21-08-2019 Allah bendesi
Men birini sevirem hemde cox oda meni sevir qohumdu ciddi dusunuruk ama anam ve bir coxu razi deil kasib deye men buna gore anamla yaxsi deilem her defe aglayaraq dua edirem birbirimize nesib olag deye Allah duami qebul edermi?hansi duani edim o menim alin yazim olsun deye?
Cavab:
Salam aleykum. Hər şeydən əvvəl bilməlisiniz ki, atdığınız hər bir addım Allahın qoyduğu hüdudlardan kənara çıxmamalıdır. Buna riayət etsəniz, gələcək həyatınızda peşman olmayacaqsınız. Bu həm ailə qurmaq, həm də həyatın digər məsələlərinə aiddir.
ardını oxu
21-08-2019 Fatimə
Salam.Men namazdan sonra zikr eden zaman tesbehim qopdu muncuqları yere dağıldl.Men çox diqqet vermedim bu hadiseye ama yaşlı nenem bunun pis bir menasının olduğunu dedi.Açığı çox diqqet etmedim ama yenede sual vermek istedim.Bunun pis ve ya yaxşı bir menası-yozması varmı?
Cavab:

Va aleykum salam. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zikr edərkən təsbehdən istifadə etməmişdir. Həmçinin onun səhabələri (Allah onlardan razı olsun) təsbehdən istifadə etməmişlər.

ardını oxu
21-08-2019 Aysel
Salam əleykum namaza 13 yasimda başlamışam mene deyirlerki 9 yaşdan qilinmalidi deye 4 il qezan var onlari qilmalisan bu duzgun qanundu yoxsa sehv fikirdi?
Cavab:

Və aleykum Salam. Günahlardan tövbə edib namaza başladıqda keçmiş illərin qəzasını qılmağa ehtiyac yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Həmçinin bu sualların cavablarını oxuyun:

ardını oxu
21-08-2019 İlham.
Salam. Sualim beledir.
Cavab:

Və aleykum Salam. Ölüm ayağında olana "Lə İləhə İlləllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) kəlməsini təlqin etmək lazımdır.

ardını oxu
21-08-2019
Salamaleykum. Camaat namazı qılarken imam duran şexs secdede dua ede bilermi?
Cavab:

Va aleykum Salam. Həm imam, həm də imama tabe olanlar səcdədə dua edə bilərlər. Səcdə halında bəndə Allaha daha yaxın olur. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir.

ardını oxu
21-08-2019 elvin
Əs salamu aleykum.hər vacib namazlardan sonra kı zikrlərdə.Subhanallahi,Vəlhəmdulilləhi,Vəllahu əkbər.bunları 33 dəfə yoxsa hər üçü 33 dəfə deyilir
Cavab:

Va aleykum salam. Namazdan sonra hər biri ayrılıqda olmaqla "Subhənəllah" 33 dəfə, "Əlhəmdulilləh" 33 dəfə, "Allahu Əkbər" 33 dəfə deyilir. Əlavə olaraq bir dəfə "Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu.

ardını oxu
21-08-2019 n
salam aleykum.Said Nursi kumdir ve onun kitablarin oxumaq meslehetdirmi? tesekkur edirem.
Cavab:

Va aleykum salam. Səid Nursi (əsil adı Səid Okur, 1873-1960) "Nurçular" kimi tanınan firqənin banisi hesab olunur. Onun ən məşhur kitablarından biri "Nur risaləsi" adlanır.

ardını oxu
17-08-2019 Azeri
Salam Aleykum. Eger bir muselman tövbe edib yeniden exlaqsiz sekil ve ya videolara baxarsa qıldığı namaz ve etdiyi dualar qebul olar?
Cavab:

Va aleykum salam. Əxlaqsız şəkillərə və videolara baxmaq günahdır. Bu cür günahlara səhlənkar yanaşaraq davamlı şəkildə etməyin günahı daha böyükdür. Bu günahdan yenə tövbə edib Allahdan bağışlanma diləyin!

ardını oxu
17-08-2019 Allahın çarəsiz qulu
Salam namaz qılmaq istəyirəm atam izin vermir ama mən ailəmdən gizli qılmaq istəyirəm ama namaz qılmagı bılmirəm nə olar mənə yazı ilə basa salın birdə mən namaz qılanda qorxuram atam otaga girərsə yarimçıq dura bilərəmi?yoxsa nə edim?mən namaz qılanda atam çagırıb nə istəsə ona cavab verə bilərəmi
Cavab:

Va aleykum salam. Dəstəmaz almağı və namaz qılmağı hazırladığımız bu videoya baxaraq öyrənə bilərsiniz: Namazın qılınma qaydası - VİDEO

ardını oxu
16-08-2019
Salam. Mən 10 il əvvəl hərbi xidmətdə olanda sübh çağı yerimə uzandım.Uzandığım zaman bütün bədənim, səsim tutuldu. Yanımda yatan əsgər yoldaşımı nə çağıra nədə əllərimi qaldırıb oyada bilmirəm.Çox qorxdum.Bu zaman qulağıma namaz qıl sözü eşitdim.
Cavab:
Və aleykum Salam. Uca Allah günaha peşman olub səmimi qəlbdən tövbə edən hər bir qulunun günahını bağışlayır. Bundan sonra namazları vaxtında qılmağa çalışın və dində sabit olmaq üçün daim imanınızı artırın. Daha ətraflı:
ardını oxu
16-08-2019 aygun
salam imtahanin yaxsi kece bilmesi ucun ve neticenin yaxsi olmasi ucun bir dua varmi.cunki valideynlerimin sevincine sebeb olmaq isteyirem
ardını oxu
16-08-2019 Melek
Salamun aleykum. Bir sualım olacaqdı. Menim Ata ve Anam gunah iş görürler ve bu haqda onlara kömek etmirem deye mene deyirler ki senin ibadetlerin sayılmır ailenin sözünden çıxırsan. Bele halda inciyerlerse mene günah yazılırmı ve ya helede onların dediklerini etmeliyemmi
Cavab:
Və aleykum Salam. Valideynə itaət etmək vacib, onlara asi olmaq isə böyük günahlardandır.
ardını oxu
16-08-2019 Aynur
Salam.Qadinin ehtiraslanmasi, ve biraz sust olmasi Ramazan orucun pozarmi? cenabat qusulu almalidi? biraz etrafli cvb yazardizda...
Cavab:

Və aleykum Salam. Şəhvət hissi keçirtmək nə orucu, nə də qüslu pozmur. Amma boşalma olarsa (məni ifraz olunarsa), oruc və qüsl pozulur. Daha ətraflı:

ardını oxu
16-08-2019
Salam aleykum. Sahurda yemeyimi yedim,su icdim deyilen vaxta qeder, amma dua oxuyub orucumu tutdum demeye belke de 1,2 deqiqe gec qaldim. Orucum duz sayilar ??
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz halda orucunuz səhihdir. Çünki Quranda və ya səhih hədislərdə sahur edərkən hansısa duanı oxuyub orucumu tutdum demək kimi bir qayda buyurulmayıb. Əsas odur ki, vaxtında yeyib qurtarmısınız. Həmçinin oxuyun: 

ardını oxu
16-08-2019
Salam men bugun oruca gec qalxdim bilmeden azan vaxdini bilmirdim telefonda olan azanla durub imsak eddim gozledim azan verer ama gecikmiwem sizce menim orucum sayilirmi?Ve yaxud sayilmasada ne edmeliyem?
Cavab:

Və aleykum Salam. Dinimizdə bilmədən xəta edən üzürlüdür və inşallah, orucunuz səhihdir. Həmçinin oxuyun:


Bilmədən səhv bir əməli etmək günahdırmı?

ardını oxu
16-08-2019
Salam aleykum gece namazi qilarken vitr namazını 3 rujet qilb 2ci tewehudde oturmadiqda 3 cu ruketde fatiheden sonra sure olunmalıdır ya yox
Cavab:

Və aleykum Salam. Bəli, Vitr namazı qılarkən ikinci rükətdə təşəhhüdə oturmayıb birbaşa üçüncü rükətə qalxasanız, bu zaman Fatihə surəsindən sonra başqa bir surə oxuya bilərsiniz. Həmçinin oxuyun:

ardını oxu
16-08-2019 Süleyman
Salam aleykum. insanlari sie ve sünni olaraq ayirmaq günah sayilirmi? Ve yaxud bir insandan sie ve ya sünni olduğunu sorusmaq günahdirmi?
Cavab:

Və aleykum Salam. İslamda təfriqəçilik yolverilməzdir. Uca Allah buyurur: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!" (Ali İmran, 103).

ardını oxu
16-08-2019 Mehemmed
Salam Aleykum.Quranin her hansi bir ayesini hardasa gorende oxuyanda da bismilləhir Rahmənir Rahim deyilmelidir yoxsa ancaq Quran kitabini acib oxuyanda deyilmelidir?yenu kimse cemi 1 ayeni paylasinsa onu oxumadan evvel deyilmelidir? Ve bu 1 ayeni qüslsuz de oxumaq olmaz? Onceden tesekkurler
Cavab:

Və aleykum Salam. Hər hansı bir surəni əvvəldən oxuduqda "Bismilləhir-Rahmənir-Rahim" deyilir. Lakin, surənin hər hansı bir yerindən oxumağa başlayanda yalnız "istiazə", yəni "Əuzu billəhi minəş-Şeytanir-Racim" deyilir.

ardını oxu
16-08-2019 Aysel
Salam men tezelikce evi remont edende yatag otaginda perdemin ayaginda yaga benzer leke var ne ediremse getmir ne ola biler bu?
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz şeyin dəqiq nə olmasını deyə bilmərik. Ancaq cadudan olmasından şübhələnirsinizsə, suya Qurandan bildiyiniz ayələri (məsələn, ayətul-kursi, ixlas, fələq, nəs surələri və s.) oxuyaraq bu su ilə həmin yeri təmizləyin. Daha ətraflı:

ardını oxu
16-08-2019
Salam.bir müselman qadına evlenecem deyib,ümid verib,onun bu mövzuda tam güvenini qazanib sora yarı yolda qoymaq olarmi?eger buna tutarli sebeb varsa?bir de buna göre hallaliq almaq lazimdirmi??
Cavab:
Və aleykum Salam. Əvvəla qeyd edək ki, İslamda sevgi yalnız evlilik niyyətilə olmalıdır. Arada nikah, evlilik niyyəti olmadan naməhrəmlərin sevgi adı ilə bir-biriləri əlaqə saxlaması günahdır və bu cür sevgi əlaqələrinə tövbə edilərək son qoyulmalıdır.
ardını oxu
16-08-2019
Salam.üzr isteyirem istimna ile baglı sual verecem.Namaz qiliram.oruc tutmaga sagligim imkan vermir.evlene de bilmirem.istimnadan nece xilas ola bilerem?istimna çox günahdirmi?men buna gore cehennemde yanacam belkede.xahiş edirem sualimi tez cavablandirin.dostlarımda var sosial bir insanam.bu proble
Cavab:

Və aleykum Salam. İstimna etmək günahdır. Buna alüdə olmaq imanın zəifliyindən irəli gəlir. İmanınızı artırmağa, günahdan və günaha aparan vasitələrdən uzaq olmağa çalışın. Daha ətraflı:


İstimna etməyi necə tərgidim?

ardını oxu
16-08-2019 seher
salam aleykumcincsi elaqe halinda sonra cimek mumkun deyilse yada soyuq olur su ziyan edirse isti olmursa nece qusl etmek olar?cunki pis veziyyet yaranir hemiwe buna gore soyuqluq yaranir
Cavab:
Və aleykum Salam. Qeyd etdiyiniz halda problem aradan qalxana qədər müvəqqəti olaraq təyəmmüm edib namazlarınızı qıla bilərsiniz. Daha ətraflı:
ardını oxu
16-08-2019 Fidan
Salam necesiz bir sualim olacaq size menim yasamağa hevesim yoxdu ölüb bütün hevesim her gün de hevesiz kefsiz bir haldayam ne ede bilerem xaiş cvb yazin indiden tşk
Cavab:
ardını oxu
15-08-2019 İslam əxlaqı
Salam aleyküm. 1."Əshabi-kəhf"haqqında ətraflı yazarsızmı? 2.Qurani kərimdə nəsx olunmuş ayələri yazında 3.Bəzi insanlar deyirlərki əhli sünnə məşğul olanlar vahhabilərdi bu doğrudur? 4.Şiyə əzanı varmı axı azan birdi ama şiyə əzanında bidətlət var bu haqda nə deyə bilərsiz?
Cavab:

Və aleykum Salam. 

1) Əshabi-Kəhf barədə ətraflı məlumatı bu sualların cavablarından oxuyun:

Əshabi-kəhf kimlərdir?

ardını oxu
15-08-2019 esma
salamun eleykum.1.peygemberler sehv ediblermi?2.bir heyetde 2 qardas yasayir.biri bagda meyve ekir,digeri o meyveden icazesiz yeyerse ogurluq ya gunah sayilirmi?ya heyete qonaq gelir,icazesiz bagdaki meyveden yeyirse bu gunahdimi?meyve eken de ele 1 insandi ki,icazesiz kimse yeyerse ona acigi tutar.
Cavab:

Aleykum salam. Peyğəmbərlərin günahsız olmaları onların məsum olmalarına görədir. Məsum sözü qorunmuş deməkdir. Yəni, Uca Allah öz peyğəmbərlərini günahlardan daima mühafizə etmişdir.

ardını oxu
15-08-2019 Yaşar
Salam əleyküm. Niyə Allah insanlara mələk peyğəmbər göndərmədi? Siz keçən dəfə qeyd etmişdiz ki peyğəmbərlərimiz insan olublar onlar da bizim kimi xəta (günah) ediblər. İnsanlar günah (xəta) edəndirlər və Allah qarşı gəlib və üsyan edirlər.
Cavab:
Və aleykum Salam. Peyğəmbərlərin günahsız olmaları onların məsum olmalarına görədir. Məsum sözü qorunmuş deməkdir. Yəni, Uca Allah öz peyğəmbərlərini günahlardan daima mühafizə etmişdir.
ardını oxu
15-08-2019 Arif
Əssələmu akeykum vərahmətullah. Rükuda və səcdədə SUBHUN QUDDUSUN RABBUL MƏLƏİKƏTİ VƏRRUH zikrini etdiriksə SUBHƏNƏ RABBİYƏL A'LƏ zikrini edirikmi yoxsa bunları ayrı-ayrı edirik.
Cavab:
Və aleykumus-Sələm və rahmətullah. Səhih hədislərdə rüküda və səcdədə deyilən bir çox zikrlər varid olmuşdur.
ardını oxu
15-08-2019
Axsaminiz xeyir...menim sualim budu yolda izde girursen qaracilar insanlarin ellerin icine baxarak insanlarin gecmisi gekeceyi haqda deyirler bu ne qeder duz olma ehtimali var yeni bir insan hansisa insanin geleceyi haqda nese deye biler ya da nese bile biler
Cavab:

Salam aleykum. Gələcəyi Allahdan başqa heç kəs bilməz. Çünki, gələcəkdə baş verəcək şeylər qeyb elminə aiddir.

ardını oxu
14-08-2019 Gülçin Yusifli
Salam 17 yaşım var namaz qıldım ve atam buna qarşı çıxdı qeyd edimki bu hal 1 il bundan qabaqda baş vermişdi ve men 1 gün qıldıqdan sonra namazı dayandırmışdım ve yenede bu hal baş verdi men ne etmelyem?namazımı qılmalıyam ya dayandırmalıyam?önceden teşekkürler..
Cavab:
Va Aleykum salam. Hər şeydən əvvəl Allahdan diləyirik ki, sizi Öz dinində sabit etsin və valideynlərinizin qəlbinə ibadət sevgisini salsın! Allaha asilik olmayan işlərdə valideynlərə itaət etmək vacibdir. Valideynin həddi-büluğa çatmış övladının namaz qılmasına mane olması böyük günahdır.
ardını oxu
14-08-2019 Nara
Salam. Menim hec bir ishim duz getirmir. Allah meni cox cetinliklere saldi. Ne qeder yalvariram, el acib komek dileyirem olmur. Namaz da qiliram, halal yolla yetim balami saxlayiram ( men hamile olanda yoldashim qezada oldu). Amma menim, balamin haqqini yeyenlerin her ishi yag kimi gedir.
Cavab:
 Va aleykum Salam. Hər şeydən əvvəl Allahdan sizə işlərinizin asanlaşdırılmasını, başınıza gələn müsibətə görə sizə savab yazmasını və itirdiyinizdən daha xeyirlisi ilə əvəz etməsini diləyirik. Yaşadığımız bu dünya imtahan dünyasıdır və Uca Allah Öz hikməti ilə hər bir qulunu imtahan edir.
ardını oxu
14-08-2019
Əli r.a. Əli ə.s demək olarmi?
Cavab:

əs-Sələmu aleykum. "Əleyhis-sələm" sözünün mənası "ona salam olsun!" deməkdir. Bu sözü Peyğəmbərlərin (Onlara Allahın salamı olsun!) adları zikr olunarkən deyirik.

ardını oxu
14-08-2019 Gülnardan
Təravih namazının ilk 2 rükətini qılıb qurtarandan sonra təkrar olaraq eyni niyyəti edirikmi?
Cavab:

Salam aleykum. Qeyd etdiyiniz halda hər dəfə niyyət etməyə ehtiyac yoxdur. Təravih namazını qılmağa başlayanda qəlbdən keçən niyyət bütün təravih namazı üçün bəs edir.

ardını oxu
14-08-2019
Salam size bir sualım var niyyət gecesine az qalıb ay başı oldum yenə də niyyət edib oruc tuta bilərəmmi?
Cavab:
Və aleykum Salam. Heyzli qadına oruc tutmaq qadağandır. Qadın heyz müddəti bitdikdən sonra oruc tutmalıdır. Həmçinin oxuyun:
ardını oxu
14-08-2019 Eylül
Salam aleykum. Bezi dini bilikler ile mesgul olan adamlar deyirler ki, qadin, heyzli iken oruc tuta biler. Quskkun oruca hec bir dexli yoxdur. Deyirler ki,-Sadece,insanlar ozleri qadinlar barede olan bezi seyleri gizledirler ki,qadinlar bilmesinler. Heqiqeten heyz olarken oruc tutmaq olar?
Cavab:

Və aleykum Salam.

ardını oxu
11-08-2019 lyamashka
Əssəlamu Aleykum. Ve rehmetullah. Size orucla bağlı sualım olacax. Xahiş edirem mumkunse cavablayardiniz.oruc zamani eger qida istemeden agza qaydb tekrar udulduqda oruc pozulrmu? Bunuda qeyd edimki bilmeden oldu.
Cavab:

Və aleykum Salam. Qidanın qeyri-ixtiyari olaraq mədədən ağıza qayıdıb yenidən udulması orucu pozmur. Həmçinin oxuyun:

ardını oxu
11-08-2019 Ayaz
Salam.Suallara verdiyiniz cavablara görə cox sag olun.
Cavab:

Və aleykum Salam.


1. Ümumiyyətlə, fitrə zəkatı kasıb müsəlmanlara verilir. Fitrə zəkatını verdikdə onun zəkat olmasını demək şərt deyil. Daha ətraflı:


İslam fiqhi: Fitrə zəkatı

ardını oxu
11-08-2019 Nurlan
Salam men cenabat qusulu aldıkdan sonra elime batmış tikan gördüm.indi men tezden qusul almalıyam?
Cavab:

Və aleykum Salam. Şəriətimizə görə qeyd etdiyiniz hal nə qüslu, dəstəmazı, nə də namazı batil etmir və yenidən qüsl, dəstəmaz almağa heç bir əsas vermir. Həmçinin oxuyun:

ardını oxu
11-08-2019 İnsan
Salam. Men evvel namaz qilarken rukuda tam eyilmirdim. Bunun namazima hec bir zerer olacagini bilmirdim. Lakin sonra bildim ki men rukuda tam eyilmirmiwem. Indi menim qildigim namazlar batildirmi? Xahiw edirem cavablayin.
Cavab:
Və aleykum Salam. Rüku etməyin ən aşağı həddi əlin içi (ovuc) diz qapaqlarına çatana qədər əyilməkdir. Əgər əllərin içi dizlərə çatana qədər əyilmisinizsə, bu zaman rüku tamamlanmışdır. Əgər bu həddən az olmuşsa, rüku tamamlanmamış olur.
ardını oxu
10-08-2019 Aytac
Salam eleykum.Qadın evde Ramazan ayının namazlarını qıla bilərmi? Yoxsa camaatla qılınar? 2)Dəstəmazım pozulmasada hər namazda yenidən dəstəmaz alıram bu şeytanın emeline uymaq olur? Bayramınız Mübarək olsun.
Cavab:
Və aleykum Salam.
1. Əgər Ramazan ayının namazları dedikdə təravih namazlarını nəzərdə tutursunuzsa, bunu həm tək, həm də camaat halında qılmaq olar. Lakin, imkan daxilində camaatla qılmaq daha yaxşıdır. Həmçinin oxuyun:
ardını oxu
10-08-2019
oruc tutduqum halda menden karicni leke deyse orucum batildir
Cavab:
Salam aleykum. Qadından gələn qəhvəyi ləkə və ya bulanıq maye üç halda gələ bilər:
ardını oxu
10-08-2019 Tural
Salam aleykum Ramazan ayinda namaz qilmayan Oruc tutanlar var ki bezileri yuxudan durmagin derdinden imsak vaxti durmurlar size sualim Beledi ki imsaka durmag vacibdi ya yox mumkunse etrafli izah ederdiz bizde Onlara deyek Allah sizi xeyirle mukafatlandirsin
Cavab:
Və aleykum Salam. Bu cavabı oxuyun: İmsak (sahur) vaxtında durmaq vacibdirmi?
ardını oxu
10-08-2019 Durna
Salam.Oruc tutarken nece geyinmek lazımdır.yeni qısa qolu acıq geyinmek olar?
Cavab:
Və aleykum Salam. Dinimizdə oruc tutarkən xüsusi bir şəkildə geyinmək buyurulmamışdır. Adi vaxtlarda geyindiyiniz istənilən paltarda oruc tuta bilərsiniz. Həmçinin oxuyun: 
ardını oxu
10-08-2019 Şəfa
Qebir ezabınnan nece qurtulmag olar?
Cavab:

Salam aleykum. Uca Allaha iman gətirdikdən sonra Onun əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə qəbir əzabından qorunmaq olar.

ardını oxu
10-08-2019 Günel
Salam Aleykum.Men bele esitmisem ki usag qucaqda Namaz qilmag olar.Menimde de uwagim korpedi ve komeysizem bele qilmag istiyerdim sehih hedislerle delil getirseniz sevinrem.2 Sualim ise qusl ala bilmesem usag aglasa torpagla qusl ala bileremmi.Cvbinizi gozduyurem......
Cavab:
Və aleykum Salam.
ardını oxu
10-08-2019 Xedice
salam a;eykum. men namazi bitiren kimi ayaqyoluna getdim ve axintinin movcud oldugunu gordum. tekrar namaz qilmalioyammi? namaz esnasinda bilmemisem hiss etmemisem.Allah razi olsun
Cavab:
Və aleykum Salam. Namazın doğru olmasının şərtlərindən biri də namaz qılanın paltarının və namaz yerinin natəmizliklərdən təmiz olmasıdır. Uca Allah buyurur: "Geyimini təmiz saxla! Pis şeyləri tərk et!" (əl-Muddəssir, 4-5).
ardını oxu
09-08-2019
Salam. Qadın xəstəliyi ile elaqedar mualice meqsedli spiral qoyulub. Mənim namazın batildur? Yeni müalicə müddətində daim qan gəlib. Bəlkə üç ay. Bu müddətdə yalnız cimdikde həmin gün qalmışam, sonrakı günlərdə alınmayıb.
Cavab:

Və aleykum Salam. Spiral qoymaq namazı batil etmir. Qadın yalnız iki halda namazları tərk edə bilər. Heyz (aybaşı) və Nifas (doğuşdan sonra axan qan) vaxtı. Sizdə baş verən hal isə istihazəli qadının hökmünə daxildir.

ardını oxu
09-08-2019 Aytac
Salam Eleykum.Destəmaz ve qüsul alarken salavat deyilermi? Boyunumda Ramazan ayinin qeza orucu varken Erefe gününde qeza orucu tutmaliyam yoxsa erefe orucu? namaz qilarken qibleden 10~15santi uzaq olsam düzgün olmaz namazim?
Cavab:

Va aleykum salam. 

ardını oxu
05-08-2019 ceyhun
oruc olarkən saca tokülməyə qarşı dərman vurmaq (sürtmək) olar
Cavab:

Və aleykum Salam. Qeyd etdiyiniz hal orucu pozmur. Daha ətraflı:


Orucu pozan amillər hansılardır? 

ardını oxu
05-08-2019
Salam.Mənim 18 yaşım var və 9cu sinifdən 1ci kursa qədər namaz qıldım.Universitetə girəndə öz istəyimlə hicaba keçdim.Lakin 1 müddət sonra açdım.Sonradan namazı da qılmadım.Namaz qılmaq mənə yük kimi gəldi.Halbuki dinə çox bağlı idim nə ara belə oçdum bilmirəm.İndi otuc tutmaq istədim ama namaz qılm
Cavab:
Və aleykum Salam. Yenidən namaz qılmağa başlayın, imanınızı artırmağa çalışın və Allah barəsində şeytanın atdığı vəsvəsələrə uymayın. Uca Allah bəndəsinin tövbə edib yenidən ibadətə qayıtmasına sevinir. Daha ətraflı:
ardını oxu
05-08-2019 Elnare
Salam.Zehmet deyilse Orucluq vaxti oxunan dualari qeyid ederdiz birde vaxtlari.
Cavab:

Və aleykum Salam. Oruc tutarkən iftar zamanı oxunan dualar vardır. Peyğəmbərimiz iftar edərkən belə dua edərdi: "Allahummə ləkə sumtu və bikə əməntu və aləykə təvəkkəltu və alə rizqikə əftartu. - Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım və Sənə güvəndim.

ardını oxu

Pages