıq deməkdir. İslam dini qadınlara xüsusi hörmət bəsləməyi buyurur.
Aleykum salam. Əgər "surələr" dedikdə Quran surələrini nəzərdə tutursunuzsa, bilin ki, dua etmək üçün hansısa bir surəni oxumağa ehtiyac yoxdur. Dinimiz bizə dua etmək üçün müəyyən qaydalar öyrətmişdir. Bu qaydaları ətraflı şəkildə bilmək üçün bu linkə müraciət edin:
Aleykum salam. Uca Allah unudaraq və ya səhvən edilən günahları bağışlayır.
Aleykum salam. Əgər qeyd etdiyiniz kimi sidik artıq qurumuşdusa, bu halda yorğan natəmiz sayılmır. Həmçinin oxuyun:
Aleykum salam. Möhür dinimizə sonradan gətirilən yenilikdir (bidətdir). Nə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun), nə də onun səhabələri (Allah onlardan razı olsun) möhürlə namaz qılmamışlar. Bu baxımdan digər əşyalar kimi heyz halında ona toxunmaq günah deyil.
Əssələmu aleykum. Başqasının malını haqsız yerə qəsb etmək böyük günahdır və bu günahdan tövbə etmək lazımdır. Başqasının haqqı ilə əlaqəli olan günahdan tövbə etmək üçün haqqına girdiyin şəxsdən halallıq almaq vacibdir.
Və aleykum salam. Günah etdikdən sonra tövbə edən şəxs, etdiyi günahları gizlətməlidir və etdiyi günahı kiməsə danışması icazəli deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətimin hamısı əfv ediləcək. Yalnız günahlarını yayanlardan başqa.
Aleykum salam. Namazı möhürlə qılmaq düzgün deyil. Həmçinin namaz gündə beş dəfə qılınmalıdır. Ola bilsin, Uca Allah bu yuxu ilə sizə bildirir ki, namaz möhürsüz və üç dəfə deyil, beş dəfə qılınmalıdır. Bu barədə daha ətraflı oxuyun:
Əssələmu aleykum. İnsan sağ ola-ola özünü həlak edərək ürəyini kiməsə hədiyyə etməsi qadağandır. Çünki bu əməl özünü öldürmək sayılır. Uca Allah buyurur: "...özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (ən-Nisa, 29).
Aleykum salam. Namaz ən əzəmətli ibadət, insanı Allaha yaxınlaşdıran ən böyük əməldir. Namaz qılmamaq və ya qılıb tərk etmək isə Allahın qəzəbinə səbəb olan böyük günahdır. Hətta İslam alimləri namazı tərk etməyin zina etməkdən və adam öldürməkdən daha böyük günah olduğunu söyləmişlər.
Aleykum salam. Əgər qadın imanın əsaslarına inanır və İslamın şərtlərini qəbul edirsə, o, müsəlman sayılır. Lakin bununla yanaşı vacib buyurulan ibadəti tərk etdiyinə görə böyük günah qazanır.
Aleykum salam. İstər quş, istər mal-qara olsun, heyvanların kəsilmə qaydası eynidir. Şəriətə görə əsas qayda Allahın adını çəkmək ("Bismilləh" demək) və heyvanın boğazını (nəfəs və qida boruları ilə iki şah damarını) kəsməkdir. Heyvanı qibləyə çevirmək müstəhəbdir.
Aleykum salam. Barmaqda üzük ola-ola dəstəmaz almaq olar. Lakin dəstəmaz alarkən suyun üzüyün altına keçməsinə diqqət yetirilməlidir. Çünki dəstəmaz alarkən dəstəmaz əzaları tam olataq islanmalıdır. Əgər üzük genişdirsə, bu halda dəstəmaz alarkən üzüyü tərpətməyə ehtiyac yoxdur.
Aleykum salam. Quran ayələrini azərbaycanca transkripsiyadan oxumaq düzgün deyil. Çünki heç bir transkripsiya ərəbcə oxunuşu əvəz edə bilməz, çünki ərəbcə bir çox hərflərin azərbaycanca qarşılığı yoxdur. Quranı ərəbcə oxumağı öyrənməyinizi məsləhət görürük, bu çox asandır. Bunları oxuyun:
Aleykum salam.
Va aleykum Salam. İslam dinində belə bir qayda var. Harama səbəb, vasitə olan hər bir əməl özü də haramdır. Əgər insan bir işin haram məqsəd daşıdığını bilərsə, iş özü halal olsa belə bunu etməməlidir, çünki harama yardım etmiş sayılır.
Əssələmu aleykum. Bəli, yeni namaz qılanlar namazı tam öyrənənə qədər namazın sözlərini vərəqdən oxuya bilərlər. Hətta vərəqi əllərində tutmaq da icazəlidir.