Aleykum salam. Yəqin oturuş qaydaları dedikdə məclis ədəblərini nəzərdə tutursunuz. Dinimiz məclislərdə iştirak edib oturmağın ədəblərini bildirmişdir. Bu ədəblərdən bəzilərini qeyd edək:
Salam aleykum. Fərz namazlarından sonra edilən zikrlərdən biri də "Ayətul-Kursi" (əl-Bəqərə surəsi, 255-ci ayə), əl-İxlas, əl-Fələq və ən-Nas surələrinin oxunmasıdır. Bu zikrləri namazdan sonra istənilən vəziyyətdə demək olar.
Salam aleykum. Namazda dua etmək üçün qunut tutmaq vacib yox, müstəhəb əməldir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) çətinliyə düşdükdə namazlarında qunut tutub (əllərini göyə qaldırıb) dua edərdi. Bu səbəbdən qunut duasını tərk etmək namazı batil etmir.
Aleykum salam. Səfərdə olarkən namazlarını birləşdirən insan səfərdən qayıtdıqdan sonra birləşdirdiyi ikinci namazın vaxtı hələ çıxmamışsa, onun bu namazı yenidən qılmağa ehtiyac yoxdur.
Aleykum salam. Nikahın Allah dərgahında düzgün sayılması üçün qadının vəlisinin (ata, qardaş, əmi, baba, və s.) icazəsi və iki şahidin nikahda iştirakı şərtdir. Bundan əlavə kişinin qadına mehr olaraq bir şey verməsi də vacibdir.
Salam aleykum. Dinimizdə müvəqqəti nikah yoxdur. Bu barədə daha ətraflı oxuyun:
Siğə haqqında
Nəyə görə siğə etmək olmaz?
Aleykum salam. Bu məqaləni oxuyun: Quranın Allah sözü olmasının sübutları
Aleykum salam. Dinimiz ibadəti yalnız Allaha aid edərək yerinə yetirməyi əmr edir və bu ibadətlərdən nəyisə Allahdan başqasına yönəltməyi qadağan edir. Uca Allah bu xüsusda buyurur: "Biz Kitabı sənə haqq olaraq nazil etdik.
Aleykum salam. Uca Allahdan sizi dinində sabit etməsini, zövcənizə isə hidayət verməsini və onun köksünü namaz üçün genişlətməsini diləyirik!
Aleykum salam.
1) Əvvəla bunu qeyd edək ki, baxıcıya getmək və onun dediyini təsdiqləmək dinimizdə qadağandır və bu böyük günahdır, hətta bəzi hallarda küfr sayıla bilər. Daha ətraflı:
Aleykum salam. İnsanın həyatda məruz qaldığı uğursuzluqların səbəbi heç də həmişə cadu və ya əməl olmur. İnsan başına gələn uğursuzluqların səbəbini ilk növbədə özündə axtarmalıdır. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir.
Aleykum salam. Sualda qeyd etdiyiniz hal şeytanın vəsvəsəsi nəticəsində baş verə bilər. Şeytanın vəsvəsələrindən qorunmaq üçün şəriətdə gələn dua və zikrləri müntəzəm olaraq demək lazımdır. Bu barədə daha ətraflı:
Aleykum salam. Əvvəla qayınananıza Uca Allahdan şəfa diləyirik. Sualda qeyd etdiyiniz hal yaşla əlaqəli xəstəlik də ola bilər. Hər bir halda öncə həkimə müraciət edib bu problemləri tibbi cəhətdən həll etməyə çalışmaq lazımdır.
Aleykum salam.
Salam aleykum. Sualda qeyd etdiyiniz ayə əl-Fəth surəsinin 29-cu ayəsidir.
Salam aleykum. Dinimizdə namaz qıldıqdan sonra cənəmazı (səccadə, namaz xalçası) bükməyin vacib olduğuna dəlalət edən hər hansı bir dəlil yoxdur. Bu səbəbdən namaz qıldıqdan sonra cənəmazı açıq saxlamaqda bir qəbahət yoxdur.
Aleykum salam. Əvvəla Uca Allahdan sizin və bütün müsəlmanların övladlarına şəfa diləyirik! Uşağınızın sağalacağı təqdirdə niyyət etdiyiniz qurban nəzir qurbanı deyilir. Nəzir ibadəti - bir kəsin üzərinə vacib olmayan ibadəti Allahla əhd bağlayaraq özünə vacib etməsidir.
Salam aleykum. Yəqin ki, sualda gecənin son üçdə biri barədə soruşulur. Çünki, gecənin son üçdə biri Uca Allahın dünya səmasına enib qulların etdikləri duaları və tövbələri qəbul etdiyi bir vaxtdır.
Aleykum salam. Uca Allah əl-Bəqərə surəsinin 54-cü ayəsində buyurur: "O zaman Musa öz qövmünə dedi: "Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir".
Aleykum salam. Şübhəsiz ki, dinimizin bizə buyurduğu şəriət əhkamlarının bir hikməti vardır. Lakin, bəzən Uca Allah bu əhkamların hikmətini bizə Quranda və ya hədislərdə bildirmiş, bəzən isə bildirməmişdir.
Aleykum salam. Əgər dərslər canlı deyilsə, bu halda kişi müəllimin dərslərini izləməyiniz icazəlidir. Qadağan olan bir qadının naməhrəm kişi ilə canlı olaraq ünsiyyətə girməsidir.
Aleykum salam. Əgər tövbə etmisinizsə, bilin ki, Uca Allah tövbələri qəbul edib günahları bağışlayandır. Günahınızın üstünün açılmasına gəlincə, ola bilsin bunun arxasında sizin bilmədiyiniz xeyir vardır. Lakin, siz bunu hələ bilmirsiniz.
Salam aleykum. Bəli, mətbəxtdə dəstəmaz almaq olar. Həmçinin oxuyun:
Hamam və ayaqyolu bir yerdə olarsa, orada dəstəmaz almaq olarmı?
Salam aleykum. Qüsl edərkən bədənin hər yerinə su dəyməsi şərtdir. Bu səbəbdən qeyd etdiyiniz kimi sadəcə başa, boyuna və qollara su vurmaqla qüsl etmək düzgün deyil. Daha ətraflı:
Aleykum salam. Quranın Azərbaycan dilinə mənaca tərcüməsində mötərizədə yazılanlar Quranın təfsirdir. Yəni, açıqlamasıdır. Çünki, bəzən Quranı hərfi mənada tərcümə etmək mümkün olmur və müəyyən izaha ehtiyac olur. Bu izahlar da mötərizədə verilir.
Aleykum salam. Uca Allah Qiyamət günü hər bir kəsin başa düşəcəyi dildə, tərcüməçiyə ehtiyac olmadan danışacaq.
Aleykum salam. Dinimiz qadına ərinə itaət etməyi, onunla gözəl davranmağı, ərinin namusunu və malını qorumağı buyurub. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır.
Aleykum salam. əl-İsra surəsinin 6-cı ayəsi özündən əvvəlki və sonrakı ayələrlə əlaqəlidir.
Aleykumus-Sələm və Rahmətullahi və Bərakətuhu.
1) Tövbə barədə ətraflı oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Aleykum salam. Zina ən böyük günahlardan biridir. Fərq etməz, istər zina edən subay olsun, istər evli. Evli insan subaydan daha çox günah daşıyır, çünki ərinə (və ya arvadına) xəyanət etməklə onun da haqqına girmiş olur.
Aleykum salam. Əgər qadın haram yolla pul qazanan ərinə nəsihət edərsə və bacardığı qədər onu çəkindirərsə, artıq üzərinə düşəni yerinə yetirmiş sayılır və ərinin etdiklərinə görə ona günah yazılmır.
