03-08-2019 Nesrin
Salam rehmete getmis ata anami qohumlarimi her gece ara vermeden yuxuda gorurem adlarina quran oxuduram cume gunleri adlarina yemek bisirirem olmur yene her gece yuxuma gelirler bu ne anlama gelir cavabiniz ucun onceden tesekkurler
Cavab:
Və aleykum Salam. Quranı ölülər üçün oxumaq və ya oxutdurmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç vaxt Quranı ölülər üçün oxumamışdır.
ardını oxu
03-08-2019 Fatime
Salam qusul aldiqdan sonra usaga sud vermek qusulu pozurmu?
Cavab:

Və aleykum Salam. Uşağa süd vermək qüslu pozmur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır? 

ardını oxu
03-08-2019
Salam aleykum men 8 ildiki namaz qilirdim 1 ildi nanazimi buraxmisam umumiyyetle namaza yaxin gede bilmirem namaz qilmaq isteyirem ama namaza baslayarken tez tez casiram ve namazi tezeden baslayiram bilmirem ne edim namaz qilamg isteyirem ama bu sebebe gorede namaza yaxin gede bilmirem xais edirem m
Cavab:

Va aleykum salam. Namazda səhv etdikdə namazı buraxmaq lazım deyildir. Rahat bir şəkildə namaza durun və heç bir şeydən narahat olmayın. Səhv etdikdə səhvinizi səbirlə düzəldin və namazdan çıxmayın. Bununla şeytan sizi yenidən aldadaraq namazdan çəkindirmək istəyir. Daha ətraflı:

ardını oxu
03-08-2019 Nnnn
Salam.1)Sualim gozdeyme haqqindadir.Bir adamin basqa adama gozu nece deye biler.Yeni Allahin yaratdigi Allahdan daha gucludur? 2)bir misal vermek isterdim.Men telebeyem zerbeci olub 96 manat spendiya alirdim.Camaat o qeder dediki, yaxsidida, yaxsi alirsan, bele paxillanirdilar.Bundan sonra men zerb
Cavab:
Və aleykum Salam. Peyğəmbərimiz səhih hədislərdə gözdəymənin haqq olduğunu bizə xəbər verərək demişdir: "Göz dəyməsi (nəzər) haqdır və insanı məzara, dəvəni qazana salar". (əl-Acluni "Kəşful-Xafa", 2/76).
ardını oxu
03-08-2019
Salam. Sualım cinlər haqqındadır: 1)Cinlər harada yaşayır? 2)Nə ilə qidalanır? 3)Tez-tez zikr edilirsə, evdə (xüsusilə hamamda )ola bilərmi? 4)İnsanın gözünə görünə bilərmi? 5)İnsana zərər verə bilərmi? Zəhmət olmasa, bütün sualları cavablandırın. Öncədən təşəkkür edirəm.
Cavab:
Və aleykum Salam. Cinlər də insanlar kimi Yer kürəsində yaşayırlar. Cinlərin insandan fərqli cəhətləri isə olduqca çoxdur. Onlar tüstüsüz oddan yaradılmışlar. Onlar insanlar üçün gözə görünməzdirlər və onların da insanlar kimi kafiri və müsəlmanı olur.
ardını oxu
03-08-2019 Nahid
Salam aleykum.sizə suallarım var 1.namaz qilanda sureleri oxuyanda,sonra tesehhude dualari oxuyarken bezi herfler var ince peltek qalin bunlari duz cixarda bilmiremse.herifleri normal bizde ki kimi deiremse namaz qebul olmur?
Cavab:
Və aleykum Salam. 
ardını oxu
30-07-2019 N
Menim oglum xestelendi coxlu dua eledim sagalsin ama sagalmadi niye dualarim qebul olmadi
Cavab:

Salam aleykum. Allah övladınıza şəfa versin! Bu cavabları oxuyun:

Bəzən Allaha dua edib şəfa istəyərkən dua nə üçün qəbul olmur?

ardını oxu
30-07-2019
Salam aleykum.suallari etraflı cavablandırdığınız ucun sağ olun.1) cizye nedir? 2)ölmüş birinin daxili orqanlarından kimise verile bilermi? Yada sağ iken o vesiyyet ede bilermi ehtiyacı olan bir kese ölenden sonra orqanı başqa birisine verilsin,buna İslamda icaze varmı?
Cavab:

Və aleykum Salam.

ardını oxu
30-07-2019 Bbb
Əssələmu Aleykum xoşladiğin bir qadina yaxinlaşib ona söz deməy və yaxud söz göndərməy dogrudur yəni fitnə yaratmadan?
Cavab:
Və aleykum Salam. Əgər məqsəd ailə qurmaqdırsa, bu zaman qadının vəlilərinə (atasına, qardaşına, əmisinə və s.) müraciət etmək lazımdır.
ardını oxu
30-07-2019
Salam Aleykum, hz Ali r.a hansı ayda ve ayın neçesi doğulmuşdur? bu sualı vermeyime sebeb bezi insanların novruz bayramını qeyd etmek üçün bunu behane etdiklerini gördüm, yeni olar deyirdiler biz imam Alinin mövludunu qeyd edirik.
Cavab:

Və aleykum Salam. Əvvəla onu deyək ki, Novruz İslami bayramlardan deyil. İslami bayramların da şəxslərin doğum tarixlərilə heç bir əlaqəsi yoxdur. Həmçinin, şəxslərin doğum tarixlərini də qeyd etmək dinimizdə buyurulmayıb.

ardını oxu
30-07-2019 Gunay
Menim 31 yashim var amma belkede 60 yashinda 1insanin yashadiqlari qeder pis gunler hershey yashamisham.namaz subay vaxti qilirdim sora aile qurdum yene qildim duzdu arada fasilelere var idi mueyyen sebebler var idi deye.artiq 1ildiki qilmiram ushaqim oldu ondan sora ney iremsede icimden gelmir qilm
Cavab:
Salam aleykum. Namazı tərk etmək böyük günahdır. Bu hal əksər hallarda insanın düşdüyü mühitdən və imanın zəifliyindən irəli gəlir. Ona görə namaz qılan kəs imanını artıracaq və dinində sabit qalacaq səbəblərdən tutunmalıdır.
ardını oxu
30-07-2019 Muvahhid
Abu Hanzalaya qulaq asmaq olarmı? Ona bezileri tekfirçi deyir bu ne derecede doğrudur
Cavab:

Salam aleykum. Sosial şəbəkələrdə Əbu Hanzala kimi tanınan şəxs təkfirçi və xavaricdir. Bu şəxs böyük islam alimlərinə dil uzadır və bəzilərini təkfir edir (kafir görür). Həmçinin, müsəlman ölkələrinin rəhbərlərini təkfir edir və bu fikirlərlə razılaşmayan hər kəsi müsəlman saymır.

ardını oxu
30-07-2019
Sevdiyim şəxs namaz qılmırsa onu sevmək olarmı
Cavab:
Salam aleykum. Sevgi Uca Allahın insanda yaratdığı ən gözəl duyğulardan biridir. Əgər bu duyğu Allahın istədiyi və buyurduğu kimi yönəldilərsə, insanlar arasında ən gözəl əlaqəyə və münasibətə çevrilər. İnsan adətən sevdiyi insanın mənəvi dəyərlərinə üstünlük verir.
ardını oxu
30-07-2019 Sahil
Assalamu aleykum ! Sünne ve şiye nanazı deyirik ve bir neçe yerde oxudum ki, şiye namazı düzgün deyil yeni şiye namazında dualarmı düzgün deyilmir yoxsa ne ? Evvelceden teşekkürlerimi bildirirem çox sağolun !
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:

Sünni namazı, yoxsa şiə namazı dinimizə daha uyğundur?
ardını oxu
27-07-2019 Gecə
Salam. 1) Namaz qılmıram. Ama Quranı oxumağı çox istəyirəm . Quranı oxumağım nə dərəcə düzgün olar belə halda ? 2) Evdə it saxlamaq günahdı ?
Cavab:
Və aleykum Salam. 
ardını oxu
27-07-2019 Günay Səmədova
Salam.Sualım bir nişanlı qız öz nişanlısıyla əl tuta və ya qucaqlaşa bilərmi?Bu dini cəhətdən günah sayılarmı və ya naməhrəm olurmu?
Cavab:
Və aleykum Salam. Nişanlılar kəbin kəsdirmədikləri müddətdə naməhrəm olduqları üçün sadaladığınız şeyləri etmələri haramdır. Daha ətraflı: Nişanlıların nələri etməsi qadağandır?
ardını oxu
27-07-2019 Hüseyn
Salam aleykum, bəzi insanlar Buxarinin kitabında olan meymunların zinakar meymunu daşqalaq etməsi hədisini şübhə olaraq gətirirlər ki, belə hədis olar? Mən də bu hədisin izahını bilmək istəyirəm, zəhmət olmasa cavablandırarsız, çüni bir çox insan bu şübhə ilə qarşılaşıb cavab tapa bilməyiblər
Cavab:
Və aleykum Salam. Hədis dedikdə, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) söylədiyi, etdiyi, həmçinin görüb susaraq razılaşdığı şeylər nəzərdə tutulur. Başqa şəxslərdən rəvayət olunan sözlər və ya hadisələr hədis sayılmır.
ardını oxu
27-07-2019 Sevil Pashazade
Salam. Demək bir sualım var sizə. Çox adam deyir ki, Sünnilər imamları qəbul etmirlər amma şiələr edir. Mən isə deyirəmki sünnilər də qəbul edir sadəcə Ya Eli və s. İmamların adını gətirmirlər. Hansı düzgündür? Sünnilər həqiqətəndə imamları qəbul etmir?
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun: Əhli-sünnə peyğəmbərlərə və imamlara inanmır?
ardını oxu
27-07-2019
Salam men 3il bundan evel dini ocağa üstüne gedib nezir etim ki menim evladim olsun götürüb qucağıma getirerem ocağa indi menim evladim oldu 5ayligdi men yene hamileyem deyiler hamile qadın ocağa üstüne qebir ustune getmez men ne etmeliyem gedim nezirmi yerine yetirmeliyem yoxsa 2ci uşağ doğulandan
Cavab:
Və aleykum Salam. Nəzir etmək ibadət sayıldığı üçün, bu kimi əməlləri Allahdan başqası üçün, yəni pir, ocaq, ölmüş saleh şəxs və s. üçün etmək ən böyük günah olan şirkdir.
ardını oxu
27-07-2019 Resad
Assalam-Aleykum,Men ALLAH(C.C.)'a hansi isimleri ile dua etsem dualarima ALLAH(C.C) mutleq icabet eder ve mene rehmet gozu ile baxar?Onceden saolun.
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:


Allahın adları ilə necə dua etmək olar?

ardını oxu
27-07-2019
Salam.Ərinə gözəl görünmək üçün burun əməliyatı etmek günahdırmı?Çox kompleksi varsa,və həyat yoldaşının yanında sıxılırsa.
Cavab:
ardını oxu
27-07-2019 Gulya
Salam xaiw edirem sualimu cvblayin.menim 2u yawim var.ayrilmiwam kecmiwde buraxdigim sehvlerime gore tovbe etmiwem hicabliyam namaz qilir oruc tuturam.kecmiwde goruwduyum oglanla. Yeniden qarwilawmiwam.
Cavab:
Va aleykum Salam. İlk növbədə bilmək lazımdır ki, zina etmək böyük günahlardan biridir. Zinanın haram olması və bu günahdan uzaqlaşmağın yolları barədə bu sualların cavablarını oxuyun:

Zinadan necə qorunmaq olar?
ardını oxu
27-07-2019 Allaşükür
Salam Eleykum Destemazi ve Namazi neler pozur? Bövl(yel) ve idrarin ne qederi Namazi pozur Indiden Allah razi olsun
Cavab:

Və aleykum Salam. İnsandan sidik, nəcis, yel xaric olduqda dəstəmaz pozulur. Bunun müəyyən bir miqdarı yoxdur. Fərq etməz istər namazdan əvvəl olsun, istər namaz əsnasında. Dəstəmaz pozulduqda namaz da pozulur, çünki dəstəmazsız namaz yoxdur.

ardını oxu
27-07-2019 anonim
Salam.Qurana yalandan el basib (and icmek,hansiki bu iwi edib amma etmemiwem deyib)sonra keffaresin odemek deye bir wey varmi?varsa necedir?Bele halda tovbe etmek lazimdir yoxsa nece?hemen tovbe necedir?
Cavab:

Və aleykum Salam. Əvvəla onu deyək ki, İslama görə Qurana yalnız Uca Allahın kəlamı kimi and içmək olar. Amma əl basaraq and içmək düzgün sayılmır, çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) əlini Qurani Kərimə basaraq and içməmişdir.

ardını oxu
26-07-2019 .
Assalamun Aleykum.men namaz qilarken aglima pis dusunceler gelir.ele sozlerki onu ne beynim dusunur nede ureyimnen kecir.yalniz namaz qilarken olur.Allah yaninda gunaha batmagdan cox qorxuram.men ne etmeliyem xayiw eliyirem mene komeklik edin
Cavab:

Və aleykum Salam. Səhih bir hədisdə belə deyilir: "Bir dəstə insan Rəsulallahın (sallallahu aleyhi ve səlləm) yanına gələrək deyirlər ki, ey Allahın elçisi! Bizə bəzən elə fikirlər gəlir ki, biz onu dilə gətirməkdən çəkinirik. Hətta dərəcədə böyük və pis fikirlərdir.

ardını oxu
26-07-2019 Ayşə
Salam.Mən 1 yaşım olanda atam məni və anamı tərk edib o gündən sonra heç vaxt gəlməyib və üstündən 29 il keçib və məndən halallıq istəyir.Mənim üstümdə haqqı var mı?
Cavab:
Və aleykum Salam. Övladını atıb getmək böyük günahlardandır, buna görə valideyn özü Allah qarşısında cavab verəcək. Amma bununla belə valideynin övlad üzərində haqları qalır. Daha ətraflı:
ardını oxu
26-07-2019
Salam Aleykum.
Cavab:
Və aleykum Salam. Siz təşvişə düşməyin və narahat olmayın, çünki siz doğru yoldasınız. Həmçinin belə insanlara fikir verməyin və çalışın belə insanlardan uzaq olasınız. Hicab Uca Allahın ağlı başında olan və həddi-büluğa çatmış hər bir müsəlman qadına olan əmridir.
ardını oxu
26-07-2019 Rizvan
Salamun alekum . Namazda iqameni ilk bawdayanda vermek lazimdir tek yoxsa hem ferzde hem de sunnetinde ayri ayriliqda verilir? Onceden tewekkurler
Cavab:

Və aleykum Salam. Gündə 5 dəfə hər namaz vaxtı azan verilməlidir. İqamə isə yalnız fərz namazına başladıqda verilir. Həmçinin oxuyun:


Azanla iqamə arası nə vaxtdır?

ardını oxu
25-07-2019 Cəsarət
1.Salam aleykum Quran kitabında Bəqərə 104 Ey iman əhli"raina"deməyin "unzurna"deyin cumləsinin mənasını xaiş edirəm yazasız. 2.Deyillər səcdədə edilən dua tez qəbul olur izah edin xaiş edirəm mən yalnız fərz namazları qılıram sünnələri qılmıram məsələn sübh namazı qılıram və s
Cavab:
Və aleykum Salam. 1. Qeyd etdiyiniz ayədə Uca Allah buyurur: "Ey iman gətirənlər! Peyğəmbərə: "Bizə qayğı göstər!"– deməyin; "Bizə nəzər yetir!"– deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir".
ardını oxu
25-07-2019
Salam. Sualıma görə üzr istəyirəm. Dinimizdə həyat yoldaşları arasında yaxınlıq zamanı cinsiyyət üzvünün öpülməsi və s. münasibət necədir? Öncədən təşəkkürlər.
ardını oxu
20-07-2019 Konul
Salam.men allahima o qeder inaniramki.dostumdu,sirdasimdi,ruhumdu,inandigim,shukr etdiyim,umudum,penahimdi.bir gun onunla dansmasam rahatliq tapmiram.her gun dua edirem.dini movzular oxuyuram.ozumnen asili olmur dua eden zaman agliyiram.hemisede yalvariram meni dine imana getir.cox namaz qilmaq isti
Cavab:
Və aleykum Salam. Namaz elə bir ibadətdir ki, bu ibadəti həddi buluğa çatmış, ağlı başında olan hər bir müsəlman yerinə yetirməlidir. Bir insan Allahı sevdiyini deyirsə, bunu Ona ibadət edib namaz qılması və göndərdiyi Peyğəmbərinə (sallahu aleyhi və səlləm) itaət etməsi ilə göstərməlidir.
ardını oxu
20-07-2019 Arzu
Salam.Kebin kesilende oxunan sözlerin tercümesini bilmek ideyitrem
Cavab:
Və aleykum Salam.  Bu dua "Xutbətul-Hacəh" adlanır. Daha ətraflı: 
ardını oxu
20-07-2019
Zikr etmek ücün destemaz alinmalidirmi?
Cavab:
Salam aleykum. Zikr etmək üçün dəstəmazın alınması zəruri deyil. Ancaq dəstəmazlı halda dua, zikr etmək daha yaxşıdır. Həmçinin oxuyun:
ardını oxu
20-07-2019 Bəndə
Salam heyizli halda quran surəsi oxumaq olarmı?
Cavab:
Və aleykum Salam. Heyz zamanı Quran kitabına əl vurmaq olmaz, lakin əlcəklə toxunmaq, əzbərdən və ya telefondan oxumaq, həmçinin tərcüməni oxumaq olar. Daha ətraflı:
Qadın heyz halında nələri edə bilməz?
ardını oxu
20-07-2019 T
Salam bizim evimizdə heç nə düz getmir bundan əlavə qardaşımın da menim de işlərimiz yaxşı getmir evimizdə yazımızın çox olmasına baxmayaraq bir xeyir iş olmayıb. Anam da bu evə gələndən xəstəlil tapdı əsəb xəstəliyindən. Biz nə edə bilərik?
Cavab:
Va aleykum Salam. İlk növbədə insan bilməlidir ki, başına gələn hər bir bəla və müsibət Allahın qəza və qədəri ilə baş verir. Bu bəla və müsibətləri uzaqlaşdıran da Allahdır. Allahdan başqa heç kəs, heç nə yardım edə bilməz.
ardını oxu
20-07-2019 İsmayılov Əsgər İsmayıl oğlu
Salam Fatihə surəsində deyilir Həmd olsun aləmlərin Rəbbi Allaha burda aləmlərin sözünü necə başa düşmək lazımdır, yəni aləmlərin nə nəzərdə tutulur?
Cavab:
Və aleykum Salam. ِAllahdan başqa nə varsa, aləmlər adlanır. Bu isə bütün məxluqatı - Yeri, göyü və onların arasında olanları, bütün heyvanat aləmini, cinləri, insanları və mələkləri əhatə edir. Bu cavabları oxuyun:
ardını oxu
20-07-2019 Vidadi Məmmədli
Google dən icazəsiz şəkil yükləmək olarmı?
Cavab:

Salam aleykum. Axtarış sistemlərində tapılan saytlardakı şəkillərin müəllif hüquqları müxtəlif cür ola bilər. Bəzi saytlar şəklin icazəsiz istifadəsini qadağan edir, bəziləri müəllifə istinad (link) göstərəcəyiniz təqdirdə, bəziləri isə heç bir şərt qoymadan icazə verir.

ardını oxu
20-07-2019 Sabina
Əssalamu əleykum. Bu saytda əməyi keçən hər kəsdən Allah razı olsun.
Cavab:
Və aleykum Salam. Allaha dua edirik ki, sizə xeyirli, halal ruzi yetirsin, keçirdiyiniz sıxıntılara görə isə sizə çoxlu mükafat versin və günahlarınızı bağışlasın. İstənilən rəngdə və hicab və donlar geyinmək olar. Əsas odur ki, geyim üz və əllərdən başqa hər yeri örtsün.
ardını oxu
20-07-2019 Bacı
As salamu aleykum.mən bildiyimə görə hədislərə görə dətəmaz alanda ayağa məst çəkmək olar.Soyuq havada işdə olarkən və sairə.indi isə deyirlər o hədislər düzgün deyil Quranda Allah ayaqların yuyulmasını əmr edib.məst çəkmək isə o zamanlarda alimlər əskərlərə çətin olduğu üçün icazəli olub.o vaxtlar
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:

Corabın üstünə məsh etmək barədə 

ardını oxu
20-07-2019 Behlul
Esslemu aleykum el arasinda bele bir adet var ki zifaf gecesi yenge olur yeni aile terefinden bu emel batildi? Bunu eden gunah qazanir? Yeni ki qizin temiz olduqunu valideyinlerine deyir... Bele bir inancin since yeri var?
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: Toy gecəsi yengə aparmaq dinimizə görə günahdırmı?
ardını oxu
20-07-2019
Salam men niyyet etmişem oruc tutmaq isdeyirem necengi gun tuta bilerem? beşinci gun tuta bilerem?
Cavab:
Və aleykum Salam. Əgər bir gün oruc tutacaqsınızsa, çalışın qadağan olan günlərə (cümə və şənbə günləri) düşməsin və daha yaxşı olar ki, səhih hədislərdə bildirilən fəzilətli günlərə (1-ci və 4-cü günlərinə) təsadüf etsin. Daha ətraflı:
ardını oxu
20-07-2019
Əssələmu Aləykum.Sualın budrki məndə musallat olduğunu düşünürəm və dünyaya qarşı nifrət beynimdə ola fikirlər həvəssiz ibadətlər qarşı soyuğluq namazı heç qılmaq və musalllatın bəzi əlamətləri baş məndə neynəyəcyimi bilmirəm
Cavab:

Va aleykum salam. Bəzi hallarda şeytan insanın bədəninə girərək insana zərər toxundura bilir. Bunun həqiqət olması Qurani-Kərimə və Peyğəmbərin səhih hədislərinə əsasən sübut olunmuşdur.

ardını oxu
20-07-2019 İlahe
Salam yoldashim mene XEYANET edir men ona neqeder etme desemde yenede edir.. men chox sixiliram agliyiram elimden hech ne gelmir men ne etmeliyem..? Menim aglamaqim yoldashim uçun gubahdimi..? Onun mene eTDiYi xeyanetin cezası varmi..?
Cavab:

Və aleykum Salam.

ardını oxu
20-07-2019
Salam deyirlərki itlər şeytandı axı onuda ALLAH yardıb niye şeytan deyirlər?
Cavab:
Və aleykum Salam. Səhih hədisdə bütün itlərin deyil, yalnız qara itin şeytan olması haqda xəbər verilmişdir.
ardını oxu
19-07-2019
Salam men bowanmaq isteyrem.iki qizim var. Biri 4 ,biride 2 yawinda. Uwaqlar atada yoxsa anada qalir.
Cavab:
Və aleykum Salam. Bu cavabları oxuyun:
Boşandıqda uşaqlar atada qalır, yoxsa anada?
ardını oxu
19-07-2019
Salam bir insan qargış edir ki qeybetimi eden insanları bagışlamayacam bele qargış etmek duzgundurmu?
Cavab:
Və aleykum Salam. Hər bir müsəlman bacardıqca bəddua və qarğışdan çəkinməlidir. Lakin əgər ona haqsızlıq edilərsə, bu zaman həddi aşmamaq şərtilə olunan haqsızlığın qədərinə uyğun bəddua edə bilər. Əgər bəddua etməyib səbir edərsə, bu onun üçün Allah qatında daha xeyirli olar.
ardını oxu
19-07-2019
Salam aleykum ve rehmetullah. destamaz alarken cinsi orqanı yumaqliyiqmi?zehmet olmasa etrafli cavab vererdiniz?indiden cox saq olun Allah razi olsun.
Cavab:
Və aleykum Salam və rahmətullah. Ayaqyoluna girdikdən sonra cinsiyyət orqanını yuyub təmizləmək kifayət edir. Dəstəmaz üçün ayrıca övrət yerini yumağa ehtiyac yoxdur. Həmçinin oxuyun:
ardını oxu
19-07-2019 Adsiz
Salam Aleykum. Men namaz qılarken iqame demeyi unuduram. Her defe niyyet edib tekbirle namaza başlayıram. Sizce bu cür qildigim namaz doğrudurmu? 2ci sualım. Eli süfresi adlı ehsan süfresi açırlar düzü istirak etmemişem bilmek isterdim dinimizde bele bir şey var?
Cavab:
Və aleykum Salam.
ardını oxu
18-07-2019
Salam. Xaiş edirem cavab vererdiz. Eger menim olen adamin ustune ortulen parçaya ayağim ve ya elim deyse, men meyid qusulu almaliyammi? Parça mundar sayilirmi? Zehmet olmasa etrafli yazardiz. Cox sag olun
Cavab:
Və aleykum Salam. Meyitə toxunan paltar, parça və ya hər hansı bir əşya murdar sayılmır.
ardını oxu
18-07-2019 A
Nevroz olan biri namaz qila bilermi ?
Cavab:

Salam aleykum. Allaha dua edirik ki, xəstəliyi olan müsəlmanlara şəfa versin. Ağlı başında olan və həddi-büluğa çatan hər bir müsəlmana namaz qılmaq vacibdir. Namaz qılmaq, Allahı zikr etmək həmçinin qəlbin sakitləşməsinə səbəblərdəndir.

ardını oxu

Pages