Aleykum salam. Uca Allah qulunun tövbəsini canı boğazına yetişənədək qəbul edir. Uca Allah bu xüsusda buyurur: "Allah ancaq o kəslərin tövbəsini qəbul edər ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tez bir zamanda tövbə edərlər.
Aleykum salam. Qızın ona naməhrəm olan oğlanla yazışması böyük günahdır. Bu səbəbdən, tövbə edərək bu əməli tərk edin. Daha ətraflı:
Qızla oğlanın internetdə yazışması günahdırmı?
Aleykum salam. Əvvəla Uca Allahdan sizə şəfa diləyirik.
Aleykum salam. Uca Allah Quranda buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər".
Aleykum salam. Əgər qeybətini etdiyiniz şəxs bunu bilmirsə, bu halda bu barədə ona deməyiniz məsləhət deyil.
Aleykum salam. Namazı bitirərkən sağ çiyinə salam vermək namazın ərkanlarından biridir. Salam verərkən "Əssələmu aleykum" demək namazı bitirmək üçün keçərlidir. Əlavə olaraq "və rahmətullahi və bərakətuhu" demək isə müstəhəbdir.
Aleykum salam. Biokinezi - insanın öz düşüncə və xəyali gücündən istifadə edərək vücudunda və orqanizmində dəyişikliklər aparmasına deyilir. Bu müalicə elmi cəhətdən həqiqəti olmayan xəyali bir düşüncədir. Nə tibb elmində, nə də fizika elmində belə bir şey yoxdur.
Aleykum salam. Dəstəmaz alarkən dəstəmaz əzalarını bir dəfə yumaq vacib, iki və ya üç dəfə yumaq isə müstəhəbdir. Ağız və burun da üzdən hesab olunduğu üçün ağıza və buruna su alıb qaytarmaq vacibdir. Başa isə bir dəfə məsh çəkilir. Dəstəmaz əzalarını üç dəfədən artıq yumaq isə düzgün deyil.
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, dinimiz sığortanı qadağn edir. Bu barədə daha ətraflı oxuyun: İslamda sığorta halaldırmı?
Salam aleykum. Yəqin ki, hacət namazı dedikdə "İstixarə" namazını nəzərdə tutursunuz. "İstixarə" namazı adi iki rükətli namazdır və bu namazda "əl-Fatihə" surəsindən sonra istənilən surəni oxumaq olar.
Aleykum salam. Xəstə olmadığı halda yalandan xəstəlik adı ilə dövlətdən pensiya alan şəxs haqsız yerə mal yemiş sayılır və bu böyük günahdır. Çünki o, dövləti aldadaraq layiq olmadığı pulu dövlətdən alır.
Aleykum salam. Cadu bir xəstəlikdir və o, müalicə olunmaqla və ya batil edilməklə təsirini itirir. Cadu olunmuş insan şəriətin buyurduğu qaydada müalicə olunmağa çalışmalıdır. Daha ətraflı: Cadudan necə qorunmaq olar?
Salam aleykum. Nikahın şəriət baxımından düzgün sayılması üçün qadının atasının (yoxsa, qardaşının və ya əmisinin) izni və iki şahidin buna şahidliyi olmalıdır. Dini nikahın kağız üzərində yazılması isə vacib deyil.
Aleykum salam. Kəbinin düzgün sayılması üçün qızın atasının icazəsinin olması mütləqdir.
Aleykum salam. Dinimiz kafir olsa belə bir insanın arxasınca danışmağı və qeybət etməyi qadağan edir. Xüsusilə də, bir insanı zinada ittiham etmək böyük günahdır.
Aleykum salam. Əgər siz "Nuh" surəsinin Azərbaycan hərfləri ilə transkripsiyasını nəzərdə tutursunuzsa, bilin ki, Quran ayələrini tpranskripsiya ilə yazmaq düzgün deyil. Çünki, ərəb dilində olan bir çox hərflərin Azərbaycan dilində qarşılığı yoxdur